Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1022/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1022/2022) Açar sözlər: iddianın mümkünsüzlüyü, iddia verilməsi müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhər Səbail Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X4) “2005-ci il tarixli 131 saylı qərarın və ondan irəli gələn nəticənin ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-933/2022 nömrəli, 2 m art 2022-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı ilə üçüncü şəxsə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Salyan şosesi 32 ünvanda 600 kv.m torpaq sahəsi ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 29 oktyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail X1 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarının və ondan gələn nəticələrin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səb ail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı ilə üçüncü şəxsə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Salyan şosesi 32 ünvanda 600 kv.m torpaq sahəsi ayrılmışdır. ünvan 2br 1998-ci il tarixli Sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş X5 ayrılmış, həmin torpaq sahəsinə dair ona mülkiyyət hüququna dair xx.xx.2017-ci ildə **********82 saylı çıxarış verilmişdir. X7 həmin torpaq sahəsini iddiaçıya alqı-satqı müqaviləsi ilə satmışdır və hazırda mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs ona qarşı, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə və digərlərinə qarşı “çıxarışın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma və torpaq sa həsinin ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda X6 da həmin yerdə 600 kv.m. torpaq sahəsi saxta qərarla verilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə Səbail Bələdiyyəsinin sözügedən qərarı ləğv olunmuşdur. Eyni zamanda, cavabdeh bir günlük fərqlə həmin yerə hazırki iş üzrə üçüncü şəxsə 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarla həmin torpaq sahəsini satmışdır. Bu faktlar sübut edir ki, cavabdehin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı qanunsuz və əsassızdır. 2018-ci ilə kimi Bakı şəhərində yerləşən rayonların bələdiyyələrinə dövlət tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri nin digər rayonları kimi Səbail Bələdiyyəsinin də mülkiyyətinə torpaq sahəsi ayrılmamış və torpaq sahələrinə dair hazırki cavabdehə çıxarış verilməmişdir. Bu səbəbdən də cavabdeh vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayıra bilməzdi. Hesab edir ki, cavabdehin sözügedən qərarı, ayırdığı torpaq sahəsi və verdiyi sənədlər qanunsuzdur və saxtadır. Torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində mübahisəli torpaq sahəsinin plan- ölçü koordinatları müəyyən olunmuş, bundan sonra iddiaçıya həmin torpaq sahəsinə dair çıxarış verilmişdir. Üçüncü şəxs Bakı İnzibati Məhkəməsində cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldırmışdır. B akı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 saylı qərarı ilə onun iddiası təmin olunmamışdır. Həmin məhkəmə qərarında Səbail Bələdiyyəsinin qərarının əsassızlığı öz təsdiqini tapmışdır. Üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair alqı-satqı aktının surətindən görünür ki, akt Ə.Hüseynov və Z.Zülfıyev tərəfindən tərtib olunsa da, bir nəfər tərəfindən imzalanmışdır, tərtib olunma tarixi yoxdur, qeydiyyata alınmamışdır. Kassa mədaxil orderinin surətindən görünür ki, ödəniş qərar qəbul edildikdən bir il sonra 21 dekabr 2006-cı ildə edilmişdir. Torpağın alqı-satqı aktında, kassa mədaxil orderində və mübahisələndirilən qərarda imzalar fərqlidir, başqa-başqa şəxslər tərəfindən imzalanmış və həmin sənədlər bələdiyyə kitabında qeydə alınmamışdır. Bu səbəblərdən də sözü gedən bələdiyyə qərarı və ondan irəli gələn nəticələr məhkəmə tərəfindən ləğv edilməlidir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11874/2021 nömrəli 7 dekabr 2021-ci il tarixli (hakim: M.Qarayeva) qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh inzibati orqanın qərarını 16 il müddət keçəndən sonra məhkəmədə mübahisələndirmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İddiaçının göstərdiyi hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz.
6. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Hüseynov-sədrlik edən və məruzəçi, S.Bektaşi və A.Hüseyn) 2-1(103)-933/2022 nömrəli 2 mart 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, sözügedən Bakı şəhər Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı qəbul edildikdən 16 il sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət e tmişdir. İPM-də nəzərdə tutulmuş iddia müddətinə riayət edilmədiyindən prosessual iştirakçılığın yol verilənliyinin, tələblərinin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bu zaman işin halları araşdırdıqda görünür ki, iddiaçı inzibati orqanın bundan 16 il əvvəl verdiyi qərarın qanunsuz saymasını tələb edir. Bakı Apellyasiya Məhkəməsi düzgün araşdırma aparmadan Bakı İnzibati Məhkəməsinin qərardadı qəbul edilərkən buraxılmış səhvləri təkrarlamaqla, maddi hüquq normalarını kobud surətdə pozmaqla, öz mülahizələri əsasında qanunsuz və əsasız qərardad qəbul etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Proessual Məc əlləsi (qüvvədən düşüb). Maddə
298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınmas ı, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Şikayətdə apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehin torpaq sahəsinin ayrılmasına dair üçüncü şəxsin adına verilmiş qərarın ləğ v edilməsini tələb edir. Mübahisələndirilən qərar 15 dekabr 2005-ci il tarixdə qəbul edildiyi halda, iddiaçı həmin qərarı, onun verildiyi vaxtdan 16 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir.
18. Qeyd olunmalıdır ki, hazırda mübahisə olunan məsələ “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəlki dövrü, xx.xx.2005-ci ili əhatə edir. Həmin dövrlərdə isə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının MPM-nin müddəaları əsasında həll olunurdu.
19. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müd dəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi.
20. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
21. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).
22. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarı (inzibati aktı) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələb barədə məhkəmədə iddia qaldırmamışdır.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən yenidən mübahisələndirilə bilməzlər. Ona görə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
24. Beləliklə d ə, apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-933/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.