Məhkəmə qərarları › İş №2-1(102)-103/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-103/2020

09.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-103/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: təyyarədə bort bələdçisinə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh şöbənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı təyyarədə bort bələdçisinə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şöbənin imtina məktubunun əsassız hesab olunması və 01.01ö2006-cı ilə kimi qüvvədə olmuş “Vətə ndaşların pensiya təminaıt haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “d” bəndinə müvafiq xx.xx.1997-ci il tarixə kimi 28 il 09 ay ümumi və 27 il 04 ay güzəştli iş stajı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9, 9.3 və 9.8-ci maddələrinə əsasən iddiaçının hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək, yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdeh şöbənin üzərinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim.Z.Tağıyev; iş No 2-1(82)-1982/2019) iddianın təmin edilməsi; iddiaçıya xx xxxxxxx 2016-cı ildən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək birdəfəlik öd ənilməsindən imtina edilməsi haqqında xx xxxxxx 2019-cu il **********6 saylı məktubun əsassız hesab olunması; iddiaçının xx xxxxxx 2006-cı ilə kimi qüvvədə olmuş, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə müvafiq xx xxxxxx 1997-ci ilə kimi 28 il 09 ay ümumi və 27 il 04 ay güzəştli iş stajı ilə,”Əmək pensiyası haqqında” Qanunun 9, 9.3 və 9.8-ci maddələrinə əsasən, hüququ yarandığı xx xxxxxxx 2016-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)1911/2019) ca vabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh şöbənin vəkili X.Hümmətzadə kassasiya şikayətini n dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı xx.xx.1966-cı il təvəllüddür. İşin materiallarında olan İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən, iddiaçı xx xxxx 1984-cü il tarixində, 172k saylı əmrlə 61 saylı uşaq baxçasına tətbiyəçi yerinə qəbul edilmiş və xx xxxxxxxx 1984-cü il tarixində, 225k saylı əmrlə işdən azad edilmiş; xx xxxxxxxx 1984-cü il tarixində, 229k saylı əmrlə Serebrovski adına Neftqazemalı İdarəsinin 61 saylı uşaq baxçasına tərbiyəçi vəzifəsinə qəbul edilmiş və xx xxxxxx 1986-cı il tarixində, 69k saylı əmrlə işdən azad edilmiş; xx xxxxxx 1986-cı il tarixində, 10 saylı əmrlə təyyarə bələdçisi peşəsinə qəbul edilmiş, və xx xxxx 1986-cı il tarixində, 60 saylı əmrlə 3-cü dərəcəli təyyarə bələdçisi yerinə təyin edilmiş; xx xxxxxx 1991-ci il tarixində, 6 saylı əmrlə Bakı Aeroportunun yenidən qurulması ilə əlaqədar olaraq Bakı Avianəqliyyat Şirkətinin həmin yerə təyin edilmiş; xx xxx 1992-ci il tarixində, 51 saylı əmrlə “xxxx” Şirkətinin yenidən qurulması ilə əlaqədar olaraq Bakı Avi auçuş Nəqliyyatı “xxxx” Şirkətinin adı dəyişdirilmişdir və iddiaçı xx xxxx 1997-ci il tarixində,12 saylı əmrlə “xxxx” Şirkətinin təyyarə bələdçisi vəzifəsinə təyin edilmiş; xx xxxxxx 2005-ci il tarixində, 2\ş saylı əmrlə sərnişinlərə xidmət şöbəsinə 5-ci dərəcə ilə təyyarə bələdçisi vəzifəsinə təyin edilmiş; xx xxxxx 2007-ci il tarixdə 6-cı ödəniş dərəcəsi vəzifəsinə keçirilmişdir. İşin materiallarında olan, “xxxx” ASC-nin 2044 saylı, xx.xx.2018-ci il tarixli arayışına əsasən təyyarə bələdçisi vəzifəsində işləmiş iddiaçının uçuş xidməti cəmi 52 (əlli iki) il 3 (üç) ay təşkil edir. İddiaçıya xx.xx.2019-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmşdir. Lakin O, hesab etmişdir ki, onun həmin növ pensiyası 50 yaşı tamam olduğu xx.xx.2016-cı ildən hesablanmaılıdır, bu məqsədlə iddiaçı müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişlə onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Araşdırılan qəraran göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə iddaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququ xx xxxxxxx 2016-cı il tarixdən yarandığından, onun təyin edilmiş pensiyası həmin tarixdən yenidən hesablanmalı və yaranmış fərq məbləği ona birdəfəlik ödənilməlidir. Bu səbəbədən cavabdeh inzibati orqanı tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuş, iddia tələbi isə əsaslı və qanuni olduğund an, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfinən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə uyğun olaraq qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyaı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı qərarının 21.3-cü maddəsinə əsasən iddiaçının işlədiyi peşə hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi peşələrinə uyğun gəlir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d bəndinə əsasən hava gəmilərində bələdçi işləyən şəxslər: qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa üzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensi yası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apel lyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar