Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-103/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)434/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarından çıxarışdan görünür ki, iddiaçıya Həmkarlar küçəsində yerləşən 99 saylı evin qarşısında qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı Bakı şəhəri, Xətai rayonunda ona qaraj tikmək üçün ayrılmış 34,7 kv.metr torpaq sahəsində tikdiyi və 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etdiyi qarajın adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qarajın qeyriyaşayış binası kimi sənədləşdirilmə sinə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir.
4. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı cavabdehə müraciət edərək, ona məxsus qaraja dair texniki pasportun verilməsini xahiş etmiş, lakin onun bu tələbinin təmin olunması istiqamətində cavabdeh tərəfindən hər hansı hərəkət edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 99 saylı binanın yaxınlığında yerləşən qaraja dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində qaraj tikmək üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq texniki sənədlərin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda bildirilmişdir ki, qarajın qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinə dair adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci madəsinə uyğun sənədlər təqdim edilməmişdir. Onun torpaq sahəsinə dair hüquqm üəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Çünki 1991-ci ildə iddiaçı Xətai rayon XDS İcraiyyə Komitəsinin ona qaraj tikmək üçün torpaq sahəsi ayrılması barədə qərarını alan kimi qarajı tikib və 30 ildir ki, qaraj onun mübahisəsiz sahibliyində və istifadəsindədir.
7. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xətai rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş sərəncamlar və ona əlavə edilmiş sənədlər təhvil-təslim aktına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə araşdırma aparılmış və qeyd edilən ünvanda iddiaçının adına qarajın mövcud olmadığı öz təsdiqini tapmışdır.
9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən bildirilmişdir ki, keçmiş Xətai rayon XDS İK-nın (indiki Xətai RİH) arxiv fondu üzrə 1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı Dövlət Arxivinin Bakı filialında xx.xx.1991-ci il tarixli deyil, xx.xx.1991-ci il tarixli olmaqla həmin qərarda iddiaçıya qaraj qurulmasına icazə verilməsi barədə heç bir məlumat yoxdur.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 22 iyul 2022-ci il tarixli, 2-1(112)-2437/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi daşınmaz əmlaka (qaraja) münasibətdə icra hakimiyyətinin etibarlı qərarının və lazımi qaydada təsdiq edilmiş plan-cizginin mövcud olmadığına (iddiaçı tərəfindən təqdim edilən cizgi kserosurət olduğundan) və iddiaçının qeyd edilən qaraja dair texniki pasportun tərtib edilməsinə dair “qanuni gözləntisi”nin olmadığına istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 10 iyul 2023-cü il tarixli, 2-1(103)-434/2023 nömrəli qərarı ilə iddiaçının ap ellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 99 saylı binanın yaxınlığında yerləşən və 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etdiyi qaraja dair texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçının texpasport tərtib edillməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin (qarajın) daşınmaz əmlak olduğu işin mübahisəsiz halıdır. Qeyd olunmalıdır ki, həmin qarajı iddiaçı Xətai rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı əsasında tikmiş və ondan 30 ildən artıqdır ki, etirazsız olaraq istifadə edir. Bu səbəbdən iddiaçı həmin qaraja dair texniki pasportun ve rilməsini tələb edir. Cavabdeh orqan isə həmin sənədin verilməsindən məhkəmə icraatı dövründə hərəkətsizlik etməklə imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin apellyasiya baxışı zamanı Xətai rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialından məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda Xətai rayon XDS İK-nın 1991-ci il tarixli, 5/5,19 nömrəli bir sıra qərarları göndərilmişdir ki, həmin qərarların da xx.xx.1991-ci il tarixli deyil, xx.xx.1991-ci il tarixli oldu ğu qeyd edilmiş və həmin qərarlarda iddiaçının adının olmadığı müəyyən olunmuşdur. Lakin apellyasiya baxışı zamanı iddiaçı iddiasının əsası kimi istinad etdiyi sənədin Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarının əslini məhkəməyə təqdim etmişdir.
15. Təqdim olunan Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarının əslinin hansı üsul ilə (mətbəə üsulu ilə, makinada yazılmaqla, ofset çap üsulu ilə və ya printerdən, surətçıxarandan çapetmə üsulu ilə) hazırlanmasının, tərtib olunduğu tarixə uyğun olub-olmadığının, sənəddə olan imza və möhürün xx.xx.1991ci il tarixinə aid olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/519-5/522 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli “Qərardan çıxarış”ın blankı yüksək çap üsulu ilə çap edilmiş, onun üzərində olan çap mətni yazı makinası vasitəsilə birbaşa çap edilmiş, möhür əksi relyef klişedən sənədin üzərinə bir başa vurulmuş, “Qərardan çıxarış”ın üzərində olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Həmçinin rəydə qeyd olunmuşdur ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra olunma, möhürlərin vurulma vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı tərtib olunma tarixinə uyğundurmu, onda olan imza və möhür xx.xx.1991-ci il tarixinə aiddirmi” sualı üzrə tədqiqat aparılmamışdır.
16. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı sənədin əsli olmaqla, iddiaçıya qaraj tikintisinə icazə verilməsi barədədir, sənədin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsi və səlahiyyətli şəxs tərəfindən im zalanması, müvafiq orqanın möhürü ilə təsdiq olunması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən həmin sənədin mötəbərliyi şübhə doğurmur.
17. O ki qaldı iddiaçının təqdim etdiyi “qarajın yerləşmə cizgisi” sənədinə, həmin sənədin kserosurətindən görünür ki, sənəd Xətai rayon İcra Hakimiyyətinin Təsərrüfat hesablı Layihə Smeta Bürosunun mühəndisi Q.Əzizi tərəfindən tərtib edilmiş və həmin Büro tərəfindən təsdiq olunmuşdur. Təqdim olunan “qarajın yerləşmə cizgisi” ksero-surət olsa da, onun qəbul edilməməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı dəlil irəli sürülməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ndə yerləşən 99 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) qarajlar sırasında yerləşir, yerləşmə cizgisində göstərilən yerləşmə mövqeyinə uyğundur.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi və məhkəməyə əslini təqdim etdiyi Xətai rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 5/5,19 nömrəli qərarı arxivdə aşkar olunmasa da, sənədlərin saxlanılması və onların arxivə təhvil verilməsi iddiaçının deyil, həmin sənədi vermiş qurumun rəhbərliyinin səlahiyyətində olduğundan, həmin səlahiyyətə uyğun sənədlərin arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz.
19. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestr i xidməti haqqında” Əsasnamənin 2.0.3-cü bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılmasının aparılması və texniki sənədlərin tərtib edilməsi Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici iddiaçının 30 ildən artıq istifadə etdiyi qaraja texniki pasportun verilməsindən imtinanın əsaslarını müəyyən etməmişdir. Belə olan halda, iddiaçının iddiasının əsası kimi istinad etdiyi Xətai rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarına əsasən 30 ildən artıq etirazsız istifadə etdiyi qaraja texniki pasportun verilməsi ilə bağlı “qanuni gözləntisi” olmuşdur. Bu halda onun tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənəd – Xətai rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı və “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Əsasnamənin 2.0.3-cü bəndi qeyri-yaşayış sahəsinə (qaraja) dair texniki pasportun verilməsi üçün yetərli əsas sayılmalıdır.
20. Hazırkı işdə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətin edilməsini – qaraja texniki pasportun verilməsini istisna edən və imtina etməklə (hərəkətsizliklə) şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Bu baxımdan qeyri-yaşayış sahəsinə (qaraja) texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
21. Beləliklə, apellyas iya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur.
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış binasının (qarajın) yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı isə arxivdə müəyyən olunmamış, arxivdə olan qərarın isə xx.xx.1991-ci il tarixli deyil, xx.xx.1991-ci il tarixli olduğu və həmin qərarda iddiaçıya qaraj qurulmasına icazə verilməsi barədə heç bir məlumatın olmadığı müəyyən olunmuşdur. Həmçinin iddiaçı tərəfindən sözügedən qarajla bağlı razılaşdırılmış layihə və istismara qəbul aktı da təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ yaranmadığından həmin qeyri-yaşayış binası ilə bağlı texniki pasportun tərtib edilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı tərəfindən ka ssasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müə yyən edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. Mübahisəyə dair hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 99 saylı binanın yaxınlığında yerləşən qaraja dair texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarından çıxarışa istinad edərək Bakı şəhəri, Xətai rayonunda ona qarajın tikintisi üçün ayrılmış 34,7 kv.metr torpaq sahəsində qaraj tikdiyini və 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə etdiyini qeyd edir. İddiaçı həmçinin məhkəməyə Xətai rayon İcra Hakimiyyətinin Təsərrüfat hesablı Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş “qarajın yerləşmə cizgisi” sənədinin kserosurətini təqdim etmişdir.
32. İş üzrə məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarının arxiv nüsxəsi müəyyən edilməmişdir. Eləcə də arxivdə Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli deyil, xx.xx.1991-ci il tarixli qərarının olduğu, həmin qəra rda isə iddiaçıya qaraj qurulmasına icazə verilməsinə dair heç bir məlumatın olmadığı müəyyən edilmişdir.
33. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmaması barədə mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əslini təqdim etdiyi Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarından çıxarışın hansı üsul ilə (mətbəə üsulu ilə, makinada yazılmaqla, ofset çap üsulu ilə və ya printerdən, surətçıxarandan çapetmə üsulu ilə) hazırlandığının, tərtib olunduğu tarixə uyğun olub-olmadığının, sənəddə olan imza və möhürün xx.xx.1991-ci il tarixinə aid olub-olmadığının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə ekspertizası təyin olunmuşdur.
34. Ekspert rəyində qeyd edilmişdir ki, “Qərardan çıxarış”ın blankı yüksək çap üsulu ilə çap edilmiş, onun üzərində olan çap mətni yazı makinası vasitəsilə bir başa çap edilmiş, möhür əksi relyef klişedən sənədin üzərinə bir başa vurulmuş, “Qərardan çıxarış”ın üzərində olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Həmçinin həmin rəydə qeyd olunmuşdur ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra olunma, möhürlərin vurulma vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə, qərardadda göstərilən “Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı tərtib olunma tarixinə uyğundurmu, onda olan imza və möhür xx.xx.199 1-ci il tarixinə aiddirmi” sualı üzrə tədqiqat aparılmamışdır. Həmin ekspert rəyinə əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarı sənədin əsli olmaqla iddiaçıya qaraj tikintisinə icazə verilməsi barədədir və etibarlıdır.
35. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunan “qarajın yerləşmə cizgisi” kserosurət olsa da, onun qəbul edilməməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı dəlil irəli sürülməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 9 9 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) qarajlar sırasında yerləşir, yerləşmə cizgisində göstərilən yerləşmə mövqeyinə uyğundur.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin sözügedən qeyri-yaşayış sahəsi (qaraj) ilə bağlı texniki pasportun tərtib edilməsi öhdəliyi iddiaçının həmin qeyri-yaşayış sahəsinə (qaraja) hər hansı hüququnun və ya bununla bağlı “qanuni gözlənti”lərinin olduğu halda yaranır. Lakin hazırkı halda iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə (qaraja) hər hansı hüququnun, o cümlədən bununla bağlı “qanuni gözlənti”lərinin olduğu iş üzrə materiallardan müəyyən edilmir. Bununla bağlı iddiaçı tərəfindən də hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçının ist inad etdiyi Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarından çıxarışın arxiv nüsxəsi mövcud deyildir, apellyasiya məhkəməsinin əsaslandığı ekspert rəyindən isə həmin sənədin həqiqətən də səlahiyyətli dövlət orqanı tərəfindən verildiyi və səlahiyyətli şəxs tərəfindən imzalandığı, müvafiq orqanın möhürü ilə təsdiq olunduğu müəyyən olunmur. Həmin ekspert rəyində Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarının tərtib olunma tarixinə uyğun olması, onda olan imza və möhürün xx.xx.1991-ci il tarixinə aid olması barədə tədqiqat aparılmadığı qeyd olunmuşdur. Bu baxımdan yalnız həmin ekspert rəyinə istinadən Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarının həqiqiliyi və etibarlı sayılması barədə apellyasiya məhkəməsinin qənaəti əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, ekspertiza tədqiqatının predmeti olmuş məsələlərlə bağlı ekspert rəyində qeyd olunanlar, barəsində ekspertiza tədqiqatının aparılmasının mümkün olmadığı sualların əhəmiyyəti nəzərə alındıqda, Xətai rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli qərarının həqiqi və etibarlı hesab olunması üçün yetərli sayıla bilməz.
37. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə həlledici əhəmiyyət kəsb edən məqam əslində heç də qərarın arxiv nüsxəsinin müəyyən olunmaması deyil. Nəzərə almaq lazımdır ki, prinsip olaraq şəxs onun qanuni istifadəsində olan daşınmaz əmlak üzərində yalnız hüququnun qeydə alındığı təqdirdə, həmin əmlaka münasibətdə texniki sənədi n, o cümlədən texniki pasportun tərtib olunmasını tələb edə bilər. Belə ki, texniki sənəd, o cümlədən texniki pasport qanuni istifadəyə ayrılmış və üzərində hüququn qeydə alındığı daşınmaz əmlakın faktiki vəziyyətini əks etdirən və həmin əmlakın fərdiləşdirilməsi üzrə texniki göstəriciləri nəzərdə tutan sənəddir və bu anlamda qəbul edilməlidir. Başqa sözlə, qeyd olunan texniki sənədlər yalnız üzərində hüquqların qeydə alındığı daşınmaz əmlaka münasibətdə tərtib oluna bilər.
38. Bundan başqa, iddiaçının kserosurətini təqdim etdiyi “qarajın yerləşmə cizgisi”nin tikilinin faktiki vəziyyətini əks etdirən bir layihə olduğu və müstəqil şəkildə iddiaçının qeyri-yaşayış sahəsinə (qaraja) hər hansı hüququnun mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənəd qismində çıxış etmədiyi də nəzərə alınmalı dır.
39. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-434/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.