Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1020/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə barədə iddianın mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-773/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Müavinət təyinatı üzrə ƏSM Mərkəzinin (Suraxanı rayon) 184 №li, 3 sentyabr 2009-cu il tarixli qərarına əsasən İddiaçı əmək qabiliyyətini 80% itirməsinə görə 1 noyabr 2008-ci il tarixdən aylıq 60 manat məbləğində ömürlük müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 18 noyabr 2019-cu il tarixdə 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” 54-İİİQ nömrəli Qanunun 12-ci maddəsinə əsasən 1 mart 1993-cü il tarixdə çıxartdığı qərarın əsassız və etibarsız sayılmasını, 1 mart 1993-cü il tarixdən hazırkı vaxtadək pozulmuş hüquqlarının bərpa edilməsini, Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanına əsasən DSMF Suraxanı rayon şöbəsi tərəfindən müavinətlə əlaqədar çıxarılan qərarın əsassız və etibarsız sayılmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)- 1896/2020 nömrəli qərarı (hakim: X4) ilə iddia qismən təmin edilmiş, iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi cavabdehə həvalə edilmiş, iddia digər hissədə təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 29 aprel 1987-ci il tarixdən 1 fevral 1990-cı il tarixədək Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işləmişdir. İddiaçı həmin müəssisədə 19 yanvar 1988-ci il tarixdə istehsalat qəzası almış, nəticədə əmək qabiliyyətinin 80%-ni itirmiş, 12 iyun 1997-ci ildə əlillik müddəti təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən 1 noyabr 2008-ci il tarixədək iddiaçıya aylıq ödəniş edilmişdir. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi» Qaydalarına uyğun olaraq iddiaçıya 80%-lə 1 noyabr 2008-ci il tarixdən 60 manat, 1 fevral 2016-cı il tarixdən isə 66 manat müavinət təyin edilmişdir. Hal-hazırda ödəniş davam etdirilir. Həmçinin iddiaçıya 9 il 6 ay 13 gün əmək stajı ilə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən məlumata əsasən qeyd olunan "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” çərçivəsində yaradılmış "Bakı Avtomobil Sənaye” açıq səhmdar cəmiyyətinin səhmlərinin əmək kollektivin üzvlərinə güzəştli satışı Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanına uyğun olar aq müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən xx.xx.2001 xx.xx.2002-ci il tarixlərdə həyata keçirilmiş, iddiaçı əmək kollektivinə bərabər tutulan şəxs kimi (təqaüdçü) həmin hərracda iştirak edərək "xxxx" ASC-nin 11 ədəd səhmini əldə etmişdir, "xxxx" ASC-nin ümumi səhmlərinin 0,77%-i güzəştli satışda satılmış, qalan 99,23%-i isə dövlət mülkiyyətindədir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona pensiya və müavinət təyin edilərkən qanunvericiliyin tələblərinin pozulduğunu, işlədiyi müəssisənin ona müavinət təyin edilərkən artıq özəlləşdirilmiş olduğunu, ona müəssisə tərəfindən verilən ödənclərin davam etdirilməli olmasını qeyd etməklə onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş qərarların etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının işlədiyi müəssisən in özəlləşdirilməsi barədə onlara rəsmi məlumatın daxil olmadığını bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, müvafiq dövlət orqanlarından zəruri məlumat və sənədlər götürülməklə həmin sənədlər, habelə mövcud olan və iddiaçı tərəfindən təqdim edilmiş sənədlər yenidən araşdırılmaqla iddia tələbində qeyd olunan məsələyə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılmalıdır.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2021-ci il tarixli, 2-1(103)-1197 /2021 nömrəli qərardadı (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X2 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr aydın olmadığı kimi, iddiaçının cavabdeh tərəfindən hər hansı inzibati akt qəbul etməsini istədiyi deyil, cavabdeh inzibati orqanın çıxardığı qərarların etibarsız hesab edilməsini istədiyi görünür. Halbuki, işin bu halı hazırkı iddianın mümkünlüyü üçün əhəmiyyətli rol oynaya bilər. Bu səbəbdən də kollegiya hesab etmişdir ki, ilk öncə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hansısa inzibati aktın qəbul edilməsini və ya hansısa inzibati aktın etibarsız hesab edilməsini tələb etməsi məsələsi aydınlaşdırmalı və əldə edilən nəticədən sonra işə baxması davam etdirilməlidir. c. birinci instansiyası məhkəməsində ikinci icraat
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 29 sentyabr 2021-ci il və 22 oktyabr 2021-ci il tarixlərdə ərizələr ilə məhkəməyə müraciət edərək DSMF Suraxanı rayon şöbəsi tərəfindən 1993-cü il tarixdən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun tələblərinə uyğun olaraq aylıq sığorta ödənişinin ödənclərinə görə pozulmuş hüquqlarının bərpa edilməsini, DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2008-ci il tarixli, 804 №li Fərmanı əsas tutulm aqla 3 sentyabr 2009-cu il tarixdə qəbul edilmiş 1 noyabr 2008-ci il tarixdən aylıq müavinətin ödənişinə dair qərarının qanunsuz və əsassız hesab edilməklə, ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2021-ci il və 27 oktyabr 2021-ci il tarixli məhkəmə iclaslarında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8959/2021 nömrəli qərardadı (hakim: X3) ilə iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ilkin olaraq, 18 noyabr 2019-cu il tarixdə məhkəməyə təqdim olunmuş iddia ərizəsində ona təyin edilmiş müavinətlə əlaqədar çıxarılan qərarların etibarsız sayılması xahiş olunmuş, bundan sonr a iddiaçı məhkəməyə bir neçə dəfə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və sonuncu dəfə 29 sentyabr 2021-ci il və 22 oktyabr 2021-ci il tarixlərdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək mübahisələndirilən qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı 3 sentyabr 2009-cu il tarixli, 184 №li qərarın qəbul edildiyi vaxtdan ona ödənişlərin həyata keçirildiyini, lakin həmin qərarın rəsmi qaydada ona yalnız 2016-cı ildə təqdim olunduğunu bildirmişdir. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olmuşdur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq olaraq qərarı iddiaç ının bildirdiyi məlumata əsasən aldığı müddətdən 3 il, həmin qərarın qəbul olunduğu vaxtdan isə 10 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-773/2022 nömrəli qərardadı (hakimlər: X5 (Sədrlik edən və məruzəçi), X1 və X8) ilə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması nı xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişdir ki, iş materiallarında göstərilənlərə, habelə qanunvericiliyin nəzərdə tutduğu tələblərə görə iddiaçı mübahisələndirilən iddia predmetini vaxtında mübahisələndirmişdir. Belə ki, qanunvericilikdə nəzərdə tutulur ki, iddia müddətinin axımı mübahisələndirilən qərardan şikayət vermə müddəti həmin qərarın iddiaçının hüququnu pozduğunu bildiyi andan hesablanır. Hesab edilməlidir ki, həm birinci instansiya məhkəməsi, həm apellyasiya məhkəməsi qanunsuz və ədalətsiz qərar qəbul etmiş, bununla da iddiaçının ədalətli məhkəmə təminatı hüququ pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqd im etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9)
20. İnzibati Prosessual Məcəllə: Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mü bahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.... Maddə
35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyas ına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN M ÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiya sı xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə inzibati aktın mübahisələndirilməsi barədə iddianın mümkünlüyü üçün apellyasiya məhkəməsi inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində şikayət verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunver iciliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-773/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.