Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1017/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X5 cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) 16.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X3 cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-12/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıd akı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayon Çıraqlı Bələdiyyəsi başçısının 25 fevral 2007-cı il tarixli, 02 saylı qərarına əsasən, bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı tikinti məqsədi üçün 40 kv.m, kənd təsərrüfatı məqsədi üçün 10 kv.m, cəmi 50 kv.m torpaq sahəsinin satılması qərara alınmış və Şamaxı Bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 337 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı rayon Torpaq Şöbəsi tərəfindən təsdiq edilmişdir.
2. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 28 mart 2007-cı il tarixli, 54 saylı sərəncamına əsasən iddiaçıya Acıdərə ərazisi yax ınlığında, Bakı-Qazax magistral yolunun şərq hissəsində yolun mühafizə zonası (60 metr) gözlənilməklə fərdi layihə əsasında heyvandarlıq məhsullarının satışı məqsədi ilə 8.0 x 5.0 metr ölçüdə mağaza tikilməsinə icazə verilmişdir. Bundan sonra sözügedən ünvanda ət mağazası inşa edilmişdir.
3. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ərizə ilə müraciət edərək, M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndirilməsi zamanı ət dükanının torpaq yatağının altında qalması ilə bağlı ona kompensasiya ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh 4 fevral 2020-ci il tarixli məktubu ilə müraciətin icrasından imtina etmişdir və imtinasını onunla əsaslandırılmışdır ki, magistral avtomobil yolunda tikintiquraşdırma işləri aparılan zaman müəyyən edilmişdir ki, iddiaçıya m əxsus ət dükanı yolun təhkim zolağından kənarda yerləşir. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sözügedən obyektə kompensasiya hesablanmamış və buna uyğun olaraq da Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20000 manat kompensasiyanın, 15000 manat maddi və 12000 manat mənəvi ziyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək, mülkiyyətində olmuş torpaq sahəsi üçün 1000 manat, mağaza üçün 13000 manat məbləğində kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt Apellya siya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(105)-12/2022 nömrəli qərardadı ilə “X10 Sanayi ve Ticaret A.Ş” üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Çıraqlı Bələdiyyəsinin (hal-hazırda Sabir Bələdiyyəsi adlanır) 25 fevral 2007-cı il tarixli 02 saylı qərarı ilə ona ayrılmış 50 kv.m torpaq sahəsində Şamaxı rayon İcra Hakimiyyət Başçısının 28 mart 2007-cı il tarixli, 54 saylı sərəncamına əsasən, ət və heyvandarlıq məhsullarının satışı məqsədi ilə 8.0 x 5.0 metr ölçüdə mağaza tikmişdir. Cavabdeh tərəfindən Bakı-Qazax magistral yolunun genişləndirilməsi ilə bağlı onun mağazasına gedən yol tamamilə kəsilmiş, 10 metrdən yuxarı sədd qoyulmuş, bununla da ona maddi və mənəvi ziyan dəymişdir. Yolun genişləndirilməsi ilə ba ğlı ona məxsus ət mağazası plana düşərək, 10 m torpaq altında qalmışdır. 6 nəfər ailə üzvləri ilə birlikdə həmin mağazadan əldə olunan gəlirlə dolanırdılar. Cavabdeh ona nə kompensasiya ödəyir, nə də digər yerlə təmin edir.
9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi tikili cavabdeh tərəfindən sökülməmişdir. Bu barədə, iddiaçının cavabdehə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada ona bildirilmişdir ki, sahəyə baxış keçirilən zaman ət dükanının magistral yola giriş-çıxışla bağlı heç bir problemi aşkar olunmamışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 8 fevral 2021-ci il tarixli, 2-1(118)-133/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı-Qazax magistral yolunun şərq hissəsində yerlə şən 50 kv.m torpaq sahəsi və üzərində mövcud olmuş qeyriyaşayış obyektinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq iddiaçıya 14000 (on dörd min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının sahibliyində olan torpaq sahəsi və üzərində mövcud olmuş qeyri-yaşayış obyekti M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndirilməsi zamanı tikinti altına düşdüyündən, həmin əmlakların dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəmə sində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-12/2022 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov, F.Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində X4 məxsus qeyri-yaşayış obyektinə vurulmuş ziyana görə 10000 (on min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçıya mə xsus qeyri-yaşayış obyektinin yerləşdiyi avtomobil yolunun 108-ci km hissəsində cavabdeh tərəfindən təmir-tikinti işləri aparıldığı sübuta yetirilir edir. Bu baxımdan, cavabdehin həmin dəlili əsassızdır. Odur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının gözləniləm mülkiyyətinə vurulan zərərin əvəzi ödənilməlidir. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləğinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi (km 91.0 - km 107.0) çərçivəsində yolun təhkim sahəsinə düşən maneələrin qiymətləndirilməsi smetasından çıxarışdan görünür ki, cavabdeh orqan tərəfindən ayrı-ayrı fiziki şəxslərə yolun təhkim və mühafizə zolağına düşən qeyri-yaşayış sahəsinin bir kv.m hissəsinə görə 250 man at kompensasiya ödənilmişdir. Qeyri-yaşayış sahələri tikinti altına düşən mülkiyyətçilərə cavabdeh tərəfindən bir kv.m-nə 250 manatdan hesablanmaqla kompensasiya ödənildiyini nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 10000 manat (40 kv.m x 250 = 10000) müəyyən edilməlidir.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təqdim olunmuş rəsmi arayışda “BakıŞamaxı-Muğanlı-Yevlax" avtomobil yolunun 10-cu km-dən başlayaraq həyata keçirildiyini, buna uyğun olaraq 10- cu km-in layihənin başlanğıcı, yəni 0.0-cı km kimi götürüldüyünü, müvafiq olaraq magistral avtomobil yolunun 108-ci kilometrinin layihənin 98-ci kilometri ilə eynilik təşkil etdiyini və layihə üzrə başqa podrat müqaviləsi olmadığı qeyd edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən “Bakı-Şamaxı-Muğanlı-Yevlax” avtomobil yolunun layihəsində 10-cu km-dən 0.0-cı km kimi başlandığını, 108-ci kilometrinin 98-ci kilometri ilə eynilik təşkil edildiyi ilə bağlı arayışla kifayətlənmiş və əlavə sübut və sənəd tələb etməmişdir.
17. Lakin mövcud olan “Bakı-Şamaxı-Muğanlı-Yevlax” avtomobil yolunun layihəsinin 32 səhifəsində baxış keçirilərkən aydın olunmuşdur ki, X4 məxsus yolun şərq hissəsinin mühafizə zonasında yerləşən ət dükanın “Bakı-Şamaxı-Muğanlı-Yevlax” magistral yolunun ki lometrajı 98-ci km kimi qeyd olunub.
18. Üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasında izahatında Bakı-ŞamaxıMuğanlı 4 zolaqlı avtomobil yolunun 91-ci kilometrindən 107-ci kilometrədək olan hissəsinə asfalt yolun çəkilməsinin tərəflərindən həyata keçirildiyini və yolun 108-ci kilometr hissəsində təmir-tikinti işlərinin onlar tərəfindən aparılmadığı bildirməsinə baxmayaraq, məhkəməyə bununla bağlı dəlil və sübut təqdim etməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Məcəllə: Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqs irli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünü idarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
21. İnzibati icraat haqqında Qanun: Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
22. İnzibati Prosessual Məcəllə: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2.7. İnzibati mübahisələri n həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Maddə
34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız cavabdeh tərəfindən, iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X8 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xü susən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edil miş faktiki hallarından göründüyü kimi, Şamaxı rayon Çıraqlı Bələdiyyəsi başçısının 25 fevral 2007-cı il tarixli, 02 saylı qərarı ilə iddiaçıya tikinti məqsədi üçün 40 kv.m, kənd təsərrüfatı məqsədi üçün 10 kv.m, cəmi 50 kv.m torpaq sahəsinin satılması qərara alınmış, Şamaxı rayon İH Başçısının 28 mart 2007-cı il tarixli, 54 saylı sərəncamına əsasən iddiaçıya Acıdərə ərazisi yaxınlığında, Bakı-Qazax magistral yolunun şərq hissəsində yolun mühafizə zonası (60 metr) gözlənilməklə, fərdi layihə əsasında heyvandarlıq məhsullarının satışı məqsədi ilə 8.0 x 5.0 metr ölçüdə mağaza tikilməsinə icazə verilmişdir. Bundan sonra iddiaçı tərəfindən sözügedən ünvanda ət mağazası inşa edilmişdir.
30. Hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçının əmlakına vurulmuş ziyana görə torpaq sahəsi üçün 1000 man at, mağaza üçün 13000 manat, ümumilikdə, 14000 manat məbləğində kompensasiya məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədədir. Belə ki, iddiaçı cavabdeh orqan tərəfindən Bakı-Qazax magistral yolunun genişləndirilməsi ilə bağlı onun mağazasına gedən yolun tamamilə kəsildiyi, 10 metrdən yuxarı sədd qoyulduğu və mağazanın plana düşərək 10 m torpaq altında qaldığını iddia edir.
31. İş materiallarında olan iddiaçıya məxsus mübahisələndirilən torpaq sahəsinin və ət mağazasının foto-şəkillərindən görünür ki, Bakı-Qazax magistral yolunun çəkilməsi zamanı iddiaçıya məxsus ət mağazası torpağın altında qalmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə mübahisəsi gedən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, yerli baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də, iddiaçıya məxsus ət mağazası BakıŞamaxı-Muğanlı avtomobil yolunun genişləndirilməsi zamanı yolun asfalt örtüyü salınarkən torpağın altında qalmışdır, hazırda istifadəyə tam yararsızdır.
32. Həmçinin, yerli baxış iclasında şahid qismində dindirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 saylı Layihə İşçi qrupunun mühəndisi X6 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus obyektin yerləşdiyi Bakı-Şamaxı-Muğanlı avtomobil yolunda sürüşmə olduğundan həmin yolda tikinti-quraşdırma işlərinin aparılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Yol əyri olduğundan yola viraj verilərək mərkəzdənqaçma qüvvəsinə görə cəmi, 30-40 sm qaldırılmışdır. Əgər yol belə qaldırılmazsa, yolun üzərində hərəkət etmək mümkün olmazdı. Y ol 30 metr mühafizə zolağı hissəsində torpaqla doldurulmuşdur. İddiaçının mağazası isə yolun mühafizə zolağından 30 metr aralıda yerləşdiyindən həmin hissə cavabdeh tərəfindən torpaqla doldurulmamışdır. Yəni, iddiaçıya məxsus mağazanın olduğu hissə deyil, yalnız aşağı hissə yamaca görə yolun dayanıqlığı üçün torpaqla doldurulmuşdur. Əvvəllər mağaza hazırda olduğu kimi 7 metr torpaq sahəsi altında qalmamışdır. Yol çəkilərkən cavabdeh tərəfindən iddiaçının obyektinə heç bir ziyan vurulmamışdır. Şamaxı rayon İcra Hakimiyyətinin qərarı ilə iddiaçıya məxsus ət mağazasının yerləşdiyi ərazidə olan mağazaların sökülməsi qərara alınmış, bundan sonra obyekt sahibləri tərəfindən mağazalar sökülmüş və yerində yeniləri inşa edilmişdir. Şamaxı rayon İH Qobustanda və Şamaxıda həmin ərazidə olan obyektl ərin sahiblərinə yolun hər iki tərəfində yerləşən ümumi bazar tikilməsini təklif etmiş, lakin onlar buna razı olmamışlar. Daha sonra Şamaxı Rayon İH tərəfindən həmin mağazalar da sökülmüşdür, cavabdeh orqanın buna aidiyyatı olmamışdır.
33. Apellyasiya baxışında mübahisəsi gedən ərazinin yerində müayinəsi zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus ət mağazası Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun çəkilişi zamanı yolun altında və mühafizə zolağında yerləşməsə də, mühəndisin də bildirdiyi kimi, mübahisəsi gedən ərazidə (108-ci km) yol əyri olduğundan, keyfiyyətli və dayanıqlı yolun çəkilməsi üçün qaldırılması zəruri olmuşdur. Şahid yalnız yolun 30 metr mühafizə zolağınadək hissəsinin torpaqla doldurulduğunu bildirsə də, yerli baxış zamanı müəyyən edilmişdir ki, həm mühafizə zolağı, həm də iddiaçıya məxsus ət mağazasının yerləşdiyi ərazi torpaqla doldurulmuş, nəticədə mağaza bilavasitə yolun tikini altına və mühafizə zolağına düşməsə də, BakıŞamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin icrası zamanı yolun asfalt örtüyü salınarkən torpağın altında qalmış və istifadəsi yararsız olmuşdur.
34. Apellyasiya baxışı zamanı işin halları araşdırılarkən həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus ət mağazası cavabdeh tərəfindən yolun asfalt örtüyü salınarkən torpağın altında qalmış, daha sonra iddiaçı tərəfindən həmin yerdə ikinci dəfə öz vəsaiti hesabına mağaza inşa edilsə də, həmin mağaza iddiaçının bildirdiyinə görə İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Hazırda iddiaçı Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa g enişləndirilməsi layihəsinin icrası zamanı ona məxsus mağazanın torpağın altında qalması ilə əlaqədar vurulmuş zərərin ödənilməsini tələb edir. İkinci dəfə inşa edilən mağazanın sökülməsi ilə əlaqədar vurulmuş zərər hazırkı mübahisənin predmeti deyildir.
35. Beləliklə, cavabdehin Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun genişləndirilməsi layihəsinin icrası ilə bağlı hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsində icra hakimiyyəti orqanın icazəsi ilə inşa etdiyi mağazası torpaq altında qalmış və bununla da, onun qeyri-yaşayış obyekti üzərində gözlənilən mülkiyyət hüququna müdaxilə edilmişdir. İşin apellyasiya instansiyası məhkməsi tərəfindən müəyyən edilmiş hallarına görə, hazırkı işdə cavabdehin məsuliyyətinin müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş ş ərtlərin mövcudluğu sübuta yetirilir.
36. Cavabdeh apellyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də BakıŞamaxı avtomobil yolunun iddiaçının mağazasının yerləşdiyi hissəsinin təmir-tikinti işlərinin onların (Agentlik) tərəfindən deyil, 03 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən, “X10 Sanayi ve Ticaret A.Ş” tərəfindən aparıldığını və vurulmuş zərərə görə məsuliyyəti məhz həmin şirkətin daşıdığını qeyd etsə də, məhkəmə araşdırmaları zamanı qeyd edilən xüsusat təsdiqini tapmamışdır.
37. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “X10 Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış 03 noyabr 2017-ci il tarixli podrat müqaviləsindən görünür ki, Bakı-Şamaxı 4 zolağlı avtomobil yolunun 91-ci kilometrindən 107-ci kilometrədək olan hissəsi kimi tanınan işlərin icra olunmas ını podratçı “X10 Sanayi ve Ticaret A.Ş” öhdəsinə götürmüşdür. İşin müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçıya məxsus qeyriyaşayış obyekti Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində yerləşir. Belə ki, iş materiallarında olan cavabdeh orqanın özü tərəfindən verilmiş mübahisələndirilən obyektə giriş-çıxış yolunun Tikinti Norma və Qaydalarına uyğun təhlükəsiz tikintisinə dair texniki şərtlə bağlı 03 dekabr 2018-ci il tarixli məktubda mağazanın Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 108-ci kilometrliyində, yolun sol tərəfində yerləşdiyi qeyd edilmişdir.
38. Apellyasiya məhkəməsinin bununla bağlı sorğusuna cavab olaraq cavabdeh orqan 5 avqust 2022-ci il tarixli məktubla layihələndirmə işlərinin “Bakı-Şamaxı-Muğanlı- Yevlax” avtomobil yolunun 10-cu km-dən başlayaraq həyata ke çirildiyini, buna uyğun olaraq 10-cu kilometrin layihənin başlanğıcı, yəni 0.0-cı km kimi götürüldüyünü, müvafiq olaraq magistral avtomobil yolunun 108-ci kilometrinin layihənin 98-ci kilometri ilə eynilik təşkil etdiyini və layihə üzrə başqa podrat müqaviləsi olmadığını qeyd etsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin, üçüncü şəxsin nümayəndəsi də apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə üçüncü şəxs arasında bağlanmış 03 noyabr 2017-ci il tarixli podrat müqaviləsi üzrə sifarişçi Agentliyin istəyinə əsasən Bakı-Şamaxı-Muğanlı 4 zolaqlı avtomobil yolunun 91-ci kilometrindən 107-ci kilometrədək olan hissəsinə asfalt yolun çəkilməsinin tərəflərindən həyata keçirildiyini, podrat müqaviləsinə heç bir əlavə olmadığını və yolun 108-ci kilometr hissəsində təmir-tikinti işlərinin onlar tərəfindən aparılmadığı bildirmişdir.
39. Beləliklə, işin yuxarıda sadalanan xüsusatları iddiaçıya məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi avtomobil yolunun 108-ci km hissəsində cavabdeh tərəfindən təmirtikinti işləri aparıldığını sübut edir. Bu baxımdan, cavabdehin həmin dəlili əsassızdır. Belə olan halda, cavabdehin hərəkətləri nəticəsində iddiaçının gözlənilən mülkiyyətinə vurulan zərərin əvəzinin ödənilməli olması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
40. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləğinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi (km 91.0 - km 107.0) çərçivəsində yolun tə hkim sahəsinə düşən maneələrin qiymətləndirilməsi smetasından çıxarışdan görünür ki, cavabdeh orqan tərəfindən ayrı-ayrı fiziki şəxslərə yolun təhkim və mühafizə zolağına düşən qeyri-yaşayış sahəsinin bir kv.m hissəsinə görə 250 manat kompensasiya ödənilmişdir. Qeyri-yaşayış sahələri tikinti altına düşən mülkiyyətçilərə cavabdeh tərəfindən bir kv.m-nə 250 manatdan hesablanmaqla kompensasiya ödənildiyini nəzərə alaraq, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğini də 10000 manat (40 kv.m x 250 = 10000) müəyyən etməkdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(105)-12/2022 nömrəli qərarı mübahisələndirilən (iddianın təmin edilən) hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.