Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1019/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X7, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X2 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-3002/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Füzuli rayon ərazi özünümüdafiə Batalyonunun xx.xx.N-ci il tarixli arayışında qeyd edilir ki, iddiaçı Qarabağda rayon və yaşayış məntəqələrinin, Ermənistanla həmsərhəd rayonların erməni hərbi birləşmələrindən müdafiədə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivinin xx xxxxxx N8-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçı komandirin x xxxx N-ci il tarixli 98 nömrəli əmri ilə N saylı hərbi hissəyə qəbul edilmişdir. Onun nə vaxta qədər hərbi hissədə xidmət keçməsi barədə sənədlərdə məlumat yoxdur. Həmin dövrdə hərbi hissə döyüş əməliyyatlarında iştirak edirdi. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin mərkəzi arxivinin xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd edilir ki, N saylı hərbi hissə komandirinin x xxxx N-ci il tarixli 88 nömrəli əmrində iddiaçının batalyonun şəxsi heyətinin siyahısına daxil olması və pulemyotçu vəzifəsinə təyin olunması barədə məlumat vardır. Lakin əmrdə ata adı qeyd olunmadığından məlumatın iddiaçıya aid olduğunu təsdiq edə bilmirik. Xəzər rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(003)-2429/2018 saylı qətnaməsi ilə N saylı hərbi hissə komandirinin x xxxx N-ci il tarixli 88 nömrəli əmrində göstərilən “İddiaçı” ilə AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindəki “İddiaçı”nun eyni şəxs olması, N nömrəli hərbi hissə komandirinin xx xxxx N-ci il tarixli 88 nömrəli əmrinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 8 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xx.xx.N-ci ildə N nömrəl i hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, aprel N4-cü ilədək xidmət etmişdir. Yaş həddi ilə əlaqədar olaraq SHXÇDX-nin Xəzər rayon İdarəsindən hərbi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin x xxxx 2019-cu il tarixli məktubunda qeyd edilir ki, N saylı hərbi hissə komandirinin avqust N-ci ildən xx xxxx N3-cü ilədək nizami hissə üzrə əmrlərində iddiaçının ehtiyata tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, hərbi hissəyə daxil olma barədə əmrdə iddiaçının atasının adı qeyd edilmədiyindən, hərbi xidmət və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma barədə məlumat olmadı ğından iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi məqsədəmüvafiq deyildir. İddiaçı cavabdehə qarşı xx xxx 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, N-ci ilin may ayından N4-cü ilin aprel aylarına kimi yaradılmış könüllü özünümüdafiə dəstələrinin tərkibində ön cəbhədə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Müharibə veteranı adı verilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina edərək bildirmişdir ki, hərbi hissəyə daxil oma barədə əmrdə ata adı qeyd edilməmiş və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma barədə məl umat yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-2136/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı təsdiqini tapdığından cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər X4məruzəçi, X5 və X8, 2-1(103)-3002/2019 saylı iş) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 88 nömrəli əmrində iddiaçının batalyonun şəxsi heyətinin siyahısına daxil olması və pulemyotçu vəzifəsinə təyin olması barədə məlumat olmasına baxmayaraq həmin əmrdə iddiaçının atasının adı qeyd olunmadığından sözügedən əmrin məhz iddiaçı barədə verilməsi digər mötəbər sübutlarla təsdiqini tapmır. Bundan əlavə, iddiaçının hərbi biletində və iş materiallarındakı sənədlərdə tərxis olunması barədə əmr mövcud deyildir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən Xəzər rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(003)2429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hüquqi faktı nəzərə almamışdır. Bundan əlavə, iddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq olunmamışdır. Bu isə onu təsdiq edir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etməmişdir. Hərbi biletdə tərxis olunma barədə qeydin olmaması iddiaçının təqsiri deyildir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili kasasiya şikayətinin dəlillərini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qo ymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı N-ci ilin may ayından N4-cü ilin aprel ayınadək könüllü özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini bildirib bu barədə ona müharibə veteranı adı və vəsiqəsi verilməsini arzu edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin x xxxx N-ci ilı tarixli əmri ilə batalyonun şəxsi heyətinin siyahısına daxil olması və pulemyotçu vəzifəsinə təyin olunması barədə məlumat vardır. Onun nə vax ta qədər hərbi hissədə xidmət etməsinə dair hər hansı sənəd mövcud olmamışdır. İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılması sübuta yetməmişdir. xx xxxxxx N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edild ikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublik asının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd:Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarını n aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması aidiyyəti dövlət orqanının aray ışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verildiyindən və iddiaçının ehtiyata buraxılması barədə arayış və əmr olmadığından apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-1(102)-331/2020 saylı x xxxxxx 2020-ci il tarixli və 2-1(102)-555/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kasasiya şikayətləri təmin edilməmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-3002/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1019/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1019/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver