Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1030/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1030/2023) (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması və ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(105)-607/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1979-cu il tarixindən əmək fəaliyyətinə başlamış, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü tarixədək “Qafqazenerjitəmir” X1xana avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmiş, hazırda isə 110KV Sumqayıt -2 YS-da növbətçi elektrik montyoru işləyir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina barədə məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/2480 nömrəli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Buna görə də əmək stajını dəqiqləşdirmək mümkün o lmadığından qeyd edilən dövrləri sosial sığorta stajına daxil etmək mümkün deyil. İmtinada göstərilir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (13 il 4 ay 1 gün (xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1994- xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli iş stajı isə yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1981xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması və ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 1982-1986-cı illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil almışdır. Həmin vaxtlarda gecə növbəsində çalışmışdır. Əmək fəaliyyətinə isə 1979-cu il tarixdə Sumqayıt Elektrik Şəbəkəsində başlamış, 6 ay sonra Sumqayıt Şüşə zavodunda işləmişdir. 1980-ci ilin may ayında hərbi xidmətə yollanmış, 1981-ci ilin oktyabr ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci il tarixdən 1994-cü il tarixə kimi, yəni 13 il 4 ay stajla Qafqaz Enerji Təmir İdarəsində çilingər vəzifəsində çalışmışdır. Qafqaz Enerji Təmir İdarəsi xx.xx.199 4-cü il tarixdən "xxxx" Azərbaycan-Rusiya Müəssisəsi kimi adlandırılmışdır. Bu da iddiaçının həmin idarədə işlədiyi vaxtlara təsadüf edir. Bu barədə də iddiaçıya məxsus ИТ-0361350 № li əmək kitabçasında müəssisəyə aid möhür vurularaq xüsusi qeydlər yazılmışdır. 1995-ci il tarixdən hazıra kimi iddiaçı Sumqayıt Elektrik Şəbəkəsində çilingər, daha sonra 5-ci və 6-cı dərəcə növbətçi elektrik montyoru kimi işləmiş və hazırda da 6-cı dərəcəli növbətçi elektrik montyoru işləyir. İşlədiyi zamanlarda Sumqayıt Elektrik Şəbəkənin adı müvafiq əmr ilə dəyişdirilmiş, bu barədə qeydlər əmək kitabçasında da qeyd olunmuşdur. Ümumi iş stajı və zərərli, ağır işlərdə olan iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat hüququnu verir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq cavabdeh t əşkilata ərizə ilə müraciət etmiş, lakin imtina cavabı verilmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazda iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-1115/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,, iddiaçının 1981-1994-cü illərdə "xxxx" Birgə müəssisəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydin mötəbərliyinin yoxlanılması üçün müvafiq arxiv idarələrinə və ərazi vergilər idarəsinə sorğular verilmiş, lakin iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi araşdırman ı imkansız etmişdir. Bununla da iddiaçının həqiqətən də 25 il sosial sığorta stajına və 12 il 6 ay güzəştli iş stajına malik olması öz təsdiqini tapmamışdır. Belə olan halda ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.T. Məmmədov-sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və F.Ə.Məmmədov) 1.12.2022ci il tarixli, 2-1(105)-607/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir, şahid qismində dindirilmiş N.Cəbrayılovun təqdim etdiyi ona məxsus olan əmək kitabçasının surətində iddiaçı ilə üst-üstə düşən dövrlərdə onun “Qafqazenerjitəmir” İİB-də və "xxxx" Birgə Müəssisəsində işləməsi barədə qeydlər mövcuddur. Bundan əlavə, N.Cəbrayılovun təqdim etdiyi "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsinin xx.xx.2009-cu il tarixli arayışa əsasən, X5 həqiqətən "xxxx" Azərbaycan-X7 xx.xx.1985-ci ildən (əmr №30-ok.xx.xx.1985) Sumqayıt təmir sahəsində qazan avadanlığının təmiri üzrə İV dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.1994-cü il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ veril məsi haqda 320 saylı 21 iyun 1993-cü il tarixli qərarına əsasən güzəştli sayılır.
12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, əlavə araşdırma ilə iddiaçının cavabdehin mübahisələndirdiyi xx.xx.1981-xx.xx.1994-cü il tarixlərdə "Qafqazenerjitəmir” X3 və Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləməsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən baxılmış oxşar işlər üzrə 2-1(102)-201/2019 və 2-1(102)-1295/2019 saylı qərarlarda həmin işlərdə iddiaçıların işlədikləri “Qafqazenerjitəmir” X2 iş dövrləri onların sığorta stajına hesablanmışdır.
13. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi stajı olması nəzərə alınmaqla onun 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının xx.xx.1981-xx.xx.1994-cü il tarixlərdə işlədiyi qazanxana avadanlığının təmiri üzrə çilingər vəzifəsi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin siyahısında nəzərdə tutulmuşdur.
14. Cavabdeh apelyasiya məhkəməsinin qərarından kasasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi qeyd edilmiş dir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/2480 nömrəli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Buna görə də əmək stajını dəqiqləşdirmək mümkün olmadığından qeyd edilən dövrləri social sığorta stajına daxil etmək mümkün deyil. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8 və 31.2-1-ci maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiy a kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (29 iyun 2022-ci ilə qədər qüvvədə olmuş redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan p ensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarix li 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur....
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğ v etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
24. İddiaçı 57 yaşının tamam olduğu vaxtdan yaşa görə güzəştli əmək pensiyası təyin edilməsini xahiş edir.
25. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı və 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır.
26. Kasasiya şikayətinin dəlillərinə görə iddiaçının ümumi stajı 25 ildən, güzəştli stajı 12 il 6 aydan azdır.
27. Cavabdeh bildirir ki, iddiaçın ın təqdim etdiyi əmək kitabçasında onun 1981-1994cü il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyətini təsdiq edən arxiv arayışları olmadığından həmin dövr əmək stajına daxil edilə bilməz.
28. İddiaçı 1981-1994-cü illərdə "xxxx" DŞ-nın Qafqaz Enerji Təmir İdarəsində çilingər işləmiş, "xxxx" DŞ-nın xx.xx.1994-cü il 61 nömrəli əmri ilə “Qafqazenerjitəmir” İİB-i 01.06.94-cü il tarixdən "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsi adlandırılmışdır”. 29."xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, xx-xx.1758 saylı məktubla bildirmişdir ki, Azərbaycan-Rusiya "xxxx" birgə müəssisəsinin təsis edilməsi ilə bağlı “Qafqazenerjitəmir” X4 "xxxx" Dövlət Şirkətinin tərkibindən çıxarılaraq aktiv və passivi ilə birlikdə (o cümlədən işçi heyəti) "xxxx" birgə müəssisəsinə verilmişdir v ə "xxxx" ASC-də "xxxx" birgə müəssisəsinə aid sənədlər yoxdur. Daha sonra isə ASC-nin xx.xx.2022-ci il tarixli, xx-xx.1872 saylı məktubu ilə "xxxx" Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli 61 nömrəli müvafiq əmrinin təsdiq edilmiş surəti təqdim edilmişdir.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin cavab məktublarında dövlət reyestrində “Qafqazenerjitəmir” X4 adlı kommersiya qurumu aşkar edilmədiyi göstərilmiş, daha sonra isə Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin qeydiyyatı haqqında xx.xx.1994-cü il tarixli 680 nömrəli şəhadətnamənin və digər təsis sənədlərinin təsdiq edilmiş surətləri təqdim olunmuşdur.
31. Beləliklə, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə təsdiq olunur ki, xx.xx.2006-cı ilədək iddiaçının 25 ildən artıq stajı vardır.
32. Odur ki, xx.xx.2006-cı ilədək iddiaçının 25 ildən az ümumi stajının olması barədə cavabdehin şikayətinin dəlilləri əsaslı sayılmır.
33. İddiaçının güzəştli staja malik olması barədə apelyasiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şahid qismində dindirilmiş X5 ifadəsində “Qafqazenerjitəmir” X3 və Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində iddiaçı ilə birgə işlədiyini, həmin işdə işlədiyi staj da nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxdığını bildirmişdir. Şahid N.Cəbrayılovun təqdim etdiyi ona məxsus olan əmək kitabçasının surətində iddiaçı ilə üst-üstə düşən dövrlərdə onun “Qafqazenerjitəmir” İİB-də və "xxxx" Birgə Müəssisəsində işləməsi barədə qe ydlər mövcuddur. Bundan əlavə, şahidin təqdim etdiyi "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsinin xx.xx.2009-cu il tarixli arayışından görünür ki, X5 həqiqətən "xxxx" Azərbaycan-X7 xx.xx.1985-ci ildən (əmr №30-ok.xx.xx.1985) Sumqayıt təmir sahəsində qazan avadanlığının təmiri üzrə İV dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.1994-cü il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı 21 iyun 1993-cü il tarixli qərarına əsasən güzəştli sayılır.
34. Apelyasiya məhkəməsi qərarında iddiaçının işlədiyi peşənin Siyahıda olan hansı peşə ilə üst-üstə düşməsi barədə əsaslandırma verməmiş, tətbiq edilən hüquqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 i yun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140100a—18455 - qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaq ötürücü avadanlığın və onların işini təmin edən ölçü vasitələri və avtomatika vasitələrinin, həmçinin köməkçi yeraltı avadanlığın təmiri və xidməti ilə məşğul olan çilingərlər, bütün adlarda elektrik çilingərlərinə istinad etmişdir.
35. Şahid qismində dindirilmiş N.Cəbrayılov ifadəsində “Qafqazenerjitəmir” X3 və Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində iddiaçı ilə birgə işlədiyini, h əmin işdə işlədiyi staj da nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxdığını bildirmişdir. Lakin apelyasiya instansiya məhkəməsi iddiaçının N.Cəbrayılov ilə birlikdə eyni dövrdə və eyni peşədə işlədiyi qənaətinə gəlsə də, işdə N.Cəbrayılova yaşa görə güzəştli pensiya təyin edilməsi barədə mötəbər sübut olmamış, bununla bağlı araşdırma aparmamışdır.
36. N.Cəbrayılovun təqdim etdiyi xx.xx.2009-cu il tarixli arayışda onun işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı 21 iyun 1993-cü il tarixli qərarına əsasən 2140200a-19929 kodu üzrə güzəştli sayıldığı qeyd edilmiş, apelyasiya məhkəməsi isə həmin arayışda olan koda deyil, 2140100a—18455 koduna istinad etmiş, lakin qanunvericiliyə uyğun iddiaçının işl ədiyi peşənin həmin arayışda qeyd edilməyən digər peşə ilə üst-üstə düşməsi ilə bağlı hər hansı əsaslandırma verməmiş, güzəştli arayış tələb etməmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etd iyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
38. İşə təkrar baxan məhkəmə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahılara uyğun olub-olmamasını Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırmalı, iddiaçının mübahisə edilən dövrdə 12 il 6 ay güzəştli iş stajının olubolmaması barədə məsələyə aydınlıq gətirməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir.
39. Odur ki, kasasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının pen siya təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olmasını müəyyən etmək üçün iş apelyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd olunması hissəsində şikayət təmin olunmamalıdır.
40. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(105)-607/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.