Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1019/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; arxiv arayışı GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsin qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şöbənin üzərinə iddiaçıya 52 yaşı tamam olan vaxtdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxar ılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə (hakim V.Qasımov; 2-1(84)-515/2018) iddianın qismən təmin edilməsi, cavabdeh şöbənin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən əvvəlki 3 il üçün, yəni 15.02.2015-ci ildən başlayaraq ödənilməsi; iddianın 15.02.2015-ci ildən əvvəlki dövrə aid hissəsinin təmin edilməməsi qərar alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən R.Rəfiyev; hakimlər G.Abbasov və E.Hüseynov; iş No 2-1(107)270/2018) cavabdeh şöbə tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarının dəyişdiril mədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəyova; hakimlər Z.Quliyev və İ.Hüseynov; iş No 2-1(102)-1634/2018) cavabdeh şöbənin kassasiya şikayətinn qismən təmin edilməsi; Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxan Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən R.Əliyev; hakimlər M.Hüseynov və İ.Şükürov; iş No 2-1(107)-617/2018) apelyasiya şikayətinin təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 201 8-ci il tarixli qərarının ləğv ediməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edərək, işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. İşin hallarını tədqiq edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtiasdi Kollegiyası belə qənaətə gəlmişdir ki, Şəki rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22.12.2017-ci il tarixli 2(075)-7013/2017 nömrəli qətnaməsində iddiaçının 1978-1980 və 1985-1998-ci illərdə Şəki rayonunun X4 adına kolxozda tütün yarpaqlarını düzən peşəsində işləməsi təsdiqlənmişdir. Ancaq Respublika X2 filialı tərəfindən verilmiş 05 fevral 2016-cı il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı 1978, 1979, 1980, 1985, 1986 və 1991-1998-ci illərdə Şəki rayonunun X4 adına kolxozda işləmiş və iddiaçının eyni vaxta müxtəlif yerlərdə işlədiyi müddət üst-üstə düşür və iddiaçı işin bu halını izah edə bilməmişdir. Bununla, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtiasdi Kollegiyası təkrar baxışa göndərilmiş iş üzrə araşdırma aparmamış (yalnız izahatlarla kifayətlənmiş) və işin hallarına düzgün hüquqi qiymət verə bilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtiasdi Kollegiyası birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən belə hesab etmiş dir ki, iddiaçı eyni illər üzrə müxtəlif yerlərdə işləmişdir. Halbuki iddiaçı həmin illərdə müxtəlif yerlərdə deyil eyni yerdə Şəki rayonunun X4 adına kolxozda işləmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşin materiallarında olan iddiaçıya məxsus olan əmək kitabçasındakı qeydlərə görə, O, 05.08.1980-ci ildən 01.09.1980-ci ilədək Şəki RİC üzrə 15 nömrəli mağazada məzuniyyət müddətində müdir - satıcı, 16.03.1981-ci ildən 06.12.1983-cü ilədək 54 nömrəli mağazada məzuniyyət müddətində müdir - satıcı, 15.06.19 89-cu ildən 28.08.1990-cı ilədək Şəki rayonunun Orta Zəyzid XDS İK-də büdcə müvəqqəti olaraq (analıq məzuniyyəti müddətində) hesabdarı, 11.01.2017- ci ildən 21.02.2018-ci ilədək "xxxx" MMC-də xadimə işləmişdir. Eyni zamanda işin materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinn Respublika X2 Filialı tərəfindən verilmiş 198 saylı 05.02.2016-cı il tarixli arxiv arayışına əsasən iddiaçı 1978-1980, 1985-1986, 1991-1998-ci illərdə X5 Lenin adına kolxozun üzvü olmuşdur. Arayışda qeyd ediln illər üzrə iddiaçının işlədiyi günlər və aldığı əmək haqqı göstərilmişdir. İşin materiallarında olan Şəki rayon məhkəməsinin hazırda qüvvədə olan 22.12.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının 1978-1980 və 1985-1998-ci illərdə Şəki rayonunun X4 adına kolxozunda tütün yarpaqlarını düzən peşə sində işləməsi, həmçinin 21 yanvar 1983-cü ildən anadan olmuş övladı X1 3 yaşa çatanadək qismən analıq məzuniyyətində olması hüquqi faktı təsdiq edilmişdir. İşin materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnaməyə əsasən iddiaçının oğlu A.İbrahimov 21.01.1983-cü il tarixdə anadan olmuşdur. İddiaçı bu hallara əsaslanaraq müvafiq ərizə ilə cavabdeh şöbəyə miüraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıyasının təyin edilməsini xahiş etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 501 saylı 15.02.2018-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 27-ci “Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edildiyindən və burada tütün istehsalı yeyinti sahəsinə aid olduğundan, həmçinin iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-u maddəsinə uyğun olaraq tələb olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası sığorta stajı olmadığı üçün onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Şəki rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22.12.2017-ci il tarixli qətnaməsini əsas götürsə də, bu qətnamə qəbul edilərkən h azırki iş üzrə cavabdeh Şöbə əvvəlki iş üzrə tərəf olmadığından, sözügedən qətnamə hazırki iş üzrə preyudisial xarakter daşımır və sübutun bir növü kimi iş üzrə digər sübutlarla birgə qiymət verilməlidir. Sözügedən qətnamədə iddiaçının 1978-1980 və 1985-1998-ci illərdə Şəki rayonunun X4 adına kolxozda tütün yarpaqlarını düzən peşəsində işləməsi təsdiqlənsə də, iddiaçıya məxsus əmək kitabçasında onun 05.08.1980-ci ildən 01.09.1980-ci ilədək Şəki RİC üzrə 15 nömrəli mağazada müdir-satıcı, 16.03.1981-ci ildən 06 dekabr 1983-cü ilədək 54 nömrəli mağazada müdir-satıcı, 15.06.1989-cu ildən 28.08.1990-cı ilədək isə Şəki rayonunun Orta Zəyzid XDS İK-də büdcə hesabdarı işləməsi öz əksini tapmışdır. Lakin hazırki iş üzrə qərar qəbul etmiş 1-ci instansiya məhkəməsi bu ziddiyyətli hala, yəni müddətlər in üst-üstə düşməsinə qiymət verməmişdir. Eyni zamanda iddiaçı özü eyni vaxta müxtəlif yerlərdə işlədiyi müddətin üst-üstə düşməsi halını izah edə bilməmişdir. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edlməlidir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi müraciəti ilə əlaqədar 2 məsələyə hüquqi qiymət vermişdir. Birinci məsələyə toxunaraq apell yasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının zərərli iş fəaliyyəti ilə, yəni tütün yarpaqlarını düzməklə məşğul olması faktı məhkəmə qərarı ilə təsdiq olunsa da, bu hal sübut kimi qəbul olunmur, çünki həmin məhkəmə icraatında hazırki cavabdeh şöbə iştirak etməmişdir. Halbuki, hazırki işə baxmış Ali Məhkəmənin məcburi göstərişində qeyd olunmuşdur ki, qeyd olunan hal hazırki iş üçün preyudisial xarakter daşımadığından ona digər sübutlarla birgə qiymət verilməlidir. Eyni zamanda Ali Məhkəmə qərarında həmin vaxt işdə nə iddiaçının istinad etdiyi arxiv arayaşının, nə də iddiaçının oğlunun doğum haqqında şəhadətnaməsinin olmamasını da qeyd etmşdir. Hazırda işin materiallarına bu sənədlər əlavə edilsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən onlara lazımi hüquqi qiymət verilmə mişdir. İkinci məsəlyə, iddiaçının zərərli və ümumi iş stajının olması məsələsinə belə qiyəmt verilmişdir ki, iddiaçı hansı müddətsə iki iş yerində işləmiş, ona görə də bu müddət staj kimi sayıla bilməz. Lakin işdəki sənədlərdən aydın olur ki, iddiaçı öz kəndində kolxozçu olduğu 1980-ci ildə (arxiv arayışında aylar göstərilməmiş, yalnız illər göstərilmişdir ki, buradan belə qənaətə gəlmək olar ki, iddiaçı ola bilsin ilin üst-üstə düşdüyü günlərdə kolxozda işləməmişdir), həm də cəmi 27 gün əvəzçiliklə həmin kəndin mağazasında satıcı işləmişdir. Digər üst-üstə düşən iş fəaliyəti hazırki iş üzrə müəyyən edilmir. Lakin apellyasiya instansiya məhkəməsi bu 27 günə görə, iddiaçının bütün əmək fəaliyyətini iş stajı kimi qəbul etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, arxif arayışında işin xarkte ri (“vəzifəsi”) qarfasında iddiaçının məşğul olduğu fəaliyyət “fərdi” sözü ilə ifadə olunmuşdur, bu da tütün yarpağlarının düzəldilməsi, habelə baramaçılıqla məşğul olan işçilərin iş şəraitin xarakterizə edən ifadədir. Belə ki, belə işçilər bu məhsulları evdə, öz həyətlərində emal edir. Göründüyü kimi, hazırki işin əlavə araşdırılmasına ehtiyac yaranmışıdır ki, işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən məsələlərə dəqiq hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Q ərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarı ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1019/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1019/2019
18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver