Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1016/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “yolun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-839/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq m əhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 884a saylı xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi yolun açılması və həmin yola qoyulmuş maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli 2-1(112)-4444/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin mahiyyəti üzrə baxılması üçün göndərilməsini xahiş etmişdir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 2.02.2021-ci il tarixli, 21(103)-839/2021 nömrəli qərardadına əsasən (sədrlik edən – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli 2-1(112)-4444/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
5. Məhkəmə qərardadı iddiaçıya 08.04.2021-ci il tarixində təqdim edilmişdir.
6. İddiaçı 19.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-839/2021 nömrəli qərardadının ləğv edilməsi və hazırkı işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, KASSASİYA Ş İKAYƏTİNİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. b) Kassasiya şikayətinin mümkünlüyü
8. Kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, vəkil orderi şikayətə əlavə olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü m addəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
11. Mülki Prosessual Məcəllə: Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya göndərilmiş 05.05.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə iclasının təyin olunduğu vaxtadə k (25.05.2021-ci il saat 10:45) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasınadək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.
13. Belə olan halda, hazırkı qərardadın 10-11-ci bəndlərində göstərilən normaların tələblərinə görə kassasiya şikayəti mümkün sayıla bilməz.
14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(103)-839/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.