Məhkəmə qərarları › İş №2-1(102)-1021/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1021/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1021/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-1021/2023) (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; pensiya kapitalı; məhkəmə baxışının hədləri; qanunun geriyə tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2-1(106)-13/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 16 aprel 1980-ci il tarixdən 4 may 1982-ci il tarixədək hərbi xidmət keçmiş, 1982-ci ildə S.A.Dadaşov adına X2 Texnikumuna daxil olmuş və 1985-ci ildə “Hidrotexniki tikintilər” ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1985-xx.xx.1987-ci illərdə “Aztəmirsutikinti” trestinin 2 saylı Salyan SMD-də fəhlə, xx.xx. 1987-xx.xx.1989-cu ilədək Tərtərçay su qovşağının İstismarı idarəsində mühəndis elektrik, xx.xx.1989-xx.xx.1990-cı il tarixədək Elektrik-mexanikləşdirmə trestinin 13 saylı SMD-də 4-cü dərəcəli quraşdırıcı, xx.xx.1990- xx.xx.1991-ci il ildə Salyan broyler quşçuluq fabrikasında 2-6 saylı sexlərin müdiri, xx.xx.1991-xx.xx.1996-cı ildə Salyan DRT-də çilingər, xx.xx.1996xx.xx.1997-ci ildə B.Dadaşov adına Aqroservisdə çilingər, xx.xx.1998-xx.xx.2002-ci il tarixdə "xxxx" Dövlət Şirkətinin İstehsalat Təmir Müəssisəsinin Sumqayıt Mexaniki yığma və boruəymə sexinin Qazan və Turbin Avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.2002-xx.xx.2008-ci il tarixə kimi "xxxx"xxxx"xxxx" MMC-nin Kran yolları və kompressor təsərrüfatı sexinin Əli Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmi ri sahəsində çilingər, xx.xx.2008- xx.xx.2009-cuil tarixə kimi həmin sexdə istehsalat sahəsində usta, xx.xx.2009-xx.xx.2010-cu il tarixə kimi "xxxx" ASC-nin Energetik avadanlıqlarının Təmiri İdarəsinin Mexaniki sexinə 9-cu dərəcəli usta və xx.xx.2010-xx.xx.2012-ci il tarixə kimi “Cənub layihəsi”-nin Tikinti sahəsində 8ci dərəcəli usta vəzifələrində işləmişdir. 2. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01-FA/694 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1998-ci ildə "xxxx" Dövlət şirkətinin İstehsalat Təmir müəssisəsinin Sumqayit Mexaniki yığma və boruəymə sexinin Qazan və Turbin Avadanlıqlarının təmiri üzrə çilingəri peşəsinə işə qəbul edilmiş və xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə "xxxx"xxxx"xxxx" MMC-nin Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Ba yramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmiri sahəsində çilingər peşəsinə işə qəbil edilmiş və xx.xx.2003-cü ildə "xxxx" ASC-nin AÜ/195 saylı, xx.xx.2002-ci il tarixli əmrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmiri sahəsinin işçilərini Enerji sistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək üçün Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmir etmək məqsədilə Əli-Bayramlı Dövlət Rayon X1 və Buxar, QazTurbin Avadanlıqlarının təmiri üzrə Elektrik sexinin tabeçiliyinə verilmişdir. xx.xx.2009cu ild ə "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Mexaniki sexinə 9cu dərəcəli usta vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə “Cənub Layihəsi”nin Tikinti sahəsinə usta vəzifəsinə keçirilmiş və xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqlarının təmiri, bölüşdürücü qurğuların və onların işini təmin edən elektrik çilingərləri bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 14 il, 04 ay təşkil edir. 3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01-VƏ/559 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1998-ci ildə (əmr № 12-ш, xx.xx.1998-ci il) "xxxx" Dövlət Şirkətinin İstehsalat Təmir Müəssisəsinin Sumqayit Mexaniki yığma və boruəymə sexinin Qazan və Turbin Avadanlıqların təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə "xxxx"xxxx"xxxx" MMC-nin Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmiri sahəsində çilingər peşəsinə işə qəbul edilmiş və xx.xx.2003-cü ildə "xxxx" ASC-nin AÜ/195 saylı, xx.xx.2002-ci il tarixli əmrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmiri sahəsinin işç ilərini Enerji sistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək üçün Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinin Qazan və Buxar, Qaz-Turbin Avadanlıqlarını təmir etmək məqsədilə Əli-Bayramlı Dövlət Rayon X1 və Buxar, Qaz-Turbin Avadanlıqlarının təmiri üzrə Elektrik sexinin tabeçiliyinə verilib. xx.xx.2009-cu ildə "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Mexaniki sexinə 9-cu dərəcəli usta vəzifəsinə təyin edilib, xx.xx.2010-cu ildə (əmr №-134/17-kş, xx.xx.2010cu il) “Cənub Layihəsi”nin Tikinti sahəsinə usta vəzifəsinə keçirilmişdir və xx.xx.2012ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tar ixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən, Elektrik stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacagötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət edən çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən, işlədiyi çilingər peşəsi və həmin bölmənin “b” bəndinə əsasən avadanlığın yerində təmiri üzrə usta və böyük ustalar, həmçinin həmin Qərarın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29- cu fəslinin “b” - mütəxəssislər bəndinə əsasən, “Tikinti və quraşdırma işləri”ndə işləyən usta vəzifəsi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə, güzəştli şərtlərlə pensiyası hüququna malikdirlər. O cümlədən, xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASCnin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Mexaniki sexində usta və “Cənub Layihəsi”nin Tikinti sahəsində usta vəzifələri də bilavasitə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında qeyd edildiyi kimi güzəştli sahə hesab edilir. Güzəştli pensiya üçün staj: 14 il, 04 ay təşkil edir. 4. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarə sinin Mexaniki sexində usta işləyərkən “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən, Elektrik stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacagötürmə avadanlığını yerində təmirini təmin edərək, Qazanda və Turbində qazın və mazutun yanması nəticəsində yığılan zərərli maddələrdən təmizləyərkən və onları təmir edərkən insan sağlamlığına dəyən zərərin dərəcəsinə görə əmək haqqına 12% əlavə haqq verilmişdir. xx.xx.2010-xx.xx.2012-ci il tarixlərində “Cənub Layihəsi”nin Tikinti sahəsində usta vəzifəsi bilavasitə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 29-cu fəslində qeyd edildiyi kimi, güzəştli sahə hesab edilsə də, bu sahədə işlədiyinə görə əmək haqqı cədvəllərində əmək haqqına əl avə ödəniş verilməmişdir.

5. Şirvan Şəhər Dövlət arxivi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli, 02 saylı məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Energetik Avadanlıqların təmiri idarəsinin mexaniki sexində 9-cu dərəcəli usta, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Cənub Layihə Tikinti Sahəsində 8-ci dərəcəli usta vəzifəsində işləməsinə dair məlumat vermək mümkün olmadı. Həmin məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.2008- ci il tarixdə MES-də 9-cu dərəcəli usta vəzifəsində təyin olunarkən ağır və zərərli iş rejiminə görə əmək haqqına 12% əlavə haqq ayrılmasına dair q eyd aparılmışdır.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh 14 yanvar 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mühəndislər bəndində (b) müvafiq olaraq qazanxana, turbin (qaz turbini), yanacagötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkə zi Filiala təqdim edilmiş əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01/FA/694 nömrəli arayışında iddiaçının xx.xx.2008-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Avadanlıqların Təmiri İdarəsinin Mexaniki sexində usta vəzifəsində işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi mexaniki sex yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacagötürmə, tozhazırlama sexlərinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay 3 gün (xx.xx.1998- xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğin dən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26594,20 manat təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 10 fevral 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək texnikumda təhsil aldığı müddət, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə cavab vermir. Cavabdeh güzəştli iş stajının 09 il 11 ay 03 gün (xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini qeyd etmişdir. Lakin cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin oluna bilməsi üçün iddiaçı xx.xx.2006-cı il t arixinədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajına malik olmalı idi. İddiaçı isə iş stajı ilə bağlı tələbə cavab vermir. Belə ki, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Bundan əlavə, iddiaçı sığorta kapitalı ilə bağlı tələbə də cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41200,00 manat hesablandığı halda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26634,95 manat təşkil edir.

11. Şirvan İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2-1(120)-1057/2022 nömrəli qərarı ilə iddia rədd ed ilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 16 dekabr 2021-ci il tarixdə 60 yaşı tamam olsa da, eləcə də 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olsa da, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay 3 gün) təşkil edir, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 26594,20 manat olmaqla iddiaçıya münasibətdə tələb olunan 40800,00 manat məbləğindən azdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2-1(106)-13/2023 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qər arı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən iddiaçının xx.xx.2022-ci il tarixədək tələb olunan 25 il ümumi sığorta stajı və 12 il 6 ay güzəştli stajı toplandığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün pensiya kapitalı tələb olunmur. İddiaçının xx.xx.2008-xx.xx.2009-cu illərdə işlədiyi istehsalat sahəsində 9-cu dərəcəli usta vəzifəsi, eləcə də xx.xx.2 009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Mexaniki sexində usta və “Cənub Layihəsi”nin Tikinti sahəsində usta peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 24 və 29-cu bölmələrinin b) bəndlərinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. İddiaçının əmək haqqına əlavə ödəniş verilməyən xx.xx.2010-xx.xx.2012-ci il tarixlərdə “Cənub Layihəsi”nin Tikinti sahəsində usta vəzifəsində işlədiyi güzəştli stajı - 1 il 08 ay 26 gün təşkil edir. Kollegiya hesab edir ki, həmin staj nəzərə alınmasa belə (14 il 04 ay - 1 il 08 ay 26 gün = 12 il 07 ay 03 gün) o, xx.xx.2022-ci il tarixədək qanunvericiliklə tələb olunan 12 il 06 ay güzəştli staja mali k olmuşdur. İddiaçının hüququ xx.xx.2022-ci il tarixdə yarandığından iddia tələbi qismən təmin edilməlidir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsində cavabdehin qeyd etdiyi hallar öz əksin t apsa da, lakin həmin Qanununun 9.8-ci bəndində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yalnız yaşa və staja əsasən müəyyən edilir. Belə ki, Qanunun bir maddəsində bir bənddəki müddəalar digər bənddəki müddəalarla güzəştli pensiya təminatının tətbiqi baxımından bir-birinə ziddiyyət təşkil edir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsi zərərli və ağır işlərdə çalışmış iddiaçının sosial təminat hüququnu məhdudlaşdırır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər in müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanun Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda... aşağıdakı dəyişikli klər edilsin:... 1.4. 9-cu maddə üzrə: 1.4.1. 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr aşağıdakı redaksiyada verilsin: “9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə

2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir....

21. İnzibati Prosessual Məcəllə:. Maddə

52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya in stansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən, iddiaçının xx.xx.2022-ci il tarixədək tələb olunan 25 il ümumi sığorta stajı və 12 il 6 ay güzəştli stajı toplandığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün pensiya kapitalı tələb olunmur... İddiaçının hüququ xx.xx.2022-ci il tarixdə y arandığından iddia tələbi qismən təmin edilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə... çalışmışlarsa və fərdi hesabın sığorta hissəsi ndə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

27. İddiaçı cavabdehə məhz həmin normanın qüvvədə olduğu vaxtda müraciət etmiş, cavabdeh yuxarıda qeyd olunan məzmunda imtina cavabı vermişdir.

28. Həmin imtinanın əsaslarına qarşı apellyasiya instansiyası məhkəməsinin iddiaçının ümumi və güzəştli iş stajları ilə bağlı gəldiyi nəticə hazırkı məzmunda iddianın (əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin edilməsi) təmin olunmasına özü-özlüyündə, yəni pensiya kapitalı ilə bağlı şərt olmadan, əsas vermirdi. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi yeni məzmunda qanunun qüvvəyə mindiyi 29 iyun 2022-ci il tarixdən sonra yaranmış hüq uqi vəziyyət isə həmin qanunun keçid müddəalarına uyğun olaraq (həmin müddəalar yeni məzmunda qanun normasının geriyə tətbiqini istisna etdiyindən) yeni inzibati icraatın aparılmasını şərtləndirirdi.

29. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, məhkəmənin qismən təmin etdiyi iddia tələbi əsas, yəni irəli sürülən ümumi tələblə əhatə olunmalı, onun tərkib hissəsi olmalıdır. Hazırkı halda, iddiaçıya əmək pensiyasının 30 iyun 2022-ci il tarixdən təyin edilməsi iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin, buna qədər isə inzibati icraatın predmeti olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə iddiaçının razılaşması isə İPM-in 52-ci maddəsinin tətbiq dairəsini məhdudlaşdırmır.

30. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci i l tarixdən qüvvədə olan redaksiyasının hazırkı məzmunda mübahisəyə (yuxarıda qeyd olunan səbəblərə görə) tətbiqi üçün prosessual əsaslar olmadığından, habelə həmin tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində təsbit olunmuş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” şərti ödənilmədiyindən iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz.

31. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, bu iş üzrə qəbul edilən qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən in zibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə;...

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2-1(106)-13/2023 nömrəli qərarı ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar