Məhkəmə qərarları › İş №2-1(102)-1017/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1017/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1017/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının bərpa olunması və imtiyazların verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “müharibə veteranı adının bərpa olunması və imtiyazların verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 noyabr tarixli 21( 103)-2580/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək müharibə veteranı adının bərpa olunmasını və imtiyazların verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 5 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və X7 Baş İdarəsinin x xxxxxx 1994-cü il tarixli əmrinə əsasən 1994-cü ilin iyun ayının 4-dən 20-dək (17 gün) döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli Qərarına uyğun olaraq x xxxxxxx 1991-ci il tarixdən xx xxx 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları hesab olunur. Bu qərara uyğun olaraq o, müharibə veteranı hesab edilmir və xidmət etdiyi müddətdə müharibə veteranları üçün nəzərdə tutulmuş heç bir güzəşt və imtiyazdan istifadə etmədiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2019-cu il 9 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Qəzaxilasetmə İşləri Baş İdarəsinin x xxxxxx 1994-cü il tarixli 101 ş/h nömrəli əmri ilə 1994-cü ilin iyun ayının 4-dən 20-dək 17 gün döyüş bölgəsinə ezam olunaraq, döyüşlərdə iştirakı nəzərə alınaraq, “müharibə veteranı” adının bərpa olunması və imtiyazların verilməsi vəzifəsini n cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1992-ci ilin avqust ayının 1-dən 2015-ci ilin dekabr ayının 25-dək iddia ərizəsində qeyd etdiyi xidmətlərdə qulluq etmiş və daxili xidmət sıravisi rütbəsindən daxili xidmət çavuşu rütbəsinə qədər qalxmışdır. 1992-ci il 1 avqust tarixdən 1994-cü ilədək Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 26 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin dispetçeri vəzifəsində, 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin YanğındanMühafizə İdarəsinin dispetçeri vəzifəsində, 1999-cu ildən 2000-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 49 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin dispetçeri v əzifəsində, 2000-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Xüsusi X4 kargüzarı vəzifəsində, 2006-cı ildən 2008-ci ilədək Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətinin Xüsusi X4 kargüzarı vəzifəsində, 2008-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətinin 55 nömrəli X2 yanğınsöndürən vəzifəsində xidmət etmişdir. 2015-ci ilin 25 dekabr tarixindən etibarən isə xidmət illərinə görə təqaüdə çıxmışdır. 1994-cü ildə Daxili İşlər Nazirliyinin 26 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsindən Yanğından mühafizə əməkdaşlarından ibarət batalyonu ilə Füzuli rayonuna müharibədə döyüş hərəkətlərində iştirak etmək üçün ezamiyyət olunmuşdur. Əsasən də Azərbaycan Respublikasının bütün Yanğın Qarni zonunun 15000-20000 əməkdaşlarının içərisində yeganə qadın əməkdaş idi ki, hamı ilə birlikdə kişi kimi döyüşlərdə iştirak etmişdir.1997-ci ilin 12 avqust tarixində müharibə bölgəsində döyüşlərdə iştirakını nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ona «Müharibə Veteranı» haqqında ******* saylı vəsiqə verilmişdir. 2005-ci illərin sonlarına kimi sözügedən vəsiqədən istifadə etmiş və aid olan imtiyazlardan istifadə etmişdir. Lakin 2005-cı ilin sonunda məlum olmuşdur ki, iddiaçının imtiyazları dayandırılmışdır. Məsələni araşdıran zaman məlum oldu ki, guya onun adı veteranlar siyahısından çıxarılmışdır. Bu səbəbdən veteran statusu ləğv olunmuşdur. Dəfələrlə rəsmi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Prezident Aparatına göndərdiyi, lakin onları n Cavabdehnə yönəltdiyi müraciətlərinə bir mənalı cavab almışdır. Sonuncu dəfə Prezident Aparatına müraciətinə Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2018-ci il tarixli məktubu ilə cavab verilmiş və cavab məktubunda göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Qəzaxilasetmə İşləri Baş İdarəsinin xx xxxxxx 1994-cü il tarixli 101 ş/h nömrəli əmri ilə 1994-cü ilin iyun ayının 04-dən 20-si tarixinədək 17 gün döyüş bölgəsinə ezam olunmuşdur. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən xx xxxxxxx 1991-ci il tarixdən xx xxx 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş şəxslər «Müharibə veteranı» hesab olunurlar. Bu qərara uyğun olaraq iddiaçı müharibə veteranı hesab edilə bilməz. Bu cavabdan sonra iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsindən sözü gedən qərarın tam izahının verilməsini xahiş etmişdir. Qanunvericilik Baş İdarəsi tərəfindən sözügedən qərara geniş izah verilmişdir. Həmin müraciətin cavabı iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin verdiyi məktubdan görsənir ki, iddiaçının xidmət etdiyi illər ərzində ezam olunduğu döyüş bölgəsindəki müddət nəzərə alınmalıdır və iddiaçı «Müharibə veteranı» sayılaraq, vəsiqə daşımağa və imtiyazlardan istifadə edə bilər. Belə olduğu halda, Azərbaycan Respublikası Cavabdeh verdiyi imtina əsassızdır. Qanunsuz olaraq fəxrlə canından keçərək döyüşdüyü günlərin, illərlə savadsız kadrlar və özbaşına orqan əməkdaşları tərəfindən ixtisar olunması onun kobud surətdə hüququnu pozmuşdur. Cavabdehin münasibəti: Cavabdeh iddia tələbinə qarşı yazılı münasibət təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xi dmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsi verilir. İddiaçı ezamiyyətdə olma müddəti 1994-cü il 12 may tarixdən sonrakı dövrə düşdüyü və onun fövqəladə hallar orqanlarından hərbi qulluqçu kimi deyil, daxili xidmət qulluqçusu kimi təqaüdə çıxmasını nəzərə alaraq onun müharibə veteranı adının bərp ası mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 iyul tarixli 2-1(82)1042/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 noyabr tarixli 2-1(103)-2580/2019 nömrəli qərarıilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin qərarı iddiaçıya 2020-ci il 21 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 14 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, iddiaçı şikayətinin əsası kimi “Veteranlar haqqında” Qanunun 3-cü və 7-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına istinad etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təm sil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələ rinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları n yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlə ri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.. verilir. Normanın məzmunundan da göründüyü kimi, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmə t keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Qəzaxilasetmə İşləri Baş İdarəsinin 1994-cü il 3 avqust tarixli 101 ş/h nömrəli əmrinə əsasən, həmin əmrdə adları göstərilən əməkdaşlar müharibədə döyüş hərəkətlərində iştirak etmiş hesab edilmişlər: Füzuli ra yonu: 04.06.94 – 20.06.94-cü il – 17 gün. d/x k.s-tı İddiaçı, 26-ŞYŞ-nın radio tel-t. Göründüyü kimi, iddiaçının ezamiyyətdə olduğu təqvim tarixləri 1994-cü il mayın 12dən sonraya təsadüf etdiyindən, habelə 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara aid olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 noyabr tarixli 2-1(103)-2580/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: imza İ.K.Hüseynov Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza R.S.Nəbizadə K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar