Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1014/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünlük şərtləri, əlverişli inzibati aktın mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-795/2020 nömrəli 10 dekabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı vergi ödəyicisi kimi 18.10.2008-ci il tarixində vergi qeydiyyatına alınmış, mənzil tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 31.05.2018-ci il tarixli **********152268 nömrəli qərarına əsasən səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yoxlama nəticəsində 16.07.2019-cu il tarixli **********153696 saylı səyyar vergi yoxlaması aktı tərtib edilərək 29.08.20 19-cu il tarixli **********189210 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qəbul etdiyi 16.07.2019-cu il tarixli, **********153696 səyyar vergi yoxlama aktının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 29.08.2019-cu il tarixli **********189210 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)4466/2019 saylı qərardadı ilə iddiaçının prosessual müddətin bərpasına dair vəsatəti təmin edilərək, buraxılmış prosessual müddət bərpa edilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən cavabdeh orqanın adının “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti” əvəzinə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi” kimi oxunması qərara alınmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)4466/2019 saylı qərardadı iddia tələbi “cavabdehin qəbul etdiyi 16.07.2019-cu il tarixli **********153696 səyyar vergi yoxlaması aktının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, 16.07.2019-cu il tarixli **********153696 səyyar vergi yoxlaması aktı inzibati akt sayılmadığından iddia bu hissədə mümkünsüzdür. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)4466/2019 nömrəli qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 29.08.2019-cu il tarixli **********189210 nömrəli qərarı ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı yoxlamanın keçirilməsi müddətlərini tənzimləyən Vergi Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmuşdur. Belə ki, vergi orqanının 31.05.2018-ci il tarixli **********152268 nömrəli qərar ilə səyyar vergi yoxlaması 01.06.2018-ci il tarixdə başlanılmış 16.07.2019-cu il tarixdə, yəni yoxlama başladığı tarixdən 13 ay keçdikdən sonra başa çatmışdır. Halbuki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin məzmunundan da aydın olduğu kimi, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Lakin cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən yoxlama keçirilərkən yuxarıda göstərilən şərtlərə əməl olunmayaraq yoxlama 12 aydan artıq olan müddətdə davam etmişdir.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-795/2020 nömrəli iş üzrə 10 dekabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və İ.Ə.Kərimli) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)-4466/2019 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
12. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və mahiyyəti üzrə baxılması üç ün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
14. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, əvvəla apelyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçının iştirakını təmin etməmişdir. İddiaçı xəstələnməsi səbəbi ilə məhkəməyə teleqram vuraraq işin təxirə alınmasını xahiş etsə də, məhkəmə iddiaçının dinlənilmə hüququnu pozaraq onun iştirakı olmadan qərardad qəbul etmişdir. 15.Vergi orqanı tərəfindən təqdim edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə 29.0 8.2019-cu il tarixli **********189210 nömrəli Qərarda onun məsuliyyətə cəlb edilməsimi istisna edən hallar göstərilməli və həmin Qərar ona münasibətdə heç bir öhdəlik yaratmamalı idi. Göstərilənlərin əksinə olaraq bu Qərara əsasən, vergi orqanı tərəfindən ona hesablanmış və daha sonra inzibati icraat qaydasında ləğv edilmiş 391961,43 manat vergi məbləğini ödəmək öhdəliyi müəyyən edilmişdir. Göründüyü kimi, Vergi orqanı tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 29.08.2019-cu il tarixli **********189210 nömrəli Qərar vergi orqanınən öz qərarı ilə təsdiq edilmiş inzibati aktın formasına uyğun deyildir və Qərarda onun vergi məsuliyyətinəə cəlb edilməsini istisna edən hallar əvəzinə, barəsində kame ral qaydada hesablanmış vergi məbləğlərinin öz təsdiqini tapdığı qeyd olunmuşdur. Məhkəmə isə qeyd olunan xüsusatları diqqətdən qaçırmış, nəticədə iddianı mümkün saymamaqla vergi orqanı tərəfindən qəbul edilmiş yanlış qərarın qüvvədə qalmasına və həmin qərar əsasında vergi orqanının məndən əsassız olaraq hesablanmış vergiləri tələb etməsinə şərait yaratmışdır. Belə ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə 29.08.2019-cu il tarixli **********189210 nömrəli Qərarda qeyd olunmuş “kameral qaydada hesablanmış vergi məbləğlərinin öz təsdiqini tapmışdır” ifadəsi Vergi Məcəlləsinin 49.1.2-ci maddəsi ilə müəyyən edilmiş qərarın ruhuna uyğun deyildir və həmin növ qərarla müqayisədə ünvanlandığı şəxsə münasibətdə onun hüquqi vəziyyətini dəyişdirir, onda kameral qaydada hesablanmış vergiləri ödəmək öhdəliyini yaradır. Məhz bu səbəbdən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 29.08.2019-cu il tarixli **********189210 nömrəli Qərarının ləğv edilməsi barədə iddia ərizəsi mümkün sayılmalı və məhkəmədə aidiyyəti üzrə baxılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin b axılmasını təxirə sala bilər. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2 inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 49.1 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozu lmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; Maddə 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi; 55.1.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun vergi ödəyicisi - fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi; 55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 55.1.3-1. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi; 55.1.4. vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyic isinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi; 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; 55.1.6. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması. Maddə 55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcə llə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edil məsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelya siya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi onun dinlənilmə hüququnu pozmuşdur. Belə ki, işin təxirə alınması barədə iddiaçı teleqramla məhkəməyə müraciət etsə də, məhkəmə bu halı nəzərə almamışdır.
27. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, işə apelyasiya instansiyası məhkəməsinə baxılarkən iddiaçının nümayəndəsi Vəkil 08.10.2020-ci il tarixdə və 05.11.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, hər iki məhkəmə iclasında çıxış edərək cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirmişdir. İddiaçının nümayəndəsi 10 dekabr 2020-ci il tarixə təyi n edilmiş məhkəmə iclasında iştirak etməmiş, teleqram göndərərək səhhətində yaranmış problemlərlə əlaqədar olaraq işin növbəti müddətə təxirə alınmasını xahiş etmiş, məhkəmə kollegiyası məhkəmə prosesində iddiaçı tərəfindən verilmiş teleqramı müzakirə edərək işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
28. Məhkəmə kollegiyası bildirir ki, işin təxirə salınması barədə məhkəmənin hərəkəti imperativ deyil, dispozitiv normadır. Yəni, işin təxirə alınıb-alınmaması məhkəmənin mülahizəsindən asılıdır və qərarın qanuniliyinə heç bir təsir etmir. Bundan əlavə iddiaçı teleqramda səhhətinə problemlərin olduğunu qeyd etsə də, bu halı sübut edən hər hansı bir sənədə istinad etməmişdir.
29. İddia tələbinin apelyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq mümkün sayılmama sı barədə kassasiya şikayətinin dəlilinə gəlincə, bu hissədə də iddiaçının mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, inzibati icraat haqqında qanunvericiliyə əsasən, inzibati aktın əsas səciyyəvi cəhətlərindən biri də onun hüquqi nəticələr yaratmasıdır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğ v edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. 30 Qeyd olunmalıdır ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 13-cü bəndinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
32. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.
33. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.
34. Vergi qanunvericiliyinin normalarına əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı və vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar olduqda “Vergi ödəyicisinin vergi qanu nvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında Qərar” qəbul edilir. 29.08.2019cu il tarixli **********189210 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” qərarda kənarlaşmanın aşkar edilmədiyi, kameral qaydada hesablanmış vergi məbləğlərinin səyyar vergi yoxlaması zamanı öz təsdiqini tapdığı qeyd olunmuşdur. İddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 29.08.2019-cu il tarixli **********189210 nömrəli Qərarının onun üçün vergi öhdəliyi yaratdığını bildirsə də, iş materialları ilə qeyd olunan qərar əsasında iddiaçıya münasibətdə onun hər hansı bir hüququnu və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. Əksinə, hazırda mübahisələndirilən qərar iddiaçının qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasını və vergi qanunvericiliyinin pozulmasında təqsirini istisna etməklə, ona münasibətdə əlverişli inzibati aktdır.
35. İddiaçının kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, mübahisələndirilən qərarın nəticə hissəsində iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilməsi qeyd olunmuşdur. Qərarın təsviri hissəsində “kameral qaydada hesablanmış vergi məbləğlərinin öz təsdiqini tapmışdır” ifadəsinin qeyd edilməsi iddiaçı üçün hər hansı öhdəlik yaratmir və əlverişli inzibati aktın mahiyyətini dəyişdirmir. İddiaçı, artıq ləğv edilmiş inzibati akt əsasında hesablanmış vergilərin bu müddəaya əs asən ondan tələb olunmasına istinad edirsə, onda o, arzuladığı nəticəyə nail olmaq üçün həmin vergi məbləğinin silinməsinə dair öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət edə bilər.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərardadın ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göst ərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-795/2020 nömrəli iş üzrə 10 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.