Məhkəmə qərarları › İş №2-1(102)-1024/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1024/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1024/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.04.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx xxxnə qarşı (üçüncü şəxs X5) “bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınıb çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 2-1(103)-1916/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Şüvəlan bağ massivi ərazisində yerləşən 51 saylı BTK nəzdində sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyinin 33 saylı Orderınə əsasən iddiaçıya Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində sahəsi 0.12 ha olan 1487 saylı bağ sahəsi ayrılmışdır.

3. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilmə si üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, onun tərəfindən göstərilən əraziyə mütəxəsis tərəfindən texniki baxış keçirilərkən məlum olmuşdur ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sisteminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Bununla əlaqədar, cavabdeh verdiyi imtina məktubunu belə əsaslandımışdır. Tərəfinizdən göstərilən əraziyə mütəxəsis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sisteminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sah əsinin koordinatlarını və sərhədlərini mümkün etmək olmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1240/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2-1(103)-1074/2021 nömrəli qərarı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, V.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş Ba kı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-10205/2021 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3845 nömrəli 28 iyun 2022-ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: “xxxnin xidməti məlumatlarına əsasən idarənin arxivində 51 saylı BTK-nın bölgü sxemi mövcud olmaması səbəbindən sxematik xəritəyə uyğun olaraq Bakı şəhər, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi olan 1486 saylı bağ sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin İddiaçı nümayəndəsinin göstərdiyi faktiki torpaq sahəsin in döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (döngə koordinatlarının göstəriciləri rəyə əlavə olunmuşdur). İddiaçı nümayəndəsinin göstərdiyi faktiki torpaq sahəsi Şüvəlan qəsəbəsi, 1476 saylı bağ sahəsi olaraq **********603 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.”

11. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhər İcra Hakimiyyətinin 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli sərəncamı ilə ona Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağ massivi ərazisində yerləşən, sahəsi 0,12 ha olan 1486 nömrəli bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(112)-66/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının naturada göstərdiyi bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə ona ayrılmış 1486 nömr əli bağ sahəsi deyil, digər şəxsə məxsus 1476 nömrəli bağ sahəsinin ərazisi olması 1486 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, iddia olunan bağ sahəsinin naturada yerləşdiyi yerin və koordinatlarının müəyyən olunması, mövcud uyğunsuzluğun qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırması və hüquqların qeydiyyatının aparılmasının təmin edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Göründüyü kimi, cavabdehin imtina məktubunda göstərilən dəlilləri iddiaçının iradəsindən irəli gələn hallar deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın lə ğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 2-1(103)-1916/2023 nömrəli qərardadı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının göstərdiyi 1486 saylı bağ sahəsinin döngə koordinatlarının üçüncü şəxsin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hal-hazırda onun faktiki olaraq istifadə etdiyi 1476 saylı bağ sahəsinin döngə koo rdinatları ilə üst-üstə düşdüyü və həmin bağ sahəsi ilə tam əhatə olunduğu sübuta yetirilir. Belə olan halda, mübahisənin xarakteri artıq dəyişir. Belə ki, iddiaçı üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin plan- ölçüsünü və reyestrdən çıxarışı mübahisələndirmədiyi halda, yəni üçüncü şəxsin adına mövcud olan həmin hüquqmüəyyənedici sənədlər qüvvədə olmuş ikən, eyni koordinat göstəriciləri ilə 1486 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydə alınıb ona plan-ölçü tərtib olunmaqla, reyestrdən çıxarış verilməsi mümkünsüzdür.

17. Apellyasiya məhkəməsi İPM-in 35.1, 35.3-cü maddələrinə istinad etmişdir.

18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmə si barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ sahəsinin nömrəsi orderdə “1487” kimi göstərilsə də, orderin arxiv arayışında isə “1486” kimi qeyd olunmuşdur. Elektron baza məlumatlarına əsasən iddiaçı tərəfindən iddia olunan və iddiaçının vəsaiti hesabına hasara alınan torpaq sahəsi 1486 saylı torpaq sahəsidir. Bir dəfə də olsun yerli baxış keçirməyən apellyasiya instansiya məhkəməsi hesab edir ki, həmin torpaq sahəsi 1476 saylı bağ sahəsidir. Yəni uyğunsuzluq olduğunu qeyd et məklə, müvafiq uyğunsuzluğun aradan qaldırılması cavabdeh İdarənin səlahiyyətləri xaricində olmuşdur. Məhkəmə hesab etmişdir ki, ərizənin icrasının mümkün olmadığı üçün iddiaçıya müvafiq imtina məktubu ünvanlanması qanunidir. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bundan əlavə qeyd edilmişdir ki, üçüncü şəxs apellyasiya şikayəti verməmiş və iddia tələbinin onun 1476 saylı bağ sahəsi barədə olmadığını birinci iclasda müəyyən etdiyi üçün sonradan keçirilən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməm işdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdə n çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx. xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub -olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və bi rmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə h aqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalar ını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

29. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

30. Hazırkı qərarın 21(a) və 23-cü bəndlərində qeyd olunan normaların məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cava b verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

31. İddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən istifadə etməklə, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüy ü məsələsinə baxa bilər. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın.

32. Bu mənada, hazırkı işdən görünür ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir.

33. İlk öncə qeyd edilməlidir ki, iddiaçı mübahisələndirilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi X4 və İstimarı Birliyi tərəfindən verilmiş 33 saylı or derdə bağ sahəsinin nömrəsi 1487 qeyd olunmuşdur, lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamında isə bağın nömrəsi “1486” göstərilmişdir.

34. Bundan əlavə, 1487 saylı bağ sahəsinə dair iddiaçının adına orderin surətinin təqdim edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavabdeh orqan xx.xx.2019-cu il tarixli cavab məktubunda, 1487 saylı bağ sahəsinə dair iddiaçının adına order aşkar edilməməsini bildirmişdir.

35. İddiaçının göstərdiyi faktiki torpaq sahəsi ilə bağlı qeyd edilməlidir ki, iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Şüvəlan qəsəbəsi, 1476 saylı bağ sahəsi olaraq **********603 reyestrn nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.

36. Belə ki, iddiaçının faktiki göstərdiyi 1476 nömrəli bağ sahəsi, ilk öncə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə X4 və İstimarı Birliyi tərəfindən verilmiş 31 saylı orderə əsasən X7 ayrılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə təmin edilərək, həmin bağ sahəsinin uzunluğunun 40 metr, eninin 30 metr olması faktı müəyyən edilmiş, bundan sonra onun mülkiyyət hüququ qeydə alınaraq xx.xx.2015-ci il tarixdə reyestrdən çıxarış verilmişdir. Sonradan M.Yevdayev həmin bağ sahəsini xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə üçüncü şəxs - X1 və sonuncunun xx.xx.2016-cı il tarixdə 1476 saylı bağ sahəsinə mülkiyyət hüququ reyestrdə qeydə alınaraq, reyestrdən çıxarış verilmiş və plan-ölçü tərtib olunm uşudur.

37. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, konkret halda iddiaçının göstərdiyi 1486 saylı bağ sahəsinin döngə koordinatlarının üçüncü şəxsin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hal-hazırda onun faktiki olaraq istifadə etdiyi 1476 saylı bağ sahəsinin döngə koordinatları ilə üst-üstə düşdüyü və həmin bağ sahəsi ilə tam əhtə olunduğu sübuta yetirilir.

38. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin plan-ölçüsünü və reyestrdən çıxarışı mübahisələndirmədiyi halda, yəni üçüncü şəxsin adına mövcud olan həmin hüquqmuüəyyənedici sənədlər qüvvədə olmuş ikən, eyni koordinat göstəriciliəri ilə 1486 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hü ququnun reyestrdə qeydə alınıb ona planölçü tərtib olunmaqla, reyestrdən çıxarış verilməsi mükünsüzdür.

39. Bu səbəbdən, apellyasiya məhkəməsinin nəticəsi hazırkı qərarın 21(a) və 23-cü bəndlərində qeyd olunan normaların tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli, 21(103)-1916/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar