Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1025/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, 25 ümumi stajın, yaxud lazımi miqdarda pensiya kapitalının olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublik asının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1342/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.
2. İddiaçı ona yaşa görə əmək pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərk əzi Filialı müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun xx.xx.2006-cı il tarixinədək tələb olunan 25 il iş stajına və 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından ona hüququnun yarandığı 26 avqust 2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin fevral ayından etibarən ona ödənilməli olan pensiyanın yenidən hesablanaraq tam ödənilməsi və ya 14.101 manat pensiya kapitalının ödənilməsi öhdəliyinin Pensiya Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, onun 2017-ci ildə 60 yaşı tamam olmuşdur. İddiaçı əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmişdir. Lakin ona altı aydan sonra müraciət etməsi bildirilmişdir. 2018-ci ilin fevral ayında pensiya təyinatı üçün ərizə ilə müraciət etmiş, müraciətinə cavab olaraq ona pensiya almaq üçün kifayət qədər iş stajı olmadığı bildirilmişdir. Lakin ona məlumat verilməmişdir ki, pensiya kapitalını tamamlamaqla minimum pensiya ala bilər. O bu barədə məhkəmədə məlumat almışdır.
6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, çatışmayan pensiya kapitalını tamamlamaqla ona əmək pensiyasının təyin e dilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Daha sonra iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1836,43 manat məbləğində çatışmayan kapital ödəməklə xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8197/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim X4) iddia tələbi qismən təmin edilmiş, İddiaçı tərəfindən sığortaolunanlar üzrə xüsusi hesaba 1836,43 manat ödənilməklə, əlavə vəsaitin ödənildiyi gündən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, həmin əlavə vəsait sığortaolunanlar üzrə xüsusi hesaba ödənilmədiyi halda əmək pensiyasının təyinatı aparılmasın.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğ hesablanarkən iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixdə tələb olunan pensiya kapitalı əsas götürülməlidir. Çünki, iş materiallarında olan iddiaçının müraciət ərizələrindən və cavabdeh inzibati orqanın i mtina məktublarından müəyyən olunur ki, iddiaçı ilk dəfə xx.xx.2018-ci il tarixdə, daha sonra isə xx.xx.2018-ci il tarixdə DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət edərək, qanunvericiliyə uyğun olaraq ona pensiya təyin edilməsini xahiş etmiş, lakin DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsi xx.xx.2018-ci il tarixli məktubunda “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən imtinasını əsaslandırmalı və qanunvericiliyin tələblərini izah etməli olduğu halda etməmiş, yalnız “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsini qeyd etməklə kifayətlənmişdir. O cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən iddiaçının fərdi hesab ın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırmaq hüququ göstərilməmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1342/2023 nömrəli iş üzrə 06 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8197/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığort a hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün bu hal ona yaşa görə əmək pensiyasının təyin olunmasını mümkünsüz edir.
16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
18. Qeyd edilmişdir ki, pensiya kapitalının tamamlanması üçün tələb olunan məbləğin ödənilməsi ilə bağlı İddiaçı cavabdeh tərəfindən bank rek vizitləri təqdim edilməmişdir. Bu səbəbdən həmin vəsaitin ödənilməsi mümkün olmamışdır. İddiaçı həmin məbləği ödəməmək kimi niyyəti olmamışdır. Əksinə onun marağında olub ki, həmin məbləği ödəyib pensiya ala bilsin. Məhkəmə prosesləri zamanı İddiaçı bildirilib ki, pensiya kapitalının tamamlanması üçün tələb olunan məbləğin ödənilməsi üçün ona hesab təqdim ediləcək. Lakin hesab təqdim edilmədən və məhkəmə buna qiymət vermədən ödəniş edilməməsi əsası ilə Bakı İnzibati Məhkəməsinin qərarını əsassız ləğv edib. Bu gündə cavabdeh tərəfindən bank rekvizitləri təqdim olunarsa, pensiya kapitalının tamamlanması üçün tələb olunan məbləğ 1836,43 manatı ödəməyə hazırdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyas iya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6-1. Əmək pensiyasının minimum məbləği (1 fevral 2023-cü il tarixədək olan redaksiya) Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasın ın məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ v ardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları q eyd etməyi zəruri hesab edir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
29. Hazırki iş materiallarından görünür ki, pensiya yaşı tamam olmuş İddiaçı hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
30. Qanunun yuxarıda qeyd edilən tələbinə əsasən pensiya yaşı tamam olmuş qadınların əmək pensiyası hüququ yaranması üçün alternativ olaraq ya şəxsin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmalı və ya bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
31. İddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün tələb edilən 25 il sığorta stajının olmaması işin mübahisəsiz halıdır və iddiaçı bu faktı özü də təsdiq edir (kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının ümumi iş stajı 21 il 2 ay 29 gün təşkil edir).
32. Şəxsin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması da iddiaçı tərəfindən qəbul edilir. Hətta dəqiqləşdirilmiş iddia ərizəsindən anlaşılır ki, iddiaçı çatışmayan 1836,43 manat kapitalı ödəməklə əmək pensiyası hüququnun yaranması üçün məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, A zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3-cü bəndinin tələbinə görə, ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırmaq və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödəməklə pensiya hüququ əldə edə bilərdi.
34. Lakin iş materiallarından görünür ki, iddiaçı Qaydalara əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırmaq üçün lazım olan hərəkətləri etməmişdir. Hətta işin apellyasiya baxışı zamanı iddiaçıya pensiya kapitalının tamamlanması üçün tələb olunan məbləğin onun tərəfindən ödənilməsi ilə bağlı vaxt verilmiş (iş vər 92), lakin iddiaçı tərəfindən sığortaolunanlar üzrə xüsusi hesaba müvafiq vəsaitin ödənilməsi istiqamətində hər hansı hərəkət edilməmiş və bu barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir.
35. Kassasiya şikayətində qeyd edilir ki, cavabdeh tərəfindən bank rekvizitləri təqdim edilmədiyindən iddiaçı ödənişi həyata keçirə bilməmişdir.
36. Bu dəlili də əsassız he sab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçı bank rekvizitlərinin təqdim edilməsi ilə bağlı cavabdehə rəsmi müraciət etməsi və cavabdehin hərəkətsizlik göstərərək ona bank rekvizitlərini təqdim etməməsi iş materialları ilə öz təsdiqini tapmır.
37. Bundan əlavə apelyasiya instansiyası məhkəməsinin 12 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə cavabdehin nümayəndəsindən ödənişlərin aparılma qaydası barədə məlumat soruşmuş, cavabdehin nümayəndəsi isə cavab olaraq bildirmişdir ki, ödənişlərin həyata keçirilməsi üçün vətəndaş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala yaxınlaşaraq ödəniş edə bilər (iş vər 91).
38. Həmin məhkəmə prosesində də iddiaçı iştirak etmiş və ödənişlərin ödəmə qaydası ilə bağlı məlumatı olmuşdur. Odur ki, cavabdeh t ərəfindən bank rekvizitləri təqdim edilmədiyindən ödənişlərin aparıla bilməməsi ilə bağlı iddiaçının arqumentlərinin heç bir hüquqi əsası yoxdur.
39. Belə olan halda hazırki vəziyyətdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün bu hal ona yaşa görə əmək pensiyasının təyin olunmasını mümkünsüz edir.
40. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1342/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən