Məhkəmə qərarları › İş №2-1(102)-1028/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1028/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1028/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın bərpa olunması və yenidən hesablanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: 2CTWDTO) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “hesablanmış pensiyanın kəsildiyi tarixdən bərpa olunması, əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-337/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 11 dekabr 1984-cü il tarixdən 20 noyabr 1986-cı il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2. 10 yanvar 1984-cü il tarixli АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasından müəyyən olunur ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə qədər kolxoz üzvü olmuşdur, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxslərin qeydiyyatı idarəsində İ dərəcəli mütəxəssis, normativ-hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin rəis müavini işləmişdir, xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sərəncamında olan Azərbaycan ETMEK və KPİ məhkəmə ballistik-trasoloji ekspertizası EP-nin elmi işçisi, xx.xx.2008-ci ildən xx.xx.2008- ci ilə qədər həmin təşkilatda aparıcı ekspert işləmişdir.

3. İddiaçıya xx.xx.2008-ci ildən ədliyyə qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonra cavabdeh onun pensiyasını xx.xx.2021-ci ildə azaltmışdır. İddiaçı 2 5 yanvar 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək pensiyanın əvvəlki qayda da bərpa olunmasını xahiş etmiş, cavabdeh 01 mart 2021-ci il tarixli, **********3 nömrəli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, xx.xx.2008- xx.xx.2013-cü illər arasındakı dövr ərzində 1264,53 manat əskik, xx.xx.2013- xx.xx.2020- ci illər arasındakı dövr ərzində isə 58534,94 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 57270,41 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmışdır. Həmin artıq ödənilmiş 57270,41 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim edi lməsi iddiaçıdan xahiş olunmuşdur. Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayından etibarən iddiaçının əmək pensiyası 1478,25 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, ilə məhkəməyə müraciət edərək, xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanmış pensiyasının kəsildiyi t arixdən bərpa olunması, qeyd edilən əlavələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, ona xx.xx.2008-ci ildən ədliyyə qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.Ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinət, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət və ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədi ilə hər il aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlər verilir. İddiaçı ədliyyə orqanlarından xx.xx.2008-ci ildə işdən çıxmışdır. Pensiyası hesablanarkən aldığı bütün əlavələr nəzərə alınmamışdır. Eyni zamanda həmin əlavələr də nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqındakı sonrakı artırmlar da pensiyasının hesablanmasınada nəzərə alınmışdır və pensiyası xx.xx.2021-ci ilədək tam məbləğdə hesablanmışdır. Cavabdeh onun pensiyasını xx.xx.2021-ci ildə azaltmışdır və cavabdehin ona yazdığı xx.xx.2021 -ci il tarixli məktubda bunun əsaslı bir səbəbini göstərə bilməmişdir.İddiaçıya əmək pensiyası təyin edilərkən xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək hərbi xidmətdə olduğu 1 il 11 ay 9 gün müddəti də qulluq illərinə daxil edilməmişdir. Həmin müddət daxil edilərsə ədliyyə orqanlarında qulluq illəri 17 il 5 ay 13 gün təşkil edəcəkdir. İddiaçı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respubikası Qanunun 25.1, 23.2, 23.3, 25.6-cı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.19-cu, 29.2-ci maddələrinə istinad edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazd a qeyd edilmişdir ki, iddiaçıya DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2008- ci ildən sabiq ədliyyə orqanlarının əməkdaşı kimi ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılmış audit araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair xx.xx.2008-ci ildən iddiaçının vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 605 manat, rütbəyə görə əlavəsi 134 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 25 faizi miqdarına əlavəsi 184,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 91,57 manat olmaqla orta aylıq əmək haqqı 1015,32 manat təşkil etmişdir. Bununla əlaqədar, 15 il 6 ay 4 gün qulluq stajına uyqun olaraq orta aylıq əmək haqqının 80 faizi 812,26 manat məbləğində müəyyən edilmişdir. İ ddiaçıya xx.xx.2008-xx.xx.2013-cü illər arasındakı dövr ərzində ümumilikdə 49547,86 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində ümumilikdə 48283,33 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya qeyd olunan dövr ərzində 1264,53 manat əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə xx.xx.2013-cü ildən iddiaçının vaxtılə quluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 845 manat, rütbəyə görə əlavəzi 134 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 25 faizi miqdarına əlavəzi 244,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 127,89 manat olmaqla orta aylıq əmək haqqısı 1351,64 manat təşkil etmişdir. Bununla əlaqədar, 15 il 6 ay 4 gün qulluq stajına uyqun olaraq orta aylıq əmək haqqının 80 faizi 1081,31 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya xx.xx.2013-xx.xx.2018-ci illər arasındakı dövr ərzində bütövlükdə 55146,81 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində ümumilikdə 93990,45 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya qeyd olunan dövr ərzində 38843,64 manat məbləğində artıq pul vəsaiti ödənildiyi aşkar edilmişdir. Əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütanasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin xx.xx.2017-ci ilədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, iddiaçının 15 il 6 ay 4 gün qulluq stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tədbiq olunan cəmi faiz dərəcəsi 51,50 faiz təşkil edir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə xx.xx.2018-ci ildən iddiaçının vaxtılə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 930 manat, rütbəyə görə əlavəsi 134 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 24 faizi miqdarına əlavəsi 266 manat, mükafatlarl a müavinətlərin cəminə görə əlavəsi 140,76 manat olmaqla orta aylıq əmək haqqı 1470,76 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018- ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2018-ci ilədək olan iddiaçının vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1351,64 manat) ilə xx.xx.2018-ci ildən sonrakı əmək orta aylıq əmək haqqı (1470,76 manat) arasındakı fərq məbləğinin (119,12 manat) 51,50 faizi – 63,35 manat iddiaçının xx.xx.2018-ci ilədək olan pensiyasının (1081,31 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1142,66 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu illər arasındakı dövr ərzində iddiaçıya hər ay 1642,95 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaç ıya 9005,22 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə xx.xx.2019-cu ildən iddiaçının vaxtılə quluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1395 manat, rütbəyə görə əlavəsi 134 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 25 faizi miqdarına əlavəsi 382,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 211,14 manat olmaqla orta aylıq əmək haqqı 2122,39 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2019-cu ilədək olan iddiaçının vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1470,76 manat) ilə xx.xx.2019-cu ildən sonrakı əmək orta aylıq əmək haqqı (2122,39 manat) arasındakı fərq məbləğinin (651,63 manat) 51,50 faizi – 335,59 manat iddiaçının xx.xx.2019-cu ilədədk olan pensiyasının (1142,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1472,25 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci illər arasındakı dövr ərzində iddiaçıya hər ay 2146,13 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 10686,08 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Beləliklə iddiaçıya xx.xx.2008xx.xx.2013-cü illər arasındakı dövr ərzində 1264,53 manat əskik, xx.xx.2013- xx.xx.2020-ci illər arasındakı dövr ərzində isə 58534,94 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 57270,41 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5120/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzuniyyətə çıxarkan onlara iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla İddiaçı hesablanmış pensiyasının kəsildiyi tarixdən bərpa olunması, qeyd edilən əla vələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq İddiaçı ödənilməsi öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır..

8. Məhkəmə qeyd etmişdir ki, qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılmasına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasından tutmaların aparılmasını inkar etməmiş, lakin buna əsas verə bilən məhkəmə aktını məhkəməyə təqdim etməmiş, həmin tutmaların qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-337/2022 nömrəli qərarı ilə (sədrlik edən – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və C.A.Yusifov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilm iş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5120/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı qismən - “digər müavinətlərin nəzərə alınması” və “pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşmışdır. Belə ki, iddiaçıya ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsinə baxmayaraq sonuncu dəfə onun pensiyasının məbləği müəyyən edilən zaman “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara ödənilən iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, ədliyyə işçiləri hər il mə zuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı həcmində müavinət və hər il ödənilən aylıq əmək haqqının 3 misli həcmində əlavə vəsait ödənilməsi, habelə müddətli hərbi xidmətdə olduğu müddət də nəzərə alınmamışdır.Eyni zamanda cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 39.1- ci maddəsinin tələblərini pozaraq, iddiaçının razılığı olmadan iddiaçının əmək pensiyasından tutmalar aparmışdır. Bundan başqa iddiaçı tələbində “digər müavinətlər”in nəzərə alınaraq pensiya məbləğinin yenidən hesablanmasını xahiş etsə də, qeyd edilən “digər müavinətlər”in konkret olaraq hansı müavinət və ödənişlərdən ibarət olmasını açıqlamamışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-337/2022 nö mrəli qərarın ləğv edilməsini, iddianın təmin edilən hissəsində qərarın dəyişdirilməsi, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar, işin halları və iddia tələbinə etirazın dəlilləri təşkil edir. Bundan başqa kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2-l(103)-337/2022 nömrəli qərarını qismən ləğv edib, iddianın təmin edilən hissəsində qərarın dəyişdirilməsi, iddiaçının təqdim etdiyi hərbi biletə əsasən əmək pensiyasmn yenidən hesablandığı nəzərə alınaraq Bakı İnzibati məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2-l(112)-5120/2021 nömrəli qərarının "hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyanın yenidən hesablanması" hissəsində iddianın mümkünsüz hesab edilməsi, qalan hissədə isə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraza əsasən iddiaçı kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-337/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterin dən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2 Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyət i orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 16. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun Maddə 23.2. Ədliyyə orqanlarının işçiləri (pensi yaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Maddə 23.3 Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Maddə 25.6 Ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qul luq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası” Bənd 2.2.7. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir;

18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəməl ərinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri s ayır.

24. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxslərin qeydiyyatı idarəsində İ dərəcəli mütəxəssis, normativ-hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin rəis müavini işləmiş, xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sərəncamında olan Azərbaycan ETMEK və KPİ məhkəmə ballistik-trasoloji ekspertizası EP-nin elmi işçisi, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə qədər həmin təşkilatda aparıcı ekspert işləmiş, həmçinin xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur.

25. İddiaçıya ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsinə baxmayaraq sonuncu dəfə onun pensiyasının məbləği müəyyən edilən zaman “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda nəzərdə tutulmuş ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara ödənilən iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, ədliyyə işçiləri hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı həcmində müavinət və hər il ödənilən aylıq əmək haqqının 3 misli həcmində əlavə vəsait ödənilməsi, habelə müddətli hərbi xidmətdə olduğu müddət nəzərə alınmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən iddiaçı ədliyyə qulluqçusu işlədiyi dövrdə müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinət, habelə mükafat almış, həmin məbləğlərdən sığorta haqqı tutulmuş, lakin cavabdeh bu məbləğləri, həmçinin hərbi xidmət dövrünü qanunsuz olaraq pensiya təyini zamanı nəzərə almamışdır.

27. Bundan başqa, cavabdeh inzibati orqan 2008-ci ilin iyul ayında iddiaçıya ədliyyə orqanının əməkdaşı kimi ikinci qrup əlilliyə görə pensiya təyin etmiş, 2013-2018-ci illər ərzində bütövlükdə 55.146,81 manat ödənilməli olduğu halda, 93.990,45 manat ödənildiyini, 38.843,64 manat artıq vəsait ödənildiyini bildirmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq ed ilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayə ti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

29. Cavabdeh inzibati orqan etimadın qorunması prinsipinə əməl etməməklə yanaşı, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərini pozaraq iddiaçının razılığı olmadan əmək pensiyasından tutmalar aparmışdır.

30. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 21(103)-337/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar