Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1017/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “əmək pensiyasın ın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)-110/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1952-ci il tarixində anadan olmuş, 05.08.1981-ci il tarixdən 31.01.1986-cı il tarixədək “Azplodoovatsprom” X5 Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində işləmiş, 31.01.1986-cı il tarixədən 10.02.1989-cu il tarixədək Baş Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2. İddiaçıya pensiya hüququnun yarandığı 06.09.19 90-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 02.04.2019-cu il tarixində DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi 03.04.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. İmtina belə əsaslandırılmışdır ki, iddiaçıya pensiya hüququ yarandığı 06.09.1990cı il tarixindən yaşa görə (dövlət qulluqçusu) əmək pensiyası təyin edilmişdir. X1qçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 №-li Fərmanı ilə, həmçinin “Əmək pensiyaları haqqında” Qanuna əsasən Hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 % məbləğində əlav ə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin qanunlar qüvvəyə mindiyi tarixdən aidiyyəti üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Dövlət qulluqçusu dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 % miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə), il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəs inə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun pensiyasının 05.08.1981-ci ildən 10.02.1989-cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəsinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin vəzifəyə müəyyən olunmuş həddə, aylıq vəzifə maaşı, staja görə 30% əlavə, dövlət qulluğunun müşaviri dərəcəsi, vəzifə səlahiyyətlərinin icrası üzrə aylıq əmək haqqının 15%, əmək haqqının üç misli həcmində mükafat, əmək haqqının bir misli misli həcmində kompensasiya və pensiyaya çıxarkən əlavə verilən əmək haqqının bir misli həcmində mükafatın nəzərə alınması ilə hesablanması, pensiyaya çıxdığı 01.03.2017-ci il tarixdən bu günə qədər hesablanmayan, onun ala bilmədiyi ayların pensiya ödənişi fərqini cəm halında və birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2019-cu il tarixli, 21(82)2008/2019 saylı qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2019-cu il tarixli, 21(82)2008/2019 saylı qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
6. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiyasının 05.08.1981-ci ildən 1989-cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin (şöbə rəisinin müavini) vəzifəyə müəyyən olunmuş həddə, aylıq dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, staja görə 30 faiz əlavə, bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi əlavə nəzərə alınmaqla İddiaçı Məzahir oğluna dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-517/2020 saylı, 12 mart 2020-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir.
7. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının o vaxt çalışdığı vəzifəsi halhazırda şöbə rəisinin müavininin vəzifəsinə bərabər tutulur. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına əsasən, həmin vəzifəyə aylıq vəzifə maaşı - 845.0 manat, aylıq əmək haqqına iş stajı üzrə 30% artım - 253.50 manat, dövlət qulluğunun müşaviri dərəcəsinə - 115.0 manat, vəzifə səlahiyyətlərinin icr ası üzrə aylıq əmək haqqının 15 % 126.75 manat, aylıq əmək haqqının 3 misli həcmində maddi yardımın 12-də 1 hissəsi 211.25 manat, aylıq əmək haqqının 1 misli həcmində kompensasiyasının 12-də bir hissəsi - 70.41 manat, aylıq əmək haqqının bir misli həcmində pensiyaya çıxarkən əlavə mükafatın 12 də 1 hissəsi - 70.41 manat, cəmi 1692,82 manat və bunun səksən faizi 1353,85 manat təşkil edir. Hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və inzibati orqanın bu hərəkətsizliyi ilə onun konstitusion hüququnu pozulmuşdur. Bu səbəbdən də pensiya hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2-1(112)-517/2020 saylı qərarı ilə (hakim – Fərid Mədətli) iddia tələbi təmin edilmiş, iddiaçının 05.08.1981-ci ildən 10.02.1989-cu ilədək Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində və Baş Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləməsi Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olan təminedici şöbə müdiri və təminedici şöbə müdirinin müavini vəzifəsinə uyğunlaşdırılaraq, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində təyin edilən və ödənilən əlavə haqq, dövlət qulluğunda qulluq stajının 15 ildən artıq olması ilə əlaqədar 30 faiz əlavə, ixtisas dərəcəsinə görə əlavə, dövlət qulluqçularına 1 aylıq və zifə maaşı məbləğində müavinət nəzərə alınmaqla dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının 05.08.1981-ci ildən 10.02.1989-cu il tarixə qədər Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində və Baş Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmçinin qeyd olunmuşdur ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icras ına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən təyin edildiyindən, iddiaçıya 06.09.1990-cı il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edildiyindən ona münasibətdə həmin əlavə 20.06.2008-ci il tarixdən tətbiq edilərək hesablanmalıdır. Məhkəmə iddia tələbinin dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə aylıq vəzifə maaşına 30 % əlavə haqq ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, X1qçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinə əsasən dövlət qulluqçusuna dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə aylıq vəzifə maaşına 30 % əlavə haqq ödənilir. İddiaçının əmək kitabçasında ixtisas dərəc əsinin verilməsi ilə bağlı müvafiq qeydlər mövcud olduğundan və iddiaçının dövlət qulluqçusu olması işin mübahisələndirilməyən halı olduğundan, həmçinin ixtisas dərəcəsindən qanunvericilikdə yalnız bir halda, yəni Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə məhrum edildiyindən, iddiaçının isə Azərbaycan Respublikası vətəndaşı olması işin mübahisələndirilməyən halı olduğundan, iddiaçıya verilmiş ixtisas dərəcəsi, yəni dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsindən irəli gələn sosial təminatlardan istifadə etmək hüququ şamil olunmalıdır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2-1(112)-517/2020 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, iddia üzrə İddiaçı 05.07.2020-ci il tarixdə vəfat etmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.09.2020-ci il tarixli, 21(103)-1408/2020 saylı qərardadı ilə iş üzrə icraat iddia üzrə İddiaçının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. 13. 04 fevral 2021-ci il tarixində X2 ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iddiaçının prosessual hüquq varisi kimi tanınmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2021-ci il tarixli, 21(103)-110/2021 saylı qərardadı ilə X2 hazırkı iş üzrə İddiaçının prosessual hüquq varisi kimi tanınmış, inzibati işin icraatı təzələnmiş dir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 21(103)-110/2021 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2-1(112)-517/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Məhkəmə qərarının cavabdehə hansı tarixdə təqdim edilməsini göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.
18. Cavabdeh 12.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)-110/2021 nömrəli qə rarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası 01.03.2017-ci il tarixindən təyin edilmiş və bununla bağlı hər hansı əlavələrin hesablanması da həmin tarixdən nəzərə alınmalıdır. Bununla bağlı işə baxan məhkəmələr nəzərə almamışdır ki, iddiaçı 05.08.1981-10.02.1989-cu illər ərzində tələb etdiyi əlavələri almamışdır. Məhkəmə iddiaçının 05.08.1981-10.02.1989-cu illər ərzində işlədiyi vəzifələri Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli Fərmanının 1.15-ci bəndinə uyğunlaşdırm ışdır. Halbuki, həmin bəndə nəzər salsaq görərik ki, iddiaçının işləmiş olduğu vəzifələr Siyahının 1.15-ci bəndindəki vəzifələr ilə tam üstüstə düşmür. 20. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanamsı Qaydaları”nın (Əlavə 1) 11-ci bənd ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə arayışların olmaması nəzərə alınmamış, arayışlar olmadan həmin məbləğlər nəzərə alınmış, bununla da, Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri kobud şəkildə pozulmuşdur.
21. Azər baycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24.05.2010-cu il tarixli 266 nömrəli Fərmanı ilə 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanındakı siyahı qüvvədən düşmüşdür. Məhkəmə isə öz növbəsində qüvvədən düşmüş siyahının 25.2-ci bəndinə istinad etmişdir. İddiaçının Azərbaycan SSR MeyvəTərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində və BAŞ Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifələri həmin siyahıda yoxdur.
22. Kassasiya şikayətində müavinətlə bağlı qeyd edilmişdir k i, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Lakin həmin müavinət dövlət məvacibinin tərkibinə daxil deyil. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir. Göründüyü kimi, məzuniyyətə çıxarkən verilən müavinət dövlət məvacibinin tərkibinə daxil edilməmişdir. Buna görə də, həmin müavinətin verilməsi dövlət məvacibinin artırılması kimi qiymətləndirilərək pensiyada olan dövlət qulluqçularının əmək pensiyalarının məbləğinin yenidən hesablanmasına səbəb ola bilməz.
23. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar”, “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (ə mək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
24. Göründüyü kimi, iddiaçı dövlət qulluğundakı işlədiyi müddətdə dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq almamış, almadığı əlavədən də, əlbəttə ki, sosial ödənişlər həyata keçirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almadan əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə ey ni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi v ə (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarl a kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayətləri vaxtında, yəni qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
33. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı 05.08.1981-ci il tarixindən 10.02.1989-cu il tarixinədək Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində və Baş Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir.
34. İddiaçı hazırda 05.08.1981-ci ildən 1989-cu ilə qədər çalışdığı vəzifələrin halhazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutu laraq ona düşəcək pensiyanın həmin (şöbə rəisinin müavini) vəzifəyə müəyyən olunmuş həddə, aylıq dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, staja görə 30 faiz əlavə, bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi əlavə nəzərə alınmaqla yenidən hesablanmasını xahiş edir.
35. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğun həll edilməli idi.
36. Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 28-ci bəndində göstərilən, eləcə də sözügedən qərarın digər hissələrində qeyd etdiyi hüquqi mövqelərindən aydın olur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən he sablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
37. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına c əlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
38. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.
39. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin ed ilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
40. Hazırkı tələbə göstərilən baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı əlavələr pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir.
41. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi bütün məhkəmələr üçün məcburi xarakter daşısa da, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı göstərişləri nəzərə almamış, nəticədə əsassız qərar qəbul etmişdir.
42. Yuxarıda qeyd olunanlara əsasən cavabde hin kassasiya şikayətinin dəlillərini əsaslı, hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarı hazırkı işin hallarına tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 16.02.2021-ci il tarixli, 2-1(103)110/2021 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərar qətidir.