Məhkəmə qərarları › İş №2-1(102)-1029/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1029/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1029/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, döyüşlərdə iştirak barədə sübutun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N6N-ci il təvəllüdlü) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2N(N05)-685/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus hərbi biletdə qeyd edilənlərə əsasən, iddiaçı xx.xx.N79xx.xx.N8N-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi biletdə həmçinin iddiaçının xx.xx.N94-xx.xx.N94-cü ildə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etdiyi qeyd olunmuşdur.

2. Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N94-cü il tarixli, 3/900 saylı arayışda iddiaçının xx.xx.N94-cü ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etdiyi qeyd olunmuşdur.

3. İddiaçı cavabdehə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsin i xahiş etmişdir. Müdafiə Nazirliyinin Katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20N4-cü il tarixli məktubda onun hərbi hissənin siyahısına daxil olduğu tarixin atəşkəs dövrünə təsadüf etdiyi üçün “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24 avqust 202N-ci il tarixli, 4/2-39N saylı arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N95-ci il tarixli, 79 nömrəli əmrilə xidmətini davam etdirmək üçün 7-ci MAT-dan N-ci MAT-a keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96cı il tarixli müvafiq əmrinə və N8-ci maddənin "G” bəndinə əsasən baş leytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidm ətdən ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin N8 fevral N96-cı il tarixli, 49 nömrəli əmrilə siyahılardan, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N94-cü il və yanvar-mart N95-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 9 mart 2022-ci il tarixli iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı Müdafiə Nazirinin N0 may N94-cü il tarixli əmri ilə N saylı hərbi hissənin avtomobil xidmətinə tağım komandiri təyin edilmişdir. Həmin dövrdə N saylı hərbi hissə Ağdam rayonunun Mirəşelli kəndində dislokasiya olunmuşdur. N saylı hərbi hissənin komandiri, polkovnik-leytinant Eminovun şifahi sərəncamı ilə xx.xx.N94-cü ildə Sabunçu Hərbi Batalyonuna göndərilmiş və batalyonun qərargah rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. N0 may N94-cü ildə Sabunçu Hərbi hissəsində hərbi xidmətə başlasa da, bu barədə əmr 8 gün sonra, yəni xx.xx.N94-cü ildə verilmişdir. Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N94-cü il tarixli, 3/900 saylı arayışda da qeyd edilmişdir ki, iddiaçı (İddiaçı) xx.xx.N94-cü ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Həmçinin onun hərbi biletində qeyd olunmuşdur ki, xx.xx.N94xx. xx.N94-cü ildə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı "Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi xahişi ilə Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.202N-ci il tarixli, 4/2-39N saylı Arxiv arayışı ilə onun xahişini rədd etmişdir. Məktubda imtinaya səbəb kimi, "703 saylı hərbi hissə komandirinin yanvar-dekabr N94-cü il və yanvar-mart N95-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmaması göstərilmişdir”. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçı xx.xx.N94-cü ildə N saylı hərbi hissədə hərbi xidmətə çağrılmış və xx.xx.N96-cı ilə qədər AR-nın Silahlı Qüvvələrində baş leytenant rütbəsi ilə xərbi xidmətdə olmuşdur. AR Nazirlər Kabinetinin xx.xx.N95-ci il tairxli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N -ci bəndinə görə, müharibə veteranı adı N9N-ci ilin oktyabrın 9-dan N94-cü ilin mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, ezam olunmuş hərbi qulluqçulara... müvafiq icra hakimiyyəti orqanlarının vermiş olduğu arxiv arayışı, şəxsi işlər, hərbi biletlər, orden və medallar, vəsiqələr, xəsarətlər və s... əsasında verilir”. Azərbaycan Respublikası İMP-nin 33-cü maddasinə görə "Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb ed ə bilər”. AR İMP-nin 73-cü maddəsinə görə "İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən, iddiaçının xidməti atəşkəsdən sonrakı dövrdə olduğundan və iddiaçı xəsarət alması barədə sənəd təqdim etmədiyindən ona "Müharibə veteranı” adının verilmə sindən imtina olunmuşdur. İddiaçı 20N4-cü il tarixli imtina məktubunu 2022-ci il tarixdə mübahisələndirməklə iddia müddətini də ötürmüşdür.

8. Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-N(NN8)N337/2022 nömrəli (hakim İ.R.Quliyev) qərarı ilə iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının şəxsi işindən onun xidmətə qəbul olunduğu barədə əmrin faktiki olaraq xx.xx.N94-cü il tarixdə verildiyi müəyyən edilmişdir. Beləliklə dfə, iddiaçının hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N94-cü il tarixdən sonraya) təsadüf edir və iddiaçının müharibə veteranı adı verilməsinə əsas ola biləcək sənədləri mövcud deyil. İddiaçının döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə dö yüş əməliyyatlarında iştirak edərək həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmur.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-N(N05)-685/2022 nömrəli qərarı ilə (hakimlər: Z.T.Məmmədov - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-N(NN8)N337/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mö vqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə, işin hallarına və apellasiya şikayətinə uyğun tərtib edilmiş və qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında'’ Əsasnamənin N-ci hissəsinin N-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) 8-ci yarımbənd: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralı n N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində iştirak etmiş şəxslərə verilir. İddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin əmrinə əsasən N0 may N94-cü il tarixində döyüş bölgəsində olmuşdur. kassasiya şikayətinə dair etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Veteranlar haqqında” Qanun Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştir akçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 20N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi v ahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94 -cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya b uraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azə rbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

18. İnzibati Prosessual Məcəllə Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Ş ikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb olunduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pr edmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununu təkrarlayan hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəl i gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan şərtlərin iddiaçıya münasibətdə mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıl arı qeyd etməyi zəruri sayır.

27. Bu Qərarın N6-N7-ci bəndlərində istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orq anlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

28. Hazırki mübahisəyə münasibətdə müharibə veteranı adının verilməsi üçün zəruri olan və bu qərarın N6-N7-ci bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Həmin normalar baxımından cavabdehin iddiaçı qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıması üçün, iddiaçı, hər bir halda, həmin şərtlərə cavab verməlidir.

29. Bu mənada iddiaçı öz tələbinin əsası kimi Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N94-cü il tarixli, 3/900 saylı arayışda onun “xx.xx.N94-cü il tarixdə er məni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsinin” qeyd olunduğuna istinad etsə də, mübahisəyə dair işin məhkəmlər tərəfindən müəyyən olunmuş hallarından, eləcə də iş üzrə materiallardan iddiaçının xx.xx.N94-cü il tarixdən hərbi xidmətə qəbul edildiyi görünür. Odur ki, iddiaçının hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N94-cü il tarixdən sonraya) təsadüf edir. Bunun əksini təsdiq edən müvafiq sənədlər iş üzrə materiallarda mövcud deyildir və iddiaçı da bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

30. Nəzərə alınmalıdır ki, atəşkəs dövründə hərbi xidmətdə olmuş şəxslərə müharibə veteranı adının verilməsi üçün bu qərarın N7-ci bəndində istinad olunan normada əlavə şərt nəzərdə tutulmuşdur. İstinad olunan həmin normaya görə, atəşkəs dövründə müharibə veteranı adı N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan şəxslərə verilir.

31. Başqa sözlə, müharibə veteranı adının verilməsi üçün iddiaçının atəşkəs dövründə döyüş zonasında hərbi xidmət keçməsi, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olması və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi yetərli deyil, iddiaçının bu zaman həm də onun həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması tələb olunur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət (y aralanma, travma, kontuziya) alması faktı iş üzrə materiallarla təsdiq olunmur.

32. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda vəzifə qoyula bilməz.

33. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə dair iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti t əmin olunmamalı, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2N(N05)-685/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar