Məhkəmə qərarları › İş №2-1(102)-1019/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1019/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1019/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: Osk7WVJ) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “ yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(103)-2737/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИT-İ ******* nömrəli, xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1975-ci ildə Azərbaycan SSR ANN “Azərbaycan idarələrarası avtonəqliyyat ekspedisiyası” Bakı QNEM-də nəqliyyat-konteyner şöbəsinə əmtəə üzrə kassir vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə katib-makinaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə kargüzar vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci ildə tabelçi vəzifəsinə keçirilmiş, xx.xx.1980-cı ildə istehsal üz rə texnik vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə Azərbaycan SSR ANN-nin 676 saylı xx.xx.1981-ci il tarixli əmrinə əsasən Bakı QNEM-si xx.xx.1982-ci il tarixdən Azərbaycan SSR ANN “Bakı sənayeticarət nəqliyyatı” Bakı İstehsal avtonəqliyyat birliyi adlandırılmış, xx.xx.1982-ci ildə rezin üzrə baş texnik vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar istismar şöbəsinin uçot üzrə texniki adlandırılmış, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə Azərbaycan ETİ “Azərelektromaş” birliyində qeyri-standart avadanlıq və tara, istehsal proseslərinin mexabikləşmə və avtomatlaşdırılması ETŞ-nin təşkilatı-texniki təchiz edilməsi qrupunun mühəndisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci ildə institut sturukturunun dəyişdirilməsi ilə əlaqədar i stehsal proseslərinin mexanikləşdirmə və avtomatlaşdırılması vasitələri üzrə layihə şöbəsinin təşkilati-texniki təchiz edilmə və tara sektoruna mühəndis-konstruktor vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə institutun yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar texnoloji təchizat vasitələri üzrə konstruktor şöbəsinin qeyri-standart avadanlığın layihələndirilməsi sektoruna İİİ dərəcəli mühəndis-konstruktor vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə idarəetmə sturukturunun təkmilləşdirilməsi ilə əlaqədar texnoloji təchizat vasitələrinin layihələndirilməsi sektoru texnoloji təchizat vasitələri üzrə konstruktor şöbəsinin tərkibindən çıxarılmış, xx.xx.1991-ci il qeyri-standart avadanlığın layihələndirilməsi sektorunun İİ dərəcəli mühəndis-konstruktor vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə İİİ dərəcəli mühəndis-konstruktor vəzifəsində keçirilmiş, xx.xx.1994-cü ildə qeyri-standart avadanlığın layihələndirilməsi sektoru bundan sonra qeyri-standart avadanlığın layihələndirilməsi üzrə elmi-təhqiqat laboratoriyası adlandırılmış, xx.xx.1994-cü ildə İİ dərəcəli mühəndis-konstruktor vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə işdən azad edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu ilə bildirmişdir ki, onun əmək kitabçasına və sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 16 il 3 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən, yəni 25 ildən azdır. Həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alı nmış pensiya kapitalı 16 il 3 ay sığorta stajına uyğun olaraq 12.383,64 manat təşkil edir ki, bu məbləğ qanunvericliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələriin İdarəetmə Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışına və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Elm və X4 xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş “Azərelektromaş” EİB-nin Elmi X1kı əmək fəaliyyətinin xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tari xədək olan dövrün araşdırılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin mühafizə olunması üçün təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəblə də qeyd olunan dövrün araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onun 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Azərelektromaş” X6 Elmi X1 işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli mühəndistexniki işçi kimi hələ Sovet dövründən müxtəlif vəzifələrdə, o cümlədən “Azərelektromaş” X2 X1 işləmişdir. Həmin İnstitutda işləməsi barədə ona aid əmək kitabçasında müntəzəm olaraq 2021-ci il tarixədək müvafiq qeydlər aparılmışdır. Əmək kitabçasında işə götürülmə, müxtəlif vəzifələrə keçirilmə müvafiq əmrlərlə rəsmiləşdirilir və işçi işdən çıxanda sonda qeyd olunan yazılar müəssisənin möhürü ilə təsdiqlənir. Hazırda əmək pensiyası yaşına çatdığından, əmək pensiyasının təyin edilməsi məqsədilə sənədləri toplayıb müvafiq orqana müraciət etmişdir. Pensiya stajını müəyyən edən ona məxsus əmək kitabçasından görünür ki, o, 14 avqust 1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və pensiya yaşına çatmaqla 17 may 2021-ci il tarixdə işdən azad olmuşdur. Onun hesablamalarına görə 45 ildən çox əmək stajı vardır və bu stajın əmək pensiyası təyin olunması üçün kifayət edəcəyini düşünürdü. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmiş, imtinanın səbəbi kimi isə əmək pensiyasının təyinatı üçün lazım olan 25 ildən az olmayan sığortalı əmək stajının cəmi 16 il 3 ay təşkil etməsi göstərilmişdir. Onun sığortalı əmək stajı 14 avqust 1975-ci il tarixdən yalnız 1 yanvar 1992-ci il tarixədək hesablanmış, 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövr, yəni daha 16 il sığortalı əmək stajı nəzərə alınmamışdır.

6. Cavabdeh orqan məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı nın pensiya yaşına çatdığı 8 may 2021-ci il tarixə qadınların pensiya yaşı «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 62 yaş müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 17 avqust 1975-ci il tarixdə tərtib edilmiş İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən ümumi sığorta stajı 16 il 3 ay (14 avqust 1975-ci il tarixdən 12 yanvar 1976-cı il tarixədək, 2 fevral 1976-cı il tarixdən 23 avqust 1983-cü il tarixədək, 26 avqust 1983-cü il tarixdən 1 yanvar 1992-ci il tarixədək olan dövr) olmaqla qanunvericilikdə tələb edilən 25 ildən az olduğundan, 1 yanvar 2006- cı il tarixdən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən 1 yanvar 2006-cı il tarixədək olan 16 il 3 ay sığorta stajına uyğun olaraq hesablanan 12.383,64 manat pensiya kapitalı tələb edilən 28.800 manat pensiya kapitalından az olduğundan, yəni əmək pensiyasının minimum məbləğindən (8 may 2021ci il tarixə 200 manat) az olmayan pensiya təminatına imkan vermədiyindən, ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunmuş “Azərelektromaş” X6 Elmi X1kı əmək fəaliyyətinin 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrünün araşdırılması zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 6 iyul 2021-ci il tarixli arayışına və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Elm və X4 5 avqust 2021-ci il tarixli arayışına əsasən qeyd olunan müəssisənin arxiv sə nədlərinin mühafizə olunması üçün təhvil verilmədiyi müəyyən edilmişdir. X5 və Araşdırma şöbəsinin "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi M.N.Babayevanın iştirakı ilə tərtib etdiyi 17 iyul 2021-ci il tarixli aktına əsasən İddiaçı əmək kitabçasında qeyd olunan 26 avqust 1983-cü il tarixdən 17 may 2021-ci il illərin əmək stajının qarşılıqlı araşdırılması zamanı müəyyən edilmişdir ki, “Azərelektromaş” EİB-nin sənədləri arxivində saxlanılmır. Bu səbəbdən həmin dövrün sığorta stajını araşdırmaq mümkün olmamışdır. Halbuki, «Əmək pensiyaları haqqında» Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları arasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək p ensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 1 yanvar 2006-cı il tarixədək olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. İddiaçının isə, əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirən stajı nə Dövlət Arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. İddiaçı tərəfindən təqdim edilmiş 1994 – 1998-ci illərə dair əmək haqqının məbləği barədə arayışla bağlı bildirilir ki, müəssisənin arxiv sənədləri olmadan əməkhaqqı barədə həmin arayışın hansı sənədlərə əsasən tərtib edildiyi məlum olmadığından mötəbər hesab edilməmi şdir. Yuxarıda qeyd olunan səbəblərdən həmin dövr (1992 – 2006-cı illər) iddiaçının sığorta stajına daxil edilməmişdir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 22-1-ci maddəsinin tələbləri qaydasında avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. Vətəndaşın ümumiyyətlə pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, məcburi dövlət sığorta haqları ödənilmədiyindən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2., 21.1-ci maddələrinin tələblərinə əsasən əmək kitabçasında qeyd olunmuş 1 yanvar 2006cı il tarixdən 17 may 2021-ci il tarixədək olan dövrün də sı ğorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-4506/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı onun 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Azərelektromaş” X6 X3 İnstiutunda işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması şəxsin (iddiaçının) təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

9. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mü bahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür

10. Bundan başqa, nəzərə alınmalıdır ki, mübahisələndirilən dövrdə İddiaçı ilə eyni müəssisədə işləmiş ayrı-ayrı şəxslərin əmək kitabçalarında da müvafiq qeydlərin aparılması (cavabdeh həmin şəxslərə bu dəlillə pensiya təyin olunmaması, və ya pensiyanın yenidən hesablanmaması ilə bağlı xüsusatları məhkəmə icraatında bildirməmişdir), habelə iddiaçının həmin müəssisədə 1 yanvar 1992-ci il tarixdən əvvəlki tarixdə əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi cavabdeh inzibati orqanın hərəkətlərinin «İnzibati icraat haqqında» Qanunun 12, 13.1, 19-cu maddələrinin tələbləri ilə uzlaşmaması nəticə sini yaradır.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2737/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər X.Cəmilova – sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Kərimli ) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4506/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətini imtina məktubu, iddia ərizəsinə qarşı etiraz və apelyasiya şikayəti ilə eyni məzmunda tərtib etmiş və mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” qanununa istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlay araq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qayda da sığorta stajına daxil edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: (xx.xx.2006-cı ilədək) qüvvədə olmuş. Maddə 69 İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 20.. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 21. a) İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icra at çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

32. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırm a prinsiplərinə tabe olmasından irəli gəlir.

33. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iş üzrə iddiaçının əmək kitabçasının, həmçinin onunla eyni müəssisədə və eyni dövrdə işləyən digər işçilərə məxsus əmək kitabçalarının, həmin şəxslərin pensiya işlərinin məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının 1992-2006-cı illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək, həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr (1992-2006) ona pensiya təyin edilməsi üçün iş sta jına daxil edilməlidir.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajı vardır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəlir və buna görə də qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır.

35. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 21(103)-2737/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar