Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1030/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2-1(102)-1030/2024 (Açar sözlər: sərəncamın və istismara icazə sənədinin ləğv edilməsi, iddianın qeyrimümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehə qarşı “sərəncamın və istismara icazə sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2023-cü i l tarixli, 2-1(103)-3234/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 182 nömrəli sərəncamı ilə X2 ünvan 1 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyriyaşayış sahəsinə çevrilməsinə icazə verilmişdir.
2. Bakı Şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli, 12 nömrəli tikinti obyektinin istismarına dair icazəyə əsasən X2 ünvan 1 ünvanlarında yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 21(112)-6304/2022 nömrəli qərarı ilə Bakı Şəhəri Cavabdehin xx.xx.2014-cü il tarixli, H-123 nömrəli mək tubuna əsasən X2 məxsus ünvan 2 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərinin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398,6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqları X1 adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(103)-301/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı (cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Cavabdeh) “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddiası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-877/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-877/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 3 evin həyətinə 27 saylı ünvandan açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmiş pilləkənin sökülməsi, qapının bağlanması və pilləkənin sökülməsinin cavabdeh X1 hesabına həyata keçirilməsi qət edilmişdir.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(005)-82/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı Bakı şəhəri, Nərimanov rayonu, Akad. H əsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin iddiaçının həyətinə baxan pəncərə boşluqlarının daşla hörülərək bağlanması və Bakı şəhəri, Nərimanov rayonu, Akad. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən cavabdehin vəsaiti hesabına ayrılması barədə iddia tələbi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, 182 nömrəli (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında) sərəncamının və xx.xx.2019-cu il tarixli, 12 nömrəli istismara icazə sənədinin (yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istismarına icazə verilməsi haqqında) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 182 nömrəli sərəncamı ilə X2 ünvan 1 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilmişdir, bunun da nəticəsində hal-hazırda həmin tikililərdə stasionar xəstəxana (“Nyumed” klinikası) yerləşir və həmin xəstəxananın pəncərələri iddiaçının yaşayış evinin həyətinə, qapısına, pəncərələrinə baxır, xəstələr pəncərələrdən başlarını çıxarıb iddiaçının və ailə üzvlərinin (gəlininin, qızının) oturduğu həyətə, evinin içinə baxırlar. Həmin pəncərələrlə evinin arasındakı məsafə cəmi 5-6 metr təşkil edir. Cavabdehin hal-hazırda m übahisələndirilən sərəncamını X2 qarşı qeyd edilən pəncərələrin bağlanması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə icraatı zaman əldə etmişdir, yəni qeyd edilən sərəncam barədə iddiaçının əvvəllər nə məlumatı olmuşdur, nə də sərəncam onda olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3441 qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”ın 2.1-ci bəndində göstərilir ki, tibb müəssisələri şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikintisinə dair tələblərə, eləcə də gigiyenik tələblərə və sanitariya-mühafizə zolaqlarının gözlənilməsi şərti ilə ictimai, sənaye, kommunal, təsərrüfat və digər obyektlərdən qanunvericiliklə müəyyən edil miş məsafələrə riayət edilməklə, yaşayış məntəqələri, yaşıllıq və şəhərətrafı zonalarda, dəmir yolu, hava limanı, sürətli avtomobil yolları və digər səs-küy mənbələrindən kənarda yerləşdirilir. Cavabdehin xx.xx.2017-ci il tarixli, S-59-159 nömrəli məktubu ilə Akad. Həsən Əliyev küçəsi 27 ünvanında X2 məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikinti layihəsinə razılıq verilmişdir. Hazırda isə həmin obyektdə özəl tibb müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur. Tikinti obyektinin təyinatı özbaşına dəyişdirilərək tibb müəssisəsi kimi istifadə olunur. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur. Yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, həmin Məcəllənin 69.5-ci maddənin tələblərinə əməl edilməmişdir. İddiaçı hesab edir ki, hazırda mübahisələndirdiyi sərəncam əsasında onun qanuni istifadəsində olan yaşayış evinin torpaq sahəsində qeyri-yaşayış sahəsi (tibb müəssisəsi) fəaliyyət göstərməyə başlamışdır ki, bununla da onun öz qanuni istifadəsində olan həyətdən və mülkiyyətində olan evindən öz mülahizəsinə uyğun sərbəst istifadə etmək, habelə şəxsi həyatının toxunulmazlığı kimi subyektiv hüquqları pozulmuşdur. Belə ki, iddiaçı öz həyətində olarkən kənar şəxslərin (qonşu olmayan, xəstəxanada müalicə alan) daim müşahidəsi altında olmaqla özünü sərbəst, təhlükəsiz hiss etmir, psixoloji cəhətdən narahat hiss edir, tibb müəssisəsinin onun həyətinə açılan pəncərələri yaz aylarından payız aylarına qədər daim açıq olur, həmin pəncərələrin yerləşdikləri otaqlar isə xəstələrlə dolu olur, müxtəlif xəstə şəxslər başlarını pəncərədən çıxarıb daim həyəti müşahidə edirlər, siqaret çəkib atırlar, daim həmin xəstələrin xəstəliklərinin iddiaçıya, ailə üzvlərinə və xüsusən azyaşlı nəvələrinə keçəcəyindən, xəstələnə biləcəklərindən qorxu hissi keçirir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddia tələbi tamamilə əsassızdır və cavabdehin xx.xx.2019-cu il tarixli, 182 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq verilmişdir. İstənilən halda iddia tələbi heç bir şəkildə təmin edilə bilməz, çünki iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, iddiaçının xx.xx.2022-ci il qeydi yyat tarixli iddia ərizəsinin məzmunundan görünür ki, 2019-cu ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində “qapının bağlanması, pilləkənin sökülməsi və mənəvi ziyanın tutulması” tələbinə dair 2(005)-877/2019 nömrəli mülki iş üzrə məhkəmə prosesi zamanı iddiaçı mübahisələndirilən sərəncam barədə artıq məlumatlı olmuşdur. Sözügedən məhkəmə işi üzrə birinci instansiya məhkəməsinin qərarının tarixini əsas götürsək belə (xx.xx.2019-cu il), iddiaçı iddia müddətini ötürmüşdür.
9. Cavabdehin etirazına qarşı iddiaçının münasibət məktubunda qeyd edilmişdir ki, əvvəla, iddia ərizəsində iddiaçı sərəncam barədə 2019-cu ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində “qapının bağlanması, pilləkənin sökülməsi və mənəvi zərərin tutulması” tələbinə dair işə baxılan zaman deyil, “pəncərələrin bağlanması” təl əbinə dair iddia üzrə işə baxılan zaman məlumat əldə etdiyini qeyd etmişdir. “Qapının bağlanması, pilləkənin sökülməsi və mənəvi zərərin tutulması” tələbi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan 2(005)-877/2019 nömrəli iş üzrə icraat 2019-cu ildə başlanmış və başa çatmışdır, “pəncərələrin bağlanması” tələbi üzrə (sərəncam barədə məlumat əldə edilmiş) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində icraat isə 2022-ci ilin mart ayında başlanmış, nömrəsi isə 2(005)-1639/2022 olmuş, 2023-cü ildə həmin işə yeni 2(005)-82/2023 nömrəsi verilmişdir. İddia ərizəsində məhz “pəncərələrin bağlanması” tələbi üzrə işə baxılan zaman iddiaçının məlumat əldə etdiyi göstərilmişdir. İkincisi, 2019cu ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində “qapının bağlanması, pilləkənin sökülməsi və mənəvi zər ərin tutulması” tələbinə dair işə baxılan və xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilən zaman mübahisələndirilən xx.xx.2019-cu il tarixli, 182 nömrəli sərəncam hələ mövcud deyildi. Həmin sərəncam qətnamə qəbul edildikdən 2 ay sonra verilmişdir və bu səbəbdən də iddiaçı hələ mövcud olmayan həmin sərəncam barədə cavabdehin etirazda istinad etdiyi kimi xx.xx.2019-cu ildə məlumatlı ola bilməzdi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində 2(005)-1639/2022 nömrəli (“pəncərələrin sökülməsi” tələbinə dair) işə baxılan zaman X1 nümayəndəsi və vəkili tərəfindən xx.xx.2022-ci ildə xx.xx.2019-cu il tarixli, 182 nömrəli sərəncam elektron kabinetə yükləndikdən sonra əldə edilmiş və xx.xx.2022-ci ildə artıq sərəncamın mübahisələndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir, yəni 30 g ünlük iddia müddəti iddiaçı tərəfindən buraxılmamışdır.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 19 may 2023-cü il tarixli, 2-1(112)-1240/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilməsinə dair cavabdehin xx.xx.2019-cu il tarixli, 182 nömrəli sərəncamı və xx.xx.2019-cu il tarixli, 12 nömrəli tikinti obyektinin istismarına dair icazə sənədi ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, sərəncamın və tikintiyə icazənin ləğvinə da ir tələblər bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və eyni məhkəməyə aid olduğu üçün bir iddiada birləşdirilə bilər. Həmçinin mübahisələndirilən inzibati aktın qəbulu zamanı iddiaçının inzibati icraata cəlb edilməsi, onun ona hər hansı şəkildə təqdim edilməsi və ya məlumatlandırılması müəyyən edilmir. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddia mümkündür.
13. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20-21-ci maddələrinin təhlilinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi onun məqsədinə uyğun şəkildə tətbiq edilməli və fərdi yaşayış evinin qeyri-yaşayış binasına keçirilməsi ilə nəticələnməməlidir. Cavabdeh üçüncü şəxsə məxsus fərdi yaşayış evini qeyri-y aşayış sahəsinə çevirməklə faktiki olaraq səlahiyyətlərini düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli, 214 nömrəli qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Qeyd edilən təsnifata uyğun olaraq iddianın obyekti olan qeyri-yaşayış binası İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular kateqoriyasına, yəni İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 nömrəli qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” səlahiyyətli qurum tərəfindən təsdiq edildikdə etibarlıdır, səlahiyyəti olmayan qurum tərəfindən tərtib olunmuş inzibati akta münasbətd ə maraqlı şəxs etimadının qorunması hüququna istinad edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, İİ normal məsuliyyət səviyyəli bina və qurğulara münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə həmin səlahiyyət şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməmişdir. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini xx.xx.2018-ci il tarixədək Bakı Şəhər İcra Hakimiyyəti, xx.xx.2018-ci il tarixdən sonra isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. İnzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin təl əbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sərəncam və onun əsasında verilmiş tikinti obyektinin istismarına dair icazə qanuni hesab edilə bilməz. Belə ki, həmin sərəncam inzibati aktın qəbulu üçün nəzərdə tutulmuş məqsədə uyğun olmamaqla inzibati orqan tərəfindən səlahiyyətinə uyğun o lmayaraq, yəni səlahiyyətlərinin yanlış tətbiqi nəticəsində qəbul edilmişdir. Məhkəmə həm də onu nəzərə alır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (səlahiyyətli qurum) tərəfindən vətəndaş müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd edilən ünvandakı obyektdə şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmuşdur (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozularaq tikintisinə icazə tələb olunan tikinti obyektinə məlumatlandırma icraatı tətbiq olunmuşdur; Tikinti obyektinin təyinatı özbaşına dəyışdirilərək tibb müəssisəsi kimi istifadə olunur; Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydaların tələbləri pozulmuşdur; Yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə 69.5- cı maddənin tələblərinə əməl edilməmişdir; Özəl klinikadan fərdi yaşayış evinin həyətinə qapı açılmışdır ki, bu da, sanitar-gigiyenik normaların pozulmasıdır; Təqdim olunmuş layihə Tikinti üçün Layihə Sənədləri Sisteminin (TLSS) AZS ГОСТ 21 ***-**** və AZS ГОСТ 21 ***-**** tələblərinə uyğun işlənilməmişdir. Belə ki, kəsiyə düşən və düşməyən konstruksiya və elementlərin cizgisində xətlərin qalınlığında fərq qoyulmamış, plan və kəsik cizgisində qapı və pəncərə boşluqlarının ara ölçüləri göstərilməmiş, obyektin baş planı ərazinin istinad planına uyğun işlənilməmişdir).
15. Əlavə olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən sərəncam və onun əsasında verilmiş tikinti obyektinin istismarına dair icazə əsasında üçüncü şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınmamışdır. Qeyd edilənlər mübahisələndirilən inzibati aktların qanunsuz olduğu qənaətinə gəlmək üçün yetərlidir, ona görə məhkəmə əlavə olaraq iddiaçının həmin qeyri-yaşayış obyektinin əvvəlki tikililərin (fərdi yaşayış evinin) sökülməklə yerində inşa edilməsinə dair dəlilini prosessual qənaət prinsipindən çıxış edərək əlavə olaraq yoxlamağı və qiymətləndirməyi zəruri hesab etmir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
17. Həmçinin üçüncü şəxs də həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 01 dekabr 2023-cü il tarixli, 2-1(103)-866/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
19. Apellyasiya instansiya qeyd etmişdir ki, iddiaçı qeyd olunan sərəncamı və tikinti obyektinin istismarına icazə sənədini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, qeyd olunan fərdi yaşayış evləri iddiaçının mülkiyyətindədir, həmin sərəncamla fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə çevrilməsi qərara alınmışdır. Bununla iddiaçının sahibliyində olan torpaq sahəsinə və mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı müdaxilə olmamışdır. Qeyd olun an əsaslarla (pəncərənin iddiaçının yaşayış evinin həyətinə, qapısına, pəncərələrinə baxması və s.) həmin sənədlərin mübahisələndirilməsinə inzibati qaydada baxılması mümkün hesab edilmir. İddiaçı qeyd olunan əsaslarla üçüncü şəxsə qarşı mülki qaydada müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət edə bilər. İş materiallarından da görünür ki, iddiaçı belə iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.
20. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayətində iddia ərizəsindəki dəlillərə və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1 və 5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, şəxsi və ailə həyatının toxunulmazlığı hüquqlarını pozduğu üçün iddiaçı sözügedən sərəncamı və tikinti obyektinin istismarına icazə sənədini mübahisələndirmişdir. Qeyri-yaşayış sahəsinə (xəstəxanaya) çevrilmiş üç mərtəbəli binanın yerində əvvəllər bir mərtəbəli yaşayış tikililəri olmuş və iddiaçı qonşuluğa dözmək vəzifələrini yerinə yetirmişdir. Üçüncü şəxs həmin bir mərtəbəli binaları satın almış, sökmüş və yerində hal-hazırda klinika kimi fəaliyyət göstərən üç mərtəbəli binanı inşa etmişdir. Üçüncü şəxs binanı inşa edən zaman bildirmişdir ki, o, özünün və ailəsinin yaşaması üçün fərdi yaşayış evi inşa edir, sonradan bina haz ır olan kimi ondan xəstəxana kimi istifadə edilməyə başlanmışdır. Hazırda iddiaçının qonşuluğa dözmək kimi vəzifəsi yoxdur, ona görə ki, üçüncü şəxs qonşu deyildir, üçüncü şəxsə məxsus binada sahibkarlıq fəaliyyəti icra edilən obyekt yerləşir. Qeyd edilən şəraitdə yaşamaqla iddiaçının şəxsi və ailə həyatının toxunulmazlıq hüquqları ona görə pozulur ki, bütün günü o və ailəsi (gəlini, qızı, azyaşlı nəvələri) hər gün dəyişən yad insanların diqqəti altında olur və onların diqqəti və nəzarəti altında yaşamağa məcburdur. İddiaçı da üçüncü şəxsin ailəsi ilə binada yaşamağının əleyhinə deyildir və ya artıq inşa edilmiş binanın sökülməsi məsələsini qaldırmır, məhz həmin binada xəstəxana yerləşməsinin və ya hər hansı başqa bir sahibkarlıq subyektinin fəaliyyətinin qarşısının alınması ilə bağlı bu i ddianı qaldırmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının sözügedən sərəncamı və tikinti obyektinin istismarına icazə sənədini mübahisələndirməyə subyektiv hüququnun olmaması nəticəsinə gəlməsi qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklər in icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göst ərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhk əmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiy a məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıd akıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin üçüncü şəxsə münasibətdə qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 182 nömrəli (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında) sərəncamının və həmin sərəncam əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 12 nömrəli istismara icazə sənədinin (yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istismarına icazə verilməsi haqqında) ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı hesab edir ki, sözügedən sərəncam və onun əsasında verilmiş tikinti obyektinin istismarına icazə sənədi nəticə etibarı ilə iddiaçının şəxsi və ailə həyatının toxunulmazlığı hüquqlarının pozulmasına səbəb olmuşdur.
31. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasın da baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
32. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anl amında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
33. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 34. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yar anmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 36. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. ”
37. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
38. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı qeyd olunan sərəncamı və tikinti obyektinin istismarına icazə sənədini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, qeyd olunan fərdi yaşayış evləri iddiaçının mülkiyyətindədir, həmin sərəncamla fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə çevrilməsi qərara alınmışdır. Bununla iddiaçının sahibliyində olan torpaq sahəsinə və mülkiyyətində olan fərdi yaşayış ev inə hər hansı müdaxilə olmamışdır. Qeyd olunan əsaslarla (pəncərənin iddiaçının yaşayış evinin həyətinə, qapısına, pəncərələrinə baxması və s.) həmin sənədlərin mübahisələndirilməsinə inzibati qaydada baxılması mümkün hesab edilmir. İddiaçı qeyd olunan əsaslarla üçüncü şəxsə qarşı mülki qaydada müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət edə bilər. İş materiallarından da görünür ki, iddiaçı belə iddia tələbləri ilə ümumi məhkəməyə müraciət etmiş və iddiaları üzrə müvafiq məhkəmə aktları qəbul edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün s ayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2-1(103)-3234/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.