Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1014/2020 09.06.2020 ALİ MƏHKƏMƏ "X" ASC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə Açar söz: artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili, Cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə İddiаçı “X” ASC-nin cavabdeh AR VN-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: AR Maliyyə Nazirliyi) artıq ödənişin geri qaytarılması və faizlərin ödənilməsi barədə rəyin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2-1(103)-187/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "X" ASC 27.06.2005-ci il tarixdə ******* VÖEN-lə vergi orqanlarında qeydiyyatdan keçmişdir. İddiaçı 11.06.2018-ci il tarixdə artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdehə müraciət edərək 90100,31 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin, ödəniş tarixinin, yaranma səbəbinin və tədiyyəsinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Bundan sonra iddiaçı “X” ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “90 100.0 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3402/2018 saylı, 23.11.2018-ci il tarixli qəra rı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya artıq ödənilmiş 90100.0 manat məbləğin qaytarılması və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə görə hər bir gün üçün 0.1 faiz əlavə məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı 07.05.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 90100.0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1040/2019 saylı. 14.05.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3402/2018 saylı, 23.11.2018-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçı “X” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı artıq ödənilmiş 90.100 manat məbləğin qaytarılması və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə görə hər bir gün üçün 0,1 faiz əlavə məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(82)3254/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən 90.100 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər bir gün üçün vergi ödəciyicisin 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(82)-3254/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh apellyasiya şikayətinə əlavə verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(82)3254/2019 sayl ı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verillməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 21(103)-187/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibаti-İqtisаdi Мəhkəməsinin 2-1(82)-3254/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qərаrı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qaytarılması barədə rəyin verilməsinə dair iddia tələbi əsaslı olmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qalan məbləğləri, vergi ödəyicisinin vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimə üzrə borcu və s onrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığı olmadıqda, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarına müvafiq olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə qaytarılır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 21(103)-187/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iş üzrə həm 1-ci, həm də apelyasiya instansiyaları məhkəmələri tərəfindən qərar qəbul edilərkən iddiaçının şəxsi hesab vərəqəsində artıq vergi ödə məsi mövcud olmamışdır. Başqa sözlə, iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədəki məbləğlər onun tərəfindən bu ərizədən sonrakı tarixlərdə cari bəyannamələr təqdim edilərək büdcəyə hesablanmış vergilərin ödənilməsinə aid edilmiş və hal-hazırda iddiaçının dövlət büdcəsinə artıq vergi ödəməsi mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, iddiaçının 14.06.2018-ci il tarixə 103.444,78 manat artıq ödəməsi mövcud olmasına baxmayaraq bundan sonrakı tarixlərdə büdcəyə 2017/07 ƏDV üzrə 5.256,77 manat, 2018/12ƏDV üzrə 17.528,22 manat, 2018 4.rüb ÖMV üzrə 5.760,0 manat, 2019/02 ƏDV üzrə 11.786,70 manat, 2019/03 ƏDV üzrə 7.501,46 manat, 2019/05 ƏDV üzrə 10.736,37 manat, 2019/06 ƏDV üzrə 7.738,79 manat, 2019/07 ƏDV üzrə 30.119,63 manat və s. vergilər hesablamasına baxmayaraq bunlarla əlaqədar əlavə olaraq büdcəyə hər hansı bir ödəniş etməmişdir. Başqa sözlə, iddiaçının ərizəsində qeyd etdiyi artıq vergi ödəməsi də elə iddiaçının özü tərəfindən hesablanıb bəyan edilmiş vergilərin ödənilməsinə aid edilmişdir. Əlavə olaraq, iddiaçının artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmış və ******* nömrəli 04.07.2018-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin, ödəniş tarixinin, yaranma səbəbinin və tədiyyəsinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Bundan əlavə, iddiaçının 07.08.2018-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” Ərizədə qeyd olunmuş 90.100,31 manat artıq ödəmə məbləğindən 85.799,57 manatının yarandığı tarixdən 5 il müddət keçdiyi müəyyə n edilmişdir. Belə ki, yaranmış artıq ödəmə vergi ödəyicisi tərəfindən 26.09.2012-ci il tarixdə ödənilmiş 100.000,0 manat və 2012-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində hesablamadan artıq əvəzləşdirilmiş 24.904,20 manat (ödəmə müddəti 20.11.2012-ci il) ƏDV məbləğləri hesabına yaranmış və yaranmış artıq ödəmə məbləği səyyar vergi yoxlaması nəticəsində hesablanmış vəsait hesabına əvəzləşdirilmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarına əsasən yoxlamanın nəticəsi ləğv edildiyindən, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 2012-ci ilin hesabat dövrü üzrə yaranmış artıq ödəmə məbləği yenidən bərpa olunmuşdur.iddiaçının artıq ödədiyini iddia etdiyi 85.799,57 manat vergi məbləğinin yarandığı tarixdən 5 ildən artıq müddət k eçdiyindən, həmin məbləğlərin qaytarılmasını tələb etmək hüququ da olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Kassator Vergi Məcəlləsini 24.0.10, 85.5, 87.1 və 87.8 maddələrinə, İPM-nin 90, 94, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2-1(103)-187/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2-1(103)-187/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2-1(103)-187/2020 nömrəli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 2-1(103)-187/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 24.04.2015-ci il tarixli ******* saylı qərarına əsasən "X" ASC-də (VÖEN: *******) 01.04.2012-ci il tarixdən 01.04.2015-ci il tarixədək olan dövr əhatə edilməkl ə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması ilə əlavə dəyər vergisinin 109876,7 manat məbləğində, ödəmə mənbəyində tutulan vergisinin 17934,49 manat məbləğində azalması, əlavə dəyər vergisinin 62950,03 manat məbləğində, yol vergisinin 46,0 manat məbləğində, torpaq vergisi üzrə 899,91 manat məbləğində artıq hesablanması aşkar edilmiş və nəticəsi 31.05.2016-cı il tarixli ******* nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və 08.07.2016-cı iı tarixli ******* saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yazılmış aktdan və qərardan narazı qalan vergi ödəyicisi Vergilər Nazirliyinə şikayət etmişdir. Vergi ödəyicinin şikayəti araşdırılmış və 13.10.2016-cı il tarixli *** ****nömrəli qərarla şikayəti qismən təmin edilərək 08.07.2016-cı il tarixli ******* saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilmişdir. Lakin, buna baxmayaraq vergi ödəyicisi yoxlama aktının və qərarın tam ləğv edilməsi ilə əlaqədar Məhkəməyə müraciət etmiş və nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən iddiası təmin olunaraq yoxlama nəticəsində “X”ASC-yə 2012 və 2013-cü il vergi dövrləri üzrə ÖMV və ƏDV məbləğləri, həmçinin hesablanmış cərimə və sanksiyalar ləğv edilmişdir. Qeyd olunanlarla əlaqədar, SVY nəticəsində əlavə hesablanmış 90100,00 (doxsan min yüz) manat vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmışdır. "X" ASC 07.08.2018-ci il tarixli ******* nömrəli Ərizə ilə müraciət edərək artıq ödənilmiş 90100,31 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin, ödəniş tarixinin, yaranma səbəbinin və tədiyyəsinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. İddianı təmin etmiş aşağı instansiya məhkəmələri hesab etmişlər ki, cavabdeh orqanın təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilməməsi, ödənilmə tarixinin qeyd edilməməsi kimi əsaslarla iddiaçının artıq ödənilmiş məbləğ in geri qaytarılması barədə müraciətinin təmin edilməsindən imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinin tələblərinə ziddir. Cavabdeh aşağı instansiya məhkəmələrinin mövqeyini mübahisələndirərək bildirmişdir ki, iş üzrə həm 1-ci, həm də apelyasiya instansiyaları məhkəmələri tərəfindən qərar qəbul edilərkən iddiaçının şəxsi hesab vərəqəsində artıq vergi ödəməsi mövcud olmamışdır. Başqa sözlə, iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədəki məbləğlər onun tərəfindən bu ərizədən sonrakı tarixlərdə cari bəyannamələr təqdim edilərək büdcəyə hesablanmış vergilərin ödənilməsinə aid edilmiş və hal-hazırda iddiaçının dövlət büdcəsinə artıq vergi ödəməsi mövcud deyildir. Belə olan halda isə, iş üzrə icraata xitam verilməlidir. Bun unla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Hazırkı iş üzrə işə əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsində iddiaçının cavabdehə müraciət etdiyi tarixdə artıq ödəməsinin olmaması görünür. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilm ir. Cavabdeh hazırkı halda iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədəki məbləğlərin onun tərəfindən bu ərizədən sonrakı tarixlərdə cari bəyannamələr təqdim edilərək büdcəyə hesablanmış vergilərin ödənilməsinə aid edildiyini və hal-hazırda iddiaçının dövlət büdcəsinə artıq vergi ödəməsinin mövcud olmamasını bildirir. Belə olan halda, aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin 87-ci maddəsinin tələbi baxımından artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsində iddiaçının razılığının olub-olmaması istiqamətində araşdırma aparmalı idilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdi m etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsa slara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instanisya məhkəməsi artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsində iddiaçının razılığının olub-olmaması istiqamətində araşdırma aparmalı və bundan sonra qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 yanvar 2020-ci il tarixli 21(103)-187/2020 nömrəli qərarı l əğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1014/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1014/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver