Məhkəmə qərarları › İş №2-1(102)-1017/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1017/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1017/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar sözlər: (İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsus i Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin edilərək dövlət qulluğuna xitam verildiyi 1 may 2020-ci il tarixdən ödənilməsi və yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli 2-1(103)295/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2 aprel 1965-ci ildə anadan olmuş, 13 sentyabr 1988-ci ildən əmək fəaliyyətinə başlamış, 5 dekabr 2007-ci il tarixindən işdən azad edilmiş və işdən azad edilməsi ilə əlaqədar ona sabiq dövlət qulluqçusu kimi İİİ qrup əlilliyə g örə əmək pensiyası təyin edilmişdir.

2. DSMF-nin Bakı şəhəri Xəzər rayonu şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş iddiaçı DSMF-nin 2 fevral 2011-ci il tarixli əmrinə əsasən həmin şöbənin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilmiş, bununla əlaqədar onun dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası ödənişi 2 fevral 2011-ci il tarixindən dayandırılmışdır.

3. TSEK-in 5 dekabr 2013-cü il tarixli təkrar müayinə aktına əsasən iddiaçıya İİİ qrup əlillik dərəcəsi (müddətsiz) təyin edilmişdir.

4. DMSF-nin 642/K saylı, 5 may 2014-cü il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü maddəsinə və Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçı 5 may 2014-cü il tarixdən həmin vəzifədən azad edilmiş, onunla bağlan mış 2 fevral 2011-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 sentyabr 2016-cı il tarixli qərarı ilə iddiaçı işə bərpa edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 fevral 2017-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1043/2017 saylı 3 may 2017-ci il tarixli qərarları ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra vəzifəsinə yenidən bərpa olunan iddiaçı 1 may 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.

6. İddiaçı 17 iyun 2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, ona 1 may 2020-ci il tarixdən İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh 4 noyabr 2020-ci il tarixli **********5 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçıya 3 dekabr 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Hazırda pensiyanın məbləği 233,20 manat təşkil edir. İddiaçının işdən azad olunması ilə bağlı işəgötürənin qərarından verdiyi şikayətlər üzrə iddiaların müvafiq məhkəmə qərarlarına əsasən təmin edilməklə yenidən həmin vəzifələrə bərpa olunduğuna görə həmin dövrlər üzrə dövlət qulluqçusu kimi əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəbdən də sonuncu dəfə işdən azad olunduğu 1 may 2020-ci il tarixində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələb etdiyi pensiya yaş həddində (64,5), həmçinin İ qrup əlil olmadığına görə həmin Qanunun 20.1.7-ci və 20.11-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən olan redaksiyalarına əsasən ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının, yəni hazırkı pensiya məbləğinin üzərinə qulluq stajına görə əlavənin hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “iddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 1 may 2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 20.1.7ci və 20.11-ci maddələrində (2008-ci il döv rünə olan tələbi) nəzərdə tutulmuş əlavələrin və yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi tələbini cavabdeh ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

9. İddiaçı ərizəsində bildirir ki, o iddiaçı 2 aprel 1965-ci ildə anadan olmuşdur. 1982ci ildə Ali məktəbin əyani şöbəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən təhsilini əyani olaraq davam etmişdir. 1988-ci ilin iyul ayında təhsilini başa vurub, həmin ildən Saatlı rayon Aqrar-Sənaye Birliyində dövlət qulluqçusu kimi işə qəbul olunmuşdur. Fevral 1993-cü ildə işdən azad olunmuşdur. May 2001-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon Sosial Müdafiə Mərkə zinə pensiya təyinatı sektorunda məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul olunmuşdur. Aprel 2004-cü ildə həmin Nazirliyin Xətai rayon şöbəsinə analoji vəzifəyə köçürülmüşdür. Fevral 2007-ci ildən həmin Nazirliyin Xəzər rayon şöbəsinə köçürülmə yolu ilə məsləhətçi vəzifəsinə keçirilmişdir. Xəstəliyi ilə əlaqədar ona 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 3 dekabr 2007-ci il tarixdə İİİ qrup əlillik təyin edildi (5 dekabr 2013-cü ildən TSEK-in SER TSE-01 № 210277 saylı arayışı ilə İİİ qrup ümumi xəstəlik müddətsiz olaraq təyin edildi) və 5 dekabr 2007-ci ildə işdən azad edildi, yanvar 2008-ci ildə DSMF Xətai rayon şöbəsi tərəfindən ona müvafiq sənədləri təqdim etdiyi üçün İİİ qrup əlilliyə görə pensiya hüququ yarandığı üçün ona dövlət qulluqçusu kimi pensiya təyin edildi. Pe nsiya təyinatı aparılan zaman dövlət qulluqçusunun pensiyası pensiyanın baza hissəsi, sığorta hissəsi və qulluq stajına görə əlavələr olmaqla 3 hissəyə ayrılaraq müvafiq qrafalarda göstərilir ki, əlil işlədikdə yalnız pensiyanın baza hissəsini, işdən azad olunduqdan sonra isə pensiya əlavələrlə birlikdə tam olaraq ödənilir. 2 fevral 2011-ci ildə Ali Məhkəmənin qərarı ilə işə bərpa olunduğu tarixədək dövlət qulluqçusu kimi ona tam olaraq pensiya ödənildi. İşə bərpa olunduğu üçün 2 fevral 2011-ci il tarixdən işləyən əlil pensiyaçılara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın ancaq baza hissəsi ödənildiyi üçün pensiyanın ona ancaq baza hissəsi ödənildi. 5 may 2014-cü ildə işdən azad olunduğu üçün DSMF-nin Xətai rayon şöbəsi müraciəti əsasında DSMF Xəzər r ayon şöbəsinə sorğu verərək əmək haqqı və dövlət qulluğuna görə iş stajı barədə müvafiq sənədləri tələb edərək yenidən ona dövlət qulluqçusu kimi pensiya təyin edərək ödədilər. Ali Məhkəmənin 3 may 2017-ci il tarixli 21(102)-1043/2017 nömrəli Qərarına əsasən 20 sentyabr 2017-ci ildə yenidən işinə bərpa olunduğu üçün pensiyası da dövlət qulluğu əlavəsi dayandırılaraq ödənildi. 1 may 2020-ci ildə işdən azad olunduğu üçün ƏƏSMN-nin yanında DSMF-nin Xətai rayon şöbəsinə məlumat verərək pensiyanın tam ödənilməsini bildirdi. Ona məlumat verildi ki, bu barədə ƏƏSMN-nin yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməlidir. 16 iyun 2020-ci il tarixdə həmin idarəyə müraciət etdi 1 iyul 2020-ci il tarixdən bugünə kimi ona heç bir pensiya ödənişi aparılmayıb.

10. Cavabdehin iddia əri zəsinə qarşı etirazının əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 nömrəli 13 iyul 2021-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işdən azad olunmasına dair 5 may 2014-cü il tarixli əmrinin ləğv edilməsi və onun öz vəzifəsinə bərpa olunması, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının ona tam ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmənin qərarı ilə iddiaçının işə bərpa olunması onun dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi və 5 may 2014-cü il tarixdən işdən azad olunmaması kimi qiymətləndirildiyindən, iddiaçının dövlət qulluğuna 1 may 2020-ci il tarixdə xitam verildiyindən, ona dövlət qulluqç usu kimi pensiya təyin edilməsi məsələsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimləndiyindən və həmin qanunvericiliklə, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi mümkün olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-295/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1( 112)-2913/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılası üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə kollegiyası məhkəmənin qərarı ilə iddiaçının işə bərpa olunmasının əldə etdiyi pensiyaçı statusunun itirilməsi və 5 may 2014-cü il tarixdən işdən azad olunmamağı kimi qiymətləndirilməsinin qanunvericiliyin hansı norma və prinsipinə əsaslanmasını göstərə bilməmişdir. “Əmək pensiyaları haqqın da” Azərbaycan Respublikasının Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.1.7-ci maddəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan əmək pensiyaçılarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi nəzərdə tutulmuşdur. İİİ qrup əlilliyə görə pensiya hüququ 2007-ci ilin dekabr ayından yarandığından, məhkəmənin dövlət qulluğuna 1 may 2020-ci il tarixdə xitam verildiyindən, pensiya təyin edilməsi məsələsinin həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməli olmasını göstərməsi qanunsuzdur. Ona görə də iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi hazırda qüvvədə olan qanunvericiliklə tənzimlənməli olması qənaəti ona görə əsassızdır ki, iddiaçı 2007-ci ilin dekabr ayından fasiləsiz olaraq pensiya almış və 1 may 2020-ci il tarixdə barəsində dövlət qulluğuna xitam verilməsi yenidən pensiya təyinatına əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5 Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1 Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunu 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1.7-ci maddənin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan mətninə görə: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı işdən aza d edilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin maddənin xx.xx.2017-ci il tarixindən qüvvədə olan mətninə görə: əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikas ının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiya) 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dö vlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. (xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiya) Maddə 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə: 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq staj ının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindi rə, zəruri sənədləri tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. ap ellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-280/2021 saylı qərarı: “Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, pensiyanın yenidən hesablanması ilə bağlı tələblərə qiymət verərkən məhkəmələr tərəfindən pensiya işləri tələb olunmalı və tədqiq edilməlidir. Belə ki, pensiya işinin əldə edilməsi iddiaçıya nə vaxt və hansı qaydada pensiya təyin olunmasını, pensiya təyin olunarkən hansı dövrün, vəzifə maaşının və əlavələrin nəzərə alındığını, pensiyanın sonradan hər hansı qaydada yenidən hesablandığını müəyyən etməyə imkan verir”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kas sasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

27. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi sabiq dövlət qulluqçusu kimi əvvəllər ona təyin olunmuş əlilliyə görə pensiyanın bərpa edilməsidir. Oxşar işlər üzrə form alaşmış məhkəmə praktikasından isə məlumdur ki, pensiyanın təyin olunması ilə bağlı tələblərə qiymət verərkən məhkəmələr tərəfindən pensiya işləri tələb olunmalı və tədqiq edilməlidir. Belə ki, pensiya işi olmadan iddiaçıya nə vaxt və hansı qaydada pensiya təyin olunmasını, pensiya təyin olunarkən hansı dövrün, vəzifə maaşının və əlavələrin nəzərə alındığını, pensiyanın sonradan hər hansı qaydada yenidən hesablanıb-hesablanmadığını müəyyən etmək qeyri-mümkündür.

28. İşə baxan məhkəmələr dəfələrlə pensiya işinin məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə sorğular versələr də, pensiya işinin təqdim edilməsini və iş materiallarına əlavə edilməsini təmin edə bilməmişlər. Pensiya işi olmadan isə yuxarıda göstərilən hallara qiymət vermək mümkün deyil.

29. İş materiallarını nəzərdə keçirdikdə görünür ki, iddiaçı iddia ərizəsində ona ilk dəfə 2008-ci ildə əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin edildiyini bildirsə də, cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazında iddiaçıya 2007-ci ildən əlilliyə görə əmək pensiyası təyin edildiyini bildirir. Hətta cavabdehin etirazında belə ilk dəfə əlilliyə görə pensiya təyin edilməsinin tarixi əvvəl 5 dekabr 2007-ci il, daha sonra isə 3 dekabr 2007-ci il kimi qeyd olunmuşdur (bax: iş v.3-4).

30. Göründüyü kimi, məhkəmələr iş üzrə tam, hərtərəfli araşdırma aparmadığından iddiaçıya pensiya təyin olunması ilə bağlı məlumatların dəqiqləşdirilməsi mümkün deyil. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin vəzifəsi olsa da, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bu vəzif əsinə əməl etməmiş, nəticədə hazırkı qərarın 26-cı bəndində göstərilən normalarının tələblərini pozmuş, iş üzrə tam, hərtərəfli araşdırma aparmadan iddiaçının tələbini təmin etməmişdir.

31. Bundan başqa qeyd edilməlidir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi ilə bağlı Qanunun 1 iyul 2017-ci ildən əvvəlki və sonrakı redaksiyalarında fərqli qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan mətnində dövlət qulluqçularının pensiyasına əlavə təyin edilməsi ilə bağlı “əmək pensiyası yaşına çatması və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilməsi” şərtləri olmamış, həmin şərtlər 1 iyul 2017-ci ildən sonra qüvvə yə minmişdir.

32. İşin hallarından isə məlumdur ki, iddiaçıya əlillik ilk dəfə 2007-ci ildə təyin olunmuşdur. Belə olan halda, iddiaçı əlilliyə görə pensiya hüququnu həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun qazanmışdır. Məhkəmələr iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixindən sonra qüvvədə olan müddəalarını şamil etsə də, qazanılmış hüquqlara münasibətdə nəzərə alınmalıdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul e dilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

33. Məhkəmə isə pensiya işini araşdırmadığından iddiaçıya ilk dəfə hansı əsasla pensiya təyin edildiyini, onun pensiyasına dövlət qulluqçularına şamil edilən əlavələrin hesablanıb-hesablanmadığını müəyyən etməmiş, yuxarıda sadalanan halları nəzərə almadan maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir.

34. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə qaytarılmalıdır.

35. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiya işini tələb edərək iş materiallarına əlavə etməli, Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq tələbə mahiyyəti üzrə qiymət verməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-295/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar