Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1019/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Tolqatovnanın cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) “maddi və mənəvi ziyana görə kompen sasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 dekabr tarixli, 2-1(103)2089/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 21 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona maddi və mənəvi ziyana görə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov (İzzət Həmidov) küçəsi, 13 saylı mənzildə olan tikilidə qanunsuz artırm a və rekonstruksiya işləri aparılmış, 3 otağın içərisində 1 otaq yaradılaraq dəmir qapı, sanitar qovşağı düzəldilərək 2 kv.m ərazi zəbt edilmiş, onun otağından küçə tərəfə qapı oyuğu açılmışdır. Sanitar qovşaq ona maneçilik yaradır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 09 oktyabr tarixli, 2-1(112)-5997/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya c avab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlc ə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 dekabr tarixli, 2-1(103)-2089/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 09 oktyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA Ş İKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı dəfələrlə cavabdehə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər etmişdir. Həmin inzibati orqanlar iddiaçının müraciətlərinə baxmadıqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatl arın təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur b. məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
11. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
12. İPM: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddi açı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara q arşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
16. İddiaçı kassasiya şikayətinin dəlillərində ona istinad etmişdir ki, məhkəmələr prosessual hüquq norm alarının tələblərini pozaraq iddiaya mahiyyəti üzrə baxmamış, yardım etmək vəzifəsini yerinə yetirməyərək iddianı mümkün saymamışlar.
17. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ilk növbədə iddianın mümkünlüyünü qiymətləndirmiş və iddianı mümkün saymadığına görə iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə də ehtiyac qalmamışdır.
18. İddiaçının cavabdehə və üçüncü şəxsə dəfələrlə müraciət etdiyinə dair dəlilə gəldikdə, iddiaçının iddia etdiyi hazırkı məzmunda müraciətlə cavabdehə müraciət etdiyinə dair işdə məlumat yoxdur.
19. Məhkəmənin yardım etmə vəzifəsinə əməl etməməsinə dair şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl inzibati orqana müraciət etmə diyi halda, məhkəmənin bununla bağlı yardım göstərmək imkanı da istisna olunur. Belə ki, inzibati orqana ilkin müraciət məhkəmə icraatının gedişində təmin edilməli olan hal deyil.
20. Beləliklə, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda iddiası İPM-in 35.1ci maddəsində təsbit olunmuş şərtlərə uyğun olmadığından iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 dekabr tarixli, 2-1(103)-2089/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.