Məhkəmə qərarları › İş №2-1(102)-1019/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1019/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1019/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsi hesab vərəqəsində hesablanmış faiz borcunun ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində hesablanmış faiz borcunun ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2488/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya aid şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixə faiz borcu 222203,56 manat, cəmi 274962,40 manat borc hesablanmışdır.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəs inə ödənilməmiş 169.187,15 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixə olan dövlət büdcəsinə 169187,15 manat (bir yüz altmış doqquz min yüz səksən yeddi manat on beş qəpik) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 405000 (dörd yüz beş min) manat dəyərində olan əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 169187,15 manat (bir yüz altmış doqquz min yüz səksən yeddi manat on beş qəpik) məbləğində borc və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət bü dcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********1 saylı qərar və həmin qərar əsasında tərtib edilmiş **********1 saylı 27 noyabr 2020-ci il tarixli protokolun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli 2-1(103)- 2147/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(102)-2048/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2-1(103)-2147/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin olunması, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(112)-4673/2021 saylı qərardadın ın ləğv olunması, işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Q2201332 №-li, xx.xx.2022-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən külli miqdar təşkil edən 444782,02 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini qanunla müəyyən edilmiş müddətdə ödəməkdən yayındığına görə İddiaçı barəsində cinayət işinin başlanması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəa larının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən fiziki şəxs İddiaçı sifarişi əsasında verilmiş, xx.xx.2022-ci il tarixli, 107 saylı mütəxəssis rəyində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girişli 15 + mansard mərtəbəli 78 mənzilli yaşayış binasının layihə sənədlərinə əsasən ümumi sahəsi-8531,58 kv. m. təşkil etdiyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona münasibətdə vergi bo rcu qismində 222203,56 manat faiz borcunun silinməsi öhdəliyinin icrasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona münasibətdə vergi borcu qismində hesablanmış 222203,56 manat faiz borcunun ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri LGBİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcu qismində əsassız olaraq yazılmış 222203,56 manat faiz borcunun silinməsi ilə bağlı müraciət etmiş, lakin onun bu müraciətinə cavab verilmə mişdir. Hesab edir ki, hazırki, halda onun üzərinə yazılmış faiz borcu məhkəmə qaydasında silinməlidir. Belə ki, Covid 19 pandemiyası ilə əlaqədar təhlükəli virusun yayılmasının qarşısı alınması üçün Azərbaycan Respublikası ərazisində 2020-ci ilin mart ayından başlayaraq sərt karantin rejimi tətbiq edilmiş, zərurət olmadığı halda yaşayış yerindən çıxmaq vətəndaşlara qadağan edilmişdir. Belə bir vəziyyətdə məlum pandemiya səbəbindən vaxtında vergi borcunun ödənilməsini həyata keçirə bilmədiyindən onun barəsində materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılmış və 17 may 2022-ci il tarixli qərarla cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin başlanması rədd e dildikdən sonra vergi orqanı ilə onun arasında vergi öhdəliyinin olub-olmamağını müəyyən etmək üçün xx.xx.2022-ci il tarixdə “ASAN imza” alaraq şəxsi kabinetinə daxil olaraq üzərində 222203,56 manat faiz borcunun qoyulmasını müəyyən etmişdir. Əsas vergi borcu vergi tutma obyektinə münasibətdə vergi hesablanma qaydaları pozulmaqla özlüyündə çox hesablansa da onun tərəfindən mübahisələndirilmədən ödənilmiş, lakin buna baxmayaraq bundan başqa ona faiz borcu da hesablanmış, bu faiz borcu dayanmadan həddən artıq artırılmaqla üzərinə əlavə olaraq əsassız öhdəlik də qoyulmuşdur.

12. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində qeyd edilir ki, vergi borcunun ödənilməsi dair xx.xx.2020-ci il ta rixli **********5 saylı bildirişdə qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 367849,08 manat, o cümlədən vergilər üzrə 280830,46 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 87.018, 62 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-315/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri hissəsində qeyd edilir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, onun Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 21 aprel 2021-ci il tarixdə cavabdehə dövlət büdcəsinə borcunun ödənilməsinə dair **********9 saylı bildiriş göndərilərək, xx.xx.2021-ci il tarixinə ümumilikdə 495869,46 manat, o cümlədən vergilər üzrə 326757, 80 manat, maliyyə sa nksiyaları üzrə 0 manat, faizlər üzrə 169111, 66 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hazırki, halda onun üzərinə faiz öhdəliyinin qoyulması onu son dərəcə çətin və əlverişsiz maliyyə vəziyyətinə salmaqla həyata keçirilən qanunsuzluqdur, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində qeyd edilən dövlətin ali məqsədinə, Azərbaycan Respublikası Vergi və Mülki Məcəlləsinin tələblərinə də ziddir.

13. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəm ək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.5-ci və 23.1.6-cı maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 274962,40 manat (o cümlədən, faizlər üzrə 222203,56 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 52758,84 manat) borcu mövcuddur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 2018-ci ilin 4-cü rübü üzrə vergi orqanı tərəfindən analoji qaydada hesablanmış bina tikintisi ilə məşğul olan sadələşdirilmiş vergi bəyannaməsi üzrə əsas vergilər üzrə hesablanmış vergilərə tətbiq edilən faizlərdən ibarətdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)-1430/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 222203 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik faiz borcu ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 300 (üç yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nə simi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girişli yaşayış binasının ümumi sahəsi 8487,5 kv. metr təşkil etdiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq hesablanmalı verginin məbləğinin 518312,25 manat olması müəyyən edilmiş, vergi orqanı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə vergi ödəyicisi tərəfindən ümumilikdə 815758,00 manat məbləğində ödənişlər aparılmış, 2018-ci ilin 4-cü rübü üzrə hesablanmalı olan verginin məbləğinin 518312,25 manat olması nəzərə alındıqda vergi ödəyicisi tərəfindən artıq vergi ödənişinin aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisinə əsassız o laraq faiz borcunun hesablandığı müəyyən olunmuşdur.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2488/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, P.Hüseynov və C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

19. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanmasi qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini əsas götürməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cu maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasınd a ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, araşdırma zamanı izahatı alınmış fərdi sahibkar İddiaçı vergilərin hesablanması, vergi orqanına hesabatların təqdim edilməsi və ödənilməsi onun göstərişinə əsasən həyata keçirildiyini göstərərək, hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini qanunla müəyyən edilmiş müddətdən sonrakı dövrdə tam şəkildə dövlət büdcəsinə ödədiyini bildirmişdir. Qeyd edilən hallar bir daha onu sübut edir ki, vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin düzgünlüyünü iddiaçı qəbul etmişdir.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası həqiqətin üzə çıxarılması kimi Konstitusion bir vəzifə daşıdığı halda, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmasını təmin etmədən, yalnız formal əsaslara istinad etməklə qərar qəbul etmişdir.

23. Hesab edir ki, məhkəmə həqiqətin üzə çıxmasını istəsəydi 2 məsələni aydınlaşdırdıqdan sonra qərar qəbul etməli idi.

24. Cavabdehə sual verilməli idi ki, Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların s ərhədləri"nin təsdiq edilməsi haqqında 30 dekabr 2015-ci il N2 412-li Qərarında müəyyən edilmiş hansı ZONA üzrə İddiaçını vergiyə cəlb etmisiniz? (hesab edirik ki, İddiaçı vergiyə qanunsuz olaraq 7-ci zona əvəzinə təqribən 1-ci zona qismində, yəni qeyri-yaşayış sahəsi 1,5 əmsalına yox, 4 əmsalına vurulmaqla, vergiyə cəlb edilmişdir, bunu yuxarıdakı hesablamalara əsasən demək olar). Bu sualın aydınlaşdırılması və cavabı birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasına kifayət edəcəkdir.

25. Məhkəmə araşdırmasından sonra zərurət yaranacağı halda əlavə və ya təkrar kompleks məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərar qəbul etməli idi. Belə ki, birinci instansiya məhkəməsi əsaslı vəsatətimizdən sonra iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmasının təmin edilməsi üçün təyin edilmiş, xx.xx.2023-cü il tarixli 9/85xx-xx/7763 nömrəli kompleks məhkəmə tikintitexniki və məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girişli 15 + mansard mərtəbəli, 78 mənzilli yaşayış binası üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq hesablanmalı verginin məbləğinin 518.312,25 manat olması müəyyən edildiyi halda, İddiaçı tərəfindən 815.758,00 manat, yəni 297.445,75 manat artıq vergi ödənişləri aparılmış, həmçinin İddiaçıya vergi ödəyicisi qismində hesablanmış faizlərin düzgünlüyünün müəyyən olunmaması ilə yanaşı faiz borcunun olması müəyyən olunmadığı müəyyən edilmişdir.

26. Bununla da, məhkəmə qeyd edilən halları araşdırılmasını təmin etmədən Vergi Məcəlləsinin 219-cu maddəsinə istinad etməklə və iş üzrə cinayət işinin başlanmasına rədd edilməsinə dair müvafiq qərarı əsas götürməklə iddianı əsassız və qanunsuz olaraq rədd etmişdir.

27. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxu d bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi Məcəlləsi: (əvvəlki redaksiya) Maddə 219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə müb ahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məlum olduğu kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 222203 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik faiz borcu ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 300 (üç yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.

34. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2488/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

36. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, “birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu. Hazırkı qərarda tətbiq edilən normaların məzmunundan görünür ki, Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri- yaşayış sahələri, о cümlədən təqdim edilmək üçün ayrıca tikilən fə rdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.”

37. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanmasi qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini əsas götürməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cu maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.

38. Eyni zamanda apellyasiya məhkəməsi qərarında vurğulamışdır ki, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində araşdırma zamanı izahatı alınmış fərdi sahibkar İddiaçı vergilər in hesablanması, vergi orqanına hesabatların təqdim edilməsi və ödənilməsi onun göstərişinə əsasən həyata keçirildiyini göstərərək, hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini qanunla müəyyən edilmiş müddətdən sonrakı dövrdə tam şəkildə dövlət büdcəsinə ödədiyini bildirmişdir. Qeyd edilən hallar bir daha onu sübut edir ki, vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin düzgünlüyünü iddiaçı qəbul etmişdir.

39. Bu qənaətdən öncə isə apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, “Diqqətə alınmalıdır ki, müəyyən edilmiş ölçülər vergitutma baxımından müəyyən edilməli olan ölçülər deyil.”

40. Belə ki, mübahisənin yarandığı vaxt qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, d övlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

41. Ekspertiza ilə müəyyən edilmiş ölçülər isə tikilən binanın hər mərtəbəsinin ümumi sahəsini özündə əks etdirmir. Tikilən binanın vergitutma baxımından ölçülərinin müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarı ilə müəyyən edilmiş tikilən binanın ölçülərinə daxil edilməyən hissələr sahədən çıxılmamalı və tikilən binanın hər mərtəbəsinin ümumi s ahəsi vergitutma obyektini təşkil etməlidir.

42. Bütün yuxarıda göstərilənlərlə əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin “müəyyən edilmiş ölçülər vergitutma baxımından müəyyən edilməli olan ölçülər deyil” yanaşması doğru deyil, belə ki, məhz həmin ölçülər bilavasitə vergitutma obyektidir.

43. Bununla yanaşı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 274962,40 manat (o cümlədən, faizlər üzrə 222203,56 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 52758,84 manat) borcu mövcuddur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 2018-ci ilin 4-cü rübü üzrə vergi orqanı tərəfindən analoji qaydada hesablanmış bina tikintisi ilə məşğul olan sadələşdirilmiş vergi bəyannaməsi üzrə əsas vergilər üzrə hesablanmış vergilərə tətbiq edilən faizlərdən ibarətdir.

44. Hazırkı, tədqiqatla iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi orqanı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumilikdə 815758,00 manat məbləğində ödənişlərin aparıldığı, eyni zamanda aparılan tədqiqatla 2018-ci ilin 4-cü rübü üzrə hesablanmalı olan verginin məbləğinin 518312,25 manat olması nəzərə alındıqda vergi ödəyicisi tərəfindən artıq vergi ödənişinin aparıldığı müəyyən edildi.

45. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçı vergi ödənişləri üzrə əsas borcun mövcud olmasını öz hərəkətləri ilə, yəni həmin borcu ödəməklə etiraf etmiş, lakin bunu gecikməklə etmişdir ki, buna görə də cavabdeh haqlı olaraq Vergi Məcəlləsinin 59.1, 59.2-ci maddələrinə istinadən iddiaçıya 222.203,56 manat hesablamışdır, başqa sözlə, iddiaçı vergi bəyannaməsini qanunla müəyyən edilmiş vaxtda təqdim edib, vergi ödənişlərini də zamanında həyata keçirsə idi, faizlərin hesablanmas ına da səbəb olmazdı.

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 21(103)-2488/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar