Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1024/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və əmək pensiyasının birdəfəlik ödənilməsi, işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-853/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabças ına əsasən, o, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" Şirkətində işarə qoyan rəngsaz vəzifəsində çalışmışdır
2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının xx.xx.2006 – xx.xx.2007-ci illərdə Avstraliyanın "xxxx" şirkətində rəngsaz işlədiyi müddətdə əmək haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması barədə rəsmi məlumatların "xxxx" ASC-dən götürülməsi qərara alınmış və iddaçının əmək haqqı aldığı plastik kart hesabından qərardadda qeyd edilən dövr aralığı üzrə çıxarışlar məhkəməyə təqdim edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba gö rə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Sığorta” (Hesabat) altsistemində sığortaedən Avstraliyanın "PCH Offshore PTY LTD” Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) iddiaçının sığortaolunan kimi məlumatları qeyd olunmadığından sözügedən illər üzrə məlumatlar fərdi şəxsi hesabında öz əkini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddət in sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildən 2007-ci ilə kimi Avstraliyanın "xxxx" Şirkətinin Filialında işdədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ərizənin təmin olunmasından xx.xx.2022-ci il tarixli məktubla imtina olunmuş və həmin imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixində **********6 nömrə ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Hesabat) altsistemində sığortaedən, Avstraliyanın "PHC Offshore PTY "xxxx" Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) sığortaolunan kimi məlumatlar qeyd olunmadığından sözügedən illər üzrə məlumatlar fərdi şəxsi hesabda öz əksini tapmamışdır. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərd i uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, fərdi şəxsi hesabda öz əksini tapmayan dövrlərin araşdırılması üçün Avstraliyanın "xxxx" Şirkətinin Filialına müraciət edilməsi tövsiyə edilmişdir. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş əmək kitabçasının notarial təsdiq olunmuş surətindən də görünür ki, o, xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci il tarixinə kimi Avstraliyanın "xxxx" Şirkətində rəngsaz işləmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-304/2024 nömrəli qərarı ilə (hakim İ.Burcayev) iddia t əmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və iddiaçıya məxsus əm ək kitabçasının 10-12-ci səhifələrindən görünür ki, o, xx.xx.2004-cü il tarixdə "PCH Offshore PTY LTD” Şirkətinə işarə qoyan rəngsaz vəzifəsinə təyin olunmuş və xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı halda iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut iş materialları ilə təsbit olunmur. Məhkəmə sorğusu nəticəsində əldə olunmuş sözügedən şirkətin Əsasnaməsinə əsasən müəyyən edilmişdir ki, həmin şirkət 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İddiaçı mübahisə edilən illərdə həmin şirkətdə rəngsaz vəzifəsində işləmiş və buna görə müvafiq əmək haqqı almışdır ki, hesaba mədaxil olunan hesa b vərəqəsindən də həmin halı təsbit etmək mümkündür. Bundan əlavə əmək kitabçasından da göründüyü kimi iddiaçı 2004- 2007-ci illərdə həmin şirkətdə çalışıb. 2004-2006-cı illərin onun sosial sığorta stajına hesablandığı halda, 2006-2007-ci illərin sığorta stajı kimi hesablanmaması özlüyündə hüquqmüəyyənlik və bərabərlik prinsipininin pozulmasına gətirib çıxarır. Beləliklə, sığortaolunan kimi iddiaçının məlumatlarının qeyd olunmaması və mübahisələndirilən ayların hesaba alınmaması onun təqsiri kimi qiymətləndirilib gözlənilən sosial-təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəm əsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)853/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, V.Əzizova və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istinad edilən qanunvericilik normasının tələbinə əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fə aliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində fərdi hesabdan çıxarış məlumatlarında iddiaçı barəsində sığortaolunan kimi məlumatlar 2011-ci ilin fevral tarixindən qeydə alınmışdır. İddiaçının 2006-2007-ci illər üzrə sığortaolunan kimi qeydə alınması halı müəyyən edilməmişdir.Halbuki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi şərti ilə fəaliyyət dövrləri sosial sığorta stajı kimi nəzərə alınır. İndiki halda isə iddiaçıya münasibətdə həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə k ollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin dövrün sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının həmin dövrlərdə əmək haqqı alması ilə bağlı bank kartından çıxarış məlumatlarını əsas götürərək, həmin dövrün sosial sığorta stajı kimi nəzərə almışdır. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd etmişdir ki, bank kartından çıxarış məlumatları özlüyündə iddiaçının sığortaolunan kimi qeydə alınması halını təsdiq etməməklə, həmin məlumatlarda sosial sığorta haqqının hesablanması ilə bağlı da heç bir məlumat əks olunmamışdır. Nəticə etibarilə bank kartından çıxarış məlumatları əsasında iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkə mə kollegiyası qeyd edir ki, iddiaçının sığortaolunan kimi qeydə alınmadığı, habelə onun adına sığortaolunan hesabında həmin dövrlər üzrə pensiya kapitalı qeydə alınmadığı halda, həmin dövrün nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbinə uyğun olmamaqla, mümkün deyildir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.
13. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmi n Qanunun 9-cu maddəsində bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək və məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək sığortaçının hüquqları kimi, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək isə vəzifələri kimi təsbit edilmişdir.
14. Həmin Qanunun 10-cu maddəsində isə sığortaedənlərin hüquq və vəzifələri təsbit edilmişdir. Buna görə, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələrindən biri kimi göstərilmişdir. 15. “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamənin 10, 10.1, 10.3, 10.4, 10.6, 10.7, 10.8 və 10.9-cu bəndlərinə əsasən fond öz vəzifə və funksiyalarını həya ta keçirmək üçün bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, məcburi dövlət sosial sığortası, əmək pensiyalarına dair qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək, əmək pensiyaların təyin edilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək, öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək, qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə sığortaedənlərə maliyyə sanksiyaları tətbiq etmək, məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedənlərin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyat larının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılmasına, eləcə də yaranmış borc məbləğinin sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulmasına dair qanunvericiliyə uyğun tədbir görmək, ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmələrdə iddia qaldırmaq hüquqlarına malikdir. Qanununvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi, iddiaçı üçün məcburi sosial sığorta haqlarının ödənilməsini təmin etmək işçisi olduğu Avstraliyanın "xxxx" Şirkətinin, həmin haqqların ödənilməsini tələb etməklə bu fəaliyyətə nəzarəti həyata keçirmək isə DSMF-nin vəzifəsi olmuşdur. Mən qanunvericiliyə görə sözüg edən haqqları ödəmək imkanına sahib olmamış və belə vəzifə daşımamışdır. Ona görə də, daşımadığı vəzifənin yerinə yetirilməməsinin məsuliyyət yükü son nəticədə onun üzərinə qoyula bilməz.
16. Avstraliyanın "xxxx" Şirkətdə real olaraq işləməyi də cavabdeh tərəfindən mübahisələndirilmir. Odur ki, faktiki olaraq işlədiyi halda onun təqsiri olmadan məcburi sosial sığorta haqlarının ödənilməməsi, eləcə də DSMF tərəfindən üzərinə düşən vəzifələrin lazımi qaydada icra olunmaması onun pensiya hüquqlarının həyata keçirilməsinə maneə təşkil etməməlidir. Cavabdeh ona həmin illər üzrə pensiya təyinatı aparmalıdır.
17. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəril məlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində mə hkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Apellyasiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 21(105)-853/2024 saylı qərarla yuxarıda göstərilmiş hüquqi mövqeyini əsaslandırarkən belə nəticəyə gəlmişdir ki, “iddiaçının sığortaolunan kimi qeydə alınmadığı, habelə onun adına sığortaolunan hesabında həmin dövrlər üzrə pensiya kapitalı qeydə alınmadığı halda, həmin dövrün nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbinə uyğun olmamaqla, mümkün deyildir.”
22. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən nəticəyə gələrkən işin hallarını tam və hərtərəfli araşdırmamış, inzibati mübahisənin düzgün həll edilməsi üçün əlavə sübutlar tələb etməmişdir.
23. Belə ki, məlum olduğu kimi, hazırkı iş üzrə iddia tələbi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi barədədir.
24. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Sığorta” (Hesabat) altsistemində sığortaedən Avstraliyanın "PCH Offshore PTY LTD” Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) iddiaçının sığortaolunan kimi məlumatları qeyd olunmadığından sözügedən illər üzrə məlimatlar fərdi şəxsi hesabında öz əkini tapmamışdır.
25. Yəni, burada inzibati mübahisənin predmeti zaman baxımından xx.xx.2006cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü əhatə edir.
26. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə PCH Offshore PTY LTD şirkətində rəngsaz peşəsində işləməsi barədə əmək kitabçasında qeydlər aparılmışdır.
27. Yuxarıda artıq göstərildiyi kimi, cavabdeh inzibati orqan iddiaçının qeyd etdiyi həmin illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının sığortaolunan kimi məlumatları qeyd edilmədiyindən, fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olması müəyyən edilmədiyindən, həmin dövrü nəzərə almamışdır.
28. Apellyasiya məhkəməsi yuxarıda göstərilmiş nəticəyə gələrkən qərarında vurğulamışdır ki, “iddiaçı barəsində fərdi hesabdan çıxarış məlumatlarında iddiaçı barəsində sığortaolunan kimi məlumatlar 2011-ci ilin fevral tarixindən qeydə alınmışdır. İddiaçının 2006-2007-ci illər üzrə sığortaolunan kimi qeydə alınması halı müəyyən edilməmişdir. Halbuki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi şərti ilə fəaliyyət dövrləri sosial sığorta stajı kimi nəzərə alınır. İndiki halda isə iddiaçıya münasibətdə həmin halın müəyyən edilməsi mümkün olmamışdır.”
29. Məhkəmə kollegiyası apell yasiya instansiyası məhkəməsinin inzibati mübahisəyə belə hüquqi yanaşmasını səthi və formal hesab edir, həmçinin apellyasiya məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması qənaətindədir.
30. Belə ki, ən azından apellyasiya məhkəməsi iddiaçının işlədiyi Avstraliyanın “PHC OFFshore PTY LDD” şirkətinə, onun həmin şirkətdə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək rəngsaz vəzifəsində çalışdığı zaman əmək haqqı alıbalmaması və müvafiq olaraq sözügedən əmək haqqından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin həyata keçirilib-keçirilməməsi barədə sorğu göndərməmiş, eyni sorğu ilə Dövlət Vergi orqanına da müraciət etməmişdir.
31. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya məhkəməsində təkrar baxıldığı zaman yuxarıda göstərilmiş sorğular mütləq şəkildə göndərilməli və həmin hüquqi şəxslərdən cavablar alınmalıdır.
32. Hətta zərurət olduğu təqdirdə iddiaçının işlədiyi şirkətin işə 3-cü şəxs qismində cəlb edilməsi məsələlərinə baxılması da mümkündür.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəm əsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətdir.