Məhkəmə qərarları › İş №2-1(102)-1024/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1024/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1024/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)2643/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qər arı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5147z saylı bağ sahəsinin onun adına dövlət reyestrində ilkin qeydiyyatdan keçirilməsinin təmin edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 12 oktyabr tarixli 2-1(82)304/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5147z saylı bağ sahəsinin iddiaçının adına dövlət reyestrində ilkin qeydiyyatdan keçirilməsinin təmin edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2018-ci il 30 yanvar tarixli 2-1(103)-409/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 8 may tarixli 2-1(102)-989/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 30 yanvar tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 12 oktyabr tarixli qərarının ləğv edilməsini, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin, x2-nin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, 2018-ci il 27 iyun tarixdə İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri nəticəsində və İdarənin elektron kadastr baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, müvafiq bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 285 saylı, 2007-ci il 20 iyun tarixli Sərəncamına əsasən x2-nin istifadəsinə ayrılmış ərazinin sərhədləri daxilində yerləşir. Lakin müvafiq işə məhkəmədə baxılarkən x2 məhkəmə tərəfindən işə cəlb edilməmiş və onun qanuni istifadə hüquqları pozulmuşdur. Bundan əlavə, müvafiq bağ sahəsi sənəd üzrə 1200 kv.m olduğu halda, faktiki olaraq 935,0 kv.m-dir. Həmin hallar nə işə məhkəmə instansiyalarında işə baxılarkən məlum olmamışdır. Eyni zamanda, cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəsatətlə müraciət edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsini nəzərə alaraq məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 avqust tarixli 2-1(82)304/2017 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qə rarının icrasının dayandırılması barədə vəsatət təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar işə mahiyyəti üzrə baxılan zaman məhkəmə araşdırmasının predmeti olmuşdur. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə təmin edilmədiyindən, iş üzrə məhkəmə qərarının icrasının dayandırılmasına əsaslar yoxdur. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2017-ci il 12 oktyabr tarixli qərarının ləğv edilməsini, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan R espublikası Şəhərsalma və Arxitektura Komitəsinin, x2nin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2643/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərardadı cavabdehə 2019-cu il 3 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardaddan 2019-cu il 11 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini, məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 12 oktyabr tarixli qərarının ləğv edilməsini, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin, x2-nin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təş kili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizədə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətdə göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmad ığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəm ə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 106-cı maddəsinin müddəalarına əsasən, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır (106.1). İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir (106.2). İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə t utulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (106.3). İşin materiallarına əsasən, cavabdehin istinad etdiyi hallar birinci və sonrakı instansiya məhkəmələrində icraat zamanı cavabdehə və icraatın iştirakçılarına məlum olmuş, cavabdeh həmin hallara iddia tələbinə qarşı etirazında və məhkəmə qərarlarından verdiyi şikayətlərdə istinad etmiş, həmin hallar məhkəmə araşdırması zamanı nəzərə alınmışdır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunm ur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2643/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar