Məhkəmə qərarları › İş №2-1(102)-1012/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1012/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1012/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin l əğv olunması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-685/2023 nömrəli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə İddiaçı 0,23 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

2. Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)4475/2016 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı tək öz adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzəri nə həbs qoyulması və açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır.

3. Tovuz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(062)-325/2019 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə borclu İddiaçı məxsus olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir.

4. Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərarda dının ləğv edilməsi, Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və təqdimatın təmin edilməməsi qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(104)-134/2021 nömrəli qərardadı ilə Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 adına tərtib edilmiş **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli qeydin ləğv o lunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 qanunsuz olaraq məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-4475/2016 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu, yəni iddiaçının tək özünün adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı və ümumi birgə mülkiyyətdə olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məsələsinin həll olunmasını xahiş etmişdir. Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli q ərardadına əsasən təqdimat qismən təmin edilmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-4475/2016 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclunun tək özünün adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)380/2018 nömrəli qanunsuz qərardadına əsasən iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi tələbkar X2 mülkiyyətinə keçirilmiş və onun adına cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarış hazırlanaraq verilmişdir. Bütün bu nlardan sonra iddiaçı Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadından şikayət vermiş və Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən xx.xx.2018-ci il tarixli qərardad qanunsuz olduğuna görə ləğv edilmişdir. X1 verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(104)-134/2021 nömrəli qərardadına əsasən Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır Bundan sonra, iddiaçı Tovuz rayon Məhkəməsində X3, hazırkı iş üzrə cavabdehə və Tovuz rayon İcra və probasiya şöbəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmı şdır. Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1902/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, X2 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən X4 verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(104)-982/2022 nömrəli qərardadına əsasən qismən təmin edilmiş, Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1902/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələb üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-9 82/2022 nömrəli qərardadında X2 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin bilavasitə inzibati orqanın hərəkətləri nəticəsində həyata keçirildiyindən, iddiaya ümumi hüquq normalarına əsasən inzibati icraat qaydasında baxılmalı olduğu qeyd edilmişdir. Ona görə iddiaçı hazırkı tələblə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, X2 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışın verilməsinə əsas Tovuz rayon İcra və probasiya şöbəsinin qərarıdır. Qeydiyyat orqanı hüquqların yaranmasının deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. S özügedən torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və sərhədlər müəyyən edilmişdir. Qeydiyyatın aparılmasına əsas olmuş İcra və probasiya şöbəsinin qərarı qüvvədə olduğundan və mübahisələndirilmədiyindən onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsas mövcud deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

11. Üçüncü şəxsin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı müvafiq məhkəmə aktlarına əsasən aliment ödəməkdən boyun qaçırmış, yığılmış aliment borcundan yayınmaq məqsədi ilə də 2016-cı ildə Rusiya Federasiyasına qaçmışdır. Bunla əlaqədar beynəlxal q axtarışa verilmişdir. Yığılan borca görə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Tovuz rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən verilmiş təqdimat Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə qismən təmin edilmiş, iddiaçının tək öz adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və açıq hərracda satılaraq tələb həmin əmlaka yönəldilmişdir. 6900 manat məbləğində qiymətləndirilmiş 0,23 ha həyətyanı torpaq sahəsi hərracda satılmadığına görə icra qurumu tərəfindən yığılmış borc əvəzi kimi ona, yəni Sevil Musayevaya təklif olunmuş, o da, təklifi qəbul etmişdir. Ona görə də torpağın onun adına sənədləşdirilməsinə köməklik məqsədi ilə 0,23 ha həyətyanı torpaq sahəsi üzərindən həbsin götürülməsi barədə icra qurumu tərəfindən verilmiş təqdimat Tovuz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(062)-325/2019 nömrəli qərardadı ilə təmin edilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən də torpaq sahəsi tam qanuni və əsaslı şəkildə onun adına rəsmiləşdirilmişdir. Beynəlxalq axtarışa verilmiş iddiaçı 2019-cu ilin fevral ayında dövlət orqanları tərəfindən tutularaq Tovuz rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Görülən tədbirlər nəticəsində Tovuz rayon Məhkəməsi tərəfindən iddiaçıya əvvəl 15 günlük, növbəti dəfə isə 12 günlük inzibati həbs verilmişdir. Hətta alimentin ödənilməməsi ilə bağlı yığılan borcuna görə iddiaçı işi iki dəfə Ədliyyə Nazirliyinin İstintaqına göndərilmişdir. Bütün bunlara baxmayaraq iddiaçı yenə də borcun ödənilməsind ən qəsdən, qərəzli yayınmağa davam edir. İddiaçı xx.xx.2018-ci il tarixli qərardaddan 2021-ci ildə, yəni üç il sonra (əsassız, qanunsuz, ötürülmüş müddət belə bərpa edilmədən) şikayət verərək 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulan həbsin ləğv edilməsini (hansı ki, artıq o dövrdə torpaq üzərində həbs mövcud deyildir, həbs artıq xx.xx.2019-cu ildə ləğv edilmişdir) və Tovuz rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatının təmin edilməməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, iddiaçı 2018-2019-cu illərdə çıxan qərardadlardan əvvəlcədən xəbərdar idi. Xəbərdar olduğu halda iddiasında yalan yerə qeyd edir ki, guya bu qərardadlardan xəbərsiz imiş. Səbəb kimi göstərir ki, guya xarici ölkədə imiş, hərçənd ki, 2019-cu ilin fevral ayından iddiaçı Azərbaycanda olub. Deməli, b elə məlum olur ki, bütün bu müddət ərzində iddiaçı şikayətini çoxdan verə bilərdi, amma bunu etməmişdir, çünki bunda maraqlı olmayıb. xx.xx.2018-ci il tarixli qərardaddan şikayətə xx.xx.2021-ci il tarixdə Tovuz rayon Məhkəməsində baxılaraq icra qurumunun təqdimatının təmin edilməməsi, həbsin götürülməsi barədə qərardad çıxarılmışdır (iclas barədə ona, yəni Sevil Musayevaya xəbər verilməmişdir). Tovuz rayon Məhkəməsi iddiaçı və onun ailəsinin 0,23 ha torpaq sahəsinin üzərində yaşamasını təmin edə biləcək evin yerləşməsini əsas tutaraq əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi qərarına gəlmişdir (iddiaçının ailəsi deyə qeyd etdiyi, əslində onun qardaşının ailəsidir. Onların heç birinin orada qeydiyyatı yoxdur. Ümumiyyətlə yaşayış evi dediyi evinsə heç bir qanuni sənədi yoxdur, o, qanunsuz özbaşına tikilidir). Halbuki, həmin vaxt üçüncü şəxs artıq mülkiyyətçi idi və həmin vaxt heç bir həbs yox idi, çünki həbs çoxdan götürülmüşdür. Əslində qanunvericiliyə əsasən iddiaçının bu ərizəsinə baxılmasından imtina olunmalı idi, çünki ötürülmüş müddət bərpa edilməmişdir. Nəticədə, onun, yəni Sevil Musayevanın hüquqları kobud şəkildə pozulmuşdur. O, mülkiyyətçi kimi iddiaçıya qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsi üzərində qanunsuz tikililərin sökülməsi və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə işə baxaraq (mütəxəssis və ekspert rəylərinə istinad edərək) iddiaçının istifadəsi kimi təqdim edilən tikililər sökülməklə, ona məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulmasını, iddiaçının onun mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha hektar torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Bu qətnamənin icrasına maneçilik törətmək məqsədilə iddiaçı hazırkı iddianı qaldırmışdır. Onun iddiası tam əsassızdır, qanunsuzdur.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim: Zəfər Quliyev) 21 iyun 2023-cü il tarixli, 2-1(114)-2156/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində X2 adına **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyatın ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində (üçüncü şəxsə çıxarış verilən zaman qüvvədə olan redaksiyası) sadalanan əsaslar arasında icra məmurunun qərarı və ya məktubu göstərilməmişdir. Bu səbəbdən də iddiaçının tələbi tamamilə əsaslıdır. Üçüncü şəxsin etirazında qeyd etdiyi arqumentə münasibətdə qeyd edilməlidir ki, Tovuz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(062)-325/2019 nömrəli qərardadı ilə daşınmaz əmlak üzərinə qoyulmuş həbs ləğv edilmiş olsa da, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə isə əmlak üzərinə həbsin qoyulması barədə xx.xx.2018-ci il tarixli qərardadın ləğv edilərək, daşınmaz əmlak üzərindən həbsin götürülməsi, təqdimatın təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi, bir qərardadla yalnız əmlak üzərinə qoyulmuş həbs götürülmüş, digər qərardadla isə ümumiyyətlə həbsin qoyulması barədə təqdimat təmin edilməmişdir. Azərba ycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı təsbit edilmişdir. Həmin “Siyahının” 1-ci bəndinə görə, bu “Siyahının” qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bununla yanaşı, “Siyahının” qeyd hissəsində göstərilir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən aydın olur ki, mübahisəli əmlaka ümumiyyətlə tələb yönəldilə bilməzdi.

14. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Aygül İsgəndərova və Azər Bayramov) 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-685/2023 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X2 adına aparılmış qeydin ləğv edilməsini tələb etmişdir. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı məktubuna əsasən həmin qeydin aparılmasına əsas Tovuz rayon İcra və probasiya şöbəsinin qərarının olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən qeyd olunan qərarın təsdiq edilmiş surəti tələb edilsə də, bunun yerinə yetirilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən yalnız Tovuz rayon İcra və probasi ya şöbəsinin məktubu olduğu bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin əsaslar sırasında icra məmurunun qərarı və yaxud məktubu əks olunmamışdır.

17. Apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının inzibati icraat qaydasını pozaraq inzibati orqana müraciət etmədən və imtina barədə qərar əldə etmədən birbaşa məhkəməyə müraciət etməsi olmuşdur. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddiaların qa ldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Bununla belə iş materiallarından iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsi öz əksini tapmır. Lakin iş artıq birincin instansiya məhkəməsinin icraatına qəbul edildikdən sonra cavabdehin iddiaya dair xx.xx.2023-cü il tarixli yazılı münasibətindən (etirazından) görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsində maraqlı deyil və iddia tələbinə dair mövqeyi tələbin rədd edilməsindən yanadır. Ona görə də, kollegiya işin inzibati məhkəmə icraatında baxılmasını məqsədə müvafiq hesab edir.

18. Hazırda mübahisələ ndirilən qeydin əsasının Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı olması işin mübahisəsiz halıdır. Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edildiyindən üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı öz tələbində haqlı olmuşdur.

19. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Üçüncü şəxsin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0 (Mübahisəli torpaq sahəsi ilə bağlı üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılan dövrdə qüvvədə olan redaksiyada). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyas iya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİ NİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sözügedən torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsasla rın mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi n əticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-685/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar