Məhkəmə qərarları › İş №2-1(102)-102/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-102/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-102/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının müraciət edildiyi vaxtdan təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 sentyabr tarixli, 2-1(103)-1225/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2005-ci il 28 dekabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 50 yaşının tamam olduğu 2001-ci il 15 fevral tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 25 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 2005-ci il 28 dekabr tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2006-cı il 01 yanvar tarixədək ümumi stajı - 34 il 04 ay 24 gün; 2019-cu il 01 yanvar tarixə pensiyanın məbləği 262,52 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeral tı və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və (2006-cı il 01 yanvar tarixədək) azı 20 il sosial sığorta stajı olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırlar. Həmin Qanunun 98-ci maddəsinə əsasən, yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət etdikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Digər hallarda pensiyalar müraciət edildiyi gü ndən təyin edilir. İddiaçının 2005-ci il 28 dekabr tarixli ərizəsi və təqdim etdiyi sənədlər nəzərə alınmaqla, göstərilən dövrdə mövcud olan “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən 2005-ci il 28 dekabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 30 aprel tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 50 yaşdan, yəni 2001-ci il 15 fevral tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, təyin edilmiş pensiya məbləğinin pensiya hüququ yarandığı zaman qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqq ında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqı ilə hesablanması və pensiya hüququnun yarandığı 2001-ci il 15 fevral tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 2005-ci il 28 dekabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, ona pensiya hüququ yarandığı vaxtdan, yəni 50 yaşından təyin edilməli idi. Əmək kitabçasından və inzibati orqanın 2019-cu il 25 fevral tarixli məktubundan da göründüyü kimi o, 1997-ci il 01 iyul tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə 10 il güzəştli və azı 20 il iş stajına malik olmu şdur, sadəcə həmin vaxt 50 yaşının olmaması səbəbindən pensiya hüququ olmamışdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 02 oktyabr tarixli 2-1(085)974/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 02 oktyabr tarixli 2-1(085)974/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyətı üzrə baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 mart tarixl i 2-1(112)-533/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 50 yaşdan, yəni 2001-ci il 15 fevral tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, təyin edilmiş pensiya məbləğinin pensiya hüququ yarandığı zaman qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən hesablanması və pensiya hüququnun yarandığı 2001-ci il 15 fevral tarixdən yaranmış fərqin hesablanaraq, ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 50 yaşı 2001-ci il 15 fevral tarixdə tamam olmuş və onun həmin tarixə qanunla tələb olunan ümumi və xüsusi iş stajı olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin t əmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 sentyabr tarixli 2-1(103)-1225/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə

17. Yaşa görə pensiyaların məbləği 1) Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir...... 4) Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. 5) Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Maddə

71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və mür aciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır... Maddə

98. Pensiyaların təyin edilməsi müddətləri Yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Müddətli xidmət hərbi qulluqçularına əlilliyə görə pensiyalar onların qospitaldan çıxdıqları gündən, lakin hərbi xidmətdən buraxıldıqları gündən tez olmayaraq bu şərtlə təyin edilir ki, qospitaldan çıxdıqları gündən ən geci 3 ay keçənədək həkim-əmək ekspert komissiyası tərəfindən onların əlilliyi müəyyən edilsin və onlar pensiya almaq üçün müraciət etsinlər. Ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdə əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilir. Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir.

19. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəy işdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət əsaslıdır və təmin olunmalıdır.

23. İddiaçının 50 yaşının tamam olduğu 2001-ci il 15 fevral tarixdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yuxarıda istinad edilən 98ci maddəsinin müddəalar ına görə, yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim- əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir... Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir.

24. Eyni tələb iddiaçının ona pensiya təyin edilməsi üçün müraciət etdiyi 2005-ci il 28 dekabr tarixdə də qüvvədə olmuşdur.

25. Cavabdeh də iddiaçıya onun müraciət etdiyi 2005-ci il 28 dekabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (ömürlük) təyin etmiş (ümumi staj-32 il 10 ay 23 gün; 1-ci Siyahı üzrə güzəştli staj 10 il 4 ay 25 gün), pensiyanın məbləğini 2003cü il noyabr – 2005-ci il noyabr tarixlər üzrə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsində nəzərdə tutulmuş “Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına...aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır” müddəasına uyğun olaraq hesablamış, yekun olaraq orta aylıq əmək haqqının 94 faizi miqdarında (Qanunun 17ci maddəsinin 1-ci 4-cü bəndləri/abzasları) pensiya təyin edilmişdir.

26. İddiaçının öz tələbinin hüquqi əsası kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə istinadı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin müddəa, onun məzmunundan da göründüyü kimi, təyin edilən pensiyanın məbləğinin yol verilən yuxarı həddini müəyyən edir.

27. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçı cavabdehə pensiya təyin edilməsi üçün 2005-ci il 28 dekabr tarixdə müraciət etsə də, ona pensiya təyin edilməsi barədə qərar 2006-cı il 12 yanvar tarixdə qəbul edilmişdir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin 2006-cı il 12 yanvar tarixə qüvvədə olan redaksiyasına görə, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Lakin həmin maddənin cavabdeh tərəfindən 2006-cı il 12 yanvar tarixdə tətbiqi istisna edilirdi. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun 2006-cı il fevralın 6-da (iddiaçıya pensiya təyin edildikdən sonra) qəbul edilmiş, 2006-cı il martın 7-də dərc olunmuşdur.

28. Beləliklə, iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi 2005-ci il 28 dekabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına uyğun olaraq təyin edilmişdir və o, həmin Qanunun müddəalarının cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 sentyabr tarixli, 2-1(103)-1225/2020 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar