Məhkəmə qərarları › İş №2-1(102)-1022/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1022/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1022/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Tə yinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 21(103)-2136/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əvvəllər qüvvədə olmuş 8.1-ci maddəsinə əsasən 51 yaşına çatdığı xx.xx.2007- ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı xx.xx.2016-cı il tarixinədək Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmişdir.

3. İddiaçı xx.xx.2017-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması məqsədilə Fondun Nəsimi rayon şöbəsinə müraci ət etmiş, onun müraciəti nəzərə alınmaqla, pensiyası xx.xx.2007-ci ildən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında yenidən hesablanmışdır.

4. İddiaçının işlədiyi Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən təqdim edilən hesabatların dəqiqliyi araşdırılarkən müəyyən edilmişdir ki, onun adına aparılmış hesablamalarda (məcburi dövlət sosial sığorta haqları ilə bağlı) nöqsanlara yol verilmişdir. Bu səbəbdən, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 2006-2013-cü illərə dair dəqiqləşdirilmiş məlumatlar cavabdehə təqdim edilmişdir.

5. Dəqiqləşdirilmiş hesabatlar əsasında cavabdeh iddiaçının pensiyasının yenidən hesablaması və ötən dövrlər üzrə (xx.xx.2018 - xx.xx.2020) ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdən şəxsi hesabına yığılmış sığorta məbləğinin 2007-ci il tarixdən 2013-cü il tarixə kimi olan məbləğlərini və həmin dövrdən sonrakı dövrdə ödənilmiş sığorta haqları nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh əsassız olaraq onun pensiyasının artımının hesablanmasını tam təmin etməmişdir.

8. Cavabdeh iddia t ələbinə qarşı verdiyi etirazda işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının pensiyası xx.xx.2006-cı il tarixinədək 31 il 2 ay 20 gün sığorta stajı və pensiya təyin olunan tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək (xx.xx.2016-cı il) 6317,67 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmışdır. İddiaçının müraciətinin araşdırılması zamanı onun xx.xx.2016-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar pensiyası yenidən hesablanarkən pensiya kapitalının səhv hesablandığı məlum olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixindən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Pre zidentinin Fərmanının xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 2.9-cu maddəsinə əsasən 50 faizlə hesablanmalı olduğu halda, xx.xx.2018- ci il tarixində 90 faizlə hesablanaraq ödənilmişdir. Nəticədə iddiaçıya ötən dövr üzrə hesablanmış fərq məbləği nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 244,78 manat artıq ödəmə müəyyən olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3081/2022 saylı, 01 dekabr 2022-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanaraq keçmiş dövr üzrə ödənilməmiş əmək pensiyası məbləğinin həmin tarixdən ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə işdən azad edilmiş və əmək kitabçasının surətinə əsasən əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının həmin tarixli müraciəti nəzərə alınmaqla, ötən dövrlər üzrə ödənilməmiş pensiya məbləği ona xx.xx.2018 - xx.xx.2020-ci il tarixləri üzrə hesablanmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək yaranması və onun həmin tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi, ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinin tətbiq edilməli olması nəzərə alınmayaraq, onun pensiya məbləği əslində o, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdən yenidən hesablanmamışdır. Halbuki, xx.xx.2017-ci il tarixədək qüv vədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Belə olan təqdirdə, məcburi dövlət sosial sığorta ayırmalarının iddiaçının hesabına vaxtında düzgün yönəldilməməsi nəticəsində əmək pensiyası məbləğinin düzgün hesablanmaması onun iradə ifadəsindən asılı olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, qanunvericiliyin yuxarıda göstərilən normaları nəzərə alınmaqla iddiaçının iddia tələbi qismən təmin edilməli, əmək pensiyası xx.xx.2016-cı il tarixindən yenidən hesablanaraq keçmiş dövr üzrə ödənilməmiş məbləğ ona həmin tarixdən ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2136/2023 saylı, 30 noyabr 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. Qərardan narazı qalan cavabdeh kas sasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 2006-2013-cü il tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində əmək fəaliyyəti ilə məşğul olması barədə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair dəqiqləşdirilmiş hesabatlar Universitetin təqsiri üzündən Dövlət Sosial Müdafiə Fonduna gec təqdim edilmiş, iddiaçının xx.xx.2017-ci il tarixli yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair müraciəti əsasında haqlı olaraq müvafiq hesabatların təqdim edildiyi 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının yenidən hesab lanması və əmək pensiyası ödənişinin əvvəlki 3 illik dövr üzrə hesablanaraq ödənilməsi həyata keçirilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkə mə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsas sızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üç ün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

22. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçıya xx.xx.2007- ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyaçısı olduqdan sonra əmək fəaliyyətini davam etdirmiş və xx.xx.2016-cı il ta rixinədək Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması məqsədilə Fondun Nəsimi rayon şöbəsinə müraciət etmiş, onun müraciəti nəzərə alınmaqla pensiyası xx.xx.2007-ci ildən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında yenidən hesablanmışdır. Lakin iddiaçının adına Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş məcburi dövlət sosial sığorta haqları hesabatlarında nöqsanlara yol verildiyi müəyyən edilmiş, nəticədə Universitet tərəfindən 2006-2013-cü illərə dair təqdim edilmiş dəqiqləşdirilmiş məlumatlar əsasında cavabdeh iddiaçının pensiyasının yenidən hesablaması və ötən dövrlər üzrə (xx.xx.2018-xx.xx.2020) ödə nilməmiş pensiya məbləğinin ödənilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir.

23. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və iddia tələbi pensiyasının işləməyən pensiyaçı kateqoriyasına keçdiyi tarixdən - xx.xx.2016-cı ildən yığılmış pensiya kapitalı əsasında yenidən hesablanmasına yönəlmişdir.

24. Cavabdehin əsas kassasiya dəlili ondan ibarətdir ki, iddiaçının 2006-2013-cü il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində əmək fəaliyyəti ilə məşğul olması barədə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair dəqiqləşdirilmiş hesabatlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin təqsiri üzündən Dövlət Sosial Müdafiə Fonduna gec təqdim edilmiş, onun xx.xx.2017-ci il tarixli yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair müraciəti əsasında düzgün olaraq müvafiq hesabatların təqdim edildiyi 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanması və əmək pensiyası ödənişinin əvvəlki 3 illik dövr üzrə hesablanaraq ödənilməsi həyata keçirilmişdir.

25. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı işləməyən pensiyaçı kateqoriyasına keçdiyi tarixdən sonra cavabdehə pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etsə də, cavabdeh dəqiqləşdirilmiş hesabatların gec təqdim edilməsinə istinadən pensiyanın yenidən hesablanmasını sonrakı tarixdən həyata keçirmiş və ödəmənin xx.xx.2018-xx.xx.2020-ci il dövrləri üzrə aparılmalı olması nəticəsinə gəlmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hal (dəqiqləşdirilmiş hesabatların gec təqdim edilməsi) iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması il ə nəticələnə bilməz və bu vəziyyətin yaranmasında iddiaçının təqsiri istisna edilir. Odur ki, iddiaçı onun pensiyasının yığılmış pensiya kapitalı əsasında xx.xx.2016-cı il tarixdən yenidən hesablanmasını tələb etməkdə haqlıdır.

27. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri iddia tələbinin təmin edilməsi (iddiaçının əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanaraq keçmiş dövr üzrə ödənilməmiş əmək pensiyası məbləğinin həmin tarixdən ona ödənilməsi) ilə bağlı düzgün nəticəyə gəlsələr də, gəldikləri nəticənin əsaslandırması kimi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddələrinə istinad etməklə səhvə yol vermişlər.

28. Belə ki, aşağı instansiya məhkəmələrinin istinad etd iyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.

29. İstinad olunan normaya 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən, “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. 30. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş yeni məzmunlu 32.1-1-ci maddəyə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməl idir”.

32. Hazırkı iş üzrə iddiaçı xx.xx.2016-cı il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçsə də, pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2017-ci il tarixdə müraciət etmiş, həmin müraciət əsasında cavabdeh pensiya ilə bağlı yenidən hesablama aparsa da, iddiaçı hesablanmış pensiyanın məbləği ilə razılaşmayaraq yenidən xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş və cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Sizin 2006-cı ildən sonra fərdi hesabınıza yığılan pensiya kapitalınız barədə çatışmayan bütün məlumatlar pensiyanın alt sistemində öz əksini tapdıqdan sonra pensiyanızın məbləğinə yenidən baxılacaqdır”.

33. Göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixdən sonra cavabdehə müraciət etmişdir. Odur ki, iddiaçıya münasibətdə “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək deyil, həmin tarixdən sonra qüvvədə olan redaksiyası tətbiq edilməlidir.

34. İddiaçının xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə cavabdehə etdiyi müraciətlər nəzərə alındıqda, əvvəlki üç illik dövr hər bir halda xx.xx.2016-cı ildən başlayaraq sonrakı 3 illik dövrü əhatə edir.

35. Cavabdeh dəqiqləşdirilmiş hesabatların gec təqdim edilməsinə istinadən pensiyanın yenidən hesablanmasını sonrakı tarixdən həyata keçirsə də və ödəmənin xx.xx.2018 - xx.xx.2020-ci il dövrləri üzrə aparılmalı olması nəticəsinə gəlsə də, qanunvericilikdə dəqiqləşdirilmiş hesabatların təqdim edilməsindən əvvəlki üç illik dövrün ödənilməli olması ilə bağlı tənzimləmə yoxdur. Qanunverici əvvəlki üç illik dövrün baş lanğıcını şəxsin müraciəti ilə əlaqələndirmişdir ki, cavabdeh iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç illik dövrü ödəməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 21(103)-2136/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar