Məhkəmə qərarları › İş №2-1(102)-1018/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1018/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1018/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, məhkəmə icraatının iştirakçısı yalnız tələbinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızı nın katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-689/2021 nömrəli, 15 fevral 2021-ci qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Neftqaztikinti” trestinin idarələrində 05.08. 1986-cı il tarixdən 01.05.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 01.05.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2-1(82)-2197/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçının “Neftqaztikinti” trestinin idarələrində 05.08.1986-cı il tarixdən 01.05.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 01.05.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

3. Ca vabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2327/2016 nömrəli iş üzrə 05 dekabr 2016-cı il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: S.Q.Hüseynov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-2197/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərarı 05 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almış, 14 fevral 2017ci il tarixli məktubla i cra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə göndərilmişdir. b) yeni açılmış hallarla bağlı icraat 6. 16.03.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

7. Daha sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə icraatının təzələnməsi barədə qərar qəbul edilməsi, ərizəçi Azərbaycan Respublika sının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(82)2197/2016 saylı, 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: F.İ.Mədətli) ərizə təmin edilmiş, iddiaçının “Neftqaztikinti” trestinin idarələrində 05.08.1986-cı il tarixdən 01.05.2001-ci il tarixədək işlədiyi dövrün stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyah ısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 01.05.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılmış, hazırkı işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

9. Həmin qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-689/2021 saylı, 15 fevral 202 1ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və X.A.Cəmilova) Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2197/2016 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qərardadı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 nömrəli iş üzrə 16 avqust 2016-cı il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi hissəsində ləğv edilmiş, iş eyni hissədə baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərardad məhkəmə qərarının icrasının dayandırılması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsini və yeni açılmış halla bağlı ərizənin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏ HKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İnzibati Prosessual Məcəllənin tələblərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı qərardad qəbul edilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərardad qismən ləğv edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

14. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

15. A zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə koll egiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

17. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinin tələbinə əsasən, apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Normanın tələbindən göründüyü kimi, məhkəmə aktından yalnız icraatın iştirakçıları onların tələblərinin təmin olunmadığı hallarda kassasiya şikayəti verə bilərlər.

18. Apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərardadı işə mahiyyəti üzrə baxılm asının təzələnməsi hissəsində ləğv edilmiş və iş eyni hissədə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yəni, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ilə cavabdehin ərizəsi rədd edilməmişdir. Bu hal isə nəticə etibarı ilə, cavabdehin tələbinin təmin olunması kimi qəbul edilə bilməz.

19. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-689/2021 nömrəli, 15 fevral 2021-ci-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar