Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1023/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı hər ay üçün 55 manat olmaqla müharibə veteranı vəsiqəsi təkrar verildiyi xx xxxxxx 2017-ci il tarixdən əvvəlki 58 ay, yəni xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddət üçün 3190 manat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-146/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı hər ay üçün 55 manat olmaqla müharibə veteranı vəsiqəsi təkrar verildiyi xx xxxxxx 2017-ci il tarixdən əvvəlki 58 ay, yəni xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddət üçün 3190 manat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Azərbaycan Respublikası DİN Yanğından Mühafizə əməkdaşlarından ibarət batalyonun tərkibində Cəbrayıl rayonunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. O, 2001-cı ildən 2013cü ilə qədər müavinət alırdı. 2013-cü ilin yanvar ayından xx xxxxxx 2017-ci ilə qədər ona məlum olmayan səbəbdən müavinət verilmirdi. xx xxxxxx 2017-ci il tarixdə ona təkrar olaraq müharibə veteranı vəsiqəsi verilmiş və bundan sonra cavabdeh inzibati orqan həmin tarixdən ona müavinət ödənilməsinə başlamışdır. İddiaçı hesab edir ki, ona müharibə veteranı müavinəti xx.xx.2013-cü ildən başlayaraq ödənilməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-1754/2019 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçıya müharibə veteranları üçün müəyyən edilmiş sosial müavinətin xx xxxxxx 2017-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya m əhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-cu il tarixli, 2-1(105)-146/2020 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Aqil Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonra dan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, məhkəmə tərəfindən müharibə veteranlarına müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsinin qərara alınması qanuni və əsaslı sayıla bilməz. Əgər müvafiq vəsiqənin verilməsi tarixi ilə müavinət almaq barədə müraciətin edilməsi tarixi arasında üç il və ya daha çox zaman kəsiyi olarsa, yalnız bu halda "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsində təsbit edilən "ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə" qeyd-şərt inə əsasən müraciətdən əvvəlki üç ilə görə müavinət ödənilməsi tələb edilə bilər. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi səhv nəticəyə əsasən qərarında istinad etdiyi maddi hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)-146/20 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olma yan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya ins tansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfin dən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, məhkəmə tərəfindən müharibə veteranlarına müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsinin qərara alınması qanuni və əsaslı sayıla bilməz. Əgər müvafiq vəsiqənin verilməsi tarixi ilə müavinə t almaq barədə müraciətin edilməsi tarixi arasında üç il və ya daha çox zaman kəsiyi olarsa, yalnız bu halda "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsində təsbit edilən "ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə" qeyd-şərtinə əsasən müraciətdən əvvəlki üç ilə görə müavinət ödənilməsi tələb edilə bilər. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi səhv nəticəyə əsasən qərarında istinad etdiyi maddi hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Veteranlar haqqında" Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteran ı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında ara yışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası “Sosial müavinətlər haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının “Veteranlar haqqında" Qanunun 7-ci maddəsinə əsasən veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçıya 2017-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 1017-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır ki, iddiaçı 2017-ci ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçıya 2017ci ildə müharibə veteranı vəsiqəsi verilmə si onun hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(105)-146/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1023/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1023/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver