Məhkəmə qərarları › İş №2-1(102)-1021/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1021/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1021/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1989, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçıdan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N nömrəli, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunması və tutulmuş pulun iddiaçıya qaytarılması vəzif əsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-07/2022 saylı, 28 mart 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2010-2021-ci illərdə Naxçıvan Hərbi Birləşməsində zabit olaraq xidmət etmişdir.

2. N №-li hərbi hissə komandirinin N nömrəli, 03 sentyabr 2020-ci il tarixli əmri ilə vurulmuş maddi ziyana görə iddiaçıdan 2052 manat pulun tutulması qərara alınmışdır.

3. İddiaçı öz nümayəndəsi vasitəsilə dəfələrlə sözügedən əmrin ləğv olunması və 2052 manat pul vəsaitinin iddiaçıya qaytarılması barədə cavabdeh orqana müraciət etmi ş, lakin cavabdeh tərəfindən həmin müraciətlərə dair ya imtina məktubu təqdim edilmiş, ya da ümumiyyətlə cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 02 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunması və tutulmuş pulun ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı 10 noyabr 2021-ci il tarixdə məhkəməyə prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək üzrlü səbəblərdən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi, mübahisələnd irmə və dəymiş ziyanın ödənilməsi haqqında iddia ərizəsinə dair işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-188/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim S.H.Novruzov) iddiaçının prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmamış, iddia tələbi mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 1 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi ni və buraxılmış prosessual müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılması nəticəsində iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-7/2022 nömrəli, 28 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər F.M.Abbasov /sədrlik edən və məruzəçi/, Ə.M.Xıdırov və M.D.Allahverdiyev) apellyasiya şikayəti təmin olunmamış, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)-188/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv ed ilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və iddia ərizəsinə baxılaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Qərardadda qeyd olunmuşdur ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda belə, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 (altı) ay müddətinə şikayət verilə bilər. Qərardadda buraxılmış müddətin bərpası barədə yazılan 6 (altı) ay müddət inzibati aktdan yuxarı inzibati orqana inzibati şikayət verilməsinə şamil edilir.

13. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 72.1-ci maddəsinin tələbinə görə inzibati akt dan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.4-cü maddəsinin tələbinə əsasən bu fəslin qanunvericiliyin tələbindən göründüyü kimi inzibati aktdan üzrlü səbəblərə görə vaxtında şikayət verilmədikdə 6 (altı) ay ərzində müddətin bərpası barədə yalnız inzibati şikayət verilə bilər.

14. İddiaçı isə buraxılmış prosessual müddətin məhkəmə qaydasında bərpa edilməsi barədə Naxçıvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsində qeyd edilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 (bir) il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

16. Nəzərə çatdırılır ki, 2052 (iki min əlli iki) manat pulun tutulması haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri ona qısa müddət sonra təqdim edilmişdir və iddiaçı həmin əmrdən 1 (bir) il keçmədən, yəni xx.xx.2021-ci il tarixdə Naxçıvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 17. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinin tələbinə görə inzibati aktın rekvizitlərindən biri də həmin akta qarşı mümkün hüquqi müdafiə vasitə ləri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatın əks olunmasıdır. 18. 2052 (iki min əlli iki) manat pulun tutulması haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri iddiaçıya təqdim edilən zaman mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat verilməmişdir, həmçinin bu barədə əmrdə yazılı qeyd öz əksini tapmamışdır. Bu məsələ ilə əlaqədar Naxçıvan İnzibatı Məhkəməsi tərəfindən N nömrəli hərbi hissəyə sorğu göndərilsə də həmin sorğuya cavab verilməmişdir.

19. Göründüyü kimi iddiaçı inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) il keçmədən prosessual müddətin bərpası barədə inzibati məhkəməyə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəfl ərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu mə hkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şika yət verə bilər. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olm aqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticə sində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər ( Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inz ibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdır maqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 0 5 nömrəli Qərarının 5.1, 5.2., 6.1, 6.2, 7, 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yo xlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

30. Hazırki iş üzrə iddiaçı məhkəmə dən ondan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunmasını xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır.

31. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N dekabr 2021-ci il tarixli, 4877 nömrəli məktubdan məlum olur ki, ehtiyatda olan baş leytenant İddiaçı Azərbaycan Respublikasının 10 yanvar 1995-ci il tarixli, 947 nömrəli Qanunu ilə təsdiqlənmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 mart 2000-ci il tarixli, 96 nömrəli əmri ilə elan edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən N nömrəli hərbi hissədə xidmət edərkən dövlətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Müdafiə nazirini n müavini - X1 Komandanının 03 sentyabr 2020-ci il tarixli, N nömrəli əmri ilə 05 sentyabr 2020-ci ildə imza etməklə tanış olmuşdur. Həmin şəxsin əmrlə tanış olduqdan sonra nizamnamələrdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququnun olduğu qeyd olunmuşdur. Baş leytenant İddiaçı imza etməklə əmrlə tanış olmuş, lakin əmrdən hər hansı bir şikayət verməmişdir.

32. Beləliklə, hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı qeyd olunan əmrdən xəbərdar olmuşdur. Belə ki, həmin əmr özünün də etiraf etdiyi kimi ona elan olunmuş, bu əmrlə ondan 2052 manat pul tutulmuşdur. Lakin iddiaçı mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 1 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səb əbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

33. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda belə, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Lakin iddiaçı qanunla nəzərdə tutulmuş 6 ay müddəti buraxaraq məhkəməyə 31 avqust 2021-ci il tarixli iddia ərizəsi ilə müraciət etmişdir. 34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk də fə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

35. Odur ki, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)7/2022 nömrəli, 28 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar