Məhkəmə qərarları › İş №2-1(102)-1027/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1027/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1027/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) 13.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “08 iyul 2019-cu il tarixli əmrin ona aid hissədə ləğv edilməsi, əvvəlki xidmət yerinə bərpa edilməsi, 08 iyul 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günədək olan müddət üçün əmək haqqının hesablanması və ödənilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(105)879/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin 08 iyul 2019-cu il tarixli, **********844900 nömrəli əmri ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir.

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 08 iyul 2019-cu il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi, əvvəlki xidmət yerinə bərpa edilməsi, 08 iyul 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günədək olan müddət üçün əmək haqqının hesablanması və ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(118)-278/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2-1(105)-127/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(118)-278/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı həmin qərardan ka ssasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2-1(102)-945/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 21(105)-127/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. Ərizə onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əldə edilən məlumatlara əsasən, "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 sa ylı Ərazi Vergilər Baş idarəsinə qarşı “28 iyun 2019-cu il tarixli **********185923 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə və 01 iyul 2019-cu il tarixli **********442100 nömrəli pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən yoxlama müddəti ərzində "xxxx" MMC barəsində 2016 və 2017-ci illər üzrə müvafiq olaraq 88551,15 manat və 211784,88 manat mənfəət vergisi, cəmi 300336,03 manat və 50%-i miqdarında – 150168,02 manat maliyyə sanksiyası, 42806,67 manat ödəmə mənbəyində tutulan vergi, həmin məbləğin 50%-i miqdarında – 21403,34 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, iddiaçı tə rəfindən 563754,80 manat ƏDV-nin azaldılması və 31877,81 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Bununla bağlı azaldılmış məbləğin 50%-i miqdarında – 281877,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-24/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(105)-16/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qismən - 63,0 manat ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 31,50 manat və 57.1-ci maddəsinə əsasən, 40 manat maliyyə sanksiyasının tə tbiq edilməsi və 31877,81 manat ƏDV-nın artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli 2-1(102)1245/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yeni açılmış hallara səbəb olmuş Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarından görünür ki, "xxxx" MMC-nin vergidən yayınmasından söhbət belə getmir. Əksinə, 31877,81 manat vergi artıq hesablanıb ödənilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə yeni açılmış hal mövcuddur. Həmçinin, onunla eyni nöqsana görə işlərindən azad edilmiş şəxslər işlərinə bərpa olunmuşlar və hazırda da xidmətlərinə davam edirlər. Belə ki, cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, "xxxx" MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın aparılması departamentin əməkdaşları X1 və X4 həvalə edilmişdir. İddianın təmin edilməməsi haqqında məhkəmə qərarlarında qeyd edilir ki, X1 və X5 ümumiyyətlə, yoxlama qərarı üzrə heç bir yoxlama aparmadıqları və iddiaçı əməkdaşlara zəif nəzarət etdiyi üçün həm onun, həm də Emil İsayevin və Ağadadaş Ələkbərovun işinə xitam verilmişdir. Hesab edir ki, eyni əsasla (hətta yoxlama üzrə əsas vəzifə funksiyasını yerinə yetirməli olan şəxslər yoxlayıcılardır) işlərinə xitam verilmiş, adıçəkilən şəxslərin işlərinə bərpa edilməsi, lakin ona münasib ətdə cavabdehin hərəkətsizliyi ona qarşı qərəzin bariz nümunəsidir.

10. Cavabdeh ərizəyə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin xx.xx.2019-cu tarixli, **********844900 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinin xitamına əsas olan hallar xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermək, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmək, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürmək, həmin vergi ödəyicisi ilə ortaq sahibkarlıq fəaliyyətində olmaq olmuşdur. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəmə müstəvisində mübahisələndirilm iş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia təmin edilməmişdir. Ədalət mühakiməsi zamanı hər üç instansiya məhkəməsində müəyyən edilmişdir ki, iddiaçı şöbə rəhbəri vəzifəsini icra edərkən tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmiş və şöbənin icraatında olan "xxxx" MMC-də aparılan səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermiş, yəni süründürməçiliyə şərait yaratmış və vergi orqanının müvafiq qərarları xx.xx.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərilmişdir. Həmin sənədlərə xx.xx.2018-ci il tarixdə iddiaçının istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur. Bu səbəbdəndir ki, nəzarət tədbirlərinin keçirilməsi barədə qəbul olunmuş qərarlardan vergi ödəyicisi əvvəlcədən məlumatlandırıldığı üçün bu tədbirlər nəticəsiz olmuşdur. Həmçinin, iddiaçının "xxxx" MMC-nin təsisçisi Ədalət Abbasovun arvadı ilə paylı mülkiyyətə sahib olması faktına da məhkəmə tərəfindən qiymət verilmişdir. İddiaçının 28 iyun 2019-cu il tarixli, **********185923 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qismən ləğv edilməsi dəlilinə münasibətdə bildirir ki, bu hal yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli əmrin əsasını onun xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verməsi, tabeçiliyində olan əm əkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi, riskli vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla, ona yoxlama ilə bağlı məlumatları ötürməsi olmuşdur. Hansı ki, sözügedən səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi sadalanan halları aradan qaldırmır. Əksinə, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verilməsi, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi, müvafiq məlumatların ötürülməsi səyyar vergi yoxlaması barədə məsuliyyət qərarının məhkəmə müstəvisində ləğv edilməsinə gətirib çıxarmışdır. Həmin qərarın qismən ləğv edilməsi işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə cək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hal hesab edilmir. Çünki, həmin qərarın qismən ləğvi iddiaçının məhkəmələr tərəfindən müəyyən edilmiş qanunsuz hərəkətlərini aradan qaldırmır, əksinə təsdiqləyir. İddiaçının onunla birlikdə məsuliyyətə cəlb edilən digər əməkdaşlar - X1 və X3 işə bərpa edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, adıçəkilən şəxslərin işə bərpa edilməsi də yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, onların işə bərpa edilməsi halı iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsaslarını aradan qaldırmır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olan hallar bilavasitə özü tərəfindən törədilən intizam pozuntuları olmuşdur. Həmin əməllərdə digər əməkdaşların təqsiri müəyyən edilmir.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyev a) 08 sentyabr 2023-cü il tarixli 2-1(118)-278/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi artıq mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş mübahisənin yenidən məhkəmə tərəfindən araşdırılmasına nail olmaq istəyir. Lakin həmin məhkəmə qərarı apellyasiya və kassasiya instansiyasında mübahisələndirilmiş və nəticədə, iddianın təmin edilməməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 278/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılaraq, qanuni qüvvəyə minmişdir. İddiaçı yeni açılmış hallarla bağlı ərizəsində əsas kimi "xxxx" MMC-nin iddiaçı qismində çıxış etdiyi “vergi əməliyyatları, MMC-yə tətbiq edilmiş sanksiyaların düzgünlüyünün araşdırılması” ilə bağlı məhkəmə qərarlarını qeyd etmişdir. Hansı ki, hal-hazırda iddiaçı tərəfindən lazımi qədər araşdırılmadığı qeyd edilən məhkəmə qərarlarında onun vəzifəli şəxs kimi səlahiyyəti müəyyənləşdirilmiş və həqiqətən də, onun səlahiyyətlərinin həyata keçirilməsi zamanı qeyri-qanuni hərəkətlərə yol verdiyindən iddiasının rədd edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-278/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Bu səbəbdən də, iddiaçının hal-hazırda "xxxx" MMC-nin iddiaçı qismində çıxış etdiyi “vergi əməliyyatları, MMC-yə tətbiq edilmiş sanksiyaların düzgünlüyünün araşdırılması” ilə bağlı məhkəmə qərarlarını əsas gətirərək göstərdiyi hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Yuxarıda istinad olunan normaların təhlili göstərir ki, yeni açılmış hallar dedikdə, işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Eyni zamanda, normanın tələbindən də göründüyü kimi, qanunverici şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı kimi faktların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş olmasını zəruri şərt kimi müəyyən etmişdir.

13. İd diaçı apelyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) 22 noyabr 2023-cü il tarixli 2-1(105)-879/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, "xxxx" MMC-nin vergidən yayınmadığı onun işinə baxılan zaman qanuni qüvvəyə minmiş olsaydı, iddia ərizəsi də təmin olunmuş olardı. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi hüquq normalarını düzgün tətbiq etməmiş, səhv qərardad qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair t ələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qəra rdad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu v ə həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız o na aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ərizənin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə yeni açılmış halların mövcud olub-olmaması ilə bağlı zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

25. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ərizəçinin dəlilləri ondan ibarətdir ki, "xxxx" MMC ilə aparılmış məhkəmə icraatı onun işinə baxılan zaman yekunlaşm ış və qərar qanuni qüvvəyə minmiş olsaydı, iddiası təmin olunmuş olardı. Bu səbəbdən, həmin məhkəmə icraatı üzrə müəyyən edilmiş hallar və məhkəmə qərarı hazırki iş üzrə yeni açılmış hal kimi qiymətləndirilməli və icraat təzələnməlidir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya halların olduğunu əsaslandırmalıdır. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Həmin sübut və hallar mütləq mübahisənin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim edilməsinin mümkün olmadığı sübuta yetirilməlidir.

27. Nəzərə alınmalıdır ki, qanunverici nin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün müəyyən etdiyi şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini daşıyır. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda, ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.

28. Konstitusiya Məhkəməsinin Plenumu Y.Cümşüdovun şikayəti üzrə 3 iyul 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki: “...işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı, bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır...” 29. “Yeroqova Rusiya Federasiyasına qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni mövqedən çıxış edərək qeyd etmişdir ki, “işə aid və məhkəmə prosesi zamanı mövcud olan, lakin hakimdən gizli qalmış hallar “yeni açılmış haldır”.

30. Hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallara istinad etməmiş və bu barədə sənədlər təqdim etməmişdir. Ərizəçinin yeni açı lmış hal kimi istinad etdiyi hal, məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra ortaya çıxmış məhkəmə qərarıdır ki, həmin məhkəmə qərarında hazırkı iş üzrə icraatın təzələnməsinə əsas ola biləcək yeni açılmış hallar müəyyən edilməmişdir.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 02 mart 2022-ci il tarixli, 2-1(105)-16/2022 nömrəli qərarı ilə "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********185923 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi və bu qərarın iddiaçı barəsində qəbul edilmiş xidmətdən xaric əmrinin qanuniliyinin müəyyən edildiyi məhkəmə icraatlarından sonra qəbul edilməsi, dolayısı ilə həmin sübutun məhkəmə icraatı zamanı iddiaçıya məlu m olmaması kimi hallar yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz.

32. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2020-ci il tarixli, 2-1(118)-278/2020 nömrəli qərarı ilə iddiaçının Vergilər Nazirliyində xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən "xxxx" MMC barəsində aparılan səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verməsi, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürməsi faktlarının həqiqiliyi müəyyən edilərək, qeyd edilən əsaslarla onun xidmətinə xitam verilməsi ilə bağlı D övlət Vergi Xidmətinin 08 iyul 2019-cu il tarixli əmrinin qanuniliyi təsdiq edilməklə, onun əmrin ləğvi tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra, "xxxx" MMC sözügedən səyyar vergi yoxlaması nəticəsində 2 saylı Ərazi Vergilər Departamentinin 28 iyun 2019-cu il tarixli **********185923 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə və 01 iyul 2019-cu il tarixli **********442100 saylı pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə qərarların ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-24/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(105)-16/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********185923 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qismən – 63,0 manat ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 31.50 manat və 57.1-ci maddəsinə əsasən, 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi və 31877,81 manat ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(102)-1245/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya insta nsiya məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

33. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından göründüyü kimi, "xxxx" MMC barəsində vergi orqanı tərəfindən qəbul edilmiş məsuliyyət qərarı vergi ödəyicisindən götürülmüş “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə vergilərin hesablanmasının yolverilməz olması əsası ilə qismən ləğv edilmiş, həmin məhkəmə icraatları zamanı iddiaçının yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılması, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi, habelə, "xxxx" MMC-yə yoxlama ilə bağlı məlumatların ötürülməsinə dair hərəkətləri təsdiqini tapmışdır. Bu baxımdan, iddiaçının istinad etdiyi məhkə mə qərarları qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar kimi təfsir oluna və qiymətləndirilə bilməz.

34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli 2-1(105)-879/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar