Məhkəmə qərarları › İş №2-1(102)-1015/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1015/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1015/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X13, X9, X12 və X10) “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba Bələdiyyəsinin “Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə” 30 sentyabr 2016-cı il tarixli, 11/06 saylı iclas qərarına əsasən, Bələdiyyənin alqı-satqı predmeti olan 0.12 ha və 0.12 ha, cəmi 0.24 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması üçün torpaq sahəsinə çıxarış alınmasına dair müvafiq sənədlərin verilməsi barədə DƏDRX-ə müraciət edilməsi qərara alınmışdır.

2. Quba rayonu İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2018-ci il tarixli, 212 saylı rəyinə əsasən 0.12 ha torpaq sahəsinin tikinti norma və qaydalarına əməl etməklə fərdi yaşayış evinin tikintisi üçün tikinti işlərinin aparılması məqsədilə satılmasına, Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsi 13 saylı Xaçmaz Ərazi Şöbəsinin xx.xx.2018-ci il tarixli, ********** saylı rəyinə əsasən isə 0.12 ha torpaq sahəsi üzərində Quba bələdiyyəsinin hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz edilməmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, **********40 reyestr nömrəli və **********41 reyestr nömrəli çıxarışlara əsasən, Quba şəhərində yerləşən 0.12 ha və 0.12 ha torpaq sahələri bələdiyyə mülkiyyət hüququ üzrə Quba bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hər iki torpaq sahəsinə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən A№ 289913 və A№ 289982 torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir.

4. Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsinin yanında X8 Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı № 011848 şəhadətnaməyə əsasən X9, AM seriyalı № 011849 şəhadətnaməyə əsasən X13, AM seriyalı № 011850 şəhadətnaməyə əsasən X12, AM seriyalı № 011851 şəhadətnaməyə əsasən X3 bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı ƏMDK yanında X8 X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 sentyabr 2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracın qalibi olmuşlar. 5. 24 sentyabr 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən, Quba Bələdiyyəsi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsini X7, 0.06 ha hissəsini X4, 25 sentyabr 2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən bələdiyyə mülkiyyətin də olan 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsini X11, qalan 0.06 ha hissəsini X2. 6. xx.xx.2020-ci il tarixli, **********31, **********32, **********33 və **********34 reyestr nömrəli çıxarışlara əsasən, alqı-satqı predmeti olan torpaq sahələri alıcıların adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Quba bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv.m və ya 0.12 ha torpaq sa hələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11/06 nömrəli qərarının və həmin qərar əsasında Quba şəhəri ərazisində yerləşən 0.12+0.12 ha torpaq sahələrinə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********40 və **********41 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Quba bələdiyyəsini göstərmiş və tələbində alqı-satqı predmeti olan Quba şəhərində ye rləşən hər biri 0.12 ha olan torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11/06 nömrəli qərarının hər iki 0.12 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2-1(118)-1784/2021 nömrəli qərardadı ilə iddia tələbi Quba bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv.m torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata al ınması prosedurunun başlanması barədə Quba bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11/06 nömrəli qərarının ləğv edilməsi kimi qəbul edilmiş, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, X13, X9, X12 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixli ərizəsi əsasında Quba bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10/02 saylı qərarı ilə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədi ilə 700 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Quba Bələdiyyəsinin xx.xx.2006-cı il tari xli iclasının 3 saylı protokolundan çıxarış və torpaq sahəsinin yerquruluşu planından çıxarış ona təqdim edilmişdir. İddiaçı torpaq sahəsinin dəyərini Quba Bələdiyyəsinin hesabına ödəmişdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi 0.17 ha sahəsi olduğu halda, onun torpaq sahəsinə bitişik olan sahibsiz 0,07 ha torpaq sahəsini də öz ərazisinə qatıb çəpərləmiş və ümumilikdə, 0.24 ha torpaq sahəsindən 15 il ərzində istifadə etmişdir. Həmin torpaq sahəsi 15 ildir ki, mübahisəsiz olaraq iddiaçının sahibliyindədir və həmin torpaq sahəsinin mübahisəli olması və ya başqa şəxslərə məxsus olması barədə iddiaçıya heç bir müraciət daxil olmamışdır. xx.xx.2021-ci il tarixdə Quba şəhərində olarkən torpaq sahəsinə gedib baxmış və torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt edildiyini, torpa q sahəsinin ortasından daş çəpər çəkildiyini və həmin ərazidə intensiv şəkildə qanunsuz olaraq tikinti aparılmasının şahidi olmuşdur. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt edildiyini və torpaq sahəsində qanunsuz olaraq tikinti aparılmasını bildirmiş, müraciəti əsasında Quba RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən araşdırma aparılmış və AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus 0.24 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə hərraca çıxarılaraq ƏMDX yanında X8 X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasında təşkil edilmiş hərracda X12, X10, X13 və X1. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Quba b ələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi hər birinə 0.06 ha olmaqla hərracın qalibləri X5, X11, X7 və X4 3000 manata satılmış, onlara müvafiq olaraq AM seriyalı № 011848, AM seriyalı № 011849, AM seriyalı № 011850 və AM seriyalı № 011851 şəhadətnamələr verilmişdir. Quba Regional '‘Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş xx.xx.2020-ci il tarixli, 4ə-2140 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.06 ha torpaq sahəsi Quba bələdiyyəsi tərəfindən X4, xx.xx.2020-ci il tarixli, 4ə2141 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında 0.06 ha torpaq sahəsi X7, xx.xx.2020ci il tarixli, 4ə-2144 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən X11 və xx.xx.2020-ci il tarixli, 4ə-2145 reyestr nömrəli alqı-satqı müqaviləsi ə sasında 0.06 ha torpaq sahəsi Quba bələdiyyəsi tərəfindən X1. Həmin alqısatqı müqavilələri əsasında göstərilən şəxslərə daşınmaz əmlakın dövlət reysterindən çıxarışlar və plan və ölçü sənədləri verilmişdir. Bundan sonra iddiaçı Nərimanov Rayon Məhkəməsinə cavabdehlər X5 və qeyrilərinə qarşı şəhadətnamələrin ləğvi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, hal-hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Həmin mülki işin araşdırılması zamanı Nərimanov Rayon Məhkəməsi tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu veri lmiş, sorğu məktubuna cavab olaraq mübahisəli 0.24 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixində Quba bələdiyyəsinin mülkiyyətinə keçərək 0.12 ha torpaq sahəsinə dair **********40 və 0.12 ha torpaq sahəsinə dair **********41 reyestr nömrəli çıxarışların əldə edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Quba bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclas protokolunun 11/06 nömrəli qərarından çıxarışdan məlum olmuşdur ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 1200 kv.m və ya 0.12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə qərar qəbul ed ilmiş, bundan başqa Quba bələdiyyəsi tərəfindən iddiaçının hüquqları pozularaq iddiaçıya məxsus torpaq sahələrinin öz mülkiyyətinə keçirilməsi və həmin torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması üçün çıxarış alınması məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixinədək iddiaçının Quba bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclas protokolunun 11/06 nömrəli qərarından və həmin qərar əsasında hər iki 0.12 ha torpaq sahəsinə dair **********40 və **********41 reyestr nömrəli çıxarışların verilməsindən məlumatı olmamışdır. Quba Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçıya Quba bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10/02 saylı qərarı ilə Quba şəhərinin “ Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədi ilə 700 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı hesab etmişdir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 0.12 ha torpaq sahəsinə dair **********40 reyestr nömrəli və 0.12 ha torpaq sahəsinə dair **********41 reyestr nömrəli çıxarışlar verilə bilməz və həmin torpaq sahələri hərraca çıxarılaraq üçüncü şəxslərə satıla bilməz və hər hansı alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-238/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi yalnız Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 03 saylı protokolund an 10/02 saylı qərarının notariat qaydasında təsdiq edilmiş surətini təqdim etmişdir. İddiaçı həmin torpaq sahəsinin dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən ödəniş qəbzini və qərarın əslini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıda olan sənəddən başqa onun istinad etdiyi həmin qərar bələdiyyənin arxiv sənədlərində, Quba rayon Dövlət Arxivi, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilməmiş və ümumiyyətlə, həmin qərar barəsində hər hansı məlumat qeydə alınmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının qeyd olunan torpaq sahəsinin hüquqi cəhətdən yüklü olması və buna görə bələdiyyənin mülkiyyət hüququnun qeydə alına bilməməsi və sonradan başqa şəxslərə sata bilməməsi barədə dəlillərini əsassız hesab edir.

13. İddiaçı apellya siya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-238/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 0.24 ha torpaq sahəsi üzərində hüququn yaranmasını cavabdehin xx.xx.2006-cı il tarixli 10/02 saylı qərarı ilə ona 0.17 ha torpaq sahəsi ayrılması, həmçinin 0.07 ha torpaq sahəsini isə özbaşına zəbt edərək ayrılmış 0.17 ha torpaq sahəsi ilə birgə hasara alması ilə əsaslandırmışdır. 0.07 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, iddiaçı tərəfindən faktiki olaraq özbaşına zəbt edilən sahə olduğundan, həmin torpaq sahəsi üzərində iddiaçının hər hansı subyektiv hüququnun və buna uyğun olaraq, zəbt edilmiş torpaq sahəsinə dair bələdiyyənin prosedur qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. Belə ki, Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Ona görə də, bu hissədə qaldırılmış iddia hər bir halda mümkünsüz iddiadır. 16. 0.17 ha torpaq sahəsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 10/02 saylı i clas qərarına əsasən, iddiaçıya Bələdiyyənin ehtiyat torpaq fondundan haqqı ödənilməklə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədilə 700 kv.m torpaq sahəsi ayrılsa da, ayrılmış torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı aktının bağlanması, eləcə də, torpağın dəyərinin iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmir.

17. Bundan başqa, Bələdiyyənin 30 mart 2006-cı il tarixli 10/02 saylı qərarı ilə iddiaçıya haqqı ödənilməklə torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilsə də, işdən görünür ki, torpağın iddiaçının mülkiyyətinə verilməsinə dair prosedur tam başa çatmamış, bələdiyyə ilə iddiaçı arasında alqı-satqı aktı bağlanmamış, iddiaçı tərəfindən bə lədiyyənin hesabına torpağın satışına görə pul ödənilməmişdir. Bu isə o deməkdir ki, bələdiyyə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya verilməsi baş tutmamış, iddiaçının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan mülkiyyət hüququ yaranmamışdır.

18. İşin qeyd edilən xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, 0.17 ha torpaq sahəsinin iddiaçıya satılması proseduru zamana görə qüvvədə olan qanunvericiliyə əsasən tam başa çatmadığından, eləcə də, 0.07 ha torpaq sahəsi iddiaçı tərəfindən özbaşına zəbt edilmiş sahə olduğundan, mübahisələndirilən 0.24 ha torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa mal ik olmamışdır.

19. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlilləri ilə uyğunluq təşkil edir. Əlavə olaraq kassasiyaçı Mülki Məcəllənin 139, 140, 141, 152, 157 və 384-cü maddələrinə, İPM-nin 2, 8, 32, 35, 38, 70-ci maddələrinə, həmçinin “İnzibati icraat haqqında” Qanunun 67, 69 və 72-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiyası tərəfindən qərar qəbul edilərkən maddi və prosessual normaların tələblərinə əməl edilməmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

21. Üçüncü şəxslər k assasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümk ünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

29. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi qərarında düzgün olaraq vurğulamışdır ki, iddiaçı 0.24 ha torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə qərarı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. İddiaçı, 0.24 ha torpaq sahəsi üzərində hüququn yaranmasını cavabdehin xx.xx.2006-cı il tarixli 10/02 saylı qərarı ilə ona 0.17 ha torpaq sahəsi ayrılması, həmçinin 0.07 ha torpaq sahəsini isə özbaşına zəbt edərək ayrılmış 0.17 ha torpaq sahəsi ilə birgə hasara alması ilə əsaslandırmışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən 0.07 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, iddiaçı tərəfindən faktiki olaraq özbaşına zəbt edilmiş ərazidir və Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Ona görə də, apellyasiya məhkəməsi düzgün qeyd etmişdir ki, bu hissədə qaldırılmış iddia mümkünsüz iddiadır.

33. Bundan başqa, 0.17 ha torpaq sahəsinə münasibətdə iş ma terialları ilə müəyyən edilir ki, Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 10/02 saylı iclas qərarına əsasən, iddiaçıya Bələdiyyənin ehtiyat torpaq fondundan haqqı ödənilməklə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədilə 700 kv.m torpaq sahəsi ayrılsa da, ayrılmış torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı aktının bağlanması, eləcə də, torpağın dəyərinin iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmir.

34. Bələdiyyənin 30 mart 2006-cı il tarixli 10/02 saylı qərarı ilə iddiaçıya haqqı ödənilməklə torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilsə də, işdən görünür ki, torpağın iddiaçının mülkiyyətinə verilməsinə dair prosedur tam başa çatmamış, b ələdiyyə ilə iddiaçı arasında alqı-satqı aktı bağlanmamış, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pul ödənilməmişdir. Bu isə o deməkdir ki, bələdiyyə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya verilməsi baş tutmamış, iddiaçının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan mülkiyyət hüququ yaranmamışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, 0.17 ha torpaq sahəsinin iddiaçıya satılması proseduru zamana görə qüvvədə olan qanunvericiliyə əsasən tam başa çatmadığından, eləcə də, 0.07 ha torpaq sahəsi iddiaçı tərəfindən özbaşına zəbt edilmiş sahə olduğundan, mübahisələndirilən 0.24 ha torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.

36. Bundan başqa, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, ilkin torpaqayırma sxemində göstərilən cizgilər və ərazi, ƏMDX-nin vahid elektron baza məlumatlarında mövcud olan Quba şəhərinin baş planı və kompleks yerquruluşu layihələrində öz əksini tapmamışdır. Bələdiyyə tərəfindən iddiaçıya verilmiş qərar və sxemdə torpaq sahəsinin coğrafi koordinatları və ya dəqiq ünvan olmadığından sxemdə göstərilmiş torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə eyni torpaq sahəsi olubolmamasının müəyyən edilməsi mümkün olmamışdır. Çıxarışlara əsasən, üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri isə tədqiq olunan mübahisəli torpaq sahələri ilə eynilik təşkil edir. Mübahisə predmeti olan 0.17 ha torpaq sahəsi ilə iddiaçı tərəfindən naturada ona ayrılmasını iddia etdiyi sahənin eynilik təşkil etməsi bələdiyyə tərəfindən məhz həmin sahənin iddiaçıya ayrıldığına dəlalət etmir.

37. Beləliklə, arayışdan göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinin kadastr sənədləri təqdim edilmədiyindən, torpaq sahəsinin koordinatlarını müəyyən etmək və bunun nəticəsində iddiaçıya bələdiyyə qərarı ilə satılması nəzərdə tutulan torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.

38. Bu səbəbdən, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hətta yuxarıda qeyd edildiyi kimi, xx.xx.2006-cı il tarixl i qərarla iddiaçıya 0.17 ha torpaq sahəsinin ayrılması barədə qərar hüquqmüəyyənedici sənəd kimi qəbul edilsə belə, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0.17 ha torpaq sahəsinin hazırda iddiaçının naturada iddia etdiyi torpaq sahəsi olduğu təsdiq edilmədiyindən, iddiaçının üçüncü şəxslərin mülkiyyətində olan 0.24 ha torpaq sahəsi üzərində hər hansı hüququnun olduğu müəyyən olunmur.

39. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmı r.

40. Həmçinin apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar