Məhkəmə qərarları › İş №2-1(102)-1015/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1015/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1015/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: plan-ölçünün və çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili, üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri iştirakı ilə, İddiаçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Bakı şəhəri Suraxanı Rayon İcr a Hakimiyyəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1069/2019 saylı, 20.12.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Bakı şəhəri XDS İK-nin 12.10.1985-ci il tarixli, **/*** nömrəli qərarı və */*** “b” nömrəli 1986-cı il tarixli ayrıc aktı ilə Bakı Məişət Xxləri zavodunun bağçılıq yoldaşlığının 600 üzvü üçün X bağ massivində 36,7 ha. torpaq sahəsi ayrılmış, Bakı Məişət Xxləri zavodunun rəhbərliyinin, partiya və həmkarlar təşkilatının ümumi yığıncağının 02.09.1986-cı il tarixli qərarı ilə bağıçılıqyoldaşlıq yaradılmış, iddiaç ı 05.03.1987-ci il tarixində 02 nömrəli protokola əsasən X “ x” bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarına əsasən Ünvan, X bağ massivində yerləşən ümumi sahəsi 600 m2 olan 1937 nömrəli bağ sahəsi ayrılmış və ona ayrıc aktı verilmişdir. İddiaçı bağ sahəsinə dair plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair 13.07.2016-cı il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh 06.08.2016-cı il tarixli, ******* nömrəli cavab məktubuna əsasən iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlər surətdir və Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənara düşür. Bununla razıl aşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ünvan, X bağ massivində yerləşən ümumi sahəsi 600 m2 olan *** saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia ərizəsinə yazılı etiraz təqdim edərək Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənara düşdüyündən sözügedən əmlak üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edildiyini bil dirmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.12.2016-cı il tarixli, 2-1(82)-3071/2016 nömrəli qərarına əsasən, iddia təmin edilmiş və Ünvan, X bağ massivində yerləşən ümumi sahəsi 600 kv.m. olan *** saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddia olduğundan cavabdeh orqan hərəkətinin qanunauyğun olduğunu əsaslandırmalı olsa da, cavabdeh imtinasının qanuni əsaslılığını sübuta yetirmədən formal mülahizələrə əsas lanaraq iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.12.2016-cı il tarixli, 2-1(82)-3071/2016 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.06.2017-ci il tarixli, 21(103)-994/2017 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.12.2016-cı il tarixli, 2-1(82)-3071/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, cavabdehin 06.08.2016-cı il tarixli imtina məktubunda dövlət qeydiyyatına alınmadan imtinanın qanunda nəzərdə tutulan əsaslarından heç birinə istinad edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 08.09.2017-ci il tarixində iş üzrə qərarını cavabdeh orqana göndərərək onun icra olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti 15.05.2018-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yeni açılmış halla bağlı icraatın təzələnməsinə dair ərizə verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.12.2016-cı il tarixli, 2-1(82)-3071/2016 nömrəli qərarının ləğv edilməsini, iş üzrə icraatın Suraxanı RİH 3-cü şəxs qismində cəlb edilməklə təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, məhkəmə bağ sahəsinin naturada iddiaçıya verilən bağ sahəsi olub-olmadığı və sahilboyu mühafizə zolağına düşüb-düşm əməsini araşdırmamaqla bərabər bununla bağlı məsələlərin Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin maraqlarına toxuna biləcəyi və onların işə cəlb edilmləsini müzakirə etməmişdir. İş üzrə cavabdehin məktubuna əsasən “Xx” bağçılıq birliyinin ərazisi həmin təşkilata ayrılmış ərazinin hüdudlarından kənarda yerləşən, dövlət mülkiyyətində olan dənizkənarı ərazidir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.3-cü bəndinə əsasən, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətlərinə aid edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.05.2018-ci il tarixli, 2-1(82)-3071/2016 nömrəli qərardadına əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.12.2016-cı il tarixli, 21(82)-3071/2016 nöm rəli qərarı ləğv edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnərək, məhkəmə iclası 28.06.2018-ci il tarixinə təyin edilmişdir. İşə mahiyyəti üzrə yedinən baxan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi əvvəlki mövqeyini təkrarlayaraq torpaq sahəsinə dair sənədlərin qaydasında olduğunu, naturada yerləşməsinə görə bağlar üçün ayrılmış dövlət torpağı olduğunu, başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyini, yüklü olmadığını qeyd etmiş və 10.07.2018-ci il tarixli, 2-1(82)3244/2018 nömrəli qərarı ilə iddianın təmin edilməsini, Ünvan, X bağ massivində yerləşən ümumi sahəsi 600 m2 olan *** saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət r eyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2-1(82)-3244/2018 nömrəli qərarından cavabdeh və 3-cü şəxs apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.10.2018-ci il tarixli, 21(103)-2509/2018 nömrəli qərarına əsasən, apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2-1(82)-3244/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, bağçılıq üzvlük kitabçasının iddiaçıya bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi öz təsdiqini tapdığı halda, cavabdeh qeydiyyat orqanı tərəfindən həmin bağ sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası qanunsuzdur. Həmçinin, torpaq sahəsinin iddiaçıya keçmiş Azərbaycan SSR dövründə ayrıldığını və dəniz kənarından sözügedən məsafədə yerləşməsinin torpaqayırmanın həmin vaxt qüvvədə olan torpaq qanunvericiliyinə zidd olmadığı halda, üçüncü şəxs 25.06.1999-cu il tarixində qəbul edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinə istinad etmişdir. O cümlədən, üçüncü şəxsin də istinad etdiyi kimi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının atında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. İddiaçıya ayrılmış torpaq sahəsi isə, qanunun müəyyən etdiyi 20-50 metrlik sahilboyu zolaqda deyil, həmin zolaqdan kənarda yerləşir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.10.2018-ci il tarixli, 21(103)-2509/2018 nömrəli qərarından üçüncü şəxs və cavabdeh orqan kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.02.2019-cu il tarixli, 2-1(102)-588/2019 nömrəli qərarına əsasən, kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 25.10.2018-ci il tarixli, 2-1(103)2509/2018 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinin tələblərini pozaraq mübahisəli bağ sahəsinin “Xx” bağçılıq yoldaşlığın ərazisi daxilində yerləşib-yerləşmədiyini mötəbərliyi şübhə doğurmayan konkret sübutlara istinad etməklə dəqiq müəyyən etməmiş, bu məqsədlə müvafiq məhkəmə ekspertizası təyin etməmiş, beləliklə cavabdehin irəli sürdüyü və işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən dəlilə düzgün hüquqi qiymət və adekvat cavab verməmiş, həmçinin iş materiallarındakı mütəxəssis rəyində də bu suala cavab verilməyərək mübahisəli torpaq sahəsini n məhz “Xx” bağçılıq yoldaşlığı üçün ayrılmış torpaq sahəsi olduğu göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 21(103)-1069/2019 nömrəli qərarına əsasən, apellyasiya şikayətlərinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2-1(82)-3244/2018 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi, əvvəlki qərar əsasında həyata keçirilmiş icra hərəkətlərində dönüş edilməsi, Ünvan, X bağ massivində yerləşən, ümumi sahəsi 600 m2 olan *** saylı bağ sahəsinə dair Iddiaçı n adına daşınmaz əmlakın dövlət reyestrində 07.10.2017-ci il tarixində aparılmış (qeydiyyat nömrəsi: *******, çıxarış nömrəsi XX ******* ) qeydiyyat və 06.10.2017-ci ildə tərtib edilmiş plan-ölçünün ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50 manat, mütəxəssis tədqiqatına görə 95,49 manat xərcin iddiaçıdan tutulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “Xx” bağçılıq yoldaşlığına aid olmadığı müəyyən edildiyindən iddia rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 21(103)-1069/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı aşağıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin qərarını əsassız və qanunsuz hesab edir:

1. Bakı şəhəri XDS İK-nin 12.10.1985-ci il tarixli qərarı ilə, Bakı Məişət Xxləri zavodunun b ağçılıq yoldaşlığının 600 üzvü, eləcə də iddiaçı üçün X bağ massivində bağ sahəsi ayrılmış, bağçılıq kitabçası verilmişdir.

2. Mübahisəli torpaq sahəsi uzun müddət bağçılıq cəmiyyətinə aid olsa da, “XXX” elektron ölçü aparatına malik mütəxəssisin iştirakı ilə məlum olmuşdu ki, “Xx” bağçılıq yoldaşlığının hüdudları daxilində yerləşmir və göstərilən bağ sahəsi X bağ massivinin ərazisidir. Kassator, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, Mülki Prosessual Məcəllənin 402, 403.1, 405.0.1, 406.1, 407.4, 417-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-1069/2019 nömrəli qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə icl asında iştirak edən iddiaçı və iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mü mkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 2-1(103)-1069/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin mübahisələndirilən halı iddiaçının iddia etdiyi sözügedən bağ sahəsinin “Xx” bağçılıq yoldaşlığının hüdudları daxilində yerləşib-yerləşməməsi olduğundan apellyasiya instansiya məhkəməsi bu məsələnin həlli üçün məhkəmə yer quruluşu ekspertizası təyin etmiş, ekspertiza qarşısında mübahisəli bağ sahəsi nin “Xx” bağçılıq yoldaşlığın hüdudları daxilində yerləşməsi və əgər yerləşmirsə həmin torpaq sahəsinin statusunun müəyyən edilməsi barədə suallar qoymuş və 13.11.2019-cu il tarixli, **** nömrəli ekspert rəyinə əsasən həmin sahənin “Xx” bağçılıq yoldaşlığının hüdudları daxilində yerləşmədiyi, göstərilən bağ sahəsinin X bağ massivinin ərazisi olduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş,“ AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan b ağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. İddiaçı kassasiya şikayətinin dəlillərində Bakı şəhəri XDS İK-nin 12.10.1985-ci il tarixli qərarı ilə Bakı Məişət Xxləri zavodunun bağçılıq yoldaşlığının 600 üzvü, eləcə də iddiaçı üçün X bağ massivində bağ sahəsi ayrıldığından iddianın təmin olunmasını bildirsə də, məhkəmə kollegiyası yuxarıda qeyd oluna nlara əsasən, cavabdehin bu dəlilini əsassız hesab edir. Beləliklə, iddiaçı bağ sahəsinin “Xx” bağçılıq yoldaşlığına ayrıldığını və qanuni əsaslarla ona məxsus olduğunu bildirsə də, ekspert rəyi ilə iddiaçının iddia etdiyi bağ sahəsinin “Xx” bağçılıq yoldaşlığının hüdudları daxilində yerləşmədiyi məlum olmuşdur. Apellyasiya instansiya məhkəməsi həmin bağ sahəsinin “Xx” bağçılıq yoldaşlığının hüdudları daxilində yerləşmədiyi ilə bağlı işdə olan digər sübutları da nəzərə alaraq qeyd etmişdir ki, həmin sahənin iş materiallarında olan “Google earth” foto çəkilişindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin “Xx” bağçılıq yoldaşlığının hüdudlarından kənarda, daha çox dənizə yaxın məsafədə yerləşdiyi aydın görünür. Bundan başqa, iş materiallarında olan 05.03.2018-ci il tarixli akta əsasən bağ sahəsinin bataqlıq olması, həmin sahəyə iddiaçının 35 maşın torpaq tökərək bataqlıqdan qurudulması barədə dəlili ilə bağlı isə apellyasiya instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, bataqlıqdan ibarət olan torpaq sahəsinin onun ayrılma məqsədinə, yəni bağçılıq təsərrüfat fəaliyyəti ilə məşğul olmağa əlverişli olmaması da torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatından kənar ayrıldığını deməyə əsas verir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsində “Xx” bağçılıq təsərrüfatına məxsus bağ sahəsinin iddiaçıya verilməsi və həmin bağ sahəsinin sözügedən bağçılıq təsərrüfatının hüdudları daxilində olması ilə bağlı sübutlar və iddiaçının dəlilləri hərtərəfli araşdırılaraq öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin birinci dəlilini əsassız h esab edir. Kassasiya şikayətinin ikinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlilində iddiaçı həmin sahənin uzun müddət bağçılıq cəmiyyətinə aid olduğunu, lakin mütəxəssisin iştirakı ilə bağ sahəsinin hal-hazırda “Xx” bağçılıq təsərrüfatına aid olmadığının müəyyən edildiyini bildirmiş, bunun əksini, yəni bağ sahəsinin hal-hazırda “Xx” bağçılıq təsərrüfatına aid olduğunu təsdiq edən heç bir dəlil bildirməyərək faktiki olaraq özü də bağ sahəsinin adıçəkilən təsərrüfata aid olmadığını qəbul etmişdir. Belə ki, bu faktın “XXX” elektron ölçü aparatı vasitəsilə müəyyən edildiyini bildirmiş və onun mötəbərliyini şübhə altına alan heç bir dəlil göstərməmişdir. Göründüyü kimi, iddiaçının ikinci dəlili mübahisə ilə bağlı məhkəmənin mövqeyini inkar etmədiyindən apellyasiya inst ansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə inzibati orqan mübahisəli bağ sahəsinin “Xx” bağçılıq təsərrüfatına aid olmadığını, bununla da həmin torpaq sahəsinə dair çıxarışın qəbul edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əskini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2019-cu il tarixli, 21(103)-1069/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar