Məhkəmə qərarları › İş №2-1(102)-103/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-103/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-103/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Dünyamin Novruzovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İda rəsinə qarşı əmək pensiyasının yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)965/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı xx.xx.1954-cü il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur.

2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixədək Daxili İşlər və Ədliyyə polis orqanlarında (Penitensiar xidmətdə) qulluq keçmiş, xx.xx.2001ci il tarixdə struktur dəyişikliyi nəticəsində güzəştli şərtlərlə 32 il xidmət illərinə görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra Ədliyyə Nazirliyinin müxtəlif qurumlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ədliyyə işçisi kimi 17 il 11 ay 20 gün xidmət etmiş, xx.xx.2019-cu il tarixdə qulluqda olmanın son yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3603/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X1 ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinə, “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 9.6, 9.7 və 6.3-cı maddələrinə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 1.1, 20.3 və 23.10-ci maddələrinə əsaslanaraq iddiaçıya ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalı olduğuna dair nəticəyə gəlmişdir.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-965/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 9.7, 26.3-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 499 saylı 2006-cı il 22 dekabr tarixli Fərmanının 2.4-cü maddəsinə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 1.1, 3.1, 20.3, 33.1, 33.2 və 33.4-cü maddələrinə əsaslanaraq iddiaçının ədliyyə orqanının xüsusi rütbəsi üzrə təqaüdə çıxmış pensiyaçı olmasını, Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarının iddiaçıya şamil edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı 2001-ci ildə pensiyaya çıxsa da, ədliyyə orqanlarında xüsusi rütbəli şəxs olaraq qulluğunu davam etdirdiyi üçün onun 2001-ci ildə təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən (işdən azad olunduğu vaxtdan) yenidən hesablanmasını tələb etmək hüququ olduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:

10. Cavabdehin kasasi ya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əslində sonuncu təminat xərcliyi üzrə pensiyasının yenidən hesablanmasını tələb edir. Əks halda, ədliyyə orqanlarındakı 49 il 11 ay 20 gün qulluq illərinin diqqətə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməzdi. Aydındır ki, iddiaçı, təkcə qulluq stajının müddətinin artmasının deyil, (açıq şəkildə qeyd etməməsinə baxmayaraq) aldığı və təminat xərcliyinə daxil olan təminatların da diqqətə alınmalı olmasından çıxış edir. Bu cür tələbin təmin edilməsi halında, bir tərəfdən, iddiaçının xidmət illərinin sayı artdığı üçün təminat xərcliyinin 86 faizi deyil, 100 faizi həcmində pensiyanın təyin edilməsi, digər tərəfdən, iddiaçının sonuncu təminat xərcliyinin diqqətə alınması gündəmə gələcəkdir. Bütün bunlar, iddiaçının əslində sonuncu təminat xərcliyi əsasında pensiyasının yenidən hesablanmasını istədiyini deməyə imkan verir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 21(103)-965/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Novruzov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx. 2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

13. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 09 sentyabr xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasi ya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası mə hkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

16. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının xx xxxxxx 2019-cu il tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi iddianın qanuni və əsaslı olduğunu hesab edərək iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərarında yuxarıda göstərilmiş maddi hüquq normalarına istinadən öz hüquqi mövqeyini əsaslandırmışdır ki, «iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluqda olmaqla 2001-ci ildə təqaüdə çıxmış, xx xxxxxx 2001-ci ildən xx xxxxxx 2019-cu ilə qədər Ədliyyə Nazirliyi orqanlarında müxtəlif vəzifələrdə – məhkəmə nəzarətçisi, məhkəmə icraçısı və böyük icra məmuru vəzifələrində qulluq etmiş, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ona Nazirlər Kabinetinin 123 saylı xx xxx 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş müddəalar şamil edilmiş, bundan sonra iddiaçı qulluq etdiyi illərin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını tələb etmiş, lakin cavabdeh tərəf iddiaçının yenə də Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçu olmasına, y əni ədliyyə orqanının işçisi olmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir.

18. Apelyasiya baxışı zamanı iddiaçının pensiya işi tələb olunmuş və həmin pensiya işi nəzərdən keçirilərkən müəyyən olunmuşdu ki, iddiaçı 2001-ci ildən qulluq illərinə görə təqaüdə çıxıb, xx xxxxxx 2001-ci ildən xx xxxxxx 2019-cu ilə qədər Ədliyyə Nazirliyi orqanlarında qulluğunu davam etdirsə də və ona qanuni qüvvəsini almış xx xxxxxx 2013-cü il tarixli məhkəmə qərarına əsasən Nazirlər Kabinetinin 123 saylı xx xxx 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş müddəalar şamil edilsə də, xx xxxxxx 2019-cu il tarixdə qulluqda olmanın son yaş həddinə çatma ilə bağlı tutduğu vəzifədən azad edildikdən sonra onun pensiyası yenidən hesablanmamışdır. Bu halları təkzib edə biləcək hər hansı sübut ca vabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

19. Məhkəmə kollegiyası hazırkı işdə iddiaçının ədliyyə orqanının xüsusi rütbəsi üzrə təqaüdə çıxmış pensiyaçı olmasını, Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarının iddiaçıya şamil edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı 2001-ci ildə pensiyaya çıxsa da, ədliyyə orqanlarında xüsusi rütbəli şəxs olaraq qulluğunu davam etdirdiyi üçün onun 2001ci ildə təyin edilmiş pensiyasının xx xxxxxx 2019-cu il tarixdən (işdən azad olunduğu vaxtdan) yenidən hesablanmasını tələb etmək hüququ vardır və buna görə də birinci instansiya məhkəməsi onun bu barədə iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir».

20. Bununla əlaqədar olaraq məhkəmə kollegiya sı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmişdir.

21. Belə ki, işin təkzibolunmaz faktı ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində işləməklə 2001-ci ildən qulluq illərinə görə təqaüdə çıxmış, yəni, iddiaçı 1981–2001-ci illər ərzində Pentensiar Xidmətində qulluq etmişdir.

22. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində 3 kateqoriyalı işçilərin olması mövcuddur, yəni, sözügedən Xidmətdə xüsusi rütbəsi olan əməkdaşlar, mülki işçilər (dövlət qulluqçuları) və hərbi qulluqçular vardır.

23. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının Ədliyyə Nazirli yinin Pentensiar Xidmətində 2001-ci ilə qədər, yəni, pensiyaya çıxmazdan əvvəl həmin Xidmətdə hansı vəzifələrdə işləməsi, yəni, Xidmətin hansı kateqoriyadan olan işçi olması araşdırılmamışdır, halbuki adıçəkilən məsələ iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsində həlledici xarakter daşıyır.

24. Belə ki, iddiaçının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində hansı kateqoriyalı işçi olması mütləq qaydada müəyyən edildikdən sonra, onun xx xxxxxx 2001ci ildən xx xxxxxx 2019-cu ilə qədər ədliyyə orqanlarında çalışdığı müddətin qulluq illərinə görə əmək pensiyasının yenidən hesablanmasının zəruri olub-olmaması konkret şəkildə bəlli olacaqdır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

27. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 09 sentyabr xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə yeni sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-965/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar