Məhkəmə qərarları › İş №2-1(102)-1029/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1029/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1029/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyası təyinatı, yeni açılmış hallarla bağlı ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1952-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(103)-1374/2022 nömrəli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “onun ARM ***** ** nömrəli əmək kitabçasına əsasən 12 yanvar 1972-ci il tarixdən 19 dekabr 1988-ci il tarixədək Ermənistan SSR Zod qızıl mədənində yeraltı betonçu işlədiyi dövrdəki iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq olaraq xüsusilə zərərli iş stajı kimi nəzərə alınmasını, 5 yanvar 2001-ci il tarixdən 1 oktyabr 2004-cü il tarixədək “X2” şirkətində işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığorta stajına daxil edilməsini, 1 yanvar 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Dövlət Statistika Komitəsinin mədənçıxarma sə nayesi üçün müəyyən etdiyi 846 manat nominal orta aylıq əmək haqqı və ya "X2” şirkətində işlədiyi dövr üçün təqdim etdiyi son 2 ilin əmək haqqı əsas götürülməklə təyin olunaraq hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “12 yanvar 1972-ci il tarixdən 19 dekabr 1988-ci il tarixədək Ermənistan SSR Zod qızıl mədənində yeraltı betonçu işlədiyi dövrdəki iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq olaraq xüsusilə zərərli iş stajı kimi nəzərə alınmasını, 1989-cu il 8 yanvar tarixindən 1993-cü il 27 dekabr tarixədək, 1994-cü il 10 dekabr tarixdən 1997-ci il 20 oktyabr tarixədək, 1997-ci il 25 noyabr tarixdən 1998-ci il 16 iyul tarixədək, 1998-ci il 20 noyabr tarixdən 2000-ci ilin 18 dekabr tarixədək, 2001-ci il 5 dekabr tarixdən 2004-cü il 01 oktyabr tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə 1 yanvar 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq təyin olunaraq hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2-1(82)1955/2016 nömrəli qərarı il ə iddia təmin edilmişdir.

4. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2-1(82)-1955/2016 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2016cı il tarixli, 2-1(103)-2433/2016 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərardadından cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır.

7. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məhkəmənin 28 iyul 2016cı il ta rixli, 2-1(82)-1955/2016 nömrəli qərarını cavabdehə göndərərək onun icrası barədə 6 yanvar 2017-ci il tarixədək məhkəməyə məlumat verilməsini xahiş etmişdir.

8. Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə məktub ünvanlayaraq 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsindən daxil olmuş 2 noyabr 2016-cı il tarixli, 2-1(82)1955/2016 nömrəli sorğunun aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə göndərildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 9. 13 mart 2020-ci il və 15 oktyabr 2020-ci il tarixlərində cavabdeh və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizələr verərək, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 21(82)-1955/ 2016 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

10. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, 30 avqust 1952-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən 2015-ci ilin dekabr ayınadək Göy-Göl rayonu, Yeni Zod kəndində qeydiyyatda olmuş, həmin tarixdən hazıradək ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin tələblərinə zidd olaraq onun 17 oktyabr 2016-cı il tarixli ərizəsini qeydiyyatdan keçirməklə şöbənin pensiya üzrə komissiyasının xx.xx.2016-cı il tarixli və nömrəsiz qərarına əsasən Qanunun 9.8-ci maddəsinin şərtlərinə, o cümlədən vaxtı ilə qüvvədə olmuş 1 nömrəli siyahısına istinad etməklə və 2006-cı ilədək əmək kitabçası üzrə hesablanmış 32 il 08 ay əmək stajına və 2002-2004-cü illərin əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, hesablanmış pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 1 oktyabr 2016-cı il tarixdən 1633 manat müəyyən edilmiş və 1 oktyabr 2016-cı il tarixdən ödənişinə başlanılmışdır. Pensiya işinə tikilmiş ARM ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1969-xx.xx.1971-ci il dövr ərzində Zod kolxozunda fəhlə, xx.xx.1972-xx.xx.1988-ci il dövr ərzində Zod qızıl mədənində yeraltı betonçu, xx.xx.1989-xx. xx.1993-cü il dövr ərzində Dnepropetrovsk şin zavodunda çilingər, xx.xx.1994-xx.xx.1997-ci il dövr ərzində Azərbaycan Dövlət Dəmir Yolu Mənzil İstismar Təmir Birliyində çilingər, xx.xx.1997-xx.xx.2000-ci il dövr ərzində “Azərnəqliyyatyoltikinti” ATSC-nin Tikinti hissələri zavodunda çilingər və xx.xx.2001-xx.xx.2004-cü il dövr ərzində “X2 X1 Office” Azərbaycan nümayəndəliyində çilingər və supervayzor işləmişdir. Vətəndaşın 1 nömrəli siyahıya uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi işlədiyi peşələr üzrə xx.xx.1972-xx.xx.1998-ci illərin iş stajının nəzərə alınması ilə baş vermişdir. Bununla belə 2006-cı ildən təyinat aparıldığı ehtimal olunan və əmək kitabçasındakı qeydlərə əsasən pensiya təyinatının aparıldığı 2016-cı il tarixədək heç bir yerdə işləməyən şəxsə 10 il əvvəl güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun hazıradək pensiya təyinatı üçün müvafiq orqanlara müraciət etməməsi vətəndaşın əmək kitabçasına qeyd olunmuş iş stajlarının sonradan yazılaraq saxtalaşdırıldığı şübhəsi yaratmış, həmçinin əmək kitabçasında qeyd olunmuş iş stajlarının və əmək haqqının düzgünlüyünü şöbə tərəfindən yerində ilkin sənədlərlə qarşılıqlı üzləşdirilərək yoxlanılmaması bu işdə maraqlı şəxslərə görə həyata keçirilməmiş, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2002-2004-cü illərin əmək haqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları, 1994-cü il tarixdən 2005-ci il tarixədək əmək kitabçasında qeyd olunmuş idarə və təşkilatlar üzrə sığorta stajı kimi nəzərə alınmış iş dövrü barədə DSMF-nin aidiyyəti qurumları ndan zəruri arayışlar alınmamış, Qanunun 1.0.2-ci, 21.1-ci və 25-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə qərarında qeyd olunun iş stajlarının və əmək haqqının müvafiq təşkilatlar üzrə araşdırılması üçün məhkəmə tərəfindən heç bir tədqiqatın aparılmadığı, həmçinin məhkəmə tərəfindən vətəndaşdan işləmiş olduğu iş yerlərindən heç bir rəsmi məlumatın tələb olunmadığı, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumatın qeyd edilmədiyi məlum olmuşdur. Pensiya təyinatının aparılması barədə vətəndaşın xeyrinə 2016-cı ilin avqust ayından qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda qeyri-müəyyən səbəbdən həmin dövrdə 2016-cı ilin noyabr ayınadək vətəndaş tərəfindən Nazirliyin yerli qurumlarına pensiya təyinatı ilə bağlı müraciət edilməsi ba rədə hər hansı bir sənəd pensiya işində aşkar edilməmişdir. Habelə məhkəmə qərarında müvafiq icraetmənin cavabdehə həvalə edilməsinə baxmayaraq pensiya təyinatı fondun Zəngilan rayon şöbəsi tərəfindən qanunsuz olaraq icra edilmişdir. Pensiya işində vətəndaşın hərbi xidmətdə olması, ali və orta ixtisas təhsil alması barədə sənədlər aşkar edilməmişdir. İddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(82)-1955/2016 nömrəli qərardadı (hakim F.İ.Mə dətli) ilə ərizə mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2-1(82)-1955/2016 nömrəli qərarı rəsmi qaydada həmin mübahisənin cavabdeh tərəfinə 22 avqust 2016-cı il tarixdə təqdim edilmiş, yəni ərizəçi sözügedən məhkəmə qərarı barədə hələ qeyd olunan tarixdən məlumatlı olmuşdur. O cümlədən, ərizəçinin məhkəməyə təqdim etmiş olduğu yeni açılmış hallara dair 15 oktyabr 2020-ci il tarixli ərizəsində də 1 dekabr 2019-cu il tarixədək vətəndaşın plastik kartına aylıq pensiya məbləğinin köçürüldüyü qeyd edilmiş, inzibati orqan artıq həmin tarixdən sözügedən hallarla bağlı məlumatlı olsa da, yeni açılmış hallarla bağlı ərizə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə verilmişdir. Yeni açılmış hallarla bağlı ərizə məhkəməyə 13 mart 2020-ci il tarixdə, yəni 3 il 06 ay vaxt keçdikdən sonra təqdim edilmişdir. Ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı ərizənin verilməsini mümkün edən iki şərtdən biri pozulmuş, prosessual müddət ötürülmüşdür. Ərizəçi isə müddətin ötürülməsi səbəbi ilə bağlı hər hansı üzrlü səbəb və ya dəlil göstərməmişdir.

13. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(103)-1374/2022 nömrəli qərardadı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) ilə ərizəçi Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(82)-1955/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Ərizəçi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında i ddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin İc rası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxa n məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra İddianın i mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, İddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yol verilməz hesab olunmalıdır. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların əri zəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. A pellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya ha lların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

24. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.

25. Ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.

26. Göründüyü kimi, ərizədə mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər han sı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını bildirməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmadığı bildirilmişdir.

27. Ərizəçinin istinad etdiyi – iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materialların Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi, cinayət işinin açılması və istintaqının aparılması ilə bağlı halın da, iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmü mövcud olmadığı halda, yeni açılm ış hal kimi qəbul edilməsi mümkünsüzdür.

28. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2016-cı il tarixdə qəbul etdiyi yekun məhkəmə qərarında qiymət verilmişdir.

29. Həmin qərarın qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan (2 noyabr 2016-cı il) cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (13 mart 2020-ci il) qədər isə 3 ildən çox müddət keçmişdir.

30. İPM-in 103.1-ci maddəsinin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

31. Görü ndüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.

32. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

33. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəməyə məlum olmuşdur.

34. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

35. Cavabdeh mübah isə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.

36. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

38. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 21(103)-1374/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar