Məhkəmə qərarları › İş №2-1(102)-1013/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1013/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1013/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə istifadə hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştiraklı ilə, İddiaçı-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “Azneft” İB) “torpaq sahəsinə istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 21(103)-2265/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsinin şimal-qərbində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2016-cı il 28 dekabr tarixli bildirişlə müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, kimi ayrılmış torpaq sahəsinin 3 ha, in şaat pasportunda 5 ha, ayrıc aktında isə 4,7 ha qeyd olunmasına baxmayaraq, faktiki torpaq sahəsinin sərhədlərinin şərti olmasına, koordinatla verilmiş ərazinin 6060 kv.m. hissəsinin Abşeron rayon ərazisinə düşməsinə və həmin torpaq sahəsinin 1420 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olmasına, bundan başqa torpaq sahəsində 1 ədəd qaz paylayıcı qurğu və neft buruğu olduğundan ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2017-ci il 7 noyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında İddiaçı-yə ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 4,7 ha torpaq sahəsi üzərində İddiaçı-nin istifadə hüququnun dövlət qe ydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/225 saylı qərarı əsasında verilmiş torpaq sahəsi uzun illər ərzində cəmiyyətin istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsin in, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqların yaranmasına əsaslardan biri kimi daxil edilmişdir. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. İddiaçı həmin normalara istinadla iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 may tarixli 2-1(82)-39/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında İddiaçı-yə ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 4,7 ha torpaq sahəsi üzərində İddiaçınin istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun deyil, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında mövcud olan istifadə hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan məsələyə “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinin tələblərinə uyğun olaraq yanaşaraq, həlli istiqamətində tədbirlər görmək əvəzinə, məsələyə heç bir aidiyyəti olmayan şərtlərə istinad edərək, məsələnin həllindən yayınmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı yuxarıda qeyd edilən Qanunun 8.0.1-ci maddəsində göstərilən aktlardan biri hesab edildiyindən, cavabdeh inzibati orqanın bununla bağlı hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayə ti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 oktyabr tarixli 2-1(103)-2265/2019 nömrəli qərardadı ilə “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “Azneft” İB üçüncü şəxslər qismində iş üzrə icraata cəlb olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 2-1(103)-2265/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-39/2019 nömrəli 2019-cu il 16 may tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin neft quyuları və eləcə də, müxtəlif kommunikasiya xətlərinin (texniki su, elektrik xətləri və neft boru xətləri) yerləşdiyi torpaq sahəsi olması məhkəmə kollegiyasının araşdırmaları zamanı sübuta yetirilmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, torpaq sahəsinin 2005-ci ildə yaradılmış “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Nümayəndəliyinə aid olması barədə dəlil işin halları ilə uzlaşmır. Ən azından ona görə ki, iddiaçı torpaq sahəsindən bu günədək istifadə etdiyi halda, necə olur ki, "X4 Kompani S.A.” şirkəti ona verilmiş torpaq sahəsi ilə bağlı hüquqlarının bərpası ilə əlaqədar hər hansı dövlət orqanına və ya məhkəməyə müraciət etmir. Hansı ki, torpaq sahəsi daxilində hər hansı bir buruq, paylayıcı və ya kəmər mövcud deyil, cavabdehin istinad etdiyi 3 ədəd neft quyusu həmin torpaq sahəsinin sərhədlərindən 48 metr, 68 metr və 95 metr aralıda, qazpaylayıcıları isə həmin torpaq sahəsindən 138 metr aralıda yerləşir ki, bu hal cavabdeh inzibati orqanın imtinasının qanunsuzluğuna dəlalət edir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə səlahiyyətli dövlət orqanının xx.xx.1990-cı il tarixli, 6/225 saylı qərarı, ona əlavə edilmiş ayrıc aktı və digər sənə dlər hər hansı dövlət orqanı tərəfindən ləğv edilməmiş və ya dəyişdirlməmiş, eləcə də məhkəmə qaydasında etibarsız sayılmamışdır. Mübahisəli torpaq sahəsi təyinatı üzrə halhazırkı vaxtadək iddiaçının istifadəsində və sahibliyində olmaqla, qonşularla və ya digər hüquqi və fiziki şəxslər arasında heç bir mübahisə mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müstəqil ekspertiza qurumunu cəlb etmək əvəzinə, cavabdeh inzibati orqanın tabe olduğu qurumun tabeliyində fəaliyyət göstərən digər bir qurumu mütəxəssis qismində cəlb etməklə, birbaşa cavabdehin istəyinə uyğun rəy verilməsinə nail olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12 və 48-ci maddələrinin tələbləri pozulmuşdur. İşdə i ştirak edən şəxslərin izahatları: İddiaçının vəkili şikayətin məzmunu ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsinə dair hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəl lənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İş materiallarında olan “Azneft” İB-nin arayışından görünür ki, koordinatları qeyd olunan mübahisəli ərazi “Azneft” İB-nin istifadəsində olan torpaq sahələrinin hüdudları xaricindədir. Həmçinin qeyd edilir ki, qeyd olunan ərazi “Azneft” İB-yə məxsus neft-qaz boru kəmərləri və kommunikasiya qurğularının mühafizə zonasına düşmür. Bundan başqa, iş materiallarına əlavə edilmiş “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin arayışından görünür ki, göstərilən koordinatlar üzrə yerləşən mübahisəli torpaq sahəsi “X4 Kompani S.A.” Şirkətinin kontrakt sahəsinə daxil dir və həmin ərazidən 10-15 metr ara məsafəsində şirkətin balansında olan 1857,1860,1813 saylı istismarda olan məhsul verən neft quyuları və eləcə də, müxtəlif kommunikasiya xətləri (texniki su, elektrik xətləri və neft boru xətləri) yerləşir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin № **********47 saylı, xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada göstərilmiş (ölçülmüş) ərazi iki tərəfdən mişar daşları düzülərək şərti mərz nişanları qoyulmuşdur. İddia olunan ərazidə heyvandarlıq üçün tikili və köməkçi tikilil ər mövcuddur. Ölçülmüş ərazinin faktiki sahəsi 5,45 hektardır. Məktuba əlavə edilmiş ayrıc aktında göstərilən 5,0 hektar ərazi faktiki ölçülmüş sahənin daxilində yerləşir, 0,4500 hektar artıq istifadə edilir. Mübahisələndirilən ərazinin ətrafında olan neft qurğularının yeri müəyyən edilib sxemdə göstərildi. Elektron kadastr baza məlumatlarına əsasən, iddia olunan naturada koordinatları müəyyən edilmiş ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində “X4 Kompani S.A” şirkətinin ərazisidir. Mübahisələndirilən ərazidən hər hansı bir şəxsə hüquqi və texniki sənədin verilməsi barədə məlumat aşkar olunmadı. Göründüyü kimi, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin neft quyuları və eləcə də, müxtəlif kommunikasiya xətlərinin (t exniki su, elektrik xətləri və neft boru xətləri) yerləşdiyi torpaq sahəsi olması məhkəmə kollegiyasının araşdırılmaları zamanı sübuta yetirilmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.”. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, koordinatları qeyd olunan mübahisəli ərazi “Azneft” İB-nin istifadəsində olan torpaq sahələrinin hüdudları xaricindədir. Həmçinin qeyd olunan ərazi “Azneft” İB-yə məxsus neft-qaz boru kəmərləri və kommunikasiya qurğularının mühafizə zonasına düşmür. Apellyasiya instansiyası məhkəməsinin üçüncü şəxs “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin arayışı kimi istinad etdiyi “4 saylı NQÇSnin rəisi”nin “arayışı”nda qe yd edilir ki, “həmin ərazidən 10-15 metr ara məsafəsində şirkətin balansında olan 1857,1860,1813 saylı istismarda olan məhsul verən neft quyuları və eləcə də, müxtəlif kommunikasiya xətləri (texniki su, elektrik xətləri və neft boru xətləri) yerləşir.”. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin № **********47 saylı, xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə isə neft quyularının torpaq sahəsinin sərhədlərindən 48 metr, 68 metr və 95 metr məsafədə, qazpaylayıcı qurğunun həmin torpaq sahəsindən 138 metr məsafədə yerləşdiyi qeyd olunmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarında istinad etdiyi torpaq sahəsinin yerləşmə vəziyyətinə dair iki müxtəlif sənədlərdə məlumatların fərqli olduğuna baxmayaraq, məhkəmə həmin ziddiyyətlərə hər hansı münasibət bildirməmişdir. İddiaçı öz tələbinin əsası kimi səlahiyyətli orqanın qərarına və həmin qərara əlavə edilmiş torpaqayırma sənədlərinə istinad etdiyi halda, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları İPM-in yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun tədqiq etməklə, üçüncü şəxs “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 2005-ci ildən ona məxsusluğunu bəyan etdiyi torpaq sahəsinin 2005-ci ilədək məhz həmin koordinatlarda əvvəllər Azneft İB-nin sahibliyində olduğunu, 2005-ci ildən isə eyni koordinatlarda “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sahibliyinə verilib-verilmədiyini - bu sahibliyin hüquqi əsaslarını göstərməklə - müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-i n 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunmaması tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 2-1(103)-2265/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəm əyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə K.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar