Məhkəmə qərarları › İş №2-1(102)-1014/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1014/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1014/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-829/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 020 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xırdalan şəhəri, X7 küçəsində yerləşən 10 nömrəli qeyri-yaşayış binasının 49,06 m² hissəsi üzərində X3, xx.xx.1998-ci il tarixli, 020A reyestr nömrəli qeydiy yat vəsiqəsinə əsasən isə həmin qeyri-yaşayış binasının 36,7 m² hissəsi üzərində X2 paylı mülkiyyət hüquqları reyestr kitabında qeydə alınmışdır. 2. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 85.76 m² olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus 36,07 m² hissəsini İddiaçı satmışdır.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-810/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasın dan imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı qeyri-yaşayış binasının qonşu qeyri-yaşayış binası ilə eyni dam örtüyünün altında yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəbdən, müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıcı X4 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 85.76 m² olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən iddiaçıya satılmış 36,7 m² qeyri-yaşayış sahəsi üz ərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş və müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, qeyriyaşayış binasının alqı-satqı müqaviləsindən həmin sahənin paylı mülkiyyətdə olduğu aydın görünür. Məntiqi cəhətdən, paylı mülkiyyətdə olan sahə eyni dam örtüyü altında yerləşməlidir. cavabdehin etirazı:

7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2655/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış ümumi sahəsi 36.7 m² qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış xx.xx.2023- cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında satıcı X4 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 85.76 m² olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən 36,7 m² qeyri-yaşayış sahəsi iddiaçıya satılmışdır. Bundan sonra iddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 36,7 m² qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi yeganə arqument sözügedən qeyri-yaşayış binasının qonşu qeyri-yaşayış binası ilə eyni dam örtüyünün altında y erləşməsinin göstərilməsidir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 36,7 m² qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir. Nəzərə alınmalıdır ki, cavabdehin qeyri-yaşayış binasının qonşu qeyri-yaşayış binası ilə eyni dam örtüyünün altında yerləşməsi ilə bağlı imtinası formal xarakterlidir, yəni cavabdehin göstərdiyi arqument iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilə bilməz. İddiaçının tələbinin təmin edilməməsində cavabdehin hərəkətləri qanunsuz hesab edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi ba rədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-829/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2655/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia olunan qeyri-yaşayış binası əvvəllər bütövlükdə X3 xüsusi mülkiyyətində olmuş, daha sonra həmin sahənin “20A” nömrəli 36,7 m² hissəsi X2, qalan “20” nömrəli 49,06 m² hissəsi isə V.N.Hacıyevanın ümumi paylı mülkiyyətinə verilmişdir. Bundan sonra Ə.M.Şikarov öz payını - 36,7 m² qeyri-yaşayış obyektini iddiaçıya satmışdır. Yəni, qeyri-yaşayış binası əvvəllər bütövlükdə mövcud olmuş, daha sonra bölünərək müvafiq paylar ayrılmışdır. Bu mənada, hər iki payçının qeyri-yaşayış binalarının eyni dam örtüyünün altında yerləşməsi hazırki halda iddiaçının hüquqlarına müdaxilə təşkil edə bilməz.

14. İddiaçıya satılan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən Ə.M.Şikarovun adına tərtib edilmiş ilkin texniki pasportda sahənin – mağazanın ölçüsü 38,6 m² göstərilmiş, daha sonra həmin sahədə əlavə tikili inşa edildiyindən dəyişiklik nəzərə alınaraq 47 m² qeyri-yaşayış sahəsinə dair həmin şəxsin adına yeni texniki pasport tərtib edilmişdir.

15. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini ək s etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktı”ndan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd (texniki pasport) üzrə sahəsi 47 m² təşkil edir. Texniki pasportda göstərilən qeyri-yaşayış binası mövcuddur, daxili ölçüləri uyğundur. Bina 4 hissədən ibarətdir və ayrı-ayrı giriş-çıxışları mövcuddur. Qonşu qeyri-yaşayış binası ilə eyni dam altındadır.

16. Ə.M.Şikarovun faktiki istifadəsində olmuş qeyri-yaşayış sahəsi 47 m² olsa da, hazırda iddiaçı sənəd üzrə istifadədə olmuş və alqı-satqı qaydasında ona satılmış həmin sahənin 36,07 m² hissəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmaq niyyətindədir.

17. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərba ycan Respublikası Qanununun 8.0.3cü maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsaslanır. İstinad olunan həmin normada daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.

18. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədə malik olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası əsassızdır.

19. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

20. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, 4 saylı Abşeron Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədlərin dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunu yoxlamış və Abşeron rayonu, Xırdalan şəhəri, X7 küçəsi 10 ünvanında yerləşən qeyriyaşayış binasının qonşu qeyri-yaşayış binası ilə eyni dam örtüyünün altında yerləşdiyi müəyyən olunmuşdur. Belə olan halda isə 4 saylı Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hüquqlarının d övlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

24. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər: Ali məhkəmənin İnzibati kollegiyasının 2-1(102)-890/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından fərqli mövqe sərgilənmişdir. Məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir.

25. Ali Məhkəmənin İnzibati kollegiyasının 2-1(102)-983/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında göstərilən mövqeyə əks mövqe nümayiş etdirilmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr,...

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilir.

30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni də lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş fak tiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı öz tələbinin əsası kimi reyestrdə qeydə alınmış daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinə əsaslanır. Həmin müqavilə notariat qaydasında təsdiqlənmişdir. 37.”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddələrinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

38. Beləliklə, iddiaçının həmin normalardan irəli gələn hazırkı m əzmunda tələb hüququ vardır.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-829/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar