Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-103/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmas ı barədə” xx.xx.2021-ci il tarixli, **********535400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********967800 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)359/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********535400 nömrəli qərarı ilə İddiaçı MMC-yə 2019-cu ilin dekabr ayı üzrə 40359,95 manat əlavə dəyər vergisi hesablanmışdır.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il ta rixli **********967800 nömrəli qərarı ilə İddiaçı MMC-yə 2019-cu il üzrə 14769,77 manat mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, “ “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********535400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********967800 nömrəli qərarların ləğv olunmasını xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarlarla hesablanmış əlavə vergilər qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə zidd ƏDV hesablanmış, eyni zamanda iddiaçı k assa metodundan istifadə etdiyi halda, mənfəət vergisi hesablama metoduna uyğun hesablanmışdır.
5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Azkaustik" MMC-yə (VÖEN: **********) 2019-cu il dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 40359,95 manat vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2019-cu təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 296486,05 manat məbləğ göstərilməsinə baxmayaraq, (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200-cü (Malların işlərin, xidmətlərin tə qdim edilməsindən gəlir) sətri üzrə 520708,00 manat əks etdirilmiş, nəticədə də 224221,95 manat məbləğində fərq müəyyən edilmişdir. xx.xx.2021ci il tarixli, **********457200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək, 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması tələb edilmiş, lakin həmin müddət ərzində iddiaçı tərəfindən cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (sədrlik edən: hakim L.E.Mirzəyeva) 2-1(118)99/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********535400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********967800 nömrəli qərarları ləğv edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən 2019-cu il ərzində ümumilikdə 520708,0 manat dəyərində malların təqdim edilməsi işin mübahisəsiz hallarındandır. İşin mübahisəli halı həmin satış dövriyyəsinin təqdim edilmiş Mənfəət vergisi və ƏDV bəyannamələrində düzgün şəkildə əks etdirilib-etdirilməməsi ilə bağlı olmuşdur. İş materiallarına əlavə edilmiş “X1 Azərbaycan” QSC tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 26 0104,00 manat dəyərində malların dəyəri sonuncu tərəfindən xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə avans şəklində ödənilmişdir. Bu isə o deməkdir ki, həmin ödəniş 2019-cu ilin deyil, 2018-ci ilin ƏDV dövriyyəsinin tərkib hissəsini təşkil edə bilərdi. Başqa sözlə, iddiaçı haqlı olaraq təqdim edilmiş 520708,00 manat məbləğində malların 260104,00 manat hissəsini 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində, qalan 260604,00 manat hissəsini isə 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirmiş, lakin vergi orqanı 520708,00 manat dəyərində satış dövriyyəsini ümumilikdə 2019-cu ilin vergiyə cəlb edilən dövriyyəsi kimi qiymətləndirərək vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Bundan əlavə, "xxxx" MMC 2019-cu il üzrə kassa metodu ilə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində ümumi gəlir olaraq bank hesabına il ərzində mədaxil edilmiş məbləğləri (198923,45 manat) göstərdiyi halda, vergi orqanı əsassız olaraq iddiaçının ümumi gəlirini elektron qaimə-fakturalar əsasında təqdim edilmiş malların dəyəri həcmində (520708,00 manat) qəbul etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 2-1(105)359/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı 2019-cu ildə ilkin olaraq bəyannamələrini (mənfəət vergisi üzrə) hesablama metodu ilə vermiş, daha sonra kassa metodunu tətbiq etməklə sonuncu dəqiqləşmiş bəyannaməni təqdim etmişdir. Bu isə Vergi Məcəlləsinin 130.4-cü maddəsinin tələblərinə ziddir. Həmçinin, təqdim edilmiş malların dəyəri ilkin olaraq avans şəklində ödənildiyi üçün (2018-ci ilin dek abrında), ödəmənin tam həyata keçirilməsi 2019-cu ilə təsadüf edir. Odur ki, ƏDV üzrə əməliyyatın vaxtı elektron vergi hesab fakturasının vaxtı ilə müəyyən ediləcəkdir ki, bu da xx.xx.2019-cu ildir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Vergi Məcəlləsi (xx.xx.2020-ci ilədək qüvvədə olan redkasiyası): Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2ci maddələrində göstərilən müddətlərdən son rakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda. Maddə 166.2. Ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ö dəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Maddə 166.3. Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Maddə 166.4. Bu Məcəllənin 159.3-cü və 159.5-ci maddələri tətbiq edildikdə, vergi tutulan əməliyyatın aparılması vaxtı mallardan, işlərdən və ya xidmətlərdən istifadə edilməsinə, yaxud onların istehlakına başl andığı vaxt sayılır. Bu Məcəllənin 159.4-cü maddəsində göstərilən hallarda vergi tutulan əməliyyatın aparılması vaxtı işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt sayılır. Bu Məcəllənin 159.6cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmalar ın müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Maddə 130.4. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Maddə 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. A pellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəli llərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş və iş üzrə düzgün nəticəyə gəlinmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və məhkəmənin iş üzrə mövqeyi ilə razılaşmaq mümkündür.
21. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd edir.
22. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 260104,00 manat dəyərində malların dəyəri sonuncu tərəfindən xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə avans şəklində ödənilmişdir (“X1 Azərbaycan” QS C tərəfindən verilmiş bank hesabından çıxarışa əsasən).
23. Kassatorun bununla bağlı dəlili odur ki, təqdim edilmiş malların dəyəri ilkin olaraq avans şəklində ödənildiyi üçün (2018-ci ilin dekabrında), ödəmənin tam həyata keçirilməsi 2019-cu ilə təsadüf edir. Odur ki, ƏDV üzrə əməliyyatın vaxtı elektron vergi hesab fakturasının vaxtı ilə müəyyən ediləcəkdir ki, bu da xx.xx.2019-cu il tarixidir.
24. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.
25. Vergi orqanı maddənin məzmununu iddiaçının ziyanına dar mə nada şərh edərək “avans”ın həmin maddədəki “ödəmə” anlayışı ilə əhatə edilmədiyi qənaətindədir.
26. Bununla bağlı qeyd edilməlidir ki, “avans”ın “ödəmə” anlayışı ilə əhatə edilməməsini istisna edən hər hansı norma vergi qanunvericiliyində yoxdur. Digər tərəfdən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (Vergi Məcəlləsinin 3.11-ci maddəsi).
27. Bundan əlavə, iddiaçı 2018-ci ilin dekabr ayının dəqiqləşmiş bəyannaməsində qeyd edilən məbləği göstərmiş və bəyan etmişdir (mübahisələndirilən qərarın qəbulundan sonra). Eyni zamanda, cavabdeh həmin məbləğin 2019-cu ilin aprel ayında bəyan edilməli olması qənaətindən çıxış edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx. xx.2021-ci il tarixli **********535400 nömrəli qərar ilə İddiaçı MMC-yə 2019-cu ilin dekabr ayı üzrə 40359,95 manat əlavə dəyər vergisi hesablamışdır. Bununla belə, 2018-ci ilin göstəricilərində hər hansı dəyişiklik etməmiş, nəticədə iddiaçının həm 2018-ci ilin dekabr ayı üçün (öz bəyannaməsi əsasında), həm də 2019-cu ilin aprel ayı üçün (vergi orqanı tərəfindən qəbul edilmiş qərar əsasında) eyni əməliyyat üzrə vergi öhdəliyi yaranmış, nəticədə eyni əməliyyat iki dəfə vergiyə cəlb edilmişdir.
28. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (“İnzibati icraat haqqında” Qanunu n 24.1 və 24.2-ci maddələri).
29. Beləliklə, inzibati orqan tərəfindən iddiaçının üzərinə əsassız olaraq vergi öhdəliyi qoyulmuş, iddiaçının eyni əməliyyat üzrə vergiləri bəyan etməsi faktı nəzərə alınmamışdır. Göründüyü kimi, iddiaçı özü ƏDV-ni bəyan etmişdir və onun büdcədən vergiləri yayındırma niyyəti hazırkı iş üzrə müəyyən olunmur.
30. Hesablanmış mənfəət vergisi ilə bağlı isə qeyd edilməlidir ki, vergi orqanı Vergi Məcəlləsinin 130.4-cü maddəsini (Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər) belə şərh etmişdir ki, iddiaçı il ərzində vergi uçot metodunu dəyişdirə bilməz.
31. Halbuki, həmin maddədə iddiaçının vergi uçot metodunun dəyişdirilə bilməməsi deyil, il ərzində fərqli metodlardan istifadə imkanı istisna edilmişdir.
32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli qiymət verildiyindən və hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-359/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.