Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1030/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə (Açar sözlər:torpaq sahəsinə hüququn qeydə alınması; çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X1 və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (9.04.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-313/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 03 aprel 1995-ci il tarixli 148 saylı Sərəncamına əsasən, Bakı şəhəri, A.Neymətulla küçəsi, ev 72, mənzil 4-də yaşayan İddiaçı Mərdəkan qəsəbəsində S-280 nömrəli sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti başçısı Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2011-ci il tarixli, 04 sa ylı sxem və xəritədən çıxarışa əsasən İddiaçı Mərdəkan qəsəbəsində ayrılmış S-280 saylı 1200 kv.m torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Həmin plan-sxem Xəzər rayon İcra Hakimiyyəti başçısının Təsərrüfat Şöbəsi tərəfindən təsdiq olunmuşdur
3. İddiaçı ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 16 oktyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Mərdəkan bağ massivində yerləşir və qonşu ərazilər bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlan ılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamına əsasən Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində C-280№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair çıxarışın İddiaçı adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaç ı iddia ərizəsini onunla əsaslandırmıdır ki, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamı əsasında qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında duran yeganə hal odur ki, elektron kadastr məlumatlara əsasən iddia olunan torpaq sahəsi Mərdəkan bağ massivində yerləşmə ilə yanaşı, qonşuluqları bağ sahələri kimi qeydiyyatdan keçmişdir. İddiaçı bəyan edir ki, sözügedən torpaq sahəsinin bağ massivində yerləşməsi səbəbi ilə müraciətindən imtina olunması qanunsuzdur. Belə ki, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınm ası üçün icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş sərəncam olmuşdur ki, həmin sərəncam hazırkı günədək qüvvəsindədir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Mərdəkan bağ massivində yerləşir və qonşu ərazilər bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarənin mütəxəssisləri tərəfindən aparılan çöl-ölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1162 kv.m təşkil edir. Göstərilən ərazi şimaldan 935ş, qərbdən 933c, şərqdən 966 saylı bağ sahələri ilə əhatə olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2021-ci il tar ixli, 2-1(112)-5436/2021 saylı qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamına əsasən Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində C-280№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hər nə qədər də mübahisə predmetini təşkil edən torpaq sahəsi bağ massivində yerləşsə də, Əzizbəyov rayon İcra Hakimiyyəti həmin dövrdə torpaq sahəsinin ayrılması səlahiyyətində olmuş, həmin səlahiyyət çərçivəsində icra hakimiyyəti başçısı tərəfindən torpaq sahəsi ayrılmış və torpaq sahəsinin hüdudları sxem (torpaq sahəsinin xəritəsi) ilə təsdiq edilmişdir. Həmçinin Milli Arxiv İdarəsi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamın mövcudluğu şübhə altına alınsa belə, məhkəmə tərəfindən bununla bağlı şübhəli hal aşkar olunmamışdır. Belə ki, “Sərəncamlarının qeydiyyat kitabı”nda 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamı altında “Əzizbəyov rayon İcra Hakimiyyəti aparatında struktur dəyişikliyi” barədə sərəncam olduğu göstərilmişdir. Ehtimal olunur ki, həmin dövrdə sərəncamların qeydiyyatı aparılarkən texniki səhvə yol verilmişdir. Nəzərə alınmalıdır ki, “Sərəncamlarının qeydiyyat kitabı” hər ha nsı bir təsdiqedici sənədi sayılmır. Ən əsası isə sözügedən sərəncamın əsli Milli Arxiv İdarəsində mövcud olmuşdur. Əsli ilə düz təsdiqi ilə surəti iş materiallarına əlavə edilmiş sərəncamın əsli ilə düz təsdiqli nüsxəsinin məhkəmə iclasında araşdırılması zamanı da müəyyən edilmişdir ki, sənədin saxtalığı ilə bağlı şübhə yaradan hal mövcud deyil. Sərəncam həmin dövrdə icra hakimiyyəti başçısı olmuş Gülağa İslamov (25 yanvar 1995-21 dekabr 2018-ci illər) tərəfindən imzalanmışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısı həmin dövrdə Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində C-280№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qəbul etmək səlahiyyətində olduğundan, həmçinin mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hər hansı bir digər fiziki şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmadığından, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2650/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qərardadı ilə Xəzər rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-313/2022 nömrəli iş üzrə 31 yanvar 2022-ci i l tarixli qərarı ilə (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində göstərilir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Mərdəkan bağ massivində yerləşir və qonşu ərazilər bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən aparılan çöl-ölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq 1162.0 kv.m təşkil edir. Göstərilən ərazi şimaldan 935ş, qərbdən 933c, şərqdən 966 saylı bağ sahələri ilə əhatə olunmuşdur. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Bununla yanaşı cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67 və 68-ci maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8.0.7, 9.1.2 və 11ci maddələrinin tələblərinin pozulmasını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarına tam əməl edərək ədalətli qərar qəbul edilmişdir. Bu səbəbdəndə o, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmasını, kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur Maddə 8.0.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10.2 Qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu Həmin dövrdə qüvvədə olan Azərbaycan Respub likası Torpaq Məcəlləsi (1991-ci il redaksiyasına) Maddə 7 Torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Maddə 9 Torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 22 Torp aq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək. Maddə 23 Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Maddə
29. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 30 Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 100-cü maddəyə əsasənn, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur:
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQ EYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası x üsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. İşin apelyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 03 aprel 1995-ci il tarixli 148 saylı Sərəncamına əsasən İddiaçı Mərdəkan qəsəbəsində S-280 nömrəli sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyy əti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2011-ci il tarixli, 04 saylı sxem və xəritədən çıxarışın surətinə əsasən İddiaçı Mərdəkan qəsəbəsində ayrılmış S-280 saylı 1200 kv.m torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. 25. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir.
26. Həmin Əsasnamənin 12-ci və 13-cü maddələrinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs - İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir.
27. Göründüyü kimi, həmin vaxt artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər icra hakimiyyəti başçılarına aid edilmişdir.
28. Bu səbəbdən də iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi qanunamüvafiq hesab olunur.
29. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normaların ın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 21(103)-313/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.