Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-103/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2695/2024 saylı, 9 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********541100 nömrəli Qərara əsasən 2022-ci ilin mart ayına Əlavə dəyər vergisi üzrə 7,074.28 manat əlavə vergi məbləği hesablanmışdır. 2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********171400 nömrəli Qərara əsasən 2022-ci ilin aprel ayına Əlavə dəyər vergisi üzrə 6,280.99 manat əlavə vergi məbləği hesablanmışdır. 3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********611000 nömrəli Qərara əsasən 2022-ci ilin may ayına Əlavə dəyər verg isi üzrə 7,681.71 manat əlavə vergi məbləği hesablanmışdır. 4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********617900 nömrəli Qərara əsasən 2022-ci ilin iyun ayına Əlavə dəyər vergisi üzrə 8,803.27 manat əlavə vergi məbləği hesablanmışdır. 5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100 nömrəli Qərara əsasən 2022-ci ilin iyul ayına Əlavə dəyər vergisi üzrə 7,270.16 manat əlavə vergi məbləği hesablanmışdır. 6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********591600 nömrəli Qərara əsasən 2022-ci ilin avqust ayına Əlavə dəyər vergisi üzrə 2,041.19 manat əlavə vergi məbləği hesabla nmışdır. 7. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********178300 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayına Əlavə dəyər vergisi üzrə 10,290.87 manat əlavə vergi məbləği hesablanmışdır. 8. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********838900 nömrəli Qərara əsasən 2022-ci ilə Gəlir vergisi üzrə 64.125,04 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023- cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik s ığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100 nömrəli Qərara əsasən 2022-ci ilin iyul ayının Əlavə dəyər vergisi üzrə 7,270.16 manat, xx.xx.2023-cü il tarixli **********617900 nömrəli Qərara əsasən 2022-ci ilin iyun ayının Əlavə dəyər vergisi üzrə 8,803.27 manat, xx.xx.2023-cü il tarixli **********591600 nömrəli Qərara əsasən 2022-ci ilin avqust ayının Əlavə dəyər vergisi üzrə 2,041.19 manat, xx.xx.2023-cü il tarixli **********178300 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayının Əlavə dəyər vergisi üzrə 10,290.87 manat, xx.xx.2023-cü il tarixli **********171400 nömrəli Qərara əsasən 2022-ci ilin aprel ayının Əlavə dəyər vergisi üzrə 6,280.99 manat, xx.xx.2023-cü il tarixli **********611000 nömrəli Qərara əsasən 2022-ci ilin may ayının Əlavə dəyər vergisi üzrə 7,681.71 manat, xx.xx.2023-cü il tarixli **********541100 nömrəli Qərara əsasən 2022-ci ilin mart ayının Əlavə dəyər vergisi üzrə 7,074.28 manat əlavə vergi məbləği hesablanmışdır. Başqa sözlə, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2022-ci ilin mart-sentyabr aylarına ƏDV üzrə ümumilikdə 49,442.47 manat əlavə vergi məbləği hesablamışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 qərarları qanunsuz və əsassız hesab edirlər. Həyata keçirilmiş hesablamalar ilə bağlı ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanını n ƏDV məqsədləri üçün əlavə dövriyyəni necə müəyyən etdiyi qeyri-müəyyəndir və həmin dövriyyə ilə razılaşmırlar. Digər yandan, İddiaçı vergi orqanında sadələşdirilmiş verginin ödəyicisi kimi qeydiyyatdan keçdiyi halda, vergi orqanı iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə aldığı malların satışından əldə olunan gəlirini ƏDV-yə cəlb edə bilməzdi. Halbuki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Göründüyü kimi, iddiaçı malları sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə aldığından və həmin mallara görə əvəzləşdirmə hüququna malik olmadığından, həmin malların satışı ƏDV məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz.
12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh vergi orqanının ƏDV məqsədləri üçün əlavə dövriyyəni necə müəyyən etdiyi qeyri-müəyyəndir. Buna münasibətdə bildirirlər ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, 2022-ci ilin yanvar, fevral ayları üzrə NKA-nın onlayn dövriyyəsinə və bank hesablarına daxil olan məbləğlərə əsasən 2022-ci ilin fevral ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan müvafiq dövrlər üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla bağlı iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə xx.xx.2023-cü il tarixdə **********970400 saylı məktubla izah verilmiş və Bank və NKA üzrə çıxarışları təqdim edilmişdir. Cavabdeh hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Əlavə olaraq bildirirlər ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Ve rgi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dai r öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).
13. Bakı İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, e-2-1(112)-2710/2024 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbinin təmin edilməsi, “Vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100, **********617900, **********591600, **********178300, **********171400, **********611000, **********541100 və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi iddiaçıya 2022-ci il üzrə hesablanmış gəlir vergisinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçı 2022-ci il üzrə təqdim etdiyi cari gəlir vergisi bəyannaməsində ümumi gəlirlərini 314,135.39 manat, gəlirdən çıxılan xərclərini 261,779.49 manat, vergiyə cəlb olunan gəlirini 52,355.90 manat, ödənilməli gəlir vergisini isə 10,471.18 manat bəyan etmişdir. Daha sonra cavabdeh vergi orqanı qeyd olunan vergi bəyannaməsi üzrə kameral vergi yoxlama sı həyata keçirmiş və bəyanamədə öz əksini tapmış 249,698.05 manat xərclər öz təsdiqini tapmadığından, iddiaçıya xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərmişdir. Göstərilən kənarlaşmalar aradan qaldırılmadığından cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********838900 nömrəli Qərara əsasən iddiaçıya 2022-ci ilin Gəlir vergisi üzrə 64.125,04 manat əlavə vergi məbləği hesablamışdır. Göründüyü kimi, mübahisənin yaranmasının səbəbi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “ İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz. İmtina olunduğu halda isə inzibati orqan diskresion səlahiyyətlərini niyə bu şəkildə həyata keçirdiyini əsaslandırmalıdır. Odur ki, hazırkı iş üzrə iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan cavabdehin imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, göstərilənlərə əsasən, hazırki iş üzrə c avabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırmamış və iddiaçının malların satışından əldə etdiyi gəlirləri qəbul etdiyi halda, həmin malların alışı ilə bağlı faktiki olaraq çəkilmiş, lakin rəsmiləşdirilməmiş xərclərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını tətbiq etmək hüququndan, hər hansı əsaslandırma olmadan imtina etməkdə haqlı olmamış və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir.
15. Birinci instansiya məhkəməsi iddiaçıya 2022-ci ilin mart-sentyabr ayları üzrə hesablanmış əlavə dəyər vergisinə münasibətdə qeyd etmişdir ki, iddiaçı kameral vergi yoxlaması ilə əhatə olunan, başqa sözlə satış əməliyyatla rının baş tutduğu dövrdə (2022ci ilin mart-sentyabr aylarında) sadələşdirilmiş verginin ödəyicisi olmuş və satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etməmişdir. Əgər vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməmişdirsə, həmin şəxsin apardığı əməliyyat o halda ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilir ki, həmin şəxs satdığı mallara ƏDV tətbiq (əlavə) etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı 2022-ci ilin mart-sentyabr ayları ərzində sadələşdirilmiş vergi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmişdir. Bu isə o deməkdir ki, iddiaçının həmin satış əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 15 9.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Qeyd olunan normadan aydın olduğu kimi, vergi ödəyicisi malları alarkən ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ mövcud olmamışdırsa, bu halda həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. İş materiallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı malları aldığı tarixdə sadələş dirilmiş verginin ödəyicisi olduğundan, əvəzləşdirmə hüququ olmamış və nəticədə həmin malların satışına ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat qismində baxıla bilməz. Həmçinin, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sa yılır. Qeyd olunan normadan belə nəticə əldə olunur ki, malların satışı, eləcə də qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, oğurlanması, itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi (fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa) o halda vergi tutulan əməliyyat hesab edilir ki, vergi ödəyicisi həmin malları ƏDV-ni ödəməklə əldə etmiş və müvafiq əvəzləşdirmə almış və ya almaq hüququna malik olmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Bu isə o deməkdir ki, iddiaç ının həmin malların satışı üzrə əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi dövrdə satdığı malların dəyərinə hər hansı ƏDV məbləği tətbiq (əlavə) etmədiyindən, malları aldığı dövrdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, aldığı mallar üzrə müvafiq əvəzləşdirmə almadığından və almaq hüququna malik olmadığından, həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Digər yandan, işin faktiki hallarına əsasən cavabdeh vergi orqanı iddiaçını xx.xx.2023-cü il tarixdə əvvəlki tarixdən – xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata almış və iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu d övrdə (2022-ci ilin mart-sentyabr ayları ərzində) ƏDV tətbiq etmədən satdığı mallara görə 18% dərəcə ilə ƏDV hesablamışdır. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 10 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir. İddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200,000.0 manat həddini keçməsi cavabdeh vergi orqanına xx.xx.2023-cü il tarixdən əvvəl, satış əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını məhz satış əməliyyatları tam baş tutduqdan sonra məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydiyyatd an keçirmişdir. Halbuki, cavabdeh vergi orqanı iddiaçının ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmək öhdəliyinin yarandığı barədə məlumatı vergi ödəyicisinə əvvəlki tarixdə (xx.xx.2022-ci il tarixdə) vermiş olsaydı, iddiaçı satdığı malların dəyərinə ƏDV tətbiq etmək imkanına və aldığı mallar üzrə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olardı.
16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2695/2024 saylı, 9 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və E.Ə.Əliyev) apellyasiya şikayə ti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2710/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin mart ayı üzrə bank hesablarınıza və onl ayn kassa əməliyyatları üzrə 46375,86 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********751600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-cü ilin mart ayı üçün ƏD V bəyannaməsi üzrə 7074,28 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********731700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və vergi orqanının məlum xx.xx.2023-cü il tarixli qərarı ilə vergilər bərpa edilmişdir. Bildiririk ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin aprel ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 41175,41 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********687200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəm iyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 6280,99 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********738600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və vergi orqanının məlum xx.xx.2023-cü il tarixli qərarı ilə vergilər bərpa edilmişdir. Bildiririk ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyat ların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin may ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 50357,86 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********754700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ə rzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 7681,71 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********744500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və vergi orqanının məlum xx.xx.2023-cü il tarixli qərarı ilə vergilər bərpa edilmişdir. Bildiririk ki, aparılmış araşdırma zama nı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin iyun ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 57710,36 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********733600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilmə si tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 8803,27 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********784300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və vergi orqanının məlum xx.xx.2023-cü il tarixli qər arı ilə vergilər bərpa edilmişdir. Bildiririk ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin iyul ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 47659,91 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********729100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 7270,16 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********790200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən dəqiqləşdirilmiş bə yannamə təqdim edilmiş və vergi orqanının məlum xx.xx.2023-cü il tarixli qərarı ilə vergilər bərpa edilmişdir. Bildiririk ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin avqust ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 13381,15 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********724600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlə rin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-cü ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 2041,19 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********807500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması b arədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və vergi orqanının məlum xx.xx.2023-cü il tarixli qərarı ilə vergilər bərpa edilmişdir. Həmçinin, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin sentyabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 67462,38 manat (ƏDV daxil) vəsaitin daxilolmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********727700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-cü ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 10290,87 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********839000 nömr əli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və vergi orqanının məlum xx.xx.2023-cü il tarixli qərarı ilə vergilər bərpa edilmişdir. Eyni zamanda bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində göstərilmiş xərc məbləğlərinin uçot-baza məlumatları ilə müqayisəsi nəticəsində (əldə edilmiş elektron-qaimə fakturalar, yük-gömrük bəyannamələri, alış aktları) 249.698,05 manat xərc məbləğinin təsdiqini tapmadığı müəyyən edilmişdir. Həmçinin, təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində göstərilmiş gəlir məbləği ilə həmin dövr üzrə bank hesabına mədaxil olunmuş məbləği (bank məlumatları və onlayn kassanın na ğd əməliyyatları əsas götürülməklə) arasında 70927,14 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********575400 nömrəli və xx.xx.2023-cü il tarixli **********554100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə və təqdim edilən dəqiqləşdirilmiş vergi bəyannamələrində kənarlaşma aradan qaldırılmadığına görə Vergi Məcəlləsinin37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci gəlir vergisi bəyannaməsi üzrə 64125.04 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********838900 nömrəli “Vergilərin, sosial sığorta və i şsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi orqanı təqdim edilmiş bəyannamə üzrə yaranmış uyğunsuzluqla bağlı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərmiş, qanunvericiliklə müəyyən olunmuş müddətdə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilməmişdir. Həmçinin məhkəmə qanunvericiliyin qeyd olunan normasını təhlil edərkən yanlış nəticəyə gəlmiş, belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququnu vergi orqanının üzərinə vəzifə kimi qoymuşdur. Halbuki, Vergi Məcəlləsinin 37.4-cü maddəsində açıq şəkildə qeyd olunmuşdur ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Göründüyü kimi, iddiaçı hüquqdan sui istifadə etməyə çalışmışdır. Başqa sözlə desək iddiaçı bəyannaməsində qəsdən sənədlərlə təsdiq edilməyən böyük məbləğli xərclər ək s etdirmişdir ki, yekunda ona verginin şərti rentabellik metodu ilə hesablamasını iddia etsin. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (əvvəlki redaksiya) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Qeyd olunan normadan aydın olur ki, xərcləri təsdiq edən sənədlər tam mövcud olmadıqda vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanır. Lakin göründüyü kimi 12081,44 manat xərclər təsdiqini tapmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülmüş aşağıdakı dəlillərə hər hansı münasibət bildirilməmişdir. Həmin dəlillər aşağıdakılardır:
1. ƏDV ödəyicisi olm alı olduğu dövrdə təqdim etdiyi malları sadələşdirilmiş vergi ödəyicisi dövründə əldə etməməsi; 2. 2022-ci il İ rübü üzrə Sadələşdirilmiş vergi bəyannaməsinə əsasən hesabat dövrünün sonuna mal qalığının olmaması. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qa nunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahə si) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilə n xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sah ibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasınd a hesablanır. Maddə
153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 153.3. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Maddə
154. Vergi ödəyiciləri 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Maddə
155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2- ci və 218.4.3-cü maddə lərində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu Məcəllənin 218.1.2-ci mad dəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. Maddə
156. Könüllü qeydiyyat 156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. 156.1-1. bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifad ə edə bilərlər. Maddə
157. Qeydiyyat 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. 159.4. Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunma dan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 159.6. Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kre dit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödən ilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Maddə
219. Vergitutma obyekti 219.1. Hesabat dövrü ərzində vergi ödəyic isi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-i maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. 219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı işin ape llyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********541100 nömrəli Qərara əsasən 2022-ci ilin mart ayına Əlavə dəyər vergisi üzrə 7,074.28 manat əlavə vergi məbləği, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********171400 nömrəli Qərara əsasən 2022-ci ilin aprel ayına Əlavə dəyər vergisi üzrə 6,280.99 manat əlavə vergi məbləği, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********611000 nömrəli Qərara əsasən 2022-ci ilin may ayına Əlavə dəyər vergisi üzrə 7,681.71 manat əlavə vergi məbləği, “Vergilərin, sosial sığor ta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********617900 nömrəli Qərara əsasən 2022-ci ilin iyun ayına Əlavə dəyər vergisi üzrə 8,803.27 manat əlavə vergi məbləği, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********622100 nömrəli Qərara əsasən 2022-ci ilin iyul ayına Əlavə dəyər vergisi üzrə 7,270.16 manat əlavə vergi məbləği, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********591600 nömrəli Qərara əsasən 2022-ci ilin avqust ayına Əlavə dəyər vergisi üzrə 2,041.19 manat əlavə vergi məbləği, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********178300 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayına Əlavə dəyər vergisi üzrə 10,290.87 manat əlavə vergi məbləği, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********838900 nömrəli Qərara əsasən 2022-ci ilə Gəlir vergisi üzrə 64.125,04 manat əlavə vergi məbləği hesablanmışdır.
29. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddiaçıya 2022-ci il üzrə hesablanmış gəlir vergisinə münasibətdə gəldiyi nəticə ilə razılaşsa da əsaslandırmanın aşağıdakı qaydada qeyd edilməsini məqsədəmüvafiq hesab edir.
30. İddiaçıya 2022-ci il üzrə hesablanmış gəlir vergisinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı 2022-ci il üzrə təqdim etdiyi cari gəlir vergisi bəyannaməsində ümumi gəlirlərini 314,135.39 manat, gəlirdən çıxılan xərclərin i 261,779.49 manat, vergiyə cəlb olunan gəlirini 52,355.90 manat, ödənilməli gəlir vergisini isə 10,471.18 manat bəyan etmişdir. Daha sonra cavabdeh vergi orqanı qeyd olunan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirmiş və bəyanamədə öz əksini tapmış 249,698.05 manat xərclər öz təsdiqini tapmadığından, iddiaçıya xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərmişdir. Qeyd olunan kənarlaşmalar aradan qaldırılmadığından cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********838900 nömrəli Qərara əsasən iddiaçıya 2022-ci ilin Gəlir vergisi üzrə 64.125,04 manat əlavə vergi məbləği hesablamışdır
31. Kollegiya qeyd edir ki, ödənilməli olan verginin məbləğini vergi orqanlarının əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
32. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Halbuki hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanın ın ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüs usilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji ver gi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********838900 nömrəli qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır.
35. İddiaçıya 2022-ci ilin mart-sentyabr ayları üzrə hesablanmış əlavə dəyər vergisinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçın ın vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200,000.0 manatı keçdiyindən, cavabdeh vergi orqanı iddiaçını xx.xx.2023-cü il tarixdə məcburi olaraq əvvəlki - xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya məxsus onlayn kassa və bank hesabı üzrə əməliyyatları əsas götürərək, 2022-ci ilin martsentyabr aylarına ƏDV üzrə əlavə vergi məbləğləri hesablamışdır.
36. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən isə sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.
37. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, s ahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
38. Lakin, iddiaçının dövriyyəsinin 200.000 manatdan artıq olmasına, iddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200,000.0 manat həddini keçməsi cavabdeh vergi orqanına xx.xx.2023-cü il t arixdən əvvəl, satış əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmasına baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 10 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir.
39. Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: - məcburi qeydiyyat zamanı: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə.
40. Hazırkı işdən görünür ki, iddiaçı 2022-ci ilin mart-sentyabr ayları ərzində sadələşdirilmiş vergi ödəyicisi olmuş və ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara ƏDV tətbiq etməmişdir. Həmçinin, iddiaçı malları aldığı tarixdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, əvəzləşdirmə hüququ olmamış və nəticədə həmin malların satışına ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat qismində baxıla bilməz.
41. Belə olan halda, cavabdehin iddiaçıya mübahisələndirilən qərarlarla əlavə dəyər vergisi hesablaması əsassız olmuşdur.
42. M əhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2695/2024 saylı, 9 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.