Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-102/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X5nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X5nə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(105)-68/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli qərarına əsasən, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü il tarixdə aldığı və Qazax rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və travma - diaqnoz: “Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsı lması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. TSEK-nin elektron informasiya sistemindən çıxarışlara əsasən, İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixdə TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə xx.xx.2021ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. Əlillik müddəti bitdikdən sonra İddiaçı barəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0215003AAC69 nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, İddiaçı son 1 il ərzində - xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində XBT 10 T90.5 kodlu xəstəliyi ilə ambulator müayinədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1 993-cü il tarixədək Qazan Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı 3 nömrəli Şəhər Klinik Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron Saray qəsəbə Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 Əsas diaqnoz: T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya”; Ağırlaşma: G40.1 “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları”; Yanaşı xəstəliklər: F48.0 “Nevrasteniya”; F45.3 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz”; H52.4 “Presbiopiya”; İ10 “Essensial (birincili) hipertenziya, arterial hipertenziya”; K26 “Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ”; F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, kəllə beyin travması nəticəsində əmələ gələn yaddaş pozulması” qeyd edilmişdir.
4. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina qərarından İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 24 dekabr 2021-ci il tarixdə onun əlavə əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən 12 yanvar 2022-ci il tarixli, **********9 nö mrəli qərar qəbul edilmişdir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri epitutmalar üçün səciyyəvi müəyyən edilməmişdir. Klinik məlumatlarda nevroloji ocaqlı patologiya izlənilməmiş, təqdim olunan xx.xx.2021-ci il tarixli EEQ nəticəsi “Beyin qabığında ləngimə müşahidə olunur” kimi müəyyənləşdirilmiş, digər instrumental müayinələr aparılmamışdır. Nəticədə, AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli, 0215003AAC69 nömrəli göndərişə əsasən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində hərbi xidmət keçmiş, xx.xx.1993-cü il t arixdə aldığı xəsarətlərlə bağlı xx.xx.2015-ci il tarixdə onun barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edilmişdir. 2016-cı ildə ona beş il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. O, tibb müəssisələrində müayinə və müalicələrdə olmuş, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün onun barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli göndəriş cavabdeh orqana təqdim edilmişdir. Lakin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızd ır. Belə ki, o ağır xəstədir, bu səbəbdən də cavabdeh tərəfindən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlillik təyin edilməlidir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-335/2023 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 tərəfindən verilmiş T99/2023 saylı ekspert rəyindən görünür ki, iddiaçıda halhazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağ almamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası mehkemesində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(105)-68/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.Babayeva sədrlik edən və məruzəçi, İ.Quliyev və G.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə alınmış ekspert rəyi ilə, həmçinin, bu rəyi tərtib edən tibb-sosial ekspertin izahatından müəyyən edildi ki, iddiaçıda T90 kodlu xəstəlik, eləcə də, onun ağırlaşması olan G40 kodlu epilepsiya xəstəliyi müşahidə edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarında iddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə göstərilən “Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması” diaqnozlu xəstəliyi qanunvericiliyin tələbinə əsasən, ümumiyyətlə, əlilliyin təyininə əs as vermir. Göndərişdə göstərilən T90 kodlu xəstəlik, eləcə də onun ağırlaşması olan G40 kodlu xəstəliklər isə əlilliyin təyin edilməsinə əsas versə də, həmin xəstəliklər nə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarında iddiaçıya münasibətdə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə göstərilmiş, nə də ekspertiza tədqiqatı zamanı iddiaçıda aşkar edilməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, hətta göndərişdə qeyd edilən T90 və G40 kodlu xəstəliklər hazırda iddiaçıda aşkar edilsə belə, həmin xəstəliklər Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarında göstərilmədiyindən, ona məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ə lilliyin təyin edilməsi dair iddia tələbi təmin edilə bilməzdi. Bunun üçün ilk növbədə iddiaçı qeyd olunan xəstəliklərin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmasının müəyyən edilməsi ilə bağlı ilk növbədə AR Müdafiə Nazirliyinə müraciət etməlidir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2-1(105)-68/2024 saylı qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2-1(1 18)-335/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 1
3. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə almamış, işin faktiki hallarına və qanunvericiliyin tələblərinə zidd olaraq apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir.
14. Apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş ekspertiza cavabdehin əvvəllər iddiaçıya əlillik təyin edilməsindən imtina edən inzibati orqanın iştirakı ilə keçirilmiş, bunun nəticəsi olaraq həmin orqan iddiaçının zivanma rəy vermişdir.
15. Hansı ki, İddiaçı olan xəsarətlər hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alımış, həmin xəsarətlərin iddiaçıya əlillik təyin edilməsi üçün yetərli olması istər birinci instansiya məhkəməsi zamanı keçirilmiş eksp ertiza rəyi ilə, eləcə də mövcud olan tibbi sənədlərlə tam təsdiq olunmuşdur.
16. İddiaçı olan xəstəliklər əsas götürülməklə ona əvvəllər əlillik dərəcəsi təyin edilmiş, həmin xəstəliklərin sağalması barədə hər haıısı bir tibbi sənəd apellyasiya instansiya məhkəməsinə cavabdeh tərəfindən təqdim edilməmiş, buna baxmavaraq üzrə iddiaçının səhhətində olan travmalarm ona əlillik təyin edilməsinin mümkün olmaması qənaətinə gəlinməsi ilə nəticələnmiş, lakin həmin məhkəmə gəldiyi qənaəti kifayət qədər əsaslandırmamışdır.
17. Apellyasiya instansiya məhkəməsi iddiaçı barədə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatı nəticəsində onun səhhətində ona əlillik təyin edilməsi üçün qanunvericiliklə nəzərədə tutulmuş xəstəliklərin müəyyən edildiyi lıalda. sonradan keçirilmiş ek spertiza zamanı ona əlillik təyin edilməsi üçün qanunvericiliklə nəzərədə tutulmuş xəstəliklərin müəyyən edilməməsi barədə rəyi nəyə görə üstün tutmasını öz qərarında əsaslandırmamışdır.
18. Hansı ki, həmin rəylər eyni X5n əməkdaşları tərəfindən verilmişdir. Əgər iddiaçıda ona əlillik təyin edilməsi üçün qanunvericiliklə nəzərədə tutulmuş xəstəliklər müəyyən edilməmişdirsə, bu barədə xx.xx.2023-cü il tarixli, T 99/2023 saylı rəy necə verilmişdir.
19. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2-1(105)-68/2024 saylı qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2-1(1 18)335/20 23 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarda gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Birinci instansiya məhkəməsində icraat zamanı alınmış yuxarıda göstərilən ekspert rəyindən görünür ki, iddiaçının əlillik vəziyyəti Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən onun barəsində tərtib edilmiş 0215003AAC69 nömrəli göndəriş əsasında deyil, X4 X5 tərəfindən verilmiş iddiaçının xəstəlik tarixindən xx.xx.2022-ci il tarixli çıxarış əsasında qiymətləndiril mişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatı üzrə Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, T 76/2024 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının müayinəsi zamanı onda “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya”, “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz”, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” onun əyani müayinəsində öz təsdiqini tapmamışdır. Eləcə də, onda “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları” diaqnozlu xəstəlik də aşkar edilməmişdir. Belə ki, təqdim edilən videogörüntülərdəki tutmalar epileptik xarakter daşımır, elektroens efaloqrafik görüntülərdə hər-hansı epileptik ocaq aşkarlanmır. Publik hüquqi şəxs müalicə müəssisəsi olmadığından ekspert qarşısında qoyulmuş göndərişdə göstərilən yanaşı xəstəliklər – “Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ”, “Essensial (birincili) hipertenziya, arterial hipertenziya” və “Presbiopiya” xəstəliyinin aşkar edilib-edilməməsi ilə əlaqədar sualların cavablandırılması isə mümkün olmamışdır. Ekspert rəyindən müəyyən edilir ki, göndərişdə göstərilən T90.5 kodlu “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya” diaqnozlu əsas xəstəlik və onun ağırlaşması G40.1 kodlu “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları” xəstəlikləri iddiaçıda aşka r edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bununla bağlı, ekspertiza tədqiqatı zamanı iddiaçının əyani müayinəsini aparan cavabdehin tibbi-sosial eksperti X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, 0215003AAC69 nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz XBT T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamə tləri, postravmatik ensefalopatiya” xəstəliyinin iddiaçıda aşkar edildiyini təsdiq edən tibbi sənədlər yoxdur. İddiaçı barəsində verilmiş Hərbi Həkim Komissiyasının qərarında isə “Başın təpə nahiyyəsinin çapılmış yarası, qapalı kəllə beyin travması və beyin sarsılması” xəstəlikləri göstərilmişdir. Yəni, qərarda göstərilən beyin sarsılması beyin silkələnməsi deməkdir. Beyin silkələnməsi isə beyin daxilində heç bir risk və patologiya buraxmır. İddiaçıda çapılmış yara başın təpə nahiyəsindədir, təpə payı isə epileptagen zona deyil, hissiyata cavabdehdir. Gicgah və alın payında mikroangiopatik ocaq yox, iripaylı ocaq olsaydı, düşünmək olardı ki, onda epilepsiya ola bilər. Bu hal belə 100 faiz epilepsiya olduğunu təsdiq etmir. İddiaçı tərəfindən təqdim edilən video görüntülərdəki tutmalar isə e pileptiv xarakter daşımır, əyani müayinə zamanı da onda heç bir ocaqlı patologiya aşkar olunmamışdır. Məhkəmə araşdırması nəticəsində iş üzrə alınmış ekspert rəyi ilə, həmçinin, bu rəyi tərtib edən tibb-sosial ekspertin izahatından müəyyən edildi ki, iddiaçıda T90 kodlu xəstəlik, eləcə də, onun ağırlaşması olan G40 kodlu epilepsiya xəstəliyi müşahidə edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarında iddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə göstərilən “Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması” diaqnozlu xəstəliyi qanunvericiliyin tələbinə əsasən, ümumiyyətlə, əli lliyin təyininə əsas vermir. Göndərişdə göstərilən T90 kodlu xəstəlik, eləcə də onun ağırlaşması olan G40 kodlu xəstəliklər isə əlilliyin təyin edilməsinə əsas versə də, həmin xəstəliklər nə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarında iddiaçıya münasibətdə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə göstərilmiş, nə də ekspertiza tədqiqatı zamanı iddiaçıda aşkar edilməmişdir.”
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yuxarıda göstərilmiş əsaslandırılması ilə razı deyil, hesab edir ki, apellyasiya məhkəməsi inzibati mübahisənin həll olunmasına səthi, qeyri-obyektiv və formal yanaşmış, işdə olan sübutları və işin hallarını tam və hərtərəfli araşdırmamı şdır, buna görə də yanlış məhkəmə qərarı qəbul etmişdir.
25. Belə ki, ilk öncə qeyd edilməlidir ki, “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
26. Yəni məhkəmə ekspertizası keçirildiyi zaman tərəflərin konkret halda cavabdehin, o işin nəticəsində maraqlı olduğuna görə, ekspert kimi iştirak etməsi istisna olmaqla, yolverilməzdir.
27. Lakin apellyasiya məhkəməsi istinad etdiyi Məhkəmə Tibbi Ekspertiza və X2 publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, ekspertizanın keçirilməsi zamanı həmin Birliyin məhkəmə tibb ekspertinin iştirakı ilə yanaşı, cavabdehin işçisi olan Vəfa Həşimova “tibbi-sosial eksperti” adı ilə ekspertizaya qoşulmuş və ekspert rəyində onun imzası da vardır.
28. Bundan başqa V.Həşimova apellyasiya məhkəməsində mübahisəyə dair geniş izahat vermiş və hər iki sənəd (ekspert rəyi və izahat) mötəbər sübut kimi qəbul edilmişdir.
29. Halbuki yuxarıda artıq göstərildiyi kimi, işin nəticəsində maraqlı olan şəxsin, konkret halda cavabdehin ekspertizada iştirakı qanuna ziddir (“Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsi).
30. Digər tərəfdən, apellyasiya məhkəməsi eyni hüquqi şəxsin, yəni Məhkəmə Tibbi Ekspertiza və X2 X5 tərəfindən gəldiyi nəticələrə görə kəskin surətdə fərqlənən xx.xx.2023-cü il tarixli, T99/2023 saylı və xx.xx.2024-cü il tarixli, T76/2024 saylı ekspert rəylərini tam və hərtərəfli araşdırmamış, bu fərqlərin nədən qaynaqlanmasını təhqiq etməmiş, nəticə etibarı ilə də onlara düzgün hüquqi qiymət verməmişdir.
31. Halbuki apellyasiya m əhkəməsi xx.xx.2024-cü il tarixli qərarının “Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:” adlanan hissəsində göstərir ki, “Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-335/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 tərəfindən verilmiş T99/2023 saylı ekspert rəyindən görünür ki, iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda o nda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır.”
32. Bu arada xüsusi olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, T 99/2023 saylı ekspert rəyi tərtib olunduğu zaman cavabdeh, yəni işin nəticəsində bilavasitə maraqlı olan tərəfin nümayəndəsi həmin ekspertizada iştirak etməmişdir ki, bu da “məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə uyğundur.
33. Bu baxımdan apellyasiya məhkəməsinin hansı səbəblərdən xx.xx.2023-cü il tarixli, T 99/2023 saylı ekspert rəyinə deyil də, xx.xx.2024-cü il tarixli, T 76/2024 saylı ekspe rt rəyinə istinad etməsi ümumiyyətlə əsaslandırılmamışdır.
34. Həmçinin qeyd edilməlidir ki, işdə olan bir sıra digər sübutlar da cild 1, iş səhifələri 47-51 - xx.xx.2021-ci il tarixli, 0215003AAC69 nömrəli Forma 88 göndərişi: Əsas diaqnoz: T90.5 - “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya”; Ağırlaşma: G40.1“Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları”; Yanaşı xəstəliklər: F48.0 - “Nevrasteniya”; F45.3- “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz”; H52.4- “Presbiopiya”; İ10- “Essensial (birincili) hipertenziya, arterial hipertenziya”; K26- “Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ”; F07.0- “Üzvi mənşəli şəxsiyyət pozğu nluğu, kəllə beyin travması nəticəsində əmələ gələn yaddaş pozulması” qeyd edilmişdir.
35. Cild 1, iş səhifəsi 9- Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli xəstəlik haqqında Şəhadətnamə Diaqnoz: Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması. Travmanın səbəb əlaqəsi- “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”
36. Cild 1, iş səhifəsi 118- Həkim-Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli rəyi Qərar: Üzvi (keçirilmiş qapalı kəllə-beyin travmasının) emosional-labil pozuntu F06.0 nəzərə alınmamış, halbuki onlar da işin düzgün həll edilməsi baxımından əhəmiyyət kəsb edir.
37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbayca n Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 X5 tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, T 76/2024 nömrəli ekspert rəyi, həmin rəyin tərtib və təsdiq edilməsində cavabdehin nümayəndəsi iştirak etdiyinə, buna görə də bu rəy “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə zidd olduğundan mötəbər olmamaqla yanaşı, qeyri-legitimdir.
38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. S umqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2024-cü il tarixli, 21(105)-68/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.