Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1029/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prezident təqaüdündən tutulan vəsaitin qaytarılması və həmin təqaüddən tutma aparılmasının qadağan edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “prezident təqaüdündən tutulan 3890 manat pul məbləğinin qaytarılması və bundan sonra təqaüddən tutma aparılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(107)-505/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 1 il müddətinə, xx.xx.1994-cü il tarixdə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar təkrar müddətsiz ikinci qrup əlillik təyin edilmişdir.
2. İddiaçı xx.xx.2014-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında müayinə edilərə k, həmin tarixdən ona “toksiki ensefalopatiya toksiki polineyropatiya aşağı süst paraparezlə” diaqnozu, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi “Çernobl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifəsini yerinə yetirərkən” kimi qeyd olunmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 653 nömrəli qərarından görünür ki, Qəbələ RHK tərəfindən 1985-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.1991-ci ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğ vi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: “Kəskin ifadə olunmuş toksiki ensefalopatiya. Asteno-nevrotik vəziyyət” “Xəstəlikdir, Çernobıl AES də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır”.
4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrin yerinə yetirməklə əlaqədar təqaüd üçün əsas olmadığından artıq ödəmə yaranmış və iddiaçının təqaüdündən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 30 manat (2019 cu ilin iyuİ və sentyabr ayı istisna olmaqla) olmaqla, 2700 manat və xx.xx.2022-ci il tarixdən hal-hazıradək hər ay 70 manat olmaqla 1190 manat, cəmi 3890 manat vəsait tutularaq bərpa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTL ARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona verilən prezident təqaüdündən tutulan 3890 manat pul məbləğinin qaytarılması və bundan sonra təqaüdündən tutulmaların aparılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, nazirliyin Əlillik altsisteminin məlumat bazasında iddiaçıya 03 yanvar 1992-ci il - 03 yanvar 1993-cü il aralığında və 18 yanvar 1994-cü il tarixdən müddətsiz olaraq Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ dərəcə (orqanizmi n funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik, həmçinin, 03 mart 2014-cü il tarixindən isə müddətsiz olaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik qeyd edildiyi məlum olmuşdur. İddiaçıya xx.xx.2014-cü il tarixdən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əmək pensiyası təyin edilmişdir və hal-hazırda da ödənilir. İddiaçıya xx.xx.2008-ci il tarixdən İİ qrup müharibə əlillərinə Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar təqaüd ödənilir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Əlillik alt Sistemində xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1994cü il tarixdən müddətsiz Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2 014-cü il tarixdən müddətsiz olaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlillik təyin edildiyindən və Çernobıl AES-də hərbi xidmət vəzifələrin yerinə yetirməklə əlaqədar təqaüd üçün əsas olmadığından artıq ödəmə yaranmışdır. İddiaçının təqaüdündən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 30 manat (2019-cu ilin iyuİ və sentyabr ayı istisna olmaqla) olmaqla 2700 manat və xx.xx.2022-ci il tarixdən hal-hazıradək hər ay 70 manat olmaqla 1190 manat, cəmi 3890 manat vəsait tutularaq bərpa edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq borc məbləği 220 manat təşkil edir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 19 iyun 2023-cü il tarixli, 21(116)-1351/2023 nömrəli qərar ı ilə cavabdehin üzərinə iddiaçıya verilən Prezident təqaüdündən tutulan 3890 manat pul məbləğinin qaytarılması və bundan sonra ona ödənilən Prezident təqaüddən həmin məbləğlə bağlı tutulmaların aparılmaması öhdəliyi qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edildiyi kimi, iddiaçıya xx.xx.1994-cü il tarixdə İİ dərəcə müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 653 nömrəli qərarı ilə müəyyən olunur ki, iddiaçıya qoyulmuş diaqnoz Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır. Buna görə iddia çıya İİ qrup müharibə əlillərinə görə Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar təqaüd ödənilmişdir. Bununla belə, iddiaçıya müvafiq ödənişlərin edildiyi zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq vəsaitin tə yin edilməsi və ödənilməsi onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı ona ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayıla bilərdi.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və G.İ.Cavadova) 23 noyabr 2023-cü il tarixli, 21(107)-505/2023 nömrəli qərarı i lə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2-1(116)-1351/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaya qarşı etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Cavabdeh kassasiya şikayətində həmçinin, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuld uğunu, işin hallarının hərtərəfli araşdırılıb hüquqi qiymət verilmədiyini qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Apellyasiya instansiya məhkəməsi istinad e tdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.1992-ci il tarixdən 1 il müddətinə, xx.xx.1994-cü il tarixdən müddətsiz olaraq “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” ikinci qrup əlillik təyin edilsə də, daha sonra xx.xx.2014-cü il tarixdə müayinə edilərək, həmin tarixdən “toksiki ensefalopat iya toksiki polineyropatiya aşağı süst paraparezlə” diaqnozu əsasında, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
24. Cavabdeh inzibati orqan Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyin Çernobıl AES-də hərbi xidmət vəzifələrin yerinə yetirməklə əlaqədar təqaüd üçün əsas olmadığını əsas gətirməklə, iddiaçının təqaüdündən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 30 manat (2019-cu ilin iyuİ və sentyabr ayı istisna olmaqla) olmaqla 2700 manat və xx.xx.2022-ci il tarixdən hal-hazıradək hər ay 70 manat olmaqla 1190 manat, cəmi 3890 manat pul tutmuşdur.
25. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 653 nömrəli qərarından görünür ki, Qəbələ RHK tərəfindən 1985-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.1991-ci ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: “Kəskin ifadə olunmuş toksiki ensefalopatiya. Asteno-nevrotik vəziyyət” “Xəstəlikdir, Çernobıl AES də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”.
26. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı cavabdeh Dövlət-Tibbi Sosial Ekspertiza və Reabil itasiya Agentliyinə qarşı “əlilliyinin səbəbinin sistemin “Əlilliyin səbəbi” səhifəsində 18 saylı TSEKin arayışında (SER TSE-01 № 332169, 03.03 2014-cü il tarixli) göstərildiyi kimi ("Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar") yazılması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 03 oktyabr 2023-cü il tarixli 2-1(116)-2115/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin cavabdehin elektron sistemində “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi dəyişdirilərək, "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır.
27. Göründüyü kimi, iddiaçıya məhz Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar təqaüd ödənilməli idi ki, belə olan halda da ona ödənilən təqaüddə heç bir artıq ödəmə yaranmadığından, cavabdeh inzibati orqan qanunsuz olaraq həmin təqaüdündən tutmalar aparmışdır. Qeyd olunan səbəblərdən aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsa sən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 21(107)-505/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.