Məhkəmə qərarları › İş №2-1(102)-102/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-102/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-102/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın, torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1939, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanı nda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs X3 (təvəllüd:xx.xx.1962, FİN:228NQWJ)) qarşı “çıxarışın, torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-351/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış 23 iyun 2013-cü il tarixli, 4Ə/2560 reyestr nömrəli “Ev bağışlama müqaviləsi”nə əsasən, İddiaçı Abşeron rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 97.4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evini X2 bağışlamışdır. 2. 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.05045 ha torpaq sahəsi X1 adına dövlət qeydiyyatına alınmış, çıxarış əsasında torpaq sahəsinin plan-ölçü sənədi tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İ ddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev iddiaçının anası Balaca Məmməd qızının mülkiyyətində olmuşdur. Bu barədə, anasının adına qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Texniki pasportda torpaq sahəsi 504.5 kv.m göstərilmişdir. Anası rəhmətə gedəndən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, ünvan 3 ünvanında yerləşən 504.5 kv.m torpaq sahəsində 1838-ci ildə but daşdan tikilmiş yaşayış sahəsi 22.5 kv.m olan 2 otaqdan ibarət olan ev vərəsəlik üzrə iddiaçıya keçmişdir. İddiaçı həmin evi (ümumi sahəsi 97.4 kv. metr olan 2 otaqdan ibarət fərdi yaşayış evi) oğlu X2 bağışlamışdır. Lakin evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı hazırda torpaq sahəsində olan qeydiyyata alınmamış tikilidə yaşayır. Azərbaycan Respublikası Prezidentinin 439 saylı Fərmanına əsasən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində göstərilir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. İddiaçı ünvan 2 ünvanında olan 0.0504 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı cavabdehə əriz ə ilə müraciət edərkən ona cavab verilmişdir ki, həmin torpaq sahəsi 19 may 2021-ci il tarixli çıxarış ilə X1 adına qeydiyyata alınmışdır. İddiaçıya göndərilən cavab məktubunda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi, cavabdeh hazırkı məsələni tənzimləyən Torpaq Məcəlləsinin 88.3-cü maddəsinin tələblərinə fikir vermədən yanlış olaraq 88.1-ci maddəyə istinad etmişdir. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri üzrə hüquqların keçməsini tənzimləyən Torpaq Məcəlləsinin 88.3-cü maddəsi torpaq üzrə hüquqların keçməsi üçün tərəflərin razılığını, razılıq olmadığı halda isə yalnız fərdi yaşayış evinin yerləşdiyi və həmin evdən istifadə üçün zəruri olan torpaq sahəsini nəzərdə tutur. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, ona məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunsuz və əsassız olaraq X1 adına qeydiyyata alınmışdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1794/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

6. Cavabdeh iddiaya dair etirazında göstərmi şdir ki, aparılan araşdırma zamanı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Abşeron rayonu 1 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli 4Ə-2560 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilməsi, 0.0505 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin X1 adına 19 may 2021-ci il tarixdə **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüqu qu mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə d ə mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011 -ci il tarixli Qərarı). Konstitusiyanın 60cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesind ə ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsi nə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanlar ı nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azər baycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyi ldirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

7. Üçüncü şəxs iddia tələbinə dair etiraz təqdim edərək qeyd etmişdir ki, atası İddiaçı qardaşı Xanlar Qubad oğlunun təkidi ilə bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması iddiası ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(012)-599/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən apellyasiya şikayət ve rilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2(105)-2689/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2(102)22/2020 qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Son aylarda isə eyni müraciətlə qardaşı Nümayəndə da bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması iddiası ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2 (012)-6341/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Abşeron rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikay əti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 dekabr 2021-ci tarixli 2(105)-3292/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti də təmin edilməmişdir. Göründüyü kimi, bağışlanma müqaviləsində heç bir saxtakarlığa yol verilmədiyi üçün məhkəmələr tərəfindən həmin müqavilə etibarlı hesab edilərək ləğv olunmamışdır. 8. ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 97.4 kv metr olan, 2 otaqdan ibarət fərdi yaşayış evini və 504.5 kv.m torpaq sahəsini ona atası İddiaçı Abşeron rayon 1 saylı Notariat kontorunda 23 iyun 2013-cü il tarixli ******* reyestr nömrə ilə qeydə alınmış “Ev bağışlanma müqaviləsi”nə əsasən bağışlamışdır. Həmin evin bağışlanma müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi sözügedən evə və torpaq sahəsinə onun adına ç ıxarış vermişdir.

9. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən, 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş, yaşayış evinin altında yerləşən 504.5 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən sənədlər ətraflı araşdırıldıqdan sonra Prezidentin Fərmanına müvafiq olaraq sözügedən 504.5 kv.m. torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış, ona çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan əmlak sahəsinin altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə edilməsi onun hüququdur.

10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-243/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia qismən təmin edilmiş, X1 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üçüncü şəxs X2 mülkiyyət hüququ ilə məxsusdur. Bununla bağlı məhkəmə mübahisələri olmuş və üçüncü şəxs X1 fərdi yaşayış evi üzərində hüquqlarının qanuniliyi məhkəmələr tərəfindən də tanınmışdır. Ona görə də iddiaçının tələbi fərdi yaşayış evi ilə bağlı hissədə əsaslı hesab edilə bilməz. İnzibati orqan həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində qanun pozuntusuna yol verməmişdir. Lakin inzibati orqan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu zəruri araşdırma aparmadan qeydiyyata alnışdır.

12. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edildi ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən üçüncü şəxsin mülkiyyətində olan fərdi yaşayış evindən başqa bir tikili də mövcuddur və iddiaçı həmin tikilidə yaşayır.

13. Məhkəmə proseslərində üçüncü şəxs X3 bildirmişdir ki, iddiaçı torpaq sahəsində olan tikilidə yaşasa da, o, iddiaçıya mövcud tikiliyə gedib-gəlmək üçün yol verir, lakin iddiaçı isə bununla razılaşmır, torpaq sahəsinin yarısını istəyir.

14. Yuxarıda qeyd edilən hallar üçüncü şəxsin torpaq sahəsi üzərində hüquqlarını istisna etmir, lakin iddiaçının mübahisə predmeti olan torpaq sahəsinin müəyyən hissəsində yaşadığı halda cavabdeh inzibati orqan bu halı araşdırmadan üçüncü şəxs X1 adına fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alması əsaslı hesab edilə bilməz. Hazırkı iş üzrə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı mübahisə mülki məhkəmə icraatı qaydasında müəyyən edilə biləcək haldır.

15. İddiaçının torpaq sahəsindən qanunsuz istifadə etdiyi halda, mülki məhkəmə icraatı qaydasında olan hüquqi müdafiə vasitələrindən istifadə edilərək t orpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun yaranması müəyyən edilə bilər.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında müvafiq razılıq olmadığı halda, torpaq sahəsindən istifadə hüququ və torpaq sahəsinin hüquqi statusu mülki məhkəmə icraatı qaydasında müəyyən edilmədən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması əsaslı hesab edilə bilməz və iddia torpaq sahəsi ilə bağlı hissədə əsaslı hesab edilməlidir.

17. Tərəflərə izah edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında müvafiq razılaşma olmadığı halda, 0.05045 ha torpaq sahəsinə münasibətdə mülki hüquq müdafiə vasitələrinə uyğun olaraq aralarındakı mübahisəni mülki məhkəmə icraatı qaysında müəyyən etdikdən sonra, həmin nəticəyə uyğun olaraq yenidən inzibati orqana müraciət edilə bilər.

18. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)351/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-243/2022 nömrəli qərarı qismən – “X1 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” his səsində ləğv edilmiş, ləğv edilən hissədə yeni qərar qəbul edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə görə, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir.

21. İddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə a lınmışdır.

22. Belə olan halda, X4 rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, dalan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır.

23. İddiaçının mübahisə predmeti olan torpaq sahəsinin müəyyən hissəsində yaşaması və həmin torpaq sahəsində ona məxsus tikilinin olması barədə dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd edilən tikili üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

24. Bundan əlavə, mübahisəli torpaq sahəsinə məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, həyətyanı sahənin eyni küçəyə açılan iki giriş qapısı mövcudd ur. Böyük qapının yerləşdiyi girişdən İddiaçı və onun nümayəndəsi (oğlu) Nümayəndə istifadə edirlər, kiçik qapının yerləşdiyi girişdən isə üçüncü şəxs X3 və onun ailəsi istifadə edir. Böyük qapının yerləşdiyi girişdən girdikdə sağ tərəfdə üçüncü şəxs X2 məxsus ev və əlavə olaraq hasara bitişik tikili var. İddiaçının nümayəndəsi Nümayəndə böyük qapının yerləşdiyi girişdən girdikdən sonra müəyyən məsafə aralığında qarşıdan baxıldıqda sol tərəfdə yerləşən evdə yaşayır. Həmin ev mübahisəli torpaq sahəsində yerləşmir, lakin evə giriş mübahisəli torpaq sahəsindəndir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nümayəndə yaşadığı həmin ev dövlət reyestrində qeydiyyata alınmamış, iddiaçı və onun nümayəndəsi (oğlu) bu barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

25. Digər tərəfdən, həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır.

26. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi və ya işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

27. Apellyasiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onun üzərində fərdi yaşayış evinin üçüncü şəxsə “bağışlandığı” zaman iddiaçının mülkiyyətində olmamışdır. Bu cür yanaşma bağışlama müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin müqavilə etibarsız olduğu üçün üçüncü şəxsin adına çıxarışın verilməsi də qanunsuz hesab olunmalıdır.

28. Mübahisəli torpaq sahəsi onun üzərində yerləşən fərdi yaşayış evinin üçüncü şəxsə bağışlanıldığı zaman iddiaçının mülkiyyətində olmuşdur. Belə olan halda, apellyasiya məhkəməsinin bildirdiyi fikrin əksi olaraq, “Torpaq Məcəlləsinin 88.1-ci maddəsi ilə birlikdə 88.3-cü maddəsi” burada tətbiq olunmalıdır. Çünki mübahisəli torpaq sahəsi onun üzərində yerləşən fərdi yaşayış evinin üçüncü şəxsə bağışlanıldığı zaman iddiaçının mülkiyyətində olmuşdur.

29. Fərdi yaşayış evinə dair mülkiyyət hüququ müqavilə əsasında qarşı tərəfə keçirsə və həmin evin yerləşdiyi torpaq sahəsi üzərindəki hüququn hansı həcmdə qarşı tərəfə keçəcəyi müəyyən olunmayıbsa, ən azından həmin evin istifadəsi üçün zəruri olan hissədə torpaq sahəsi üzərindəki m ülkiyyət hüququ əldə edənə keçir.

30. Bu durum onu göstərir ki, üçüncü şəxs mübahisəli 504.5 kv.m. torpaq sahəsinin hamısı üzərində deyil, 97.4 kv.m. olan evin istifadəsi üçün zəruri olan hissədə torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilər. Bütün bunlar onu göstərir ki, həmin çıxarış üçüncü şəxsə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin tələbləri pozularaq verilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-351/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı... 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı ba rədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1 Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.... 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilm iş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:..

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);...

34. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə q ərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİ N HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, üçüncü şəxsin adına verilmiş çıxa rışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

42. Hazırkı iş üzrə müəyyən ol unur ki, notarial qaydada təsdiq edilmiş 23 iyun 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən, İddiaçı Abşeron rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 97.4 kv.m olan, 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini üçüncü şəxs X2 bağışlamışdır.

43. Daha sonra sözügedən fərdi yaşayış evi 13 iyul 2013-cü il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

44. Eyni zamanda hazırkı iş üzrə müəyyən olunur ki, tərəflər arasında mülki qaydada bir sıra məhkəmə mübahisələri olmuş və İddiaçı tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 97.4 kv.m olan, 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin X2 bağışlanması barədə müqavilə məhkəmə qaydasında mübahisələndirilsə də, İddiaçı və Nümayəndə iddiaları təmin edilməmişdir.

45. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, X1 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv olunmasını məhkəmədən xahiş etmişdir.

46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

47. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X4 rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, dalan 1, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır.

48. Digər tərəfdən, həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır.

49. Həmçinin iddiaçının digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 88.3-cü maddəsi torpaq sahəsinin mülkiyyətçisinə mə nsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən, tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqların fərdi yaşayış evini əldə edənə keçməsini, torpaq sahəsinin fərdi yaşayış evi yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququnun əldə edənə keçməsini nəzərdə tutur. Lakin hazırkı iş üzrə mübahisəli torpaq sahəsi onun üzərində yerləşən fərdi yaşayış evinin üçüncü şəxsə bağışlanıldığı zaman iddiaçının mülkiyyətində olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanında nəzərdə tutulmuş əsasla qeydə alınmışdır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-351/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar