Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1022/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarların ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Sirac Piriyevin, cavabdehin nümayəndəsi Ədalət Əsədovun və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 12.02.2019-cu il tarixli, **********176247 saylı və 18.11.2019-cu il tarixli, **********193461 saylı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)203/2021 nömrəli iş üzrə 01.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 12.02.2019-cu il tarixli, **********176247 saylı və 18.11.2019-cu il tarixli **********193461 saylı qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 12.02.2019-cu il tarixli **********176247 saylı Qərarı ilə "İddiaçı" MMC-yə cəmi 2.202.749.92 manat məbləğində əlavə vergi və sanksiyalar hesablanmışdır. Belə ki, 24.09.2018-ci il tarixli **********163857 saylı qərara əsasən "İddiaçı" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və y oxlamanın nəticələrinə dair 21.12.2018-ci il tarixli **********9164057 saylı vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarından Vergilər Nazirliyinə inzibati şikayət təqdim olunmuşdur. Şikayət əsasında şikayət instansiyasında inzibati icraata başlanılmışdır. 31.05.2019-cu il tarixli **********824700 saylı məktuba əsasən 28.03.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar ilə Cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinin tələblərinə müvafiq olaraq vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.02.2016-cı il tarixdən 01.08.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edildiyi bildirilərək inzibati i craat dayandırılmışdır. 3 saylı Ərazi Vergilər İdarəsinin 28.03.2019-cu il tarixli **********179591 saylı qərarına əsasən "İddiaçı" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və 07.10.2019-cu il tarixli **********180150 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və 18.11.2019-cu il tarixli **********193461 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərar qəbul edilmiş və əvvəlki yoxlama ilə hesablanmış vergi məbləğinin 315.993.92 manat artıq hesablanması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 12.02.2019-cu il tarixli **********176247 və 18.11.2019-cu il tarixli **********193461 saylı Qərarları əsassızdı r və ləğv edilməlidir. 12.02.2019-cu il tarixli **********176247 saylı Qərar əsasında "İddiaçı" MMC-də guya ümumilikdə 1.468.621,98 manat vergilərin azaldılması müəyyən olunmuş və 734.127,94 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmin vergi yoxlama materiallarında əlavə dəyər vergisinin hesablanmasına dair əsaslandırmalar qanuna zidd olduğundan həmin aktda qeyd olunanlarla razı olmamışlar və onu imzalamaqdan imtina etmişdirlər. Sözügedən səyyar vergi yoxlaması aktında 1.468.621,98 manat ƏDV üzrə vergilərin azaldılmasının əsası kimi "İddiaçı" MMC-yə daşınmaz əmlakın Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli 2-2(85)-598/2016 saylı qətnaməsinə əsasən "xxxx” ASC-dən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranm ış 7.553.167.74 manat borc əvəzinə "xxxx” QSC Bank olmayan Kredit Təşkilatının (bundan sonra “xxxx” QSC adlanır) mülkiyyətinə verilməsi göstərilmişdir. Verginin hesablanmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin tövsiyəsi əsasında 159.5-ci maddəsinə istinad edilir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Bu ndan sonra aktda göstərilmiş ardıcıllıq, yəni “əmlakın alınması və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV həmin əmlakın qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanaraq dövlət büdcəsinə bərpa edilməsi” müddəası Vergi Məcəlləsində ümumiyyətlə mövcud deyil. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Bundan başqa, əgər vergi orqanı bu əməliyyatı təqdimetmə hesab edirsə onda VM-nin 218.4.3-cü maddəsinə əsasən həyata keçirən şəxslər sadələşmiş verginin ödəyicisidirlər və bu əməliyyat üzrə sadələşdirilmiş vergi hesablanmalı idi. Əlavə olaraq qeyd edilməlidir ki, "İddiaçı" MMC-nin banka kredit təminatı qismində girov (ipoteka) qoyulmuş əmlakının kredit əvəzinə banka (“xxxx” QSC) verilməsi Azərbaycan Respublikası Prezidentinin “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Məhkəmə Qətnaməsi ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanının 2.3-cü bəndinə əsasən “xxxx” ASC-nin problemli aktivləri (kreditləri) “xxxx” QSC-nin idarəedtməsinə verilmiş, həmin Fərmanın 2.3-cü bəndində əsasən isə həmin kreditlər üzrə borcların təminatı olan girov (ipoteka) qoyulmuş əmlak üzərində sərəncam vermək vəzifəsi “xxxx” QSC -nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İV-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin dərc edilmiş Fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının sadalanan müddəaları nəzərə alınmaqla yuxarıda istinad edilmiş Prezidentin Fərmanına əsasən Məhkəmə tərəfindən kreditlər üzrə borcun təminatı olan girov (ipoteka) qoyulmuş əmlakın bank müəssisəsinə verilməsi təqdim etmə sayıla bilməz. Eyni zamanda, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Digər tərəfdən, Azərbaycan Res publikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlanır) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-nin 269.5.-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. MM-nin 269.5.-ci maddəsi nəzərə alınmaqla "İddiaçı" MMC ilə bank arasında əsas öhdəlik kredit müqaviləsindən (predmeti borcun müqavilə şərtlərinə uyğun olaraq verilməsindən və onun qaytarılmasından) ibarətdir. MM-nin 739.1-ci maddəsinə uyğun olaraq, borc müqaviləsinə görə borc verən (bu halda - bank) pula mülkiyyət hüqu qunu borc alana (İddiaçı MMC) keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 269.5.-ci maddəsinin müdəası nəzərə alınmaqla ipotekaya qoyulmuş əmlak İddiaçı MMC kredit borcunun qaytarılmasının təminatı qismində aksessor (əlavə) hüquqdur və kredit müqaviləsindən (əsas öhdəlik) ayrılıqda mövcud ola bilməz. Belə ki, MM-nin 307.4.-ci maddəsinə uyğun olaraq ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Dolayısı ilə, əsas öhdəlik (kredit müqaviləsi) mövcud olmadıqda aksessor hüquq (girov, ipoteka və s.) da mövcud ola bilməz. Məhkəmənin Q ətnaməsində qeyd olunduğu kimi, İddiaçı MMC ilə bank arasında əsas öhdəlik kreditin (borcun) verilməsindən və qaytarılmasından ibarətdir. Sadalananlar nəzərə alınmaqla İddiaçı MMC-nin kredit təminatı qismində banka girov (ipoteka) qoyduğu əmlakının normativ-hüquqi aktlara və məhkəmə qərarına əsasən icra qaydasında banka verilməsi yalnız və yalnız kreditin (yəni borcun) qaytarılmasıdır və əmlakın təqdim edilməsi sayıla bilməz. Vergi Məcəlləsinin 3.1.-ci maddəsinə uyğun olaraq vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. “xxxx” QSC tərəfindən “xxxx” ASC-nin problemli aktivləri (kreditləri) ona verilmiş hüquqlara əsaslanaraq bir çox borcluların kreditlər üzrə girov (ipoteka) qoyulmuş əmlak üzərində mülkiyyət hüququnu əldə etmişdir, lakin V M-nin 164.1.2, 159.2 və 13.2.14.1-ci maddələrinə tam uyğun olaraq heç bir belə halda ƏDV tətbiq olunmamışdır. İddiaçı səyyar vergi yoxlaması aktına Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən etiraz təqdim edib. Etirazlarda vergi orqanı tərəfindən **********456500 saylı məktubla yoxlama materiallarına baxılmamış S/N: 001 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Sədrlik edən hakim Zaur Məmmədov imzaladı, X6 imzaladı, X4 imzaladı Məhkəmənin adı: Sumqayıt Apellyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=f8b6e3a92b8742478eebc81a6f02c0f6 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız da şıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. münasibət bildirilmişdir ki, bu da qərəzli münasibətə dəlildir. Daha sonra 12.02.2019- cu il tarixli **********176247 saylı Qərarda vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər hissəsində “yoxdur” qeydi əks olunur. Daha sonra yoxlanılan dövr yenidən yoxlanılmış və bu dəfə 07.10.2019-cu il tarixli **********180150 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Səyyar vergi yoxlaması aktına VM-nin 39-cu maddəsinə əsasən rəsmi etiraz təqdim olunmuş, yoxlama materiallarına MMC-nin nümayəndələrinin iştirakı ilə baxılmışdır. Bu zaman əlavə sübutlar təqdim edilərək baxılma protokoluna müvafiq qeydlər edilərək müvafiq sənədlər protokola əlavə edilmişdir. Lakin 18.11.2019-cu il tarixli **********193461 saylı Q ərardan da göründüyü kimi, vergi orqanı məsələyə növbəti dəfə qərəzli yanaşmışdır. Qərarda “Vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər” sətrində “Yoxdur” sözü yazılaraq fakt təhrif olunmuşdur. Halbuki 12.11.2019-cu il tarixli 01 saylı “xxxx” Protokolda MMC-nin mövqeyini əks etdirən izahatın sözü gedən protokola əlavə olunduğu barədə qeydlər mövcuddur. Qanun pozuntusu isə bundan ibarətdir ki, yoxlama Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən keçirilmişdir. Bu maddəyə əsasən vergi orqanının hüququ vardır ki, vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə yoxlanılan dövr yenidən yoxlanılsın. Lakin Vergi Məcəlləsinin 38.3.9-cu maddəsinə əsasən yoxlanılan dövrün yenidən yoxlanılma sı əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxslər tərəfindən həyata keçirilməməlidir. Lakin hər iki yoxlama vergi müfəttişi X2 tərəfindən həyata keçirilmişdir ki, qanunvericiliyə əsasən bu yolverilməzdir. Bundan başqa, yoxlama zamanı 06.05.2019-cu il tarixli **********182380 saylı və 25.06.2019-cu il tarixli **********185786 saylı Qərarla yoxlamanın müddəti uzadılmışdır. Müddətin uzadılması barədə 06.05.2019-cu il tarixli **********182380 saylı Qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınsa da, 25.06.2019-cu il tarixli **********185786 saylı Qərar Reyestrdə qeydiyyata alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(118)808/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmm ədov) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-nə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 12.02.2019-cu il tarixli **********176247 saylı və 18.11.2019-cu il tarixli **********193461 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 13.2.10, 13.2, 14.1, 36.2., 49.1, 83.2, 164.1.2, 218, 219, 220.8-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların təmzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 15, 16-cı maddələrinə, eləcə də İPM-nin 1.2-ci maddəsinə, MPM-nin 217.2-ci maddəsinə istina dən belə hesab etmişdir ki, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini pozmuşdur.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(118)-808/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(105)203/2021 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02.11.2020-ci il tarixli, 21(118)-808/2020 nömrəli qə rarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respuublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsini, İPM-nin 1.2, 58.7, 70.1, 82-ci maddələrini, MPM-nin 217.2-ci maddəsini, eləcə də birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi vergi orqanında 05.02.2009-cu il tarixli **********9 nömrəli ƏDV qeydiyyat bildirişi əsasında qeydiyyata alınmış və ƏDV qeydiyyatı 01.02.2009-c u il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) vergi ödəyicisinin fəaliyyəti "idman obyektlərinin istismarı və idarə edilməsi, idman sahəsində sair fəaliyyət və yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi" fəaliyyətindən ibarət olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəyyən olunmuşdur ki, 03.03.2011-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən X1 "İddiaçı" MMC-nin mülkiyyətinə verildiyi və həmin əmlakın tikintisi ilə əlaqədar podratçılar tərəfindən təqdim edilmiş cəmi ƏDV-si 1.057.384,06 manat olan fakturaların təqdim olunan ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə nin yarandığı müəyyən olunmuşdur. Cəmiyyət fəaliyyət göstərdiyi dövr ərzində artıq ödəmə hesabına digər vergi öhdəliklərini icra etmiş və 25.10.2018-ci il tarixdə şəxsi hesab vərəqəsində 464.221,25 manat artıq ödəmə qalmışdır.
9. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11.04.2016-ci il tarixli 2-2(85)-598/2016 nömrəli qətnaməsində qiymətləndirici şirkət kimi "X5" MMC tərəfindən verilmiş 18.06.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən X3 8.331.000,0 manat dəyərində qiymətləndirilərək "İddiaçı" MMC-nin 7.553.167,74 manat kredit borcunun tutulması müqabilində X3 "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının (VÖEN **********) balansına verilmişdir.
10. Həmçinin, X1 "İddiaçı" MMC-nin balansından "xxxx" QSC Bank olmayan Kredi t Təşkilatının balansına verildiyini nəzərə alaraq Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV-nin qiymətləndirmə dəyərindən (8.331.000,0 manat) hesablanması məsələsinə münasibət bildirilməsi üçün aidiyyəti üzrə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinə 26.10.2018-ci il tarixli **********813900 nömrəli məktubla müraciət edilmişdir. Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentindən daxil olmuş 23.11.2018-ci il tarixli **********126400 nömrəli məktubla bildirilmişdir ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-komersiya məqsədləri üçün istifadə edilməsi, fövqladə hallardan başqa malların itməsi, əksik qəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Məktubda alınmış kredit borcunun müqabilində məhkəmənin qərarı əsasında cəmiyyətin balansında olan "X3"nin "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verilməsi zamanı həmin əmlakın alınması və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV həmin əmlakın qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanaraq dövlət büdcəsinə bərpa edilməli olması bildirilmişdir.
11. Yoxlama zamanı məhkəmə qərarı əsasında "İddiaçı" MMC-nin balansında olan "X3"nin onun kredit borcu müqabilində "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verildiyi, eyni zamanda məhkəmə qərarında həmin əmlakın 8.331.000,0 manat dəyərində müstəqil qiymətləndirici tərəfindən qiymətləndirildiyi nəzərə alınaraq, həmin əmlakın alınması (tikilməsi) və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV həmin əmlakın qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanmışdır.
12. Cəmiyyətin 2016-cı ilin əvvəlinə olan 8.770.442,36 manat əmlakın qalıq dəyərinə (balansında olan bina, tikili və qurquların) 7% amortizasiya məbləği tətbiq edildikdə 2016-cı ilin sonuna əmlakın qalıq dəyəri 8.156.511,39 manat müəyyən olunmuşdur [8.770.442,36-(8.770.442,36x7%)].
13. Aparılmış səyyar vergi yoxlaması nəticəsində, cəmiyyətə məxsus qiymətləndirilmiş əmlakın qalıq dəyərinə mütənasib dövlət büdcəsinə 2016-ci il aprel ayı üçün 1.468.172,05 manat ƏDV hesablanmışdır (8.156.511,39x18%). Yoxlanılan dövr ərzində ƏDV üzrə 1.468.682,96 ma nat əlavə hesablama və 60,78 manat artıq hesablama müəyyən olunmuş və ümumilikdə ƏDV üzrə 1.468.621,98 manat əlavə vergilər hesablanmışdır (1.468.682,96- 60,78).
14. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinə 50% miqdarında 734.341,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
15. Əmlak vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2015-ci ilin əmlak vergisi bəyannaməsində cəmiyyətin ilin əvvəlinə əmlakın ümumi qalıq dəyəri 12.048.058,0 manat bəyan edilmiş, vergidən azad olunan əmlakin qalıq dəyəri 8.297.167,37 manat çıxılmaqla (Vergi Məcəlləsinin 199.4.4-cü maddəsinə əsasən idman müəssisələrin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlər nəzərə alınır), ilin əvvəlinə vergiyə cəlb olunan əmlakın q alıq dəyəri 3.750.890,63 manat, həmin ilin sonuna əmlakın ümumi qalıq dəyəri 13.570.641,56 manat, vergidən azad olunan əmlakın qalıq dəyəri 9.855.725,13 manat çıxılmaqla, ilin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 3.714.916,43 manat müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən 2015-ci ildə əmlak vergisi üzrə 37.329,04 manat hesablama aparılmışdır. (İlin əvvəlinə əmlakın qalıq dəyəri 3.750.890,63 + ilin sonuna əmlakın qalıq dəyəri 3.714.916,43 manat = 7.465.807,06:2 = 3.732.903,53 x 1% = 37.329,04 manat).
16. Torpaq vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin torpaq vergisinin bəyannaməsində 10.800,0 manat torpaq vergisi hesablanmışdır(140.000,0-000=130.000,0/100*8= 10.400,0+400,0=10.800,0)
17. Lakin, yoxlama zamanı 20 17-ci ildə cəmiyyətin istifadəsində və mülkiyyətində torpaq sahəsi olmadığına görə 2017-ci il üzrə artıq hesablanmış 10.800,0 manat vergilər azaldılmışdır.
18. Cəmiyyətdə 28.03.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən aparılmış yoxlama zamanı, əvvəlki yoxlama zamanı tərtib edilmiş akta əsasən ƏDV üzrə hesablanmış vergi məbləği qismən azaldılmışdır. İddianın təmin edilmə əsası kimi məhkəmə qeyd etmişdir ki, müəssisənin mülkiyyətində olan X3 ipoteka ilə yüklü edilmiş əmlak olduğuna və həmin əmlak yüklülüyün nəticəsi olaraq başqa şəxsə keçdiyinə görə həmin əməliyyat maliyyə xidməti hesab edilir. Buna görə ƏDV-nin hesablanması yolverilməzdir. Bununla bağlı bildirmək istəyir ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi yanlış anlaşılaraq səhv tətbiq edilmişdir. Burada maliyyə xidmətini yalnız qarşı tərəf, yəni əmlakı əldə edən tərəf "xxxx" QSC göstərə bilər. "xxxx" QSC o zaman maliyyə xidməti göstərmiş olacaq ki, onun mülkiyyətinə keçmiş hazırki əmlak kompleksini üçüncü bir şəxsə təqdim edəcək. Daha sonra məhkəmə bildirmişdir ki, müəssisənin əmlakı "xxxx" QSC-nin mülkiyyətinə keçdiyinə görə qüvvədə olan qanunvericiliyə əsasən ƏDV deyil, sadələşdirilmiş vergi hesablanmalı idi. Bununla bağlı müəssisənin özünün müraciəti olsa da, vergi orqanı tərəfindən əhəmiyyət verilməmişdir.
19. Bildirmək istəyir ki, məhkəmə tərəfindən belə bir dəlilin irəli sürülməsi qanunvericiliyin tələblərinin və işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlıdır. Məhkəmə nəzərə almamışdır ki, "xxxx" QSC-nin mülkiyy ətinə keçən əmlak kompleksinin ərsəyə çatdırılması və hazırkı vəziyyətə gətirilməsi üçün iddiaçı tərəfindən külli miqdarda xərclər çəkilmiş və həmin xərclərə görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmişdir, başqa sözlə desək büdcədən geri istənilmişdir. Məhz elə bu əvəzləşdirmələr səbəbindən yoxlamadan əvvəl müəssisənin dövlət büdcəsinə artıq vergi ödəməsi mövcud olmuşdur.
20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli 2-1(105)203/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
22. Cavabdeh məhkəmə iclasında barışıq sa zişi təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyası yerində müşavirə edərək, vəsatətin təmin edilməməsi, kasasiya şikayətinə baxılmasına davam edilməsi barədə qərar qəbul etdi.
24. Məhkəmə kollegiyası barışıq sazişini aşağıdakı səbəblərə görə mümkün hesab etmir: Belə ki, barışıq sazişinin məzmununda mübahisələndirilən inzibati aktın qüvvədə qalması və ya yaxud ləğv olunması barədə hər hansı qeyd yoxdur. Eyni zamanda, cavabdeh tərəf mübahisələndirilən inzibati aktı qanunsuz hesab edirsə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati aktı ləğv edə bilər. Belə ki, həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının po zulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati akt qanunsuzdursa yuxarıda əksini tapmış maddi hüquq normasına əsasən məhkəmə tərəfindən ləğv edilməsi üçün iddiaçının ərizəsi əsasında iş məhkəmənin icraatındadır və məhkəmə qərarı ilə inzibati akta hüquqi münasibət bildiriləcək. Əgər cavabdeh hesab edirsə ki, mübahisələndirilən inzibati akt qanunsuzdur, bu zaman yenə də yuxarıda əksini tapmış maddi hüquq normasına əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati or qan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən ləğv edə bilərdi. Bundan başqa İPM-in 66-cı maddəsinə əsasən mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda barışıq sazişi mümkün hesab edilir. Digər hallarda barışıq sazişinin mümkün hesab edilməsi nəzərdə tutulmamışdır.
25. İnzibati Prosessual Məcəllənin 66.1-ci maddəsinə əsasən mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə müvafiq olaraq barışıq sazişinin bağlanılması ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd olduğu hallarda, məh kəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər.
26. Beləliklə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 12.02.2019-cu il tarixli, **********176247 saylı və 18.11.2019-cu il tarixli **********193461 saylı qərarlar inzibati aktdır. Məhkəmə barişiq sazişinin təsdiqlədiyi təqdirdə inzibati aktın taleyi sual altında qalır. Buna görə də barışıq sazişinin təstiqlənməsi qanunvericiliyə ziddir. Həmin inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi inzibati orqanın diskresion səlahiyyətinə aiddir. Belə ki, Vergi Məcəlləsinin 49-cu maddəsinə görə səyyar vergi yoxlamasını n materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəki l kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli 2-1(105)203/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
28. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Əsədov də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli 2-1(105)203/2021 nömr əli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
29. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili S.Piriyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
30. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
32. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Mə cəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kasa siya şikayətindəki dəlilləri əsassızdır.
36. Belə ki, ilk öncə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 12.02.2019-cu il tarixli **********176247 saylı qərar və həmin qərarın davamı olaraq qəbul edilmiş 18.11.2019cu il tarixli, **********193461 saylı qərarın əsasında vergi ödəyicisinə ümumilikdə 1.108.156,0 manat əlavə vergi məbləği hesablanmış və azaldılmış vergi məbləğinə görə 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
37. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən prosessual və maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
38. Belə ki, apelyasiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə 20 oktyabr 2015-c i il tarixli qanun ilə müvafiq dəyişikliklər edilmiş və dəyişikliyə əsasən Vergi Məcəlləsinin bəzi maddələrinə verilmiş yeni redaksiya 01 yanvar 2016-cı ildən qüvvəyə minmişdir. Tərəflər arasında olan hazırki mübahisəyə baxılarkən zaman etibarı ilə tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıdır.
39. Belə ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Buna görə də apelyasiya məhkəməsi doğru olaraq göstərmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranması zamanı Vergi Məcəlləsinin qüvvədə olan redaksiyasına istinad olunmalıdır. Belə ki, 01.02.2016-01.08.2018-ci illəri əhatə edən dövr yoxlanılmış və 18.11.2019-cu ildə yekun qərar qəbul edilmişdir. Bu səbəbdən mübahisəli hüquq münasibətləri 01.02.2016 -18.11.2019-cu illəri əhatə edir.
41. Cavabdehin apelyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 13.2.14-cu maddəsi yanlış anlaşılaraq səhv tətbiq edilmişdir.
42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi sözügedən maddəni düzgün tətbiq etmişdir belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi-maliyyə xidməti hesab olunur.
43. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə müvafiq olaraq maliyyə xidmətlərinin göstərilməsi əlavə dəyər vergisinin ödənilməsinə cəlb olunmur.
44. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şə xs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil (20 oktyabr 2015-ci ildə yeni redaksiyada verilib).
45. Həmin Məcəllənin 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir (yeni redaksiyada verilənə qədər, yəni 29.11.2019-cu ilədək olan redaksiya).
46. Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hü quqi şəxs ƏDVnin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil (20.10.2015-ci ildə yeni redaksiyada verilib).
47. Həmin Məcəllənin 219.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir (20.11.2015-ci ildə yeni redaksiyada verilib).
48. Həmin Məcəllənin 220.8-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.3cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyekt inin hər kvadrat metri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır(20.10.2015-ci ildə yeni redaksiyafda verilib).
49. Həmin Məcəllənin 220.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.
50. Vergi Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklə r edilməsi və yeni qərarın qəbul edilməsi səlahiyyətinıə malikdir (30 noyabr 2018-ci ildə yeni redaksiyada verilib).
51. Bununla əlaqədar apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11.04.2016-cı il tarixli qətnaməsinə əsasən “İddiaçı ” MMC-dən 7.553.167,74 manat məbləğində kredit borcunun “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borcun İddiaçı MMC-nin mülkiyyətində olan Qusar şəhəri, M.Əliyev küçəsi, 2C ünvanında yerləşən ipoteka predmeti olmuş Əmlak Kompleksinə yönəldilməsi və həmin Əmlak Kompleksinin üzərində “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və hal-hazırda həmin Əmlak Kompleksi “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətin dədir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 24.09.2018-ci il tarixli **********163857 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərara əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə 01.08.2015-ci ildən 01.08.2018-ci il tarixinədək olan dövrü əhatə etməklə növbədənkənar vergi yoxlamasının keçirilməsi qərara alınmış və yoxlamanın qeydiyyata alınması vahid məlumat reyestrində 25.09.2018-ci ildə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 21.12.2018-ci ildə akt tərtib edilmiş və həmin aktın əsasında 12.02.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Sonradan 3 saylı Ərazi Vergilər İdarəsi vergi yoxlamasının nəticələri üzrə dürüst olmaya n məlumatlar aşkar etdiyinə görə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən 28.03.2019-cu ildə yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmiş və növbədənkənar yeni səyyar vergi yoxlaması 01.02.2016 - 01.08.2018-ci illəri əhatə etmişdir. Yenidən səyyar vergi yoxlamasının aparılması haqqında qərar vahid məlumat reyesterində 29.03.2019-cu ildə qeydiyyata alınmışdır.
52. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin yoxlama zamanı 06.05.2019-cu il tarixli **********182380 saylı və 25.06.2019-cu il tarixli **********185786 saylı Qərarla yoxlamanın müddəti 2 dəfə uzadılmışdır. Müddətin uzadılması barədə 06.05.2019-cu il tarixli **********182380 saylı Qərar yoxlamanın vahid məlumat reyesterində qeydiyyata alınsa da, 25.06.2019-cu il tarixli *** *******185786 saylı Qərar Reyesterdə qeydiyyata alınmamışdır.
53. Yoxlamanın nəticəsi olaraq 07.10.2019-cu ildə akt tərtib edilmiş və həmin akt əsasında 18.11.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Qeyd olunan qərara əsasən “xxxx” MMC-yə ümumilikdə 1.108,156 manat əlavə dəyər vergisi və 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi hesablanmış əlavə dəyər vergisini və ona hesablanmış maliyyə sanksiyasını onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin 11.04.2016-cı il tarixli qərarı ilə İddiaçı MMC-nin mülkiyyətində olan X3 “xxxx” Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə keçməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab olunur, həmçinin Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi vergi tutma obyekti hesab olunur.
54. Lakin apelyasiya məhkəməsi cavabdehin bu mövqeyi ilə razılaşmayaraq haqlı olaraq qeyd etmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan X3 ipoteka ilə yüklü edilmiş əmlak olduğuna və həmin əmlak yüklülüyün nəticəsi olaraq qanuni qüvvəyə minmiş qətnamənin icrası məqsədi ilə başqa şəxsə keçdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən aparılmış əməliyyat maliyyə xidməti hesab olunur. Qeyd olunan əməliyyat maliyyə xidməti hesab olunduğuna görə Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən İddiaçı MMC-yə əlavə dəyər vergisinin hesablanması yolverilməzdir.
55. Bu baxımdan apelyasiya məhkəməsi düzgün olar aq belə qənaətə gəlmişdir ki, qeyd olunan normanın qüvvədə olmasına baxmayaraq, vergi orqanı hüquqi əsas olmadan vergi ödəyicisini əlavə dəyər vergisinə cəlb etmişdir. Bu isə yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulması kimi qəbul olunmalıdır.
56. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən İddiaçı MMC-nin əmlakının “xxxx” Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə keçməsi əmlakın təqdim edilməsi sayıldığına görə İddiaçı MMC-nə əlavə dəyər vergisi hesablanmalı idi.
57. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, yoxlayıcı orqan tərəfindən yoxlamanın uzadılması barədə 25.06.2019-cu il tarixli **********185786 saylı Qərar yoxlamaların vahid məl umat reyestrinə daxil edilməmişdir.
58. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarm, re ydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsa sən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. 59. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
60. Beləliklə hazırkı inzibati mübahisə üzrə Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində müəyyən edilmiş “mallar ın təqdim edilməsi” halı baş verməmişdir, belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçıdan 7.533.167,74 manat məbləğində kredit borcunun “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borcun iddiaçının mülkiyyətində olan Qusar şəhəri, M.Əliyev küçəsi, 2C ünvanında yerləşən ipoteka predmeti olmuş Əmlak Kompleksinə yönəldilməsi və həmin Əmlak Kompleksinin üzərində “xxxx”QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması qət edilmiş, qətnamə icraya yönəldilmiş və hal-hazırda həmin əmlak kompleksi “xxxx”QSC Bank olmayan kredit Təşkilatının mülkiyyətindədir.
61. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən ƏDV hesablanması Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddələrinə ziddir. 6
2. Burada xatırlatmaq zəruridir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmə qərarları dövlətin adından çıxarılır və onların icrası məcburidir.
63. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 21(105)203/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.