Məhkəmə qərarları › İş №2-1(102)-1020/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1020/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1020/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdən məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının nümayəndəsi İlyaz Qocamanov və vəkili İlkin Ukalayevin, cavabdehin nümayəndəsi Orxan Qafarzadənin və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ba kı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)201/2021 nömrəli iş üzrə 15.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “xxxx” MMC barəsində vergilərin hesablanmasına dair 29.08.2019-cu il tarixli, **********156900 saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) mür aciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı” MMC (bundan sonra MMC) 26 aprel 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 29 avqust 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesabla nması haqqında **********156900 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 53809.00 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir. Hesab edir ki, cavabdeh tərəfındən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(118)-185/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “xxxx” MMC barəsində vergilərin hesablanmasına dair 29.08.2019-cu il tarixli, **********156900 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin qənaətə gələrkən Vergi Məcəlləsinin 37.5, 50.3, 50.4, 67.1, 67.1.3, 67.1.6, 67.1.9, 83.2, 153-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 15.1, 16-cı maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, cavabdeh tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini pozmuşdur.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(118)-185/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 15.02.2021-ci il tarixli, 2-1(105)-201/2021 nömrəli (hakimlər – Səadət Bəktaşi sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(118)-185/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsini, Vergi Məcəlləsinin birinci instansiya məhkəməsinin də istinad etdiyi maddələri, eləcə də həmin Məcəllənin 3.8, 24.0, 24.1, 37.4, 50-1-ci maddələrini, həmçinin İPM-nin 58.7, 70.1, 82-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməsinin əsası kimi qeyd etmişdir ki, göründüyü kimi Vergi Məcəlləsi vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata istinad etmək hüququndan da istifadə edə bilərdi. Lakin hazırkı, inzibati mübahisə üzrə İddiaçı MMC-nin 2019-cu ilin iyun ayı üçün gömrük maya dəyəri 743398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etmə si öz təsdiqini tapmasına baxmayaraq, vergi orqanı 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə müəssisəni əlavə dəyər vergisinə cəlb etmişdir. “xxxx” MMC-nin 2019-cu ilin iyun ayında gömrük maya dəyəri 743398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etdiyi təqdirdə onun tərəfindən iyun ayında 1.104587,42 manat dövriyyənin həyata keçirilməsi (satışın həyata keçirilməsi) mümkün deyil.

9. Məhkəmə qərarında bildirilir ki, vergi orqanının Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən ödəyicinin idxal məlumatlarını əsas götürməklə vergi hesablamaq hüququ olduğu halda idxaf məlumatlarını nəzərə almamış, xronometraj metodu ilə müşahidənin nəticələrini əsas götürmüşdür.

10. Məhkəmənin qeyd edilən dəlili ilə razılaşmayaraq bildirir ki, məhkəmə qərarında da qeyd edildiyi kimi Vergi Məcəlləsinin 83.2-ci maddəsində göstərilən mənbələrdən hər hansı birinə və ya bir neçəsinə əsasən verginin hesablanması vergi orqanının hüququdur. Odur ki, məhkəmə qeyd edilən hala istinad edərək, vergi orqanı tərəfindən qəbul edilmiş qərarı ləğv etməkdə haqlı olmamışdır.

11. Eyni zamanda bildirir ki, məhkəmə vergi orqanı tərəfindən satılmayan mallara münasibətdə vergi hesablandığını bildirsə də, iddiaçı tərəfindən həmin dövrdə idxal edilmiş bütün məhsullar satılmışdır. Belə ki iddiaçı tərəfindən 06.04.2020-ci il tarixdə 2019-cu ilin mənfəət vergisinin bəyannaməsi boş təqdim edilmiş və həmin bəyannamədə mal qalığı göstərilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən idxal edilmiş məhsullar təqdim edilmişdir.

12. Məhkəmə həmçinin xronometraj metodu ilə müşahidənin 3 gün müddətində həyata keçirilməsini verginin hesablanması üçün əsaslı hesab etməyərək, qanunvericiliklə müşahidənin müddətinin 15 iş günündən çox olmayan müddət ərzində həyata keçirildiyini qeyd etmişdir.

13. Bildiririk ki, Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidənin həyata keçirilməsinin maksimum müddəti qeyd edilmiş, lakin müşahidənin həyata keçirilməsi üzrə müddətin minimum həddi ilə bağlı məhdudiyyət müəyyən edilməmişdir. Bu baxımdan iddiaçıda qeyd olunan müşahidə 3 gün müddətində keçirilmiş, hər gün üzrə müəyyən olunmuş dövriyyə cəmlənərək günlərin sayına bölünmüş və orta günlük dövriyyə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmənin qeyd edilən halı vergi orqanı tərəfindən hüquqdan sui- istifadə kimi qiymətləndirməsi əsaslı deyildir. Belə ki, xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir.

14. Eyni zamanda bildirir ki, Vergi Məcəlləsində belə bir hal nəzərdə tutulmamışdır ki, xronometraj metodu ilə keçirilən müşahidə nəticəsində vergi ödəyicisinin bir gün dövriyyəsi olduğu halda verginin hesablanması qanunsuzdur. Göründüyü kimi məhkəmənin mövqeyi Vergi Məcəlləsinə zidd olmuşdur.

15. Onu da qeyd edir ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisini n bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

16. Göründüyü kimi, xronometraj metodu ilə müşahidənin nəticəsində vergilərin hesablanması vergi orqanının hüququ olmaqla bərabər, vergi orqanı tərəfindən əvvəlki dövrlər üzrə bu hüquqdan istifadə edilməməsi və ya vergi ödəyicisinin vergidən yayınmasının aşkar edilməməsi vergi orqanını növbəti dövrlər üzrə bu hüquqdan məhrum etmir.

17. Həmin Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır.

18. Eyni Məcəllənin 50-1.2-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər.

19. Göründüyü kimi iddiaçı tərəf müvafiq təsirlərin nəticəsində dövriyyəsinin azalmasını rəsmiləşdirmək üçün yuxarıda qeyd edilən hüquqlarından istifadə edərək yeni xronometrajın keçirilməsinə dair ərizə təqdim etməmişdir. Belə olan halda məhkəmə vergi orqanı tərəfində n hesablanmış vergi məbləğini ləğv etməkdə haqlı olmamışdır.

20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-201/2021 nömrəli, 15.02.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qəra r qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Qafarzadə də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İ.Ukalayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasi ya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Qocamanov da vəkili İ.Ukalayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

28. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndələri və vəkillərinin izahat və çıxışlarını dinləyərək dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Azərba ycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

31. Məhkə mə Kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 saylı Ərazi Vergilər Departamentinin 10 avqust 2018-ci il tarixli, **********6980 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarına əsasən, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən anbarda 11 avqust 2018-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. 32. 11 avqust 2018-ci il tarixli VN-14 seriyalı 016300 saylı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” Günlük Aktına əsasən iddiaçının 11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat təşkil etmişdir. 33. 13 avqust 2018-ci il tarixli VN-14 seriyalı 016301 saylı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” Günlük Aktına əsasən iddiaçının 13 avqust 2018-ci il tarixdə satış dövriyyəsi olmamışdır. 34. 14 avqust 2018-ci il tarixli VN-14 seriyalı 016302 saylı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” Günlük Aktına əsasən iddiaçının 14 avqust 2018-ci il tarixdə satış dövriyyəsi olmamışdır.

35. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 14 avqust 2018-ci il tarixli VN-14 seriyalı 016303 saylı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” Yekun Aktına əsasən, iddiaçının orta günlük satış dövriyyəsi 44183,50 manat olmuşdır.

36. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 29.08.2019-cu il tarixli, ********** 156900 nömrəli “Vergilərin hesablanması barədə” Qərara əsasən cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin iyun ayı üzrə kameral qaydada yoxlama nəticəsində 53.809,00 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.

37. Bu baxımdan apelyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsi vergi orqanının üzərinə vergilərin hesablanması zamanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin əsas götürülməsini vəzifə kimi deyil hüququ kimi qeyd etmişdir. Həmin Məcəllənin36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

38. Həmin Məcəllənin 83.2-ci ma ddəsinə görə 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatlara; 2)bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumatlara; 3)vergi yoxlaması materiallarına; 4)vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara-yəni idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata əsaslanaraq vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini qeyd olunan məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır.

39. Belə olan halda apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsi vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyatları barədə rəsmi məlumata istinad et mək hüququndanda istifadə edə bilərdi. Lakin hazırkı inzibati mübahisə üzrə “xxxx” MMC-nin 2019-cu ilin iyun ayı üçün gömrük maya dəyəri 743.398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etməsi öz təstiqini tapmasına baxmayaraq, vergi orqanı 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə MMC-ti əlavə dəyər vergisinə cəlb etmişdir.”xxxx”MMC-nin 2019-cu ilin iyun ayında gömrük maya dəyəri 743.398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etdiyi tədqirdə onun tərəfindən iyun ayında 1.104.587.42 manat dövriyyənin həyata keçirilməsi (satışın həyata keçirilməsi) mümkün deyil.

40. Bununla belə məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin “2018-ci ilin avq ust ayında keçirilmiş 3 günlük xronometraj “xxxx” MMC-nin gündəlik dövriyyəsinin müəyyən edilməsində bir o qədərdə əsaslı deyil. Belə ki, qanunvericiliyin tələbləri baxımından xronometrajın keçirilməsi üçün 3 gündən 15 günə kimi müddətin müəyyən edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən xronometraj 3 gün keçirilmiş” qənaəti ilə razı deyil, belə ki, apelyasiya məhkəməsi özü yazır ki, qanuna görə xronometraj metodu ilə müşahidə minimum 3 gün ərzində keçirilə bilər.

41. Məhkəmə kollegiyası qeyd edir ki, burada əsas məsələ odur ki, iddiaçı tərəfindən malların alqı-satqısının müəyyən edilməsi üçün onda bütün lazım olan sənədlər mövcuddur və bunun əsasında cavabdeh tərəfindən qalıq çıxarılmamalı idi, lakin inzibati orqan ona qanun ilə verilmiş hüquqlardan sui-istifadə edib.

42. Belə ki, Ver gi Məcəlləsinin Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulub.

43. Vergi Məcəlləsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (maddə 37.1) Həmçinin kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesabla nması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir (maddə 37.2-1.). Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

44. Həmçinin qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin tələbinə görə xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər (maddə 37.5) Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzi fəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlamasında qərar qəbul edən zaman iş üzrə əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamışdır. Belə ki, xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri əsasında vergilərin hesablanması vergi orqanlarına verilmiş hüquq olsa da, iddiaçının sahibliyində olan malların faktiki həcmi sonuncu xronometrajın nəticələrinə uyğunluğu araşdırılmamışdır.

46. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV üçün malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstər ilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

47. Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilən ƏDV bəyannaməsindəki vergi məbləği yuxarıda sadalanan maddi hüquq normaları əsasında müəyyən edildiyindən apelyasiya instansiyası mübahisələndirilən inzibati aktı əsassız hesab etməklə düzgün nəticəyə gəlmişdir.

48. Bundan başqa apelyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur.

49. Belə ki, qeyd olunan Qanunun 15.1-ci maddəsinə əsasən qanunla mə cburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla,yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

50. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

51. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-ni n 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(105)-201/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar