Məhkəmə qərarları › İş №2-1(102)-1014/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1014/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1014/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi, yeni açılmış hallarla bağlı ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (ərizəçi) İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1045/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olmuş ¼ hissəsinin sökülməsinə görə 147.780 manat kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmuş ¼ hissəsinə görə 133.735 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İddianın qalan hissədə təmin olunmamışdır.

3. Bi rinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqanın etirazda göstərdiyi hallar iş materialları ilə təkzib olunduğundan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissədən qalan (“A” literli tikilinin 1-ci mərtəbəsinin 9.90 kv.m-lik 15 saylı, 13.60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.m-lik 19 saylı otaqları, eləcə də pasport üzrə “A” tikilisinin 2-ci mərtəbəsinin 3.0 kv.m-lik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.m-lik 4 saylı tikililəri) hissəsinin iddiaçıya məxsus olması, həmin hissəyə görə səhvən cavabdehlə X13 və X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilərək, onlara ödənilmiş müvafiq olaraq 58.888 manat və 74.847 manat məbləğində vəsaitin cavabdehə geri qaytarılması məhkəmə qətnamələri ilə qərara alındığından, həmin hissənin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alqı-satqı qaydasında satın alınaraq, iddiaçıya pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməlidir.

4. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və qərarın ləğv olunması xahiş edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-451/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-217/2020 nömrəli, 04 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-451/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Qərar qanuni qüvvəsini aldığından icra olunması üçün 19 fevral 2021-ci il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. Cavabdeh 21 sentyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, yeni açılmış hallarla bağlı məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, yeni açılmış hallar əsası nda icraatın təzələnməsinə əsas ola biləcək və cavabdeh orqana hazırda məlum olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa (həmin çıxarışa əlavə olunmuş xx.xx.2014-cü il tarixli Hüquq sahiblərinin siyahısına) əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 229,6 kv.metr, yardımçı sahəsi 149, kv.metr, ümumi sahəsi cəmi 378,6 kv.metr olmuşdur. Hüquqmüəyyənedici sənəd hesab edilən qeyd olunan Çıxarışa əsasən, həmin ünvanda iddiaçının payı ümumi sahənin 1/4 hissəsindən qalan hissəsi olmuşdur və riyazi hesablamalar nəticəsində aydın olur ki, iddiaçının qeyd olunan ünvanda payı (mülkiyyətində olan sahə) 15,1 kv.metr təşkil etmişdir. Qanunvericiliyin müddəalar ına, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə əsasən, Yasamal rayonunun “Sovetski” adlanan ərazisi üzrə hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş mülkiyyətçiyə məxsus əsas və köməkçi sahələrin hər kv.metri üçün 1500 manatdan olmaqla, habelə həmin şəxslərin orada yaşaması faktı və yaşayan şəxslərə münasibətdə yaşayış sahəsinin faktiki ölçüləri nəzərə alınmaqla, ümumi kompensasiya məbləği hesablanır. Belə olan halda, hər üç instansiya məhkəməsinin Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə ödənilən kompensasiya məbləğinin məhz iddiaçıya ödəniləcək məbləğ kimi qiymətləndirilməsi yanlış olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, həmin ünvanda faktiki olaraq yaşadıqlarına və istifadələrində olan faktiki sahələrə görə Fikrət Ələskərli və Həqiqət Ələskərliyə kompensasiya məbləği hesablanaraq ödənilmişdir. İddiaçı isə həm həmin yaşayış sahəsində yaşamamış, həm də onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüləri ümumilikdə 15,1 kv.m təşkil etmişdir. Mövcud məhkəmə təcrübəsinə əsasən daşınmaz əmlak dövlət ehtiyacları üçün satın alınırsa, bunun dəyəri dövlət reyestrində qeydə alınmış məlumatlara əsasən müəyyən edilir, yəni hüquqmüəyyənedici sənədlərdə qeyd olunan sahələrin hər kv.metri 1500 manatdan hesablanır. Digər tərəfdən, məhkəmələr tərəfindən kompensasiya müəyyən edilərkən Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə ödənilmiş kompensasiya məbləğinin iddiaçıya ödənilməli olan məbləğ kimi qiymətləndirilməsi iddiaçının almalı olduğu kompensasiyanın ümumi dəyərini şişirtməklə, reallığa uyğun gəlmir və əsassız yerə dövlət vəsaitinin itkisinə səbəb olur. Cavabdeh tər əfindən əldə olunmuş yeni sübuta - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli Çıxarışa, həmin Çıxarışa əlavə olunmuş xx.xx.2014-cü il tarixli Hüquq sahiblərinin siyahısına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ak.Qarayev küçəsi, ümumi sahəsi 378,6 kv.metr olan 29 saylı ev aşağıda göstərilən şəxslərin paylı mülkiyyətində olmuşdur:

1. X14-1/4 hissədən 2 otaq (20,9 kv.m),

2. X1-1/4 hissədən 1 otaq (y/s 36,4 kv.m),

3. X8-1/4 hissədən 1 otaq (y/s 10,1 kv.m),

4. X24-1/4 hissədən 1 otaq (y/s 12,4 kv.m), 5.X19-1/4 hissədən 1 otaq (y/s 15,3 kv.m),

6. X11-1/4 hissədən 1 otaq (9 kv.m, köməkçi sahə 6,7 kv.m, 1/4 hissənin qalan hissəsindən 1 otaq 10,9 kv.m ( ü mumi 26,6 kv.m),

7. X7-1/4 hissədən 1 otaq (y/s 16,2 kv.m),

8. X9-1/4 hissədən 1 otaq (y/s 9,4 kv.m),

9. İddiaçı-1/4 hissədən qalan hissə,

10. X15 1/4 hissə (94,65 kv.m),

11. X12-1/4 hissə (94,65 kv.m),

12. X20-1/4 hissədən 1 otaq (y/s 10,5 kv.m), X10-1/4 hissədən qalan hissə. RX seriyalı, ******* saylı Çıxarışa əlavə edilmiş xx.xx.2014cü il tarixli Hüquq sahiblərinin Siyahısından da göründüyü kimi, ünvan 3 ünvan üzrə iddiaçının və X3 paylarından başqa, digər 11 paylı mülkiyyətçilərin payları aydın şəkildə müəyyən olunmuşdur. Beləliklə, 11 payçıya aid ümumi sahə 347,1 kv.metr təşkil edir. Pay bölgüsü qeyri-müəyyən olan mülkiyyətçilərdən İddiaçı qeyd olunan ünvanda faktiki olaraq yaşamamış, digər paylı mülkiyyətçi X10 isə həmin ünvanda faktiki olaraq yaşamış və onun faktiki yaşayış sahəsi 1 6,4 kv.metr olmuşdur. Həmin sahə üçün ona müvafiq qaydada kompensasiya hesablanaraq ödənilmişdir. X4 ilə birlikdə 12 payçının ümumi sahəsi 363,5 kv.metr (347,1 + 16,4 = 363,5 kv.metr) təşkil edir. Evin hüquqmüəyyənedici sənədə əsasən ümumi sahəsi 378,6 kv.metr olduğu üçün, iddiaçının 1/4 hissədən qalan hissədə payı 15,1 kv.metr təşkil edir (378,6-363,5=15,1 kv.metr). Paylı mülkiyyətçilərin paylarının qeyrimüəyyən olduğu zaman payların müəyyən edilməsi qaydası birbaşa qanunvericiliklə nəzərdə tutulmuşdur. Mövcud qanunvericiliyin qeyd olunan maddəsini rəhbər tutaraq hesab edilmişdir ki, hüquqmüəyyənedici sənədə əsasən iddiaçının sahəsi 15,1 kv.metr təşkil edir (ümumi sahə 378,6 kv.metr-363,5 kv.metr =15,1 kv.metr). Belə olan halda, mülkiyyətçi olaraq iddiaçıya 15,1 kv.metr hissəyə görə kom pensasiya hesablanıb ödənilməlidir. Göründüyü kimi, işə baxmış məhkəmələr tərəfindən mübahisə predmetinin ən vacib halı nəzərə alınmamış və Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə ödənilən kompensasiya məbləği ilə iddiaçıya ödənilməli olan kompensasiya məbləği yanlış olaraq eyniləşdirilmişdir.

11. Həmin tarixdə məhkəməyə cavabdeh tərəfindən həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarının icrasının dayandırılması barədə vəsatət də təqdim olunmuşdur.

12. İddiaçı cavabdehin yeni açılmış hallara dair ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, ərizəçinin dəlilləri işdə olan sübutlarla təkzib olunur. Belə ki, X5 adına verilən RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən mülkiyyətçilərin paylarının nisbəti xx.xx. 2014-cü il tarixə olan vəziyyəti əks etdirir. İş materiallarından görünür ki, bu tarixdən 3 il sonra qəbul olunmuş Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)299/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, akademik A.Qarayev küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsindən qalan hissəsinin (“A” literli tikilinin 1-ci mərtəbəsində 9,90 kv.m-lik 15 saylı, 13,60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.m-lik 19 saylı otaqların, “A” literli tikilinin 2-ci mərtəbəsində 3.0 kv.m-lik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.mlik 4 saylı tikililərin, cəmi 82.10 kv.m) ayrılaraq naturada iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.20 18-ci il tarixli, 2(103)-2551/2021 nömrəli qətnaməsi ilə, sonda isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5031/2018 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının fərdi yaşayış evindəki payı 82.10 kv.m təşkil etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1913/2019 nömrəli qərarında da məhz yuxarıda göstərilən məhkəmə aktlarına istinad olunaraq 82.10 kv.m sahəyə görə iddiaçıya 133735 manat kompensasiyanın ödənilməsi qərara alınmış və bu qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan X5 adına verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarış iş üzrə icr aatın təzələnməsi üçün əsas ola bilən yeni sübut kimi qəbul oluna bilməz. İddiaçının ona məxsus tikilidə (sahədə) yaşamaması, orada faktiki olaraq Ələsgərlilərin yaşaması və sonunculara kompensasiya ödənilməsi cavabdehi mülkiyyətçiyə kompensasiya ödəmək vəzifəsindən azad etmir. Ərizədə qeyd olunan bu hal, ümumiyyətlə, yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, işin bu faktiki halı, yəni iddiaçının mülkiyyətində olan əmlaka görə kompensasiyanın Ələsgərlilərə ödənilməsi və bu barədə müqavilənin sonradan cavabdehin iddiasına əsasən Yasamal rayon məhkəməsi tərəfindən etibarsız sayılması halı hazırkı işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən məlum olmuş və qərarda həmin hala qiymət verilmişdir. AR İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı nın qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 104.1.2-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə icraatın təzələnməsi üçün əsaslar göstərilməlidir. Ərizəçi qanunun bu tələblərini pozaraq sonradan aşkar olunan və ya ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməyən yeni sübut və ya yeni halı ərizədə göstərməmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1913/2019 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.A.Abdullayeva) cavabdehin yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizəsi təmin edilməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1913/2019 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.A.Abdullayeva) cavabdehin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarının icrasının dayandırılması barədə ərizəsi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə məhkəməyə təqdim etdiyi ərizəsində istinad etdiyi hallara, apellyasiya icraatı zamanı təqdim etdiyi apellyasiya şikayətində, kassasiya icraatı zamanı isə təqdim etdiyi kassasiya şikayətində istinad edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə cavabdehin ape llyasiya şikayətində və kassasiya şikayətində gətirdiyi dəlillər əsassız hesab edilmişdir. Başqa sözlə, cavabdehin yeni açılmış hallarla bağlı ərizəsindəki dəlilləri yeni sübutların və ya halların aşkar olunması və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasının mümkün olmaması ilə əlaqəli olmayıb, yuxarı instansiya məhkəmələri tərəfindən də artıq qiymət verilmiş işin halları ilə bağlıdır. Cavabdeh işin təzələnməsi üçün əsas kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın onlara yeni məlum olduğunu bildirsə də, iş materiallarının 138-ci səhifəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən Çıxarış iş materia llarında mövcud olmuş və bilavasitə məhkəmə baxışının predmeti olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair dəlilləri yeni sübutların və ya halların aşkar olunması və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasının mümkünlüyü ilə əlaqəli deyil və onun formal mülahizəsindən ibarətdir.

16. Cavabdeh apellyasiya şikayə tləri verərək həmin qərardadların ləğv edilməsini və cavabdeh tərəfindən təqdim olunmuş vəsatətlərin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1045/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1913/2019 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və cavabdeh tərəfindən təqdim edilmiş ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti yeni açılmış hallara dair ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, birinci icraat zamanı məhkəmələr tərəfindən sözügedən hüquqmüəyyənedici sənədə istinad edilməməsinə baxmayaraq, yeni açılmış hallar üzrə inzibati işə baxılan zaman birinci və apellyasiya instansiya məhkəmələri həmin sənədi sübut kimi qəbul etməyərək səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yeni sübutlara hüquqi qiymət verilmiş olsa idi, birinci icraat üzrə aparılan məhkəmə araşdırması zamanı iddiaçıya kompensasiya məbləğinin artıq hesablandığı müəyyən ediləcəkdi.

21. Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli Çıxarış (həmin Çıxarışa əlavə olunmuş xx.xx.2014-cü il tarixli Hüquq sahiblərinin siyahısı) cavabdeh tərəfindən sonradan əldə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə istinad edilmiş hallara, apellyasiya icraatı zamanı təqdim edilmiş apellyasiya şikayətində, kassasiya icraatı zamanı isə təqdim edilmiş kassasiya şikayətində istinad edilməmişdir və qanuni qüvvəsini almış məhkəmə qərarlarında bu sənəd öz əksini tapmamışdır. Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni təqdim edilən sübuta qiymət verilməmişdir. Hər iki instansiya məhkəməsi sözügedən hüquqmüəyyənedici sənədi icra atın təzələnməsi üçün sübut kimi qəbul etməmişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı ərizəni və qərarın icrasının dayandırılması barədə vəsatəti təmin etməyərək pozuntuya yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələ blər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 1

02. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin i stinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə

104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə b aşqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə

105. Məhkəmə qərarının icrasının yalnız ərizə (vəsatət) əsasında dayandırılması 105.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 105.2. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı bir inin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə

107. Yeni açılmış hallar üzrə icraat 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla ə laqədar prosessual xərclər haqqında məsələni də həll edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məs ələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Yuxarıda istinad olunan normaların müddəaları baxımından, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan və ya təkzib edən yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar və ya sübutlar anlayışı ilkin məhkəmə icraatı zamanı mövcud olmuş, lakin iddiaçıya və məhkəməyə əvvəllər məlum olmayan və bununla yanaşı qəbul olunmuş məhkəmə qərarının əsasında duran faktların həqiqiliyini təkzib edən və sonradan aşkar o lunmuş faktları və ya halları ehtiva edir.

30. Bu baxımdan yalnız mübahisəyə dair işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, iş üzrə məhkəmə icraatı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatdıqdan sonra tərəfə məlum olan və ya mövcudluğu meydana çıxan, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

31. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zaman ı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya təqsirkar davranış onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

32. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsay dı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

33. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçi tərəfindən ilkin məhkəmə icraatı zamanı mövcud olduğu, lakin sonradan aşkar edildiyi və ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim olunmadığı bildirilən, yeni sübut və ya hal kimi istinad edilən fakt yuxarıda qeyd olunan mənada icraatın təzələnməsini şərtləndirən yeni sübut və ya hal kimi qiymətləndirilə bilməz.

34. Belə ki, bu qərarın 23-cü bəndində istinad olunan normaya görə, yeni açılm ış hallarla bağlı ərizədə icraatın təzələnməsi üçün həmin normada nəzərdə tutulmuş anlamda əsaslar göstərilməli, ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin iş üzrə məhkəmə icraatının təzələnməsinin əsası qismində istinad etdiyi sübut – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” RX Seriyalı, ******* saylı Çıxarış ilkin icraat üzrə iş materiallarına əlavə edilmiş və bilavasitə məhkəmə baxışının predmeti olmuşdur. Bundan başqa, ərizədə yeni açılmış halların əsası kimi istinad edilən hallar iddiaçının mülkiyyət payının müəyyən edilməsi ilə bağlıdır və qanunvericiliyin tələbinə görə həmin hallarla bağlı sənədlər i lkin icraat zamanı cavabdeh tərəfindən əldə edilməli və kompensasiyanın hesablanması zamanı araşdırılmalı idi. Kompensasiyanın hesablanması ilə bağlı hərtərəfli və obyektiv araşdırmanın aparılması cavabdehin məsuliyyət sferasına aiddir. Nəzərə almaq lazımdır ki, istinad edilən çıxarışın araşdırma predmeti olduğu məhkəmə icraatında cavabdeh tərəf qismində proses iştirakçısı olmuş və bu baxımdan icraat üzrə materiallarla tanış olmaq hüququna malik olmuşdur. Beləliklə, istinad edilən çıxarışın ilkin məhkəmə icraatının araşdırma predmeti olduğu və iş üzrə materiallara əlavə edildiyi, cavabdehin həmin icraatda tərəf olduğu və icraat üzrə materiallarla tanış olmaq hüququna malik olduğu nəzərə alındıqda, həmin hallar cavabdehin diqqətli və məsuliyyətli olacağı təqdirdə ən azından ona məlum olmalı idi. Bununla yanaşı, həmin sübut və halların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı, eləcə də cavabdehin onları təqdim etmək imkanına malik olmadığı iş üzrə materiallardan müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də onun belə imkanını istisna edən səbəblərin mövcudluğunu təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya təqsirkar davranış da onun ziyanına təfsir edilməlidir.

36. Beləliklə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 23cü bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır.

37. Lakin hazırkı mübahisəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur.

38. Eyni zamanda qeyd olunmalıdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-1(81)-1913/2019 nömrəli qərarının icrasının dayandırılması haqqı nda vəsatətin taleyi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə üzrə məhkəmə qərarına bağlıdır. Belə ki, həmin ərizənin məhkəmə tərəfindən rədd olunması qeyd edilən qərarın icrasının dayandırılması haqqında vəsatətin də təmin olunmamasını şərtləndirir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-1(81)-1913/2019 nömrəli qərarının icrasının dayandırılması haqqında vəsatətin təmin olunmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1045/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar