Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1015/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyası təyinatı, yeni açılmış hallarla bağlı ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı “pensiya nın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-980/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, ona 1971-ci ildən 1974-cü ilə qədər və 1974-cü ildən 1979-cu ilə qədər təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 55 yaşı tamam olduğu tarixdən, yəni 23 avqust 2009-cu ildən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8 və 27.1-ci maddəsi, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqını əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2-1(81)3904/2017 nömrəli qərarı ilə iddia təmin edərək iddiaçıya 1971-ci ildən 1974-cü ilə qədər və 1974-cü ildən 1979-cu ilə qədər təh sil aldığı dövrü ümumi iş stajına daxil etməklə 55 yaşı tamam olduğu tarixdən, yəni 23 avqust 2009-cu ildən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8 və 27.1-ci maddəsi, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqını əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
3. Bakı Apelyasiya Məhkəməsinin 5 avqust 2017-ci il tarixli, 2-1(103)-211/2017 nömrəli qərar ı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 219 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 21(102)- 2215/2017 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 5 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun2017-ci il tarixli, 2-1(81)3904/2017 nömrəli qərarı xx.xx.2017-ci ildə qanuni qüvvəyə minməsi qeyd edilməklə xx.xx.2017-ci il tarixli məktubla icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasama l rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 12/10525 №-li, xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3904/2017 nömrəli, xx.xx.2017-cı il tarixli qərarı icra edilmişdir 6. 1 noyabr 2021-ci il tarixində DSMF Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəz Filialı ərizə verərək, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (81)- 3904/2017 nömrəli 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, pensiya işində olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti və verilmiş güzəştli arayışların saxtalaşdırıldığı müəyyən olunmuşdur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-390 4/2017 nömrəli 24 noyabr 2021-ci il tarixli qərardadı ilə “yeni açılmış hallarla bağlı” ərizələr mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizədə qeyd edilən hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək hallar kimi qəbul edilə bilməz.
10. Həmin qərardaddan narazı qalan Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 11 fevral 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi Filialı apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Bəzi pensiyaçıların müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilm işdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq İstintaqı aparılır. Bu hal məlum olduqdan sonra müddət ötürülmədən həmin şəxslərinin barəsində olan məhkəmə qərarı üzrə yeni açılmış hallara dair ərizə təqdim edilmişdir. Həmin şəxslərdən biri olan İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1971-ci ildən 1974-cü ilə qədər və 1974-cü ildən 1979-cu ilə qədər təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 55 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu il tarixdən həmin dövrdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8, 27.1-ci maddəsi, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13, 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbini irəli sürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3904/2017 nömrəli qərari ilə iddiası təmin edilmişdir.
14. Məhkəmə qərarında müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətinin cavabdeh inzibati orqana təqdim edilməsi və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi barədə heç bir məlumat verilmədiyi, iş materialları kimi qeyd olunmuş yalnız vətənd aşın əmək kitabçasına istinad edilməklə işə baxıldığı haqqında qeydlər aşkarlanmış, iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, İşlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N°-İi Siyahısı"nın (bundan sonra - 2 №-li Siyahı) İ bölməsinin 20101006- 20591 şifrəsinə aid olduğu əsaslandırılmışdır. Həmin şifrə ilə (kod) 2 №-li Siyahıda "Dağmədən işləri: kəsmələrin, karxanaların, axtarış mədənlərinin, hidravlik və yuyucu cihazların, şaxtaların tikintisindəki sənaye meydançalarının, mədənlərin, kəsmələrin, kəsmə idarələrinin, karxanaların,, metropolitenlərin, tunellə rin, yeraltı arxların və digər yeraltı -qurğuların, şaxtaların kəsmələrin, karxanaların şaxtaların və mədənlərin səthindəki işlər: b) rəhbərlər və mütəxəssislər: geoloqlar, sahə geoloqlar" peşələri nəzərdə tutulmuşdur. Şifrə qeyd olunarkən səhvə yol verilmiş, "2010100b" əvəzinə "20101006" yazılmışdır. Barəsində məlumat verilməyən həmin sənədlərin əsli və ya surətlərinin pensiya işinə və uçot vərəqinə əlavə edilmədiyi müəyyən edilmişdir. Növbəti instansiyalarda şifrə (kod) səhvi aradan qaldırılsa da, hər 3 İnstansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqi qat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əməkhaqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, çöl şəraitində işləməsi barədə əsaslı və dəqiqləşdirici sənədlər olmadan iddia tələbi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yekun hissəsində qeyd olunanların vətəndaşın iddia ərizəsində, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarında qeyd olunanların birinci instansiyanın qərarında olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri 15. kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmı ş inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanu ni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu (-). Maddə 104.2. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Madd ə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmama sı üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi ilə bağlı hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərində qeyd olunan hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, həmin hallarla bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə m ünasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Apelyasiya məhkəməsi, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə üzrə lazımi qaydada araşdırma aparmışdır. Odur ki, apelyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apelyasiya məhkəməsi tərəfindən ərizə üzrə müəyyən olunmuş hallara prosessual hüquq normaları düzgün tətbiq edilmişdir və bu səbəbdən kollegiya, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da g öründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
24. Nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməy ən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir.
25. Bu qərarın 16-cı bəndində istinad olunan normada nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Odur ki, hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (cavabdehin) məsuliyyət sferasına aid edilməlidir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yeni açılmış hallarla bağlı məhkəmə icraatının təzələnməsinə dair ərizənin mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-980/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.