Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1023/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1947; FİN:0UVD5JR) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X11, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportların (plan-ölçü) verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2022-ci il tarixli, 2-1(103)-136/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv metr torpaq üçüncü şəxs X11 tərəfindən digər fiziki şəxslərə, o cümlədən iddiaçıya satılmışdır. İddiaçıya Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində 0,013 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə 2009-cu ildə çıxarış verilmişdir. Buna baxmayaraq 2011-ci ildə iddiaçı alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsinə hüquqların qeydiyyata alınması və reyestrindən çıxarışı, torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə qəbul edilmiş 01 may 2012-ci il tarixli qərar ilə iddiaçının iddiası təmin edilmişdir. Həmin qərar əsasında iddiaçı Xətai rayon məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə son qoyulması, torpaq s ahəsinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir, qeyd edilən iddia Xətai rayon məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçıya torpaq sahəsinə çıxarışın verilməsi üçün əsas olmuş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİ LMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportların (plan-ölçü) verilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən X8 məxsus olan torpaq sahəsini almışdır. Alqı-satqı həyata keçirildikdən sonra o yeni mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazisi İdarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlanmış məktubu ilə ona çıxarışın verilməsindən imtina edilmişdir. Həmin torpaq sahəsi elə həmin cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əs asən satıcıya məxsusdur. Ümumiyyətlə, alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan ona mülkiyyət hüququnu təsdiq edən çıxarışı verməkdən imtina etmişdir. Hesab edir ki, inzibati orqanın hərəkətsizliyi, yəni ona aldığı torpaq sahəsi üzərinə müvafiq hüquqmüəyyənedici çıxarışın verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Qanunvericiliklə yeni çıxarışın alınması üçün nəzərdə tutulan bütün sənədlər cavabdehə təqdim edilsə də, müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuzdur.
4. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-397/2021 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilməmişd ir.
5. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9, 10, 22, 23-cü maddələrinə, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan ölçü) verilməsi barədə iddia tələbi rədd edilməlidir.
6. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apel lyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2022-ci il tarixli, 2-1(103)-136/2022 nömrəli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmişdir.
8. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vicdanlı alıcı kimi, iddiaçının mülkiyyət hü ququ Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericilik aktları ilə qorunur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 22
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühaf izə zonaları yaradılır.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ
16. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər qismində Əmlak Məsələləri Dövlət Komitəsi, Müdafiə Nazirliyi və X11 işə cəlb olunmaqla “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportların (plan-ölçü) verilməsi” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, - 05 noyabr 2008-ci il tarixli, AN–İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində X7 mülkiyyətində olan 0,3628 ha torpaq sahəsindən X1 200 kv.m, X3 400 kv.m, X9 130 kv.m, İddiaçı 120 kv.m, X2 300 kv.m, X4 100 kv.m və X5 400 kv.m olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar.
18. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş Binaların, Qurğuların və Hərbi şəhərciyin ərazisinin təhvil (təslim) verilməsi haqqında Aktına əsasən, H.Aslanov-8 nömrəli hərbi şəhərciyi N saylı hərbi hissə təhvil vermiş və Abşeron MİH-nin 4 saylı Evlər İdarəsi təhvil almışdır.
19. Cavabdehin iddiaçıya ünvanladığı 05/20543 nömrəli məktub ilə 4-Ə-2- 2015 qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi iddiaçının istifadəsində olan torpağa aid olmadığından sözügedən alqı-satqı müqaviləsinin qarşılıqlı razılaşma əsasında və yaxud məhkəmə qaydasında ləğv edilməsinin məqsədəuyğun hesab edilməsini bildirilmişdir.
20. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-229/2016 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı torpaq sahələrinin zəbt edilməsinə son qoyulması, torpaq sahələrinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan A zərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir və hal-hazırda da həmin sahə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur. Yəni iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrini əldə edərkən həmin sahələrin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində və sahibliyində olmasını, bu sahələrin mühafizə olunmasını, bu sahələrə girişin yalnız müvafiq icazələr alındıqdan sona mümkün olduğunu bildikləri və gördükləri halda indi mülkiyyətlərində olan torpaq sahələrinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən zəbt olunmasını iddia etmələri əsassızdır.
21. Bununla yanaşı, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 24 sentyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən iddia edilən torpaq sahəsində müayinə apararkən aşkar edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən torpaq sahəsi 2 metrlik hasarla əhatə olunmuş ümumi sahəsi 1,24 ha olan mühafizə olunan obyektdir. Obyektdə tikililər, o cümlədən inzibati bina və anbar aşkar edilmişdir. Mübahisəli torpaq sahəsinin 0,025 ha inzibati binanın yanında yerləşdiyi müəyyən olunmuşdur.
22. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxs Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 122 №li, xx.xx.2014-cü il tarixli əmrinə əsasən “Həzi Aslanov-8” hərbi şəhərciyində N №li hərbi hissənin istifadəsində olan ərazi, bina və qurğuların, kommunikasiya xətlərinin 4 №li Evlər İdarəsinə təhvil verilməsinin təmin edilməsi Abşer on rayon Mənzil İstismar hissəsinin rəisinə tapşırılmışdır, ”Binanın uçotu fərdi kartı”na əsasən H.Aslanov qəsəbəsində yerləşən kazarma tərkibində olan tikililərlə birlikdə Müdafiə Nazirliyinə məxsus olmuşdur, həmin tikililər keçən əsrin ortalarında inşa edilmiş tikililərdir.
23. Bunları nəzərə alan apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “işin faktiki hallarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda mülkiyyət hüquqlarına dair çıxarışın, plan ölçünün verilməsini tələb etdiyi torpaq qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaqdır, bu hal məhkəmə tərəfindən torpaq sahəsinin yerində müayinəsi zamanı da müəyyən edilmişdir. Azərbaycan Respubli kasının qanunvericiliyində isə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda mübahisəli torpaq sahəsinin təyinatının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməsi baş verməmişdir. Həmçinin iddiaçı torpaq sahəsini üçüncü şəxs Rizvan Quliyevdən notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini bildirsə də, Rizvan Quliyevin torpağı satın alması haqqında şəhadətnamədə torpağın yerləşdiyi ünvan ünvan 3diaçının əldə etdiyi torpaq sahəsinin məhz həmin torpaq olması iş materialları ilə təsdiq olunmur.”
24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını tam və h ərtərəfli araşdırmamış, nəticə etibarı ilə iş üzrə düzgün olmayan məhkəmə qərarı qəbul etmişdir.
25. Belə ki, iş materiallarında olan mütəxəssis rəyində (iş səh 99-102) açıq-aşkar göstərilmişdir ki, “ Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron kadastr bazasında ölçmə aparılmış ərazi barədə (burada mübahisəli ərazi nəzərdə tutulur- qeyd Ali Məhkəmənindir) heç bir məlumat olmadığından həmin ərazinin (bundan sonra “ölçü aparılmış ərazi”) Müdafiə Nazirliyinin istifadəsində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır” (iş səh. 100).
26. Digər tərəfdən mübahisə predmetinə çevrilmiş torpaq ərazisinin məhz Müdafiə Nazirliyinin mülkiyyətində, istifadəsində və ya icarəsində olduğunu tə sdiq edən hər hansı bir rəsmi mötəbər sənəd işdə mövcud deyildir.
27. Bundan başqa, sözügedən torpaq sahəsinin alqı-satqısına dair müqaviləyə əlavə edilmiş 1 nömrəli forma üzrə sənəddə həmin torpaq sahəsinin yüklü olması barədə məlumat yoxdur.
28. Göründüyü kimi, mübahisəli ərazinin özəlləşdirilməsi qadağan edilmiş əraziyə aid edilməsini və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaq olmasını təsdiq edən mötəbər sübutlar iş materiallarında olmamasına baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir.
29. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il ta rixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 oktyabr 2019-cu il tarixli qərarında da qeyd edilmişdir ki: “... Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Həmin Məcəllənin 46-cı maddəsinə görə dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və həmin torpaqlar bu Məcəllədə və digər normativhüq uqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsi ilə dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan olunmuş əmlak növləri sırasında Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur.... İddiaçı tərəfindən mübahisəli əmlakın məhz müdafiə və sərhəd qoşunlarının operativ istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu q ənaətinə gələrək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir.... Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alğı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu formalaşdırdığı hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları)....”
30. Göründüyü kimi, qeyd olunan qərarda ifadə olunmuş hüquqi mövqeyə əsasən mübahisəli ərazinin özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu nəticəsinə gəlmək üçün həmin əmlakın Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlak olmasını təsdiq edən mö təbər sənədlərə istinad edilməlidir.
31. Belə olan halda inzibati mübahisənin düzgün həll edilməsi üçün əsas və həlledici araşdırılmalı olan məsələ torpaq sahəsinin həqiqətən kimə məxsus olması, o cümlədən onun təyinatı haqqındadır.
32. Bu məqsədlə apellyasiya məhkəməsi işə təkrar baxarkən sözügedən məsələnin tam və hərtərəfli araşdırılması məqsədi ilə aidiyyəti olan səlahiyyətli orqanlara sorğu göndərməklə, mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin hansı hüquqi əsaslara görə Müdafiə Nazirliyinin faktiki istifadəsində olmasını tədqiq etməli, həmçinin Müdafiə Nazirliyinin özündən həmin torpaq sahəsinə aid bütün mötəbər hüquqi sənədlər tələb edilməli, eyni zamanda həmin torpağın təyinatı haqqında Nazirlər Kabinetindən məlumat alınmasını təmin etməlidir.
33. Yalnız adıçəkilən sənədlər to planıb araşdırılaraq, obyektiv və müfəssəl məlumatlar (sübutlar) əsasında iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
34. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-136/2022 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2022-ci il tarixli, 21(103)-136/2022 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.