Məhkəmə qərarları › İş №2-1(102)-1031/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1031/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1031/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Ağdaş rayon şöbəsinə (hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialına) qarşı iş üzrə QƏRARİ Açar sözlər: dayandırılmış pensiyanın bərpa olunması, təhsil müddətinin və əmək kitabçasındakı stajın nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı Regional Ərazi Filialının vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “31.10.2019-cu il tarixdən ona verilən pensiyanın dayandırılması barədə cavabdehin hərəkətinin qanunsuz hesab olunması və həmin tarixdən pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-147/2021 s aylı, 5 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 01.03.1990-cı ildən Ağdaş RMX-da işləmişdir. 15.05.2019-cu il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Hal-hazırda 20.05.2019-cu ildən 18 nömrəli Yol İstismarı MMC-də fəhlə işləyir. O, həmçinin 1987-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbinə daxil olmuş və 1989-cu ildə həmin məktəbi feldşer-laborant ixtisası üzrə tam kursu bitirmişdir.

2. İddiaçıya 01.08.2017-ci il tarixdə ikinci dərəcəli əlillik təyin olunmuşdur.

3. Cavabdehin 22.12.2017-ci il tarixli qərarına əsasən iddiaçıya İİ qrup əlill iyə görə 01.08.2017-ci il tarixdən 30.08.2022-ci il tarixədək 110.03 manat pensiya təyin edilmişdir.

4. İddiaçıya İİ qrup əlilliyə görə təyin edilmiş pensiya 31.10.2019-cu il tarixdən dayandırılmışdır.

5. İddiaçı dayandırılmış pensiyanın bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 28.01.2020-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən 01.01.2000-ci il tarixdən 01.01.2006-cı il tarixədək Ağdaş MRX-da işlədiyi dövlərdə Ağdaş MRX-nın 13.11.2019-cu il tarixli arayışına əsasən əmək haqqı almadığı aşkarlanmışdır. Həmin illərdə Ağdaş MRX DSMF-yə məcbur dövlət sosial sığorta haqları ödəmədiyi üçün iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sosial sığorta stajına daxil olunan fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığından, iddiaçının 1987-1989-cu illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbində təhsil aldığı dövr sosial sığorta stajına daxil edilmir. Qanunvericiliklə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün iddiaçının İİ qrup əlilliyə görə əmək pensiyası 31.10.2019-cu il tarixdən dayandırılmış və İİ qrup əlilliyə görə sosial müavinət təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 13.02.2020-i il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “ 31.10.2019-cu il tarixdən ona verilən pensiyanın dayandırılması barədə cavabdehin hərəkətinin qanunsuz hesab olunması və həmin tarixdən pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-1989-cu illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbində feldşer-laborant peşəsi üzrə təhsil almışdır. 1990-cı ildən etibarən Ağdaş Mərkəzi Rayon Xəstəxanasında laborant vəzifəsində işləmişdir. DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialı 2019-cu ilin oktyabr ayında onun pensiya ödənişini qanunsuz olaraq dayandırmışdır. Qanunvericilikdə 2006-cı ilə qədər olan əyani təhsil iş stajına daxil edildiyindən iddiaçının da 2006-cı ilə qədər təhsil aldığını nəzərə alaraq təhsil dövrü sosial sığorta stajına daxil edilməlidir. İddiaçı Ağdaş MRX-da işlədiyi illər daxil olmaqla 2002-ci ilin 6-cı ayında övladı anadan olan vaxtadək əmək haqqı almışdır. 2002-ci ilin 6-cı ayında övladı anadan olduğundan analıq məzuniyyətində olduğu dövr sosial sığorta stajı kimi hesablanmalıdır. Həmçinin 2005-ci ilin fevralında digər övladı anadan olduğundan 2006-cı ilədək həmin dövr sosial sığorta stajı kimi hesablanmalıdır.

8. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1. maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yax ud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əlilliyə görə pensiyanın təyin edilməsi şərtləri Qanunun 12-ci maddəsində göstərilmişdir. 12.1-ci maddəyə əsa sən İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, ümumilikdə sığorta stajı ən azı 5 il olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə Qanunun 12-ci maddəsi İİ qrup əlilliyə görə pensiya təyinatı üçün 2 şərt müəyyənləşdirir: 1) Staj tələbi 2) Kapital tələbi. İddiaçının vəziyyətində isə ona 01.08.2017-ci il tarixində İİ qrup əlillik təyin edilmişdir. Bu halda vətəndaş üçün tələb olunan staj (46 yaş-15)/3=10.4 ay staj (10x12+4)x144/192=93; Tələb olunan kapital 93x110=10230 manat iddiaçının 1987-1989cu illərdəki təhsil müddəti də nəzərə alınmaqla 01.03.1990-c ı ildən 01.04.2002-ci ilədək 12 il 1 ay stajı, 8019 manat kapitalı vardır. İddiaçının fərdi hesabında isə 01.08.2017-ci il tarixədək 45,5 manat ödəniş edilmişdir ki, bu da 45,5x90%=40,95 manat pensiya kapitalı deməkdir. Beləliklə, iddiaçının ümumilikdə 8059,95 manat pensiya kapitalı vardır və hazırki işdə Qanunun 12-ci maddəsinin kapital tələbi ödənilmir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov, 2-1(116)-720/2020 saylı iş), 03 dekabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin 31.10.2019cu il tarixdən iddiaçıya verilən pensiyanın dayandırılması barədə hərəkətinin qanunsuz hesab olunması, cavabdeh üzərinə iddiaçının 31.10.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, baxılan işdə sığorta edənin “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sığortaolunan iddiaçının təqsiri deyildir. Bu vəzifə sığorta edənə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. Əlavə olaraq, hətta iddiaçının xəstəxanada stajı natamam olsa idi belə, iş materiallarından m üəyyən olunur ki, iddiaçının 01.06.2002-ci il tarixində X5 və 17.02.2005-ci il tarixində X3 adlı övladları anadan olmuşdur. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqla rını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2 -məruzəçi, X8 və X1, 2-1(107)-147/2021 saylı iş) 5 mart 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 3 dekabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını 5 mart 2021ci il tarixli qərarını 16 mart 2021-ci il tarixdə almış, 16 aprel 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

14. İddiaçı 01.04.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək əmək haqqı almamışdır. Bu səbəbdən, həmin illər üzrə sosial sığorta haqları ödənilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla həmin illər sosial sığorta stajına daxil edilə bilməz. Lakin, bu xüsusatlara məhkəmə tərəfindən diqqət yetirilməmişdir. Bu səbəbdən, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı teleqram göndərərək xəst əliyi ilə əlaqədar məhkəmə kollegiyasının iclasına gələ bilməyəcəyini bildirmiş, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. (-); Maddə 1.0.12. Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Maddə

11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimi yyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə

12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Maddə 12. 1 (1 iyul 2017-ci ildən qüvvədə olan hazırkı redaksiya). Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pen siyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-). 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

67. İş stajına daxil edilə n əmək fəaliyyətinin növləri (-). İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (-); ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-); e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; (-). Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu m addənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 20. 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu: 1-ci maddənin v) bəndi: Ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüqu quna malikdirlər.

21. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”: 109-cu bəndinin i) yarımbəndi. Orta ixtisas təhsil müəssisəsində təhsil dövrü ümumi əmək stajına aid edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək ha qqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

24. İnzibati Prosessual Məcəllə: Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 28. 01.08.2017-ci il tarixdə iddiaçının İİ qrup əlilliyi müəyyən edilmiş və həmin vaxtdan ona əlilliyə görə əmək p ensiyası təyin olunmuşdur.

29. Cavabdehin dəlillərinə görə iddiaçıya aid əmək haqqı cədvəlinə əsasən 01.04.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək əmək haqqı almadığı üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı halda iddiaçıya pensiya təyinatı aparıldığı aşkar edilmiş, bu səbəbdən pensiya təyinatı dayandırılmışdır.

30. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 31. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələbinə görə İİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:

1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;

2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imk an verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu araşdırılmalıdır.

32. İddiaçı 1987-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbinə daxil olmuş və 9 iyul 1989-cu ildə həmin məktəbin feldşer-laborant ixtisası üzrə tam kursu bitirmişdir. 33. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndinə və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndinin i) yarımbəndinə əsasən orta ixtisas təhsil müəssisəsində təhsil döv rü ümumi əmək stajına aid edildiyindən iddiaçının orta ixtisas təhsil dövrünü iş stajına daxil etməklə məhkəmə haqlı olmuşdur.

34. İddiaçının əmək kitabçasında olan məlumatlara əsasən, o 1 mart 1990-cı il tarixdən Ağdaş rayon Mərkəzi Rayon Xəstəxanasında işləyir. İddiaçının 1 mart 1990-cı il tarixdən Ağdaş rayon Mərkəzi Rayon Xəstəxanasında işləməsi mübahisə doğurmur.

35. Cavabdeh işin 70-ci vərəqində olan etirazında bildirmişdir ki, iddiaçıya pensiya təyin olunması üçün tələb olunan staj 10 il 4 ay, 1 mart 1990-cı il tarixdən 1 aprel 2002-ci il tarixədək olan staj isə 12 il 1 aydır.

36. İddiaçının stajı ilə bağlı mübahisə açılmayan dövr, habelə təhsil dövrü də nəzərə alınmaqla ümumi stajı 14 ildən çoxdur. 37. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə iddiaçıya ə lilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan iş stajı mövcud olmuşdur.

38. Həm ümumi məhkəmə təcrübəsini, həm “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2006-cı ildən qüvvəyə minməsini, həm də həmin Qanunun 27, 31.2-1ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə 1 yanvar 2006-cı il tarixədək iş stajı işdə olan mötəbər sübutlarla təsdiq olunduğundan, iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta tutulmasından asılı olmayaraq ümumi iş stajına daxil edilməlidir.

39. İddiaçıya münasibətdə həm də o nəzərə alınır ki, 01.06.2002-ci il tarixdə və 17.02.2005-ci il tarixdə iki uşağı doğulmuşdur və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lak in hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir.

40. Bu səbəbdən 1 yanvar 2006-cı ilədək iddiaçının əmək kitabçasında olan iş dövrünü onun sığorta stajına aid etməklə məhkəmə haqlı olmuşdur.

41. Cavabdehin etirazının dəlillərinə görə 1 aprel 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr iddiaçının iş stajına daxil edilmədiyindən pensiya təyin olunması üçün fərdi hesabın sığorta hissəsində tələb olunan 10.230 manat əvəzinə, 8.059,95 manat pensiya kapitalı mövcud olmuşdur.

42. Qanunvericiliyin tələbinə görə 1 aprel 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr iddiaçının iş stajına daxil edildiyindən və cavabdeh kasasiya şikayətində pensiya kapitalının çatışmazlığı barədə mübahisə açmadığından iddiaçının 1 avqust 2017-ci il tarixdən əlilliyə görə pensiya hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1 və 12.2-ci maddəsinin şərtləri mövcud olmuşdur.

43. İddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulan halların hər hansı biri mövcud olmadığından iddiaçıya təyin edilmiş pensiyanı dayandırmaqla cavabdeh haqlı olmamışdır. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-147/2021 saylı, 5 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar